Psixiatriya



Yüklə 1,11 Mb.
səhifə243/381
tarix02.01.2022
ölçüsü1,11 Mb.
#43892
1   ...   239   240   241   242   243   244   245   246   ...   381
psixiatriya

Davranış pozulmaları

610) XBT-10-nun diaqnostik meyarlarına əsasən, doğuşdan sonrakı psixi pozuntulara hansı müddət ərzində diaqnoz qoyulur?

A) Doğuşdan sonra 6 ay

B) Doğuşdan sonra ilk 6 həftə

C) Doğuşdan 9 ay sonra

D) Doğuşdan sonra ilk 2 həftə

E) Doğuşdan 1 il sonra


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
611) Nevrotik anoreksiya diaqnozuna aşağıdakı simptomlardan hansı aid deyil?

A) Bədən çəkisinin əhəmiyyətli dərəcədə və stabil olaraq aşağı düşməsi

B) Bədən obrazının təhrifi elə özünəməxsus psixopatoloji forma alır ki, piylənmədən qorxu, sarışan ideya və ya yüksək qiymətli ideya xüsusiyyətini saxlayır və xəstə hesab edir ki, o yalnız aşağı çəkili ola bilər

C) Çəkinin itirilməsi prosesi pasiyent tərəfindən “kökəldən” qidadan boyun qaçırma və qidanın süni yolla kənarlaşdırma – özündə qusma yaratma, işlətmə, iştahanı dəf edən vasitələrdən və ya diuretiklərdən istifadə etməklə həyata keçirilir

D) Amenoreya

E) Xəstəyə yemək yeməməyi əmr edən imperativ xarakterli eşitmə hallüsinasiyaları


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
612) Aşağıdakı diaqnozlardan nevrotik bulimiyası diaqnozuna uyğun gəlməyəni hansıdır?

A) Xəstə periodik olaraq, qısa müddət ərzində çoxlu miqdarda qida qəbul etməyə başlayarkən, artıq özünü yeməkdən saxlaya bilmir

B) Xəstənin bədən çəkisinin əhəmiyyətli dərəcədə və stabil olaraq artması

C) Xəstədə psixopatoloji pozulma piylənmə qorxusu formasında qeydə alınır

D) Xəstə qəbul edilmiş qidanın piyləndirmə effektini dəf etmək üçün özündə qusma yaradır, işlədici vasitələrdən yararlanır, həddindən artıq gimnastik hərəkətlər edir, iştahanın qarşısını alan vasitələrdən istifadə edir

E) Qidaya meyillilik


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
613) Aşağıda göstərilənlərdən epidemiologiyasına görə nevrotik anoreksiyasına uyğun gəlməyəni hansıdır?

A) Nevrotik anoreksiyasının yayılma dərəcəsi qadınlar arasında kişilərə nisbətən bir neçə dəfə çoxdur

B) Müxtəlif əhali qrupları arasında nevrotik anoreksiyasının yayılması təqribən 1% təşkil edir

C) Qadınlarda nevrotik anoreksiyası nadir hallarda 30 yaşından sonra baş verir

D) Qadınlar arasında nevrotik anoreksiyasının ilk manifestasiyası əksər hallarda yeniyetmə yaşlarında və gənc dövrdə baş verir

E) Nevrotik anoreksiyası kişilərdə, əsasən, 30 yaşından sonra başlanır


Ədəbiyyat: Майкл Гельдер, Денис Гемм, Ричард Мейно. «Оксфордское Руководство по Психиатрии»; Второе издание; том 2; Издательство «Сфера», перевод с английского; 1999 г.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   381




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin