Q ə r a r “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi



Yüklə 138,4 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix03.02.2022
ölçüsü138,4 Kb.
#52050
  1   2
NK Qərar



1

 

 



 

 

 



 

AZƏRBAYCAN  RESPUBLİKASININ 

N AZİRLƏR  KABİNETİ  

 

Q Ə R A R  

 

“Xüsusi  karantin  rejiminin  müddətinin  uzadılması  və  bəzi 

məhdudiyyətlərin  aradan  qaldırılması  ilə  bağlı  tədbirlər  barədə” 

Azərbaycan   Respublikası   Nazirlər   Kabinetinin  2021-ci  il  26  may 

tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

 

 



“Sanitariya-epidemioloji 

salamatlıq 

haqqında” 

Azərbaycan 

Respublikası  Qanununun  25-ci  maddəsinə  və  Azərbaycan  Respublikası 

Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq 

edilmiş  “Yoluxucu,  parazitar  və  kütləvi  qeyri-yoluxucu  xəstəliklərin  əmələ 

gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika 

və  digər  zəruri  tədbirlərin  görülməsi  Qaydaları”na  əsasən  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti qərara alır: 

1.  “Xüsusi  karantin  rejiminin  müddətinin  uzadılması  və  bəzi 

məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  2021-ci  il  26  may  tarixli  151  nömrəli 

Qərarında aşağıdakı dəyişikliklər edilsin: 

1.1.  2.3-

cü  bənddə  “

(COVID-19-

a  qarşı  peyvənd  sertifikatına  malik 

olan)  və  ya  COVID-19-a  qarşı  immunitet  sertifikatı  (COVID-19-dan 

sağalaraq  immunitetə  malik  olan)”  sözləri  “(COVID-19-a  qarşı  peyvənd 

sertifikatı  və  ya  COVID-19-a  qarşı  immunitet  sertifikatı)”  sözləri  ilə  əvəz 

edilsin


1.2. 2.4-

cü bənd aşağıdakı redaksiyada verilsin: 

“2021-ci il  iyulun  1-dən etibarən 

COVID-

19 pasportu  tələb  olunan  iş 



və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza 

peyvənd  olunması  və  ya  COVID-19-a  qarşı  immunitet  sertifikatına  malik 

olması,  2021-ci  il  1  avqust  tarixindən  etibarən  isə  COVID-19  pasportunun 

olması tələb olunur.”

1.3. 2.5-1.1-



ci və 2.5-2-ci bəndlərə “daimi yaşayan” sözlərindən sonra 

“digər ölkə vətəndaşlarına, habelə” sözləri əlavə edilsin




2

 

1.4. aşağıdakı məzmunda 2.5-3-cü bənd əlavə edilsin: 



“2.5-3.  2021-ci  il  1  iyul  tarixindən  aşağıdakı  tələblərə  riayət  etməklə 

şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir: 

2.5-3.1. 

şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus 

(COVID-19) 

infeksiyasının  profilaktikasına  dair  metodiki  göstərişlər”də 

müəyyən  olunmuş  tələblərə  uyğun  təşkil  edilməli,  qonaqların  ümumi  sayı 

150 


(yüz  əlli)  nəfərdən  çox  olmamalı  və  şənlik  mərasiminin  keçirildiyi 

məkanın  sahəsi  nəzərə  alınmaqla  hər  bir  zal  üzrə  qonaq  tutumu 

müəyyənləşdirilməlidir; 

2.5-


3.2.  50  nəfərə  qədər  şəxsin  iştirakı  ilə  təşkil  olunan  şənlik 

mərasimlərində  tənəffüs  yollarını  qoruyan  fərdi  vasitələrdən  istifadə 

məcburidir  və  həmin  şənlik  mərasimlərində  iştirak  üçün  COVID-19 

pasportunun təqdim olunması tələb olunmur

2.5-3.3. 

50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan 

şənlik  mərasimlərində  iştirak  edən  yaşı  18-dən  yuxarı  bütün  qonaqların 

COVID-19-

a  qarşı  tam  peyvənd  olmaları  və  ya  COVID-19-dan  sağalaraq 

immunitetə  malik  olmaları  barədə  təsdiqedici  sənədi  (bundan  sonra  – 

COVID-

19  pasportu)  olmalıdır  və  şənlik  mərasimlərində  iştirak  edən 



qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə 

tələb olunmur;  

2.5-

3.4. şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi 



heyət  (müvəqqəti  işə  cəlb  edilmiş  işçilər  daxil  olmaqla)  bu  Qərarın  2.4-cü 

bəndinin tələblərinə cavab verməlidir

2.5-

3.5.  şənlik  mərasimində  xidmət  göstərən  heyətin  (musiqiçilər 



istisna  olmaqla)  tibbi  maskalardan,  əlcəklərdən  və  digər  fərdi  qoruyucu 

vasitələrdən istifadəsi məcburidir;         

2.5-

3.6. şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi 



həmin  obyekt  daxilində  fəaliyyət  göstərən  tədbir  zalları,  onların  tutumu  və 

çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, 

habelə  şənlik  mərasiminin  keçirilməsi  tarixinə  ən  azı  5  (beş)  gün  qalmış  

mərasimin  keçirilmə  tarixi,  başlama  və  bitmə  vaxtı  (saat  00:00-dan  gec 

olmamaqla),  qonaq  sayı  haqqında  məlumatları  “icaze.e-gov.az”  portalına 

daxil etməlidir; 

 2.5-

3.7.  şənlik  mərasimlərinin  təşkili  və  keçirilməsi  zamanı  xüsusi 



karantin  rejiminin  tələblərinə  əməl  edilməsi  ilə  bağlı  şənlik  mərasiminin 

sahibi  və  şənlik  mərasiminin  keçirildiyi  məkanın  sahibi  arasında  müştərək 

məsuliyyət  barədə  bu  Qərarın  əlavəsində  nəzərdə  tutulan  formada 

iltizamnamə  imzalanmalı  və  şənlik  mərasiminin  keçirildiyi  məkanın  sahibi 

tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir; 

2.5-


3.8. bu Qərarın 2.5-3.1-2.5-3.7-ci bəndlərinin tələbləri pozulmaqla 

şənlik mərasimlərinin keçirilməsi qadağandır;  

2.5-3.9. 

ictimai iaşə obyektlərində monitorinqlər, habelə 50 nəfərdən 

150  nəfərə  qədər  şəxsin  iştirakı  ilə  təşkil  olunan  şənlik  mərasimlərində 



3

 

 



 

 

koronavirus  (COVID-19) 



infeksiyasının  idarə  olunması  ilə  bağlı  nəzarət 

tədbirləri  Azərbaycan  Respublikasının  Daxili  İşlər  Nazirliyi,  Azərbaycan 

Respublikasının  Qida  Təhlükəsizliyi  Agentliyi  və  Azərbaycan  Respub-

likasının  İqtisadiyyat  Nazirliyi  yanında  Dövlət  Vergi  Xidməti  tərəfindən 

həyata keçirilir; 

2.5-


3.10.  “icaze.e-gov.az”  portalı

 

ilə  bağlı  yaranan  çətinliklərlə 



əlaqədar  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Vətəndaşlara 

Xidmət  və  Sosial  İnnovasiyalar  üzrə  Dövlət  Agentliyinin  (ASAN  Xidmətin) 

9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

”. 


2.  Azərbaycan  Respublikasının  İqtisadiyyat  Nazirliyi,  Azərbaycan 

Respu


blikasının  Səhiyyə  Nazirliyi,  Azərbaycan  Respublikasının  Prezidenti 

yanında 


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, 

Azərbaycan  Respublikasının  Qida  Təhlükəsizliyi  Agentliyi  və  İcbari  Tibbi 

Sığorta  üzrə  Dövlət  Agentliyi  bu  Qərardan  irəli  gələn  zəruri  tədbirlərin 

görülməsini təmin etsinlər. 

3. “

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə



” Azərbaycan 

Respublikası Nazirlər  Kabinetinin 2020-ci  il 12 sentyabr tarixli 336 nömrəli 

Qərarında 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2020,     

№ 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 

1314,  1315,  №  11,  maddələr  1387,  1394,  №  12,  maddələr  1588,  1592, 

1612;  2021,  №  1,  maddələr  92,  106;  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin 2021-ci il 3 

mart tarixli 48 nömrəli, 19 mart tarixli 71, 72 nömrəli, 

19  aprel  tarixli  100  nömrəli  və  26  may  tarixli  151  nömrəli  qərarları) 

aşağıdakı dəyişikliklər edilsin: 

3.1.  1.1.10-

cu  yarımbənddən  “

və ictimai  iaşə  məkanlarının”  sözləri 

çıxarılsın;

 

3.2. 1.1.2-ci, 1.1.2-1-ci, 1.1.6-



cı, 1.1.13-cü, 1.2.1-ci, 1.2.4-cü, 1.2.6-cı 

yarımbəndlər və 1.3-cü bənd ləğv edilsin. 

 


Yüklə 138,4 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin