Psixodiaqnostika



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə1/22
tarix18.03.2017
ölçüsü3,79 Kb.
#11830
  1   2   3   4   5   6   7   8   9   ...   22


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
PSIXODIAQNOSTIKA: 
METODIKALAR VƏ TESTLƏR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-2014 
 
 


 
 
BBK 88+56.1 
 
Testlər və metodikalar «Практическая психодиагностика» 
(Бахрах-М.: 2002, редактор-составитель  Д.Я.Райгородский) 
və müxtəlif  Ġnternet-saytlardan götürülmüĢ və tərcümə 
olunmuĢdur.  
 
Tərcüməçilər:                                    Q.Y.Abbasova,   
                                                           B.Y.Cəfərova  
 
Ümumi redaktə:                                 Q.Y.Abbasova 
 
E-mail: q.abbasova@mail.ru 
 
 
 
 
 
PSIXODĠAQNOSTĠKA: METODĠKALAR VƏ 
TESTLƏR. Bakı:     2014. 280 s. 
 
 
 
Sosial  iĢ,  tətbiqi  psixologiya,  sosiologiya  sahələrində 
çalıĢanlar,  peĢəkar  psixoloqqlar,  tədqiqatçılar  üçün  nəzərdə 
tutulmuĢdur. 
 
 
 
 
 
 
 
 
 


 
© Q.Y.Abbasova 
1.
 
ġƏXSĠYYƏTĠN PSĠXĠ VƏZIYYƏTLƏRĠN  
VƏ KEYFĠYYƏTLƏRĠNĠN DIAQNOSTĠKASI 
 
Gissen sorğusu 
 
V.M.Bexterev adına Psixonevroloji Ġnstitutunda uyğunlaĢdırılmıĢdır. 
 
Fiziki əhvala dair emosional Ģikayətlərin  intensivliyini aĢkara çıxarır.  
Ġnsanın fiziki durumu davranıĢın emosional stereotipinə təsir edir. Bu, 
somatikanın psixikaya təsirinin nəticəsidir. Ancaq əks təsir də mümkündür -  
Ģəxsiyyətdə yaranmıĢ emosional davranıĢ stereotipi onun fiziki  vəziyyətinin 
gediĢinə öz təsirini göstərir.  
DavranıĢın  emosional  stereotipi  təbii  vəziyyətlərin  qavranılmasına 
təzyiq göstərir.  
Tibbdə ―xəstəliyin subyektiv səviyyəsi‖ anlayıĢı mövcuddur. Somatik 
pozulmaların  obyektiv  mənzərəsindən  fərqli  olaraq,  subyektiv  səviyyə 
insanın  öz  sağlamlığının  vəziyyətini  necə  emosionallıqla  interpretasiya 
etdiyini  özündə  əks  etdirir.  Bu  zaman  hər  bir  hiss  ayrı-ayrılıqda  subyektiv, 
emosional qavrama ilə müĢayiət edilir, belə hisslərin məcmusu isə subyektiv 
nasazlığın  intensivliyini müəyyən  edir.  
Fiziki hala dair emosional Ģikayətlərin intensivliyinin  ümumi qiyməti 
Ģəxsiyyətin  psixi  statusunu  müəyyən  edən  müstəqil  və  çox  əhəmiyyətli 
faktor əmələ gətirir.  
Söhbət təkcə xəstə və ya həkimə müraciət edən insandan deyil, hər bir 
Ģəxsdən  gedir.  Axı  bizlərdən  hər  birimiz  bu  və  ya  digər  dərəcədə  öz 
sağlamlığımıza  görə  narahatıq,  müxtəlif  naxoĢluqlar  keçiririk  və  bu  zaman 
bizi  əhatə  edənlərlə    gündəlik  münasibətlərə    emosional  psixosomatik    fon 
veririk.  
Ġnsanın  fiziki  halına  dair    emosional  Ģikayətlərinin  intensivliyini 
aĢkarlayan  sorğunu sizə təqdim edirik: 
Qeyd  olunan  naxoĢluqları    bu  Ģkala  üzrə  qiymətləndirilir:  0-yox,  1-
yüngül, 2-bir neçə, 3-xeyli, 4-güclü. 
 
                         MƏLUMATLARIN ĠġLƏNĠLMƏSĠ 
 
     ġkalanı təĢkil edən naxoĢluqların məcmu qiymətləri hesablanır: 
 
1.―Zəifləmə‖ – Z: 1+4+15+16+17+19= 
  Bu  Ģkalanın  göstəricisi  zəifləmənin  qeyri  -  spesifik  faktorunu 
xarakterizə edir, hansı ki, insanın  həyat enerjisini tam itirməsinə və yardıma 
ehtiyacı olmasına  iĢarədir. 


 
 
2.― Mədə şikayətləri‖ – M: 3+9+10+12+13+21= 
  ġkala    mədə  nasazlıqlarının  (epiqastral  sindrom)      əsəbilik  
(psixosomatik)   sindromunu əks etdirir. 
 
3.―Bədənin müxtəlif nahiyələrində ağrılar‖ və ya ―Revmatik faktor‖ – 
R: 5+7+8+14+18+23= 
ġkala pasientin  alqik və ya spastik xarakterli subyektiv ağrılarını əks 
etdirir. 
 
4.― Ürək şikayətləri‖ – Ü: 2+6+11+20+22+24= 
  ġkala  nasazlığın damar sferasında lokallaĢdığını  göstərir. 
 
5.― Qan təzyiqi‖ (intensivlik) şikayətləri – Q:  
  Bu Ģkala yuxarıda göstərilən 24 Ģikayətin hamısını özündə birləĢdirir 
və əvvəlki 4 Ģkalanın inteqral qiymətini ifadı edir. ġkala Ģikayətlərin ümumi 
emosional intensivliyini xarakterizə edir. 
 
  Qeyd  etmək  lazımdır  ki,  göstərilən  Ģkalalar  klinik  sindromları    - 
hansılar  ki,  bu  və  ya  digər  xəstəliyin  diaqnozunu  verməyə  imkan  verirlər  -  
əks etdirmirlər. Onlar  insanın hiss etdiyi fiziki halsızlıqların  orta vəziyyətini  
göstərirlər.  
  Nəticələrin  interpretasiyası.  Ġlk  4  Ģkalanın  qiymətləndirilməsi  0-24 
bal  (belə  ki,  hər  Ģkala  6  bənddən  ibarətdir)  diapazonundadır,    əvvəlki  dörd  
Ģkalanın  məcmu göstərici olan  kimi 5-ci Ģkalanın  qiyməti 0-96 bal arasında 
dəyiĢə bilər. 
 
Mən  aĢağıdakı  naxoĢluqları  hiss 
edirəm 
  0 
Yox 
     1 
Yüngül 
      2 
Bir 
neçə 
     3 
Xeyli 
    4 
Güclü 
                     1 
   2 
     3              4          5 
     6 
1. Zəiflik hiss etmək  
 
 
 
 
 
2.Ürəkdöyülməsi,  ürəyin  çaĢ-baĢ 
döyülməsi və ya dayanması 
 
 
 
 
 
3.  Qarın  boĢluğunda  köp,  təzyiq 
hissiyyatı 
 
 
 
 
 
4. Daim mürğüləmə 
 
 
 
 
 
5. Oynaqlarda və ətraflarda ağrı 
 
 
 
 
 
6. BaĢgicəllənməsi 
 
 
 
 
 
7. Beldə və yaxud kürəkdə ağrılar 
 
 
 
 
 
8.  Boyunda  (ənsədə)  və  ya  kürək 
oynaqlarında ağrılar 
 
 
 
 
 


 
9. Qusma 
 
 
 
 
 
10. Ürəkbulanması 
 
 
 
 
 
11.  Boğazda  tıxanma  hiss  etmək, 
boğaz  yolunun  daralması  və  ya 
spazma 
 
 
 
 
 
12. Gəyirmə 
 
 
 
 
 
13.  Mədədə  qıcqırma    və  ya  turĢ  
gəyirmə 
 
 
 
 
 
14. BaĢ ağrıları 
 
 
 
 
 
15. Tez zəifləmək 
 
 
 
 
 
16. Yorğunluq 
 
 
 
 
 
17.  Qəfildən    qulaqların  batması 
(huĢun itməsi) 
 
 
 
 
 
18.  Ayaqlarda  ağırlıq  və  yorğunluq 
hissi 
 
 
 
 
 
19. Əzginlik 
 
 
 
 
 
20.  DöĢ  hissəsində  deĢici  və  çəkici 
ağrılar 
 
 
 
 
 
21. Mədədə ağrılar 
 
 
 
 
 
22. 
Təngnəfəslik 
(boğulma)  
tutmaları 
 
 
 
 
 
23. BaĢda sıxılma əlamətləri 
 
 
 
 
 
24. Ürək tutmaları 
 
 
 
 
 
 
Ayrıca  bir  insanın  fiziki  naxoĢluqlarını  emosional  yaĢamasının 
subyektiv  dərəcəsini  təyin  etmək  üçün  metodikanın  müəllifləri  pasientin 
məlumatlarını standart seçmələrlə (sağlam 286 nəfərlik kontrol qrupundan və  
nevrotik  -  psixosomatik  xəstəliklərdən  əziyyət  çəkən  467  nəfər  pasientdən 
ibarət  qrupdan alınmıĢ nəticələrlə) müqayisə edərək  nəzərdən keçirilməsini 
təklif  edirlər.  Xüsusi  cədvəlin  (Əlavə  1)  köməyi  ilə  ilkin  ballar  faiz 
dərəcələrinə  keçirilir.  Faiz  dərəcəsi  kontrol  qrupuna  (K)  və  ya  pasient 
qrupuna  (P)  daxil  olan    Ģəxslərin    neçə    faizinin  ―intensivlik‖  (Ģikayətlərin 
təzyiqi)  Ģkalası  üzrə  qiymətinin,  sorğuda  iĢtirak  edən  konkret  insanın 
nəticələrinə  bərabər və ya nisbətən aĢağı olduğunu göstərir.  
Məsələn,  konkret  sorğulanan  (25  yaĢlı  qadın)  ―intensivlik‖ 
(Ģikayətlərin  təzyiqi)  Ģkalası  üzrə  14  ilkin    bal  alır.    Ġlkin  balların    faiz 
dərəcələrinə  çevirilməsi  cədvəlində  18-30  yaĢ  arası  qadınlar  üçün    kontrol 
qrupunda  (K  qrafası)  ilkin      balların    sayı  51,    pasientlər  qrupunda  (P-
qrafasında)    isə  28-dir  .  Bu  o  deməkdir  ki,  18-30  arası  sağlam  qadınların 
51%-i  və  elə  o  yaĢda  olan    pasient  qadınların  28%-i  eyni  və  ya  daha  aĢağı 
dərəcədə  Ģikayət  intensivliyinə  (Ģikayətlərin  təzyiqi)  sahibdirlər.  Cədvəlin 


 
əvvəlindəki  boĢluqlar  yoxlama  qrupunda  və  ya  pasientlər  qrupunda  
olanlardan heç birinin bu Ģkala üzrə ilkin bal almadığını göstərir. 
     
 
SƏHHƏTĠN, AKTĠVLĠYĠN VƏ ƏHVALĠ -RUHĠYYƏNĠN 
OPERATĠV QĠYMƏTLƏNDĠRĠLMƏSI DĠAQNOSTĠKASININ 
METODĠKASI 
 
  Məqsəd: 
Səhhətin,  aktivliyin  və  əhval-ruhiyyənin  operativ 
qiymətləndirilməsi. 
  Metodikanın təsviri:  
  Sorğu  30  cüt  əks  xarakteristikadan  ibarətdir.  Təcrübədən  keçən 
Ģəxsdən  onların əsasında öz vəziyyətini qiymətləndirmək xahiĢ olunur. Hər 
cütlük öz Ģkalasını təqdim edir, hansında ki təcrübədən keçən öz səhhətinin 
bu və ya digər xarakteristikasının təzahür dərəcisini qeyd edir. 
    Təlimat:    Sizə  30    əks  əlamətdən  ibarət  cədvəlinin  köməyi  ilə 
özünüzü    hal-hazırda  necə  hiss  etməyinizi  təsvir  etmək  təklif  olunur.  Siz 
gərək hər cütlükdə  sizin vəziyyətinizi daha dəqiq təsvir edən xarakteristikanı 
seçəsiniz  və  bu  xarakteristikanın    təzahür  dərəcəsinə    (gücünə)  uyğun  olan  
rəqəmlə qeyd edəsiniz. 
 
                          Məlumatların  araĢdırılması: 
 
 Hesablamalarda  cütlüyün  neqativ  qütbünün  son  təzahür  dərəcəsini  1 
balla,  cütlüyün  pozitiv  qütbünün  son  təzahür  dərəcəsi  isə  7  balla 
qiymətləndirilir. Bu zaman nəzərə almaq lazımdır ki, Ģkalanın qütbləri daima 
dəyiĢirlər,  ancaq  müsbət  vəziyyətlər  həmiĢə  yüksək  bal,  mənfi  vəziyyətlər 
isə  aĢağı  bal  alırlar.  Alınan  ballar  açara  uyğun  olaraq  3  kateqoriyada 
qruplaĢdırılır və ayrılıqda hər biri üçün balların miqdarı hesablanır.  
Səhhət (Ģkalalar üzrə balların cəmi): 1, 2, 7, 8, 13, 14, 19, 20, 25, 26. 
Aktivlik  (  Ģkalalar  üzrə  balların  cəmi):  3,  4,  9,  10,  15,  16,  21,  22,  27,  28. 
Əhvali-ruhiyyə ( Ģkalalar üzrə balların cəmi): 5, 6, 11, 12,17, 18, 23, 24, 29, 
30.  
Hər bir kateqoriya üzrə alınmıĢ nəticələr 10-a bölünür. ġkala üzrə orta 
bal    4-ə  bərabərdir.  4  balı  aĢan  qiymətlər  təcrübədən  keçənin  normal 
vəziyyətindən xəbər verirlər, 4 baldan aĢağı  qiymətlər isə vəziyyətin əksini 
göstərirlər.  Vəziyyətin  normal  qiymətləri  5,0-5,5  bal  diapazonundadırlar. 
Nəzərə almaq lazımdır ki, funksional vəziyyətin analizi  zamanı təkcə onun 
ayrı-ayrı göstəricilərinin qiyməti deyil, həm  də onların qarĢılıqlı nisbəti  də 
vacibdir.  
 
 


 
 
 
                               SAƏ metodikasının nümunəvi  kartı 
 
Adı, 
soyadı, 
atasının 
adı______________________     
cinsi___________ 
YaĢ______  Tarix__________  Vaxt___________ 
 
 
1. Özünü  yaxĢı hiss edirəm  3 2 1 0 1 2 3  1. özümü pis hiss edirəm 
2. Özünü güclü hiss edirəm  3 2 1 0 1 2 3  2. Özümü zəif hiss edirəm 
3. Passiv 
3 2 1 0 1 2 3  
3. Aktiv 
4. Azhərəkətli 
3 2 1 0 1 2 3  
4. Hərəkətli 
5. ġən 
3 2 1 0 1 2 3  
5. Qəmgin 
6. YaxĢı əhvali-ruhiyyə 
3 2 1 0 1 2 3  
6. Pis əhvali-ruhiyyə 
7. ĠĢ qabiliyyətli 
3 2 1 0 1 2 3  
7. Əzgin 
8. Tam güclü 
3 2 1 0 1 2 3  
8. Gücdən düĢmüĢ 
9. Ləng 
3 2 1 0 1 2 3  
9. Cəld  
10. Fəaliyyətsiz 
3 2 1 0 1 2 3  
10. Fəal 
11. XoĢbəxt 
3 2 1 0 1 2 3  
11. Bədbəxt 
12. Həyatsevər 
3 2 1 0 1 2 3  
12. Qəmgin 
13. Gərgin 
3 2 1 0 1 2 3  
13. ZəifləmiĢ 
14. Sağlam 
3 2 1 0 1 2 3  
14. Xəstə 
15.Etinasız 
3 2 1 0 1 2 3  
15. Aludə olmuĢ 
16. Laqeyd 
3 2 1 0 1 2 3  
16. Həyəcanlı 
17. Fərəhli  
3 2 1 0 1 2 3  
17. Ruhdan düĢmüĢ 
18. Sevincək 
3 2 1 0 1 2 3  
18. Kədərli 
19. Ġstirahət etmiĢ 
3 2 1 0 1 2 3  
19. Yorğun 
20. Təravətli 
3 2 1 0 1 2 3  
20. Üzgün 
21. Yuxucul 
3 2 1 0 1 2 3  
21. Əsəbi 
22. Ġstirahət etmək istəyi 
3 2 1 0 1 2 3  
22. ĠĢləmək istəyi 
23. Sakit 
3 2 1 0 1 2 3  
23. ƏndiĢəli 
24. Nikbin 
3 2 1 0 1 2 3  
24. Bədbin 
25. Dözümlü 
3 2 1 0 1 2 3  
25. Yorgun  
26. Gümrah 
3 2 1 0 1 2 3  
26. Əzgin 
27. FikirləĢmək çətindir 
3 2 1 0 1 2 3  
27.FikirləĢmək asandır 
28. Unutqan 
3 2 1 0 1 2 3  
28. Diqqətli 
29. Ümidlə dolu 
3 2 1 0 1 2 3  
29. Məyus  
30. Razı 
3 2 1 0 1 2 3  
30. Narazı 
 
 


 
 
Y. STRELYAUNUN TEMPERAMENT DĠAQNOSTĠKASININ 
METODĠKASI 
 
 Test  -  sorgu  əsəb  fəaliyyətinin  3  əsas  xarakteristikasını:  qıcıqlanma 
proseslərinin  səviyyəsini,  tormozlanma  proseslərinin  səviyyəsini,  əsəb 
proseslərinin  hərəkətliliyinin  səviyyəsini  öyrənməyə  yönəldilmiĢdir.  Test  3 
Ģkaladan  ibarətdir,  onlardan  hər  biri  ―hə‖,  ―bilmirəm‖  və  ―yox‖  cavab 
variantlarından  birini tələb edən 134 sualdan təĢkil olunmuĢdur. 
Təlimat:  Sizə  müxtəlif  situasiya  və  Ģəraitlərdə  davranıĢınızın 
xüsusiyyətləri  haqqında  bir  neçə  sual  təklif  olunacaqdır.  Bu  ağıl  və 
bacarıqların  sınağı  deyil.  Biz  cavabların  doğru  olmasında  maraqlıyıq.  Ona 
görə də burada pis və ya yaxĢı cavablar yoxdur. Suallara qayıtmamaq Ģərtilə, 
ardıcıl  cavab  vermək  lazımdır.  ―Hə‖,  ―Bilmirəm‖  və  ya  ―Yox‖  cavablarını 
verin, heç bir sualı nəzərdən qaçırmayın. 
 
Suallar 
 
1.
 
Siz  özünüzü  asanlıqla  yoldaĢlıq  münasibətlərini  quran  insanlara  aid 
edirsinizmi? 
2.
 
Siz  uygun göstəriĢ almadan özünüzü bu və ya digər  hərəkət etməkdən 
saxlaya  bilirsinizmi? 
3.
 
Üzücü  iĢdən  sonra  qüvvənizi  bərpa  etmək  üçün  sizə  qısa  müddətli 
istirahət  kifayət edərmi? 
4.
 
Siz qənaətbəxĢ olmayan Ģəraitdə iĢləyə bilirsinizmi? 
5.
 
Siz  diskussiyalar  zamanı  iĢə  aid  olmayan,  emosional  arqumentlərdən  
çəkinirsinizmi? 
6.
 
Siz  əvvəl  icra  etdiyiniz  iĢə  uzunmüddətli  fasilədən  sonra  (tətildən, 
məzuniyyətdən və s sonra) tez uyğunlaĢırsınızmı? 
7.
 
Gördüyünüz iĢə aludə olduqdan sonra yorğunluğunuzu unudursunuzmu? 
8.
 
Siz  müəyyən  bir  iĢi  bir  kimsəyə  həvalə  edərək,  iĢin  sona  çatmasını 
hövsələ ilə gözləyə bilirsinizmi? 
9.
 
Siz günün müxtəlif vaxtlarında asanlıqla yuxuya gedə bilirsinizmi? 
10.
 
Əgər sizdən xahiĢ etsələr, hər hansı bir sirri gizli saxlaya bilərsinizmi? 
11.
 
Sizə bir neçə həftə və ya bir neçə ay məĢğul olmadığınız iĢə qayıtmaq 
asandırmı? 
12.
 
Siz kiməsə anlaĢılmaz nəyisə hövsələ ilə baĢa sala bilərsinizmi? 
13.
 
Zehni gərginlik tələb edən iĢ Sizin xoĢunuza gəlirmi? 
14.
 
OxĢar iĢlər sizə darıxdırıcı gələrək yuxu gətirirmi? 
15.
 
Çox  böyük  narahatlıq  keçirdikdən  sonra  asanlıqla  yuxuya  gedə 
bilirsinizmi?  
16.
 
Əgər lazım gəlsə öz üstünlüyünüzü göstərməkdən çəkinərsinizmi? 


 
17.
 
Siz  tanıĢ  olmayan  insanlar  arasında  özünüzü  həmiĢə  olduğu  kimi 
aparırsınızmı? 
18.
 
Hirsinizi və əsəbinizi cilovlaya bilirsinizmi? 
19.
 
Ağır, çətin dəqiqələrdə siz özünüzü ələ ala bilirsinizmi? 
20.
 
Əgər  lazım  gələrsə  siz  öz  davranıĢınızı  əhatənizdəkilərin  davranıĢına 
uyğunlaĢdıra bilərsinizmi? 
21.
 
Sizə tapĢırılan iĢi həvəslə görürsünüzmü? 
22.
 
Sizin   yaĢadığınız gündəlik mühit əhvali-ruhiyyənizə təsir edirmi? 
23.
 
Uğursuzluqlara dözmək qabiliyyətinə maliksinizmi? 
24.
 
Siz asılı olduğunuz insanın yanında adi halda olduğu kimi rahat danıĢa 
bilirsinizmi? 
25.
 
PlanlaĢdırılmıĢ  gününüzdə  baĢ  verən  gözlənilməyən  dəyiĢikliklər  Sizi 
qıcıqlandırırmı? 
26.
 
Sizdə hər bir situasiya üçün hazır cavablar varmı? 
27.
 
Sizin  üçün  vacib  bir  qərarı  gözlədiyiniz  zaman  özünüzü  sakit  apara 
bilirsinizmi? 
28.
 
Tətilinizin  və  ya  məzuniyyətinizin  ilk  günlərini  asanlıqla  təĢkil  edə 
bilirsinizmi? 
29.
 
Cəld reaksiya verə bilmək qabiliyyətinə maliksinizmi? 
30.
 
Siz öz yeriĢinizi və ya maneralarınızı daha asta hərəkət edən insanların 
yeriĢinə və ya maneralarına asanlıqla uyğunlaĢdıra bilirsinizmi? 
31.
 
Yatağa uzandıqda tez yuxuya gedirsinizmi? 
32.
 
Seminar və iclaslarda Siz həvəslə çıxıĢ edirsiniz? 
33.
 
Sizin əhval-ruhiyyənizi  pozmaq asandırmı? 
34.
 
Ġcra etdiyiniz iĢdən asanlıqla ayrıla bilirsiniz? 
35.
 
BaĢqalarına mane olan söhbətlərdən qaçırsınızmı? 
36.
 
Sizi tez özünüzdən çıxarmaq mümkündürmü? 
37.
 
Hər  hansı  bir  birgə  icra  olunan    iĢ  zamanı  tərəfdaĢınızla  tez  dil 
tapırsınızmı? 
38.
 
Hər  hansı  bir  vacib  iĢi  icra  etməmiĢdən  əvvəl  həmiĢə  bu  haqda 
düĢünürsünüzmü? 
39.
 
Əgər siz hər hansı bir mətni oxuyursunuzsa, müəllifin fikrini əvvəldən 
axıra kimi diqqətlə izləyə bilirsinizmi? 
40.
 
Yol gedərkən yol yoldaĢınızla asanlıqla söhbətləĢə  bilirsinizmi? 
41.
 
 Əgər  bu  məqsədəuygundursa,  hər  hansı  birinin  haqlı  olmadığından  
onu  əmin edərdinizmi? 
42.
 
Əllərin cəldliyini tələb edən iĢə  həvəslə giriĢərdinizmi? 
43.
 
Hər hansı bir qərarınızı baĢqalarının fikri ilə dəyiĢə bilirsinizmi? 
44.
 
ĠĢin yeniləĢdirilmiĢ sisteminə tez uyğunlaĢa bilirsinizmi? 
45.
 
Bütün günü iĢlədikdən sonra gecə iĢ görə bilərsinizmi? 
46.
 
Belletrist  (  nəsrlə  yazılan  bədii  ədəbiyyat,  romanlar,  hekayələr) 
ədəbiyyatı sürətlə oxuya bilirsinizmi? 

10 
 
47.
 
 Maneələr yarananda, siz öz niyyətlərinizdən tez daĢına bilirsinizmi? 
48.
 
Lazımi situasiya zamanı Siz özünüzü ələ ala bilirsinizmi? 
49.
 
Yuxudan tez və çətinliksiz oyana bilirsinizmi? 
50.
 
Ani, impulsiv reaksiyalardan özünüzü saxlaya bilirsinizmi? 
51.
 
Səs-küylü Ģəraitdə iĢləyə bilirsinizmi? 
52.
 
Lazım gəldikdə həqiqəti birbaĢa üzə deməkdən çəkinə bilirsinizmi? 
53.
 
Ġmtahandan  əvvəl,  müdirlə  görüĢdən  əvvəl  və  s.  öz  həyəcanınızı 
gizlədə bilirsinizmi? 
54.
 
Yeni mühitə tez uyğunlaĢırsınızmı? 
55.
 
Tez-tez dəyiĢikliklər xoĢunuza gəlirmi? 
56.
 
Əgər  ağır  iĢ  gününüz  olubsa,  gecə  istirahətindən  sonra  öz  qüvvənizi 
tam bərpa edə bilirsinizmi? 
57.
 
Qısa  zaman  ərzində    müxtəlif  hərəkətlərin  yerinə  yetirilməsini  tələb 
edən iĢdən qaçırsınızmı? 
58.
 
QarĢıya  çıxan  çətinliklərin    öhdəsindən  bir  qayda  olaraq  özünüz 
gəlirsinizmi? 
59.
 
Özünüz  danıĢmağa  baĢlamazdan  əvvəl,  həmsöhbətinizin  sözünü 
bitirməsini gözləyirsinizmi? 
60.
 
Əgər üzməyi bacarırsınızsa, suda batan adamı çıxarmaq üçün özünüzü 
suya atardınızmı? 
61.
 
Gərginlik tələb edən dərsin və ya iĢin öhdəsindən gələ bilərsinizmi? 
62.
 
Siz yersiz iradlar etməkdən özünüzü saxlaya bilirsinizmi? 
63.
 
ĠĢ,  qida  qəbulu,  mühazirələr  zamanı  eyni  yerdə  əyləĢməyə  əhəmiyyət 
verirsinizmi? 
64.
 
Siz bir məĢğələdən digərinə asanlıqla keçə bilirsinizmi? 
65.
 
Vacib  qərar  verməmiĢdən  əvvəl  bütün  ―əlehinə‖  və  ―lehinə‖  olan 
variantları götür-qoy edirsinizmi? 
66.
 
QarĢınıza çıxan maneələri asan aradan qaldıra bilirsinizmi? 
67.
 
Özgələrin  əĢyalarına  və  ya  sənədlərinə  baxmaqdan  özünüzü  saxlaya 
bilirsinizmi? 
68.
 
HəmiĢə  eyni  qaydada  icra  olunan  stereotip  fəaliyyətlə  məĢğul  olmaq 
Sizə darıxdırıcı gəlmir ki? 
69.
 
Ġctimai yerlərdə qoyulan qadağalara riayət etmək Sizə çətin gəlmir ki? 
70.
 
 Söhbət,  çıxıĢ  və  ya  sulların  cavablandırılması  zamanı  artıq 
hərəkətlərdən və əl-qol atmaqdan özünüzü saxlaya bilirsinizmi? 
71.
 
Ətrafınızda canlı  hərəkətin olması sizin xoĢunuza gəlirmi? 
72.
 
Böyük güc, qüvvə tələb edən iĢ sizin xoĢunuza gəlirmi? 
73.
 
Siz  diqqətinizi  müəyyən  bir  iĢin  yerinə  yetirilməsinə  uzun  müddət 
cəmləĢdirə bilirsinizmi? 
74.
 
Cəld hərəkət tələb edən tapĢırıqları sevirsinizmi? 
75.
 
Çətin situasiyalarda özünüzü ələ ala bilirsinizmi? 

11 
 
76.
 
Əgər  lazım  olarsa  yuxudan  oyanan  kimi  yataqdan  tez  qalxa 
bilərsinizmi? 
77.
 
Sizə tapĢırılan tapĢırığı yerinə yetirdikdən sonra digərlərinin öz iĢlərini 
sona çatdırmağını hövsələ ilə gözləyə bilərsinizmi? 
78.
 
Hər  hansı    xoĢagəlməz  hadisələrə  Ģahid  olduqdan  sonra  Siz  əvvəlki 
kimi dəqiq hərəkət edirsinizmi? 
79.
 
Qəzetləri tez nəzərdən keçirə bilirsinizmi? 
80.
 
Belə  olurmu  ki,  siz  elə  çox  sürətlə  danıĢasınız    ki,  sizi  çətin  baĢa 
düĢsünlər? 
81.
 
Yuxusuz qaldığınız zaman Siz normal iĢləyə bilirsinizmi? 
82.
 
Uzun müddət fasiləsiz iĢləyə bilirsinizmi? 
83.
 
Əgər  baĢınız,  diĢiniz  və  s.  ağrayırsa,  Siz  öz  iĢinizlə  məĢğul  ola 
bilərsinizmi? 
84.
 
Əgər siz bilsəniz ki, sizin yoldaĢlarınız əylənir və sizi gözləyirlər, siz 
bitirilməsi zəruri olan  iĢinizin icrasına sakit davam edə bilərsinizmi? 
85.
 
Gözlənilməyən suallara tez cavab verə bilirsinizmi? 
86.
 
Siz adətən sürətlə danıĢırsınız? 
87.
 
Əgər qonaq gözləyirsinizsə, iĢinizi sakit icra edə bilərsinizmi? 
88.
 
DüĢünülmüĢ  arqumentlərə  əsasən  siz  öz  fikrinizi  tez  dəyiĢə 
bilirsinizmi? 
89.
 
Hövsələlisinizmi? 
90.
 
Sizə nisbətən asta hərəkət edən insanın ritminə uyğunlaĢa bilərsinizmi? 
91.
 
Siz  öz  iĢlərinizi  elə  planlaĢdıra  bilərsinizmi  ki,  bir-biri  ilə  bağlı  bir 
neçə iĢi eyni zamanda yerinə yetirəsiniz? 
92.
 
Sizin məyus vəziyyətinizi Ģən kompaniya (dostlar, yoldaĢlar) dəyiĢdirə 
bilərmi? 
93.
 
Eyni zamanda bir neçə hərəkəti asanlıqla yerinə yetirə bilərsinizmi? 
94.
 
Bədbəxt  hadisənin  Ģahidi  olarkən  psixi  tarazlığınızı  qoruyub  saxlaya 
bilirsinizmi? 
95.
 
Müxtəlif manipulyasiyalar tələb edən iĢi sevirsinizmi? 
96.
 
Yaxınlarınızdan  kim  isə  əzab  çəkirsə,  siz  öz  sakitliyinizi  qoruya 
bilirsinizmi? 
97.
 
Siz çətin həyat Ģəraitlərində müstəqilsinizmi? 
98.
 
Böyük  və  ya  sizə  tanıĢ  olmayan  kompaniyada  özünüzü  sərbəst  hiss 
edirsinizmi? 
99.
 
Əgər lazım gəldikdə söhbəti yarımçıq kəsə bilirsinizmi (məsələn, kino 
seansının, konsertin, mühazirənin əvvəlində)? 
100.
 
 BaĢqa insanların iĢ metodlarına tez uyğunlaĢa bilirsinizmi? 
101.
 
ĠĢinizi tez-tez dəyiĢmək xoĢunuza gəlirmi? 
102.
 
Qeyri-adi bir hadisə baĢ verərsə təĢəbbüsü öz əlinizə ala bilərsinizmi? 
103.
 
Uyğun olmayan Ģəraitdə  özünüzü gülməkdən saxlaya bilirsinizmi? 
104.
 
Siz dərhal intensiv iĢləməyə baĢlayırsınızmı? 

12 
 
105.
 
Əgər  özünüzü  haqlı  sayırsınızsa,  ictimai  fikrin  əksinə  çıxıĢ  etməyə 
cəsarət edərsinizmi? 
106.
 
Müvəqqəti  depressiya  (ruh  düĢkünlüyü)  vəziyyətini  adlamaq  sizə 
müvəffəq olurmu? 
107.
 
Güclü zehni yorğunluqdan sonra rahat yuxuya gedə bilirsinizmi? 
108.
 
Siz uzun müddət sakit halda gözləyə (məsələn, növbədə)  bilərsinizmi? 
109.
 
Siz    heç  bir  nəticə  ilə  sonuclanmayacagını  əvvəlcədən  bildiyiniz  hər 
hansı bir iĢə qarıĢmaqdan çəkinirsinizmi? 
110.
 
Qızğın söhbət zamanı Siz öz fikrinizi sakitcə arqumentlərlə əsaslandıra 
bilirsinizmi? 
111.
 
Qeyri-adi situasiyalar zamanı ani reaksiya verə bilirsinizmi? 
112.
 
Sizdən xahiĢ etsələr, özünüzü sakit apara bilirsinizmi? 
113.
 
Ağrılı  həkim  proseduralarına  çox  da  tərəddüd  etmədən  razılaĢa 
bilirsinizmi? 
114.
 
Siz intensiv iĢləyə bilirsinizmi? 
115.
 
Ġstirahət və ya əyləncə yerinizi həvəslə dəyiĢə bilirsinizmi? 
116.
 
Yeni gün rejiminə öyrəĢmək sizə çətin gəlmir ki? 
117.
 
Gözlənilməyən hallarda kömək etməyə tələsirsinizmi? 
118.
 
Ġdman  yarıĢlarında,  sirkdə  və  s.  olduqda  gözlənilməz  qıĢqırıq  və 
jestlərdən çəkinirsinizmi? 
119.
 
Xarakter  etibarı  ilə  çoxsaylı  insanlarla  söhbət,  ünsiyyət  qurmaq  tələb 
edən iĢ Sizin xoĢunuza gəlirmi? 
120.
 
Mimik hərəkətlər etməyi bacarırsınızmı? 
121.
 
Enerjili hərəkətlər tələb edən məĢğələlər xoĢunuza gəlirmi? 
122.
 
Özünüzü cəsur insan sayırsınızmı? 
123.
 
Qeyri-adi  situasiyalarda  sizin  səsiniz  tutulurmu  (sizə  danıĢmaq  çətin 
olur)? 
124.
 
Məğlubiyyət  anında  iĢləmək  istəmədikdə,  özünüzü  buna  məcbur  edə 
bilərsinizmi? 
125.
 
Əgər sizdən xahiĢ  etsələr, uzun müddət ayaq üstə dayana və  ya sakit 
otura bilərsinizmi? 
126.
 
Əgər  sizin  Ģənliyiniz    kimə  isə  toxunursa,  özünüzü  yıgıĢdıra 
bilirsinizmi? 
127.
 
Siz qəmginlikdən  Ģən əhval-ruhiyyəyə asanlıqla keçə bilirsinizmi? 
128.
 
Siz  özünüzdən tez çıxırsınız? 
129.
 
Siz  mühitdə  məcburi  olan  davranıĢ  qaydalarına  çətinlik  çəkmədən 
əməl edirsinizmi? 
130.
 
Cəmiyyətdə çıxıĢ etmək sizin xoĢunuza gəlirmi? 
131.
 
Siz  iĢə  adətən   sürətlə, uzun  hazırlıq dövrü keçmədən baĢlayırsınız? 
132.
 
Öz həyatınızı riskə ataraq baĢqasına kömək etməyə hazırsınızmı? 
133.
 
Sizin hərəkətləriniz enerjilidirmi? 
134.
 
Məsuliyyətli iĢi  həvəslə yerinə yetirirsinizmi? 

13 
 
 
               NƏTĠCƏLƏRĠN ARAġDIRILMASI 
 
Hər  bir  xüsusiyyətin  təzahür  etmə  səviyyəsinin  (qıcıqlanma  və 
tormozlanma  proseslərinin  gücü),  eləcə  də  onların  hərəkətliliyinin 
qiymətləndirilməsi  suallara  verilən  cavabların  aldığı  balların  cəmlənməsi 
yolu  ilə  aparılır.  Hesablama  zamanı  Ģkalaların  açarına  uyğun  gələn,  kəsikli 
trafaretdən istifadə edilməsi rahatdır. Trafareti cavablar olan vərəqin üzərinə 
qoyduqda  kəsikdəki  xaç  iĢarəsinin  kodla  üst-üstə  düĢməsi  2  ballıq  qiymətə 
uyğun  gəlir;  uygun  gəlmədikdə  sınaqdan  keçən  sıfır  qiymətini  alır;  
―bilmirəm‖  cavabı  1  balla  qiymətləndirilir.  42  bal  və  ondan  yuxarı  olan 
məbləq  hər  bir  xüsusiyyət  üzrə  yüksək  təzahür  səviyyəsi  kimi  nəzərdən 
keçirilir.  
 
                 SORĞU VƏRƏQƏSĠNĠN KODLARI 
 
  Qıcıqlanma prosesinin gücü: 
 
    Bəli: 3, 4, 7, 13, 15, 16, 19, 21, 23, 24, 32, 39, 45, 56, 60, 61, 66, 
72,  73,  78,  81,  82,  83,  94,  97,  98,  102,  105,  106,  113,  114,  117,  121,  122, 
124, 130, 132, 133, 134; 
    Xeyr: 47, 51, 107, 123; 
 
  Tormozlanma prosesinin gücü: 
 
     Bəli: 2, 5, 8, 10, 12, 16, 27, 30, 36, 37, 38, 41, 48, 50, 52, 53, 62, 
65, 69, 70, 75, 77, 84, 87, 89, 90, 96, 99, 103, 108, 109, 110, 112, 118, 120, 
125, 126, 129: 
     Xeyr: 18, 34, 36, 59, 67, 128; 
 
  Əsəb proseslərinin hərəkətliliyi: 
 
     Bəli: 1, 6, 11, 14, 20, 22, 26, 28, 29, 31, 33, 40, 42, 43, 44, 46, 49, 
54, 55, 64, 68, 71, 74, 76, 79, 80, 85, 86, 88, 91, 92, 93, 95, 100, 101, 107, 
111, 115, 116, 119, 127, 131; 
     Xeyr: 25, 57, 63. 
 

Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin