.
Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və
vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və
ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu
cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.
Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs
haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır,
17
yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına
və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin
bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən
yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin
59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən
hal qismində nəzərə alına bilər.
«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında»
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4
nömrəli Qərarının 1-ci maddəsinə görə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret
halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı,cinayət
qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin
müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət
prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında
tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun
törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.
Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə
edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza
birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.
«Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur
ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq
baxımından
açıq-aşkar
ədalətsiz
cəza
təyin
edilməsi
hallarına
yol
verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və
ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və
ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən
hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın
şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir.
Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt
Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş
üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr
1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin
həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir».
Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD nömrəli
Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin
7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu
hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən
məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun
ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin
bərqərar edildiyi də aydın görünməlidir».
Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək
azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məmmədov Səbuhi Xalis oğlu da
18
Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il
müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli
cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli 20 oktyabr 2015-ci il
tarixdən hesablanmışdır.
Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məmmədov
Səbuhi Xalis oğluna cəza təyin edərkən təqsirləndirilən şəxs Məmmədov Səbuhi Xalis
oğlunun barəsində cəzanı ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, himayəsində
bir nəfər azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə
almışdır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi
Azərbaycan Respublikası CM-nin və Azərbaycan Respublikası CPM-nin normalarının
tələblərini nəzərə almaqla işin faktiki halları ilə bağlı düzgün hüquqi nəticəyə gəlmiş,
məhkum edilmiş şəxs Məmmədov Səbuhi Xalis oğlunun şəxsiyyətini səciyyələndirən
halları kifayət qədər araşdırmış, lakin cəzanın həcmini müəyyən edərkən Azərbaycan
Respublikası CM-nin, Azərbaycan Respublikası CPM-nin, Azərbaycan Respublikası
Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4
№-li, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının
qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart
2011-ci il tarixli 2 №-li, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi
təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №-li və Azərbaycan Respublikası
Konstitusiya
Məhkəməsi
Plenumunun
«Azərbaycan
Respublikasının
bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il
tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu
bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 25 yanvar 2005-
ci il tarixli qərarlarının yuxarıda sadalanan normalarının tələblərini, eləcə də Avropa
İnsan Hüquqları Məhkəməsinin yuxarıda göstərilən presedentlərini lazımınca nəzərə
almamış, nəticədə Məmmədov Səbuhi Xalis oğluna təqsirli bilindiyi Azərbaycan
Respublikası CM-nin 234.1-ci maddəsi ilə ağır cəza təyin etmişdir.
Beləliklə, məhkəmə kollegiyası S.X.Məmmədovun gəncliyini, ailəli olmasını, ağır
ailə vəziyyətini, ailəsində yeganə qazanc gətirən şəxs olmasını, himayəsində heç bir
yerdə işləməyən həyat yoldaşının və yetkinlik yaşına çatmayan bir uşağının olmasını,
əvvəllər məhkum olunmaması nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi
S.X.Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə
02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmək qənaətinə gəlməkdə
haqlı olmamışdır. Ona görə də məhkəmə kollegiyası S.X.Məmmədova Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın
azaldılmasını məqsədəuyğun sayır.
Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə əsasən, apellyasiya
şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası
məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə
qərar qəbul etməyə haqlıdır.
Həmin Məcəllənin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin
ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya
məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır.
19
Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası
məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə
uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya
məhkəməsinin hökmünü dəyişdirir.
Həmin Məcəllənin 399.3-cü maddəsinə görə, işin bütün hallarının araşdırılması
nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin
hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal
mülahizələrə əsaslanaraq ləğv edilə bilməz.
Bununla da, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya
məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm
onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə
apellyasiya instansiyasında aparılmış qismən məhkəmə istintaqının nəticələrinə
əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək Məmmədov Səbuhi
Xalis oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum
edilməsinə dair cinayət işi üzrə Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2016-cı il tarixli,
1(032)-49/2016 nömrəli hökmünü ləğv edərək iş üzrə yeni hökm çıxarmağı, yaxud
həmin hökmü ləğv edərək cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul
etməyi, yaxud məhkum edilmiş şəxs S.X.Məmmədovun əməllərinin Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin digər maddəsinə(maddələrinə) tövsif edilməsini
məqsədəmüvafiq hesab etmir, lakin S.X.Məmmədova Azərbaycan Respublikası CM-nin
234.1-ci maddəsi ilə təyin olunmuş cəzanın 01 (bir) il 2 (iki) ay müddətinədək
azaldılmasını məqsədəuyğun hesab etməklə, məhkum edilmiş şəxs Məmmədov Səbuhi
Xalis oğlunun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş
apellyasiya şikayətinin qismən təmin edilməsini və həmin apellyasiya şikayətinə əsasən
Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 1(032)-49/2016 nömrəli
hökmünün dəyişdirilməsini məqsədəuyğun sayır.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 405, 407-
410 və 412-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyası
QƏRARA ALDI:
Məmmədov Səbuhi Xalis oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci
maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Şəhər Məhkəməsinin 16
avqust 2016-cı il tarixli, 1(032)-49/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs
Məmmədov Səbuhi Xalis oğlunun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən
verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 1(032)-49/2016 nömrəli
hökmü məhkum edilmiş şəxs Məmmədov Səbuhi Xalis oğlunun müdafiəçisi Əhmədova
Ulduzə Mehdi qızının apellyasiya şikayətinə əsasən dəyişdirilsin.
Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 1(032)-49/2016 nömrəli
hökmü ilə Məmmədov Səbuhi Xalis oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci
maddəsi ilə təyin edilmiş cəza 01 (bir) il 02 (iki) ay müddətinədək azaldılsın.
20
Hökm məhkum edilmiş şəxs Məmmədov Səbuhi Xalis oğlunun müdafiəçisi
Əhmədova Ulduzə Mehdi qızının apellyasiya şikayətinə əsasən qalan hissədə
dəyişdirilməsin.
Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir.
Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu
maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən:İmza var.
Hakimlər: İmzalar var.
Əsli ilə düzdür. Sədrlik edən: Amil Dosiyev
Dostları ilə paylaş: |