Psixoanalizin yaranmasının ictimai – tarixi şəraiti. Z. Freydin həyatı və fəaliyyəti. Z. Freyd psixoanalizin banisi kimi



Yüklə 47,35 Kb.
səhifə2/4
tarix15.11.2022
ölçüsü47,35 Kb.
#69221
1   2   3   4
Mövzu 1-BLACK

Z.Freydin həyatı və fəaliyyəti.

Z.Freyd 6 may 1856-cı ildə Freyburqda anadan olmuşdur. Bu dövrdə Freyburq Avstriya-Macarıstan tərkibində idi, indi isə Çexiya Respublikasına aiddir. Atası yəhudi bir yun taciri idi və qırx yaşında olarkan özündən iyirmi yaş kiçik birisiylə ikinci nigahı nəticəsində Freyd doğulmuşdur. Freyd dörd yaşında olarkən iqtisadi problemlərlə əlaqədar olaraq ailəsi Vyanaya köçür və Freyd 1938-ci ilə qədər burada yaşayır.
Çalışqan bir tələbə olan Freyd məktəb illəri zamanı Latın, İngilis və Fransız dillərini, daha sonra isə şəxsi səyi nəticəsində İbrani, İspan və İtalyan dillərini öyrənir. 1873-cü ildə Vyana Universitetnin tibb fakultəsinə daxil olur. Universitet illərini ağır keçirən və daima yahudi olduğu üçün ayrıseçkiliyə məruz qalan və tələbə yoldaşları tərəfindən də qəbul edilməyən Freyd 1876-cı ildə fizioloq Brükenin (Brücke) labaratoriyasına daxil olur və burada anatomipatalogiya və insan sinir sistemləri üzrə tədqiqatla məşğul olur. 1881-ci ildə təhsilini başa vurduqdan sonra 1883-cü ildə Dr. Teodor Maynertin (Dr. Theodor Meynert) başçılığı altında psixatriya klinikasında asistent olaraq işləməyə başlayır. Bu illərdə kokain üzrə tədqiqatlar aparır.
1885-ci ildə təqaüd qazanaraq Parisə gedən Freyd Salpetri Xəstəxanasında (Salpêtriê) staja başlayır. Bir il burada işləyir və bu il ərzində təlqin və hipnoz haqqında tədqiqatlar aparır. 1886-cı ildə Berlinə gedir və burada uşaq nevropatalogiyası ilə məşğul olur. Həmin il Vyanaya qayıdır və burada dörd il nişanlı olduğu Marta Bernays (Martha Bernays) ilə evlənir.
Freyd Vyanada yaşadığı illər ərzində bir çox kitablar yazmaqla yanaşı Psixoanalizi inkişaf etdirir, bununla yanaşı həkim işləyir və dərnək quraraq bir çox seminarlar verir. 1923-cü ildə həkimlər tərəfindən ağız xərçəngi olduğu bildirilir və bu xəstəliyə görə 33 dəfə əməliyyata alınır. 1938- ci ildə almanların Vyanaya girməsi ilə əlaqədar olaraq Freyd Londona köçür və ömrünün sonuna qədər orada yaşayır və 1939-cu ildə vəfat edir.
Əsərləri
Freyd prinsipləri ilə əlaqədar olaraq özünə aid olan bütün sənəd, məktub və dəftərləri yandırmışdır. Bununla əlaqədar olaraq onun haqqıdan bütün məlumatları yaxın dostu və məsləkdaşı İngilis Psxiatrı Ernest Consun “Ziqmund Freyd həyatı və əsərləri” adlı əsərdən əldə etmək olar. Freyd yaşamı boyunca bir çox kitablar yazmışdır:

  • Gündəlik yaşamın psixopatalogiyası (Zur Psychopat­hologie des Alltagslebens)

  • Xəyalların İzahı (Die Traumdeutung)

  • Psixoanaliz haqqıdna beş dərs (Über Psychoanaly­se)

  • Totem və Tabu (Totem und Tabu)

  • Narsizmin tədqiqatına giriş (Zur Einführung des Narzissmus)

  • Mədəniyyətin narahatçılığı (Unbehagen in der Kultur)

  • Həzzdən sonra Mən və İD (Jenseits des Lustprinzips Das Ich und das Es)

  • Musa və Təkallahlılıq (Der Mann Moses und die monotheistische Religion)

  • Psixoanalizin tarixi

  • Psixoanalizə giriş dərsləri və.s

Ziqmund Freyd bütün bu tarixi, ictimai-siyasi və elmi proseslərin içə­ri­sində öz tədqiqatlarını davam etdirirdi. Fransada məşhur Marten Şarko ilə təcrübələrindən sonra Ziqmund Freyd ilk dəfə təfəkkür aktları üçün yeni bir ölçü müəyyən etdi. O, göstərdi ki, nəinki ayrıca götürülmüş bir təfəkkür ak­tı, hətta bütövlükdə insan fəaliyyəti və onun Psixologiyası alt şüurdakı la­tent davranış instinktləri ilə bağlıdır. Sublimatik düşüncə, təkcə təfəkkür ak­tı­nın və onun dinamikasının deyil, həm də insan şüurunda sosial – ictimai dav­ranışın, elmin, ədəbiyyatın, incəsənətin motivlərini yaradır. İnsanlara xas olan obrazlı yanaşma, eydetizm sublimatik düşüncələrdən formalaşır. Buna gö­rə də bədiilik xüsusiyyəti yalnız insanlara aid edilən keyfiyyətdir. Leo­nar­do da Vinçinin, U.Şekspirin, F.M.Dostoyevskinin həyat və yaradıcılığını təh­­lil edərək, onların yaradıcılığını sublimatik düşüncələr və libido ilə əla­qə­lən­dirən Ziqmund Freydin psixoanalizi böyük əks-səda verdi. O, “in­cə­sə­nə­ti mə­həbbət hissinin davamı” kimi təqdim etməkdə haqlı olsa da, yara­dıcı­lı­ğın­­dakı bir sıra məqamlar onu Fridrix Nitsşe ilə bağlayırdı, onu geriyə qay­ta­rırdı. O, nitsşeçiliyə yuvarlandığı zaman təbiət qanunlarını cəmiyyətə tət­biq edir, təbiətlə cəmiyyəti eyniləşdirir və bu zaman istər-istəməz əxlaqi də­yərlər, din, bədii yaradıcılıq, sənət insan həyatının epifenomeni kimi iza­hını tapırdı. “Ümumbəşəri faciəviliyin səbəblərini Freyd belə izah edirdi: insanın tə­biətin bir hissəsi olması onun təbiət qanunları əsasında idarə olunmasını tələb edir. İnsan təbiət qanunları ilə idarə olunsaydı, onda onun xoşbəxtliyi tamamilə təmin olunardı”.
Əlbəttə, Ziqmund Freydin psixoanalizi və onun mahiyyətində duran qeyri-şüuri oblastların həlledici, təhrikedici gücünün kəşfi və bütün təfəkkür aktları üçün bunun bir bazis olaraq qəbul edilməsi elmdə inqilab idi. Amma bir faktı da unutmaq olmaz ki, bütün inqilablar stixiya xarakteri daşıyır. Və bu inqilab da özündən əvvəlki inqilablar kimi A. Soljenitsının inqilabi sti­xi­ya haqqında dediyi fikirlərə tamamilə uyğun gəlirdi, cəmiyyətdə stixiya həmişə şər qüvvələrini də xeyir qüvvələrinin gözünə qatır, bu qarışıq məz­munda xeyir qüvvələr bəzən şər qüvvələrinə meydan açır.


  1. Yüklə 47,35 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin