Q ə r a r Azərbaycan Respublikası adından


Apellyasiya şikayətinin dəlilləri



Yüklə 129,17 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix18.03.2022
ölçüsü129,17 Kb.
#53963
1   2   3   4   5   6   7
Q ə r a r Azərbaycan Respublikası adından

 Apellyasiya şikayətinin dəlilləri:  

 

Müdafiəçisi  Əhmədova  Ulduzə  Mehdi  qızı  apellyasiya  şikayətini  onunla 

əsaslandırmışdır  ki,  Şirvan  Şəhər  Məhkəməsinin  16  avqust  2016-cı  il  tarixli  hökmünü 

qanunsuz  və  əsassız  hesab  edir.  Məmmədov  Səbuhi  Xalis  oğlu  ona  görə  təqsirli 

bilinmişdir  ki,  o,  satış  məqsədi  olmadan  qanunsuz  olaraq  bir  ədəd  bükümdə  şəxsi 

istehlak  miqdarından  artıq  miqdarda  təmiz  çəkisi  2,865  qram  olan  narkotik  vasitə 

heroini  əldə  edib  üstündə  saxlamaqla  Şirvan  şəhərinin  M.Ə.Rəsulzadə  küçəsində 

yerləşən  «Elite»  ticarət  mərkəzinin  qarşısına  daşımış,  bu  barədə  daxil  olmuş  məlumat 

əsasında  Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  Baş  Mütəşəkkil 

Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış 

tədbirləri  zamanı  o,  20  oktyabr  2015-ci  il  tarixdə  saat  17.00-da  qeyd  olunan  ticarət 

mərkəzinin  qarşısında  saxlanılaraq  üzərində  şəxsi  axtarış  keçirilərkən  əynindəki  göy 

rəngli  cins  şalvarının  arxa  sağ  cibindən  bir  ədəd  sellofan  bükümdə  olan  2,865  qram 

çəkidə  tiryəkdən  kustar  üsulla  hazırlanmış  narkotik  vasitə  heroin  aşkar  edilərək 

götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məmmədov Səbuhi Xalis 

oğlu  özünü  təqsirli  bilməyərək  göstərmişdir  ki,  o,  20  oktyabr  2015-

ci  il  tarixdə  Şirvan 

şəhərinin  M.Ə.Rəsulzadə  küçəsində  yerləşən  «Elite»  ticarət  mərkəzinə  gəlib  özü  üçün 

mobil  telefon  nömrəsi  almaq  istəmiş,  lakin  nömrə  almaq  üçün  pulu  çatmadığına  və 

şəxsiyyət vəsiqəsi evdə qaldığına görə evə qayıtmış, şəxsiyyət vəsiqəsini və pulu evdən 



götürüb «Elite» ticarət mərkəzinə  mobil telefon nömrəsi satılan mağazaya  qayıtmışdır. 

Mağazada  olan  satıcı  mobil  telefon  nömrəsini  onun  adına  rəsmiləşdirərkən  arxadan 

gələn  Şirvan  şəhər  Polis  Şöbəsində  əməliyyatçı  kimi  tanıdığı  Müşfiq  Eyvazov  və 

Azərbaycan  Respublikası  DİN-nin  BMCMİ-inin  əməkdaşları  ona  yaxınlaşıb  əl-qolunu 

tutduqdan  sonra  onu  Şirvan  şəhər  Polis  Şöbəsinə  aparmışlar.  Şirvan  şəhər  Polis 

Şöbəsində üzərindən 3 manat pul, telefon və kibrit qutusu aşkar edilərək götürülmüşdür. 

Şirvan  şəhər  Polis  Şöbəsində  Müşfiq  Eyvazov    ona  hədə  qorxu  gələrək  «sənə  qulaq 



burması veririk» deyə narkotiki masanın üstünə atıb  üzərinə götürməyi təklif etmişdir. 

Müşfiq  Eyvazov    hətta  ona  köməklik  edərək  narkotikin  növünü  dəyişməyi  bildirmiş, 

polis şöbəsinin digər əməkdaşı Ruslan adlı şəxs otağa daxil olaraq narkotikin miqdarını 

azalda biləcəyini, həmin narkotik vasitəni dəmiryolunun kənarından tapmasını deməsini 

tövsiyə  etmişdir.  Lakin    DİN-nin  Baş  Mütəşəkkil  Cinayətkarlıqla  Mübarizə  İdarəsinin 

əməkdaşı  Rövşən  adlı  şəxs  ona  narkotik  vasitəni  parkda  ağacın  dibində  tapdığını 

boynuna  almasını  bildirimişdir.  Sonra  Daxili  İşlər  Nazirliyinin  Baş  Mütəşəkkil 

Cinayətkarlıqla  Mübarizə  İdarəsinə  aparılmış,  həmin  idarədə  Rövşən  adlı  şəxs  

dediklərini  boynuna  almadığı  təqdirdə  evinə  silah  atacağı  ilə  hədələmişdir.  O  da  anası

xəstə  olduğundan  ilkin  izahatını  onların  dediyi  kimi  yazmış,  məhkəmə  iclasında  onun 

barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən döyülməsi və 

təhdid  edilməsi  barədə  bir  söz  deməmişdir.  Əvvəlcə  barəsində    Azərbaycan 

Respublikası  CM-nin  234.4.3-cü  maddəsi  ilə  cinayət  işi  başlanılmış,    sonradan  guya 

onun  törətdiyi  cinayət  əməli  Azərbaycan  Respublikası  CM-nin  234.1-ci  maddəsinə 

tövsif  edilmişdir.  О  heç  vaxt  narkotik  vasitədən  istifadə  etməmiş,  Polis  Şöbəsində  ona 

qarşı zorakılıq hərəkətləri edildiyindən məcburiyyət qarşısında qalıb cinayət törətməsini 

etiraf  etmişdir.  Cinayət  işinin  materiallarından  göründüyü  kimi  18  oktyabr  2015-ci  il 

tarixdə  Səbuhi  Məmmədovun  barəsində,  yəni  onun  narkotik  vasitələrin  satışı  və 

dövriyyəsi  ilə  məşğul  olması  barəsində  idarəyə  məlumat  daxil  olmuş  və  20  oktyabr 

2015-ci  il  tarixdə  əməliyyat-axtarış  tədbirlərinin  keçirilməsi  barədə  qərar  qəbul 

edilmişdir.  Lakin  nədənsə  bu  barədə  əməliyyat-qeydiyyat  işi  açılmamşıdır.  Məhkəmə 

hökmündə  şahidlərin  də  Səbuhi  Məmmədovu  “Elite”  ticarət  mərkəzinin  qarşısında 

yerləşən  istirahət parkında tutduqları  göstərilsə də,  məhkəmə  hökmündə bu  hal düzgün 

olmayaraq  Səbuhi  Məmmədovu  “Elite”  ticarət  mərkəzinin  qabağında  tutulması  qeyd 

edilmişdir.  İş  üzrə  məhkəmə  iclası  zamanı  dindirilmiş  hal  şahidləri  Əliyev  Müşfiq 

Qağamkişi oğlu və Qurbanov Rəşad Şamil oğlu isə əməliyyat işçilərindən fərqli olaraq 

Səbuhi  Məmmədovun  “Elite”  ticarət  mərkəzinin  qabağında  tutulmasını  bildirmişlər. 

Məhkəmə iclasında əlavə şahid qismində ifadə vermiş Məmmədov Elxan  Zakir oğlu və 

Əkbərzadə  Qumru  Ədalət  qızı  onların  işlədiyi  “Elite”  ticarət  mərkəzində  telefon  və 

telefon  nömrələri  satışı  mağazasında  Səbuhi  Məmmədovun  onlardan  telefon  nömrəsi 




aldığı  zaman  4-5  nəfər  mülki  geyimdə  olan  şəxslər  tərəfindən,  daha  doğrusu  Səbuhi 

Məmmədov  onların  mağazasında  olan  zaman  Şirvan  şəhər  polis  şöbəsinin  əməliyyat 

müvəkilli  vəzifəsində  işləmiş  Eyvazov  Müşfiq  Həsən  oğlu  tərəfindən    arxadan  iki 

qolları  altından  qucaqlanaraq  4-5  nəfər  mülki  geyimdə  olan  şəxslərlə  aparılmışdır. 

Göründüyü  kimi  cinayət  işi  üzrə  dindirilmiş  şahidlərin  ifadələri  arasında  ziddiyətlər 

mövcuddur.  Məhkəmə  iclasında  onların  çarpaz  dindirilmələri  zamanı  bütün  bu 

xüsusatlar öz təsdiqini tapsa da məhkəmə hökmündə bu hallar, demək olar ki, öz əksini 

tapmamışdır. Bundan başqa cinayət işinin materiallarından göründüyü kimi, hüquqlarını 



müdafiə  etdiyi  təqsirləndirilən  şəxs  Səbuhi  Məmmədovun  barəsində  7  ay  ərzində 

cinayət işinin istintaqı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə aparılsa 

da  son  nəticədə  onun  etmədiyi  əməli  başqa  maddəyə--CM-nin  234.1-ci  maddəsinə 

tövsif edilmişdir. Qeyd olunanlara əsasən Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2016-

cı  il  tarixli,  1(032)-49/2016  nömrəli  hökmünü  ləğv  edərək  Azərbaycan  Respublikası 

CM-nin  234.1-ci  maddəsi  ilə  məhkum  edilmiş  şəxs  Məmmədov  Səbuhi  Xalis  oğlunun 

barəsində  bəraət  hökmünün  çıxarılmasını,  apellyasiya  şikayətinə  məhkəmə  baxışını 

məhkum  edilmiş  şəxsin  iştirakını  təmin  etməklə  və  məkəmə  istintaqı  aparılmaqla 

keçirilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. 

  


Yüklə 129,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin