939) Kütlə qarşısında çıxışla bağlı qorxu üçün ən effektivi hansıdır?
A) Haloperidol 10 mq
B) Levomepromazin (tizersin) 25 mq
C) Propranolol 10-40 mq
D) Heç biri doğru deyil
E) Fluoksetin 20 mq
Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
940) Asetilxolini metabolizm edən takrin preparatından hansı pozuntular zamanı istifadə olunur?
A) Şizofreniya
B) Epilepsiya
C) Kəllə-beyin travması
D) Bipolyar affektiv pozuntu
E) Altsheymer xəstəliyi
Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
941) Kəskin ajitasiyanın qarşısını tezliklə almaq üçün ilkin vasitələr hansıdır?
A) Nootroplar
B) Psixostimulyatorlar
C) Benzodiazepinli antikonvulsantlar
D) Antidepressantlar
E) Benzodiazepinli antipsixotik preparatlar
Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
942) Xroniki (kəskin olmayan) aqressivliyin müalicəsi zamanı hansı preparatlardan istifadə oluna bilər?
A) Karbamazepin
B) Litium
C) β-blokatorlar
D) Hamısı doğrudur
E) Valproatlar
Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
943) Bu preparatlardan hansı şizofreniya zamanı neqativ simptomlara təsir göstərə bilər?
A) Trifluperazin (stelazin)
B) İmipramin (melipramin)
C) Haloperidol
D) Pirasetam
E) Risperidon (rispolept)
Ədəbiyyat: Филипп Дж. Яничак, Джон М. Дэвис, Шелдон Х. Прексорн, Фрэнк Дж. Айд Принципы и практика психофармакологии (пер с англ) Киев Ника-Центр 1999
Dostları ilə paylaş: |