Q t I s a d I İ s L a h a t L a r



Yüklə 4,59 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix22.06.2020
ölçüsü4,59 Mb.
#32042
1   2   3
strateji yol xəritəsi -aze


STRATEJİ BAXIŞ

2020-ci ilədək strateji baxış

Milli  iqtisadiyyat  üzrə  2020-ci  ilədək 

strateji baxış Azərbaycan iqtisadiyyatının 

əvvəlcə  xarici  şokların  mənfi  təsiri 

nəticəsində 

yaranmış 

vəziyyətdən 

çıxmaq  üçün  qısamüddətli  dönəmdə 

sabitləşdirilməsinə, ortamüddətli dönəmdə 

şaxələnmə və yeni hərəkətverici qüvvələr 

hesabına inkişaf xəttinin bərpa edilməsinə, 

dövrün sonunda isə dünya iqtisadiyyatına 

daha  çox  inteqrasiya  etməklə  rəqabət 

qabiliyyətinin artırılmasına nail olmaqdır.

2020-ci  ilədək  strateji  baxış  2025-ci  il 

və  ondan  sonrakı  dövr  üçün  qurulacaq 

iqtisadiyyatın təməllərinin inkişafına xidmət 

edəcəkdir. Azərbaycanın Avropanın enerji 

təhlükəsizliyində,  həmçinin  nəqliyyat–

logistika  dəhlizlərinin  inkişafında  mühüm 

rolu  qorunmaqla  yanaşı,  həm  də 

iqtisadiyyatının  Strateji  Yol  Xəritəsində 

nəzərdə tutulan istiqamətlərdə irəliləməsi 

təmin olunacaqdır.

İqtisadiyyatın  şaxələndirilməsində  və 

ixtisaslaşmanın 

artırılmasında 

əsas 

məqsəd,  qeyri–neft  sektorunda  daha 



çox  dəyərin  yaradılması  əsasında 

gəlirlərin  məbləğinin  artırılması  və 

ədalətli  bölgüsünün  aparılmasıdır.  Son 

10 il ərzində neftdən əldə edilmiş gəlirlər 

əhalinin  məşğulluq  səviyyəsini  artırıb. 


8

Bununla  belə,  neft  sektorunda  əməyin 

intensivliyi  zəif  olduğu  üçün  bu  sektora 

birbaşa cəlb edilmiş işçilərin sayı ümumi 

işçi qüvvəsinin cəmi 1 faizini təşkil edir. 

2020-ci  il  üçün  strateji  baxış  həm  də 

bazarlara  çıxış  imkanının  daha  da 

genişləndirilməsini  ehtiva  edir.  Ticarət 

infrastrukturunun 

yaxşılaşdırılması 

və  ticarət  açıqlığının  gücləndirilməsi 

daxili  bazarların  qorunması  siyasəti  ilə 

elə  uzlaşdırılmalıdır  ki,  nəticədə  təbii 

ehtiyatlardan  daha  səmərəli  istifadə 

əsasında daha çox dəyər ölkədə qalsın və 

ədalətli bölüşdürülsün.

İnkişafın  davamlılığının  artırılması  üçün 

ölkə  iqtisadiyyatının,  dövlət  büdcəsinin 

və 

məzənnənin 



neftdən 

asılılığı 

azaldılmalıdır. Neftdən əldə edilmiş vəsait 

mal  və  xidmətlərə  olan  yerli  tələbata 

əhəmiyyətli dərəcədə təsir göstərdiyi üçün 

neftin qiymətində baş verən dəyişiklik ölkə 

iqtisadiyyatında  sabitliyi  pozur.  Məsələn, 

2004- 2014-cü illərdə illik artım tempinin 

orta hesabla 11,5 faiz dərəcəsi dəyişməsi 

nəticəsində 

şirkətlərin  planlaşdırma 

imkanları  məhdudlaşdı  və  özəl  sektora 

qoyulan  investisiyalar  azaldı.  Bundan 

başqa,  neftdən əldə edilən gəlirlər  xarici 

valyutanın  əsas  mənbəyi  olduğu  üçün 

neftin  qiymətində  baş  verən  dəyişikliklər 

ölkənin milli valyutasının dəyər itirməsinə 

səbəb olur.

Əsas makroiqtisadi göstəricilərin, xüsusilə 

də,  dövlət  büdcəsinin  neft  gəlirlərindəki 

volatillikdən  asılılığını  aradan  qaldırmaq 

üçün  «qızıl  qayda»nın  tətbiqi  nəzərdə 

tutulur.  Bu  yolla  akkumulyasiya  olunmuş 

neft  gəlirlərinin  nəsillər  arasında  ədalətli 

bölgüsü  təmin  ediləcək  və  ARDNF-dən 

dövlət  büdcəsinə  transfertlərin  həcmi 

dayanıqlı  iqtisadi  inkişaf  ehtiyacları 

ilə 


uzlaşdırılacaqdır. 

Pul 


siyasəti 

nəticəsində qiymət sabitliyi milli valyutaya 

etimadı  artıracaq,  intizamlı  fiskal 

siyasətin  formalaşdırılmasına  xidmət 

edəcək  və  iqtisadi  artıma  müsbət  təsir 

göstərəcəkdir. Bir sözlə, monetar siyasət 

məqsədləri,  fiskal  çərçivə  və  iqtisadi 

artım  hədəfləri  qarşılıqlı  şəkildə  bir-birini 

dəstəkləyəcəkdir.  Maliyyə  bazarlarının 

dərinliyi,  həmçinin  xidmətlərin  çeşidi, 

keyfiyyəti və əlverişliliyi artırılacaqdır.

2025-ci ilədək uzunmüddətli baxış

2025-ci  ilədək  milli  iqtisadiyyat  üzrə 

uzunmüddətli  baxış  dayanıqlı  inkişaf 

magistralına  daxil  olmuş  Azərbaycan 

iqtisadiyyatının  bütün  tərəflərin  faydalı 

əməkdaşlığı  şəraitində  daha  çox  dəyər 

yaratmaqla 

rəqabət 


qabiliyyətinin 

gücləndirilməsinə nail olmaqdır.

Xüsusilə,  azad  rəqabət  mühitinin 

inkişafı  özəl  sektorun  dəstəklənməsi  ilə 

müşayiət  olunmaqla  milli  iqtisadiyyata 

daha  çox  investisiya  cəlbi  və  bazarlara 

çıxış  imkanının  genişləndirilməsi  ilə 

nəticələnəcəkdir. 

Milli 

iqtisadiyyatın 



inkişafı  qlobal  və  regional  kontekstdə 

başlıca  meyillər  nəzərə  alınmaqla 

təmin  ediləcək,  həmçinin  qlobal  və 

regional  dəyər  zəncirlərinə  inteqrasiya 

əsas 

götürüləcəkdir. 



Makroiqtisadi 

sabitliyin  qorunması,  biznes  mühitinin 

yaxşılaşdırılması, 

özəl 


sektorun 

investisiya  qoyuluşlarının  təşviqi  və 

dəstəkləyici dövlət sektoru Azərbaycanın 

2025-ci ilədək olan dövrdə iqtisadi inkişaf 

perspektivinin fundamental əsasıdır.

Makroiqtisadi sabitlik

Daha  çox  şaxələndirilmiş  və  dayanıqlı 

iqtisadiyyatın  əsasını  sabit  makroiqtisadi 

mühit  təşkil  edir.  Makroiqtisadi  siyasət 

seçimləri  bu  mühitin  formasını  müəyyən 

edir.  Ötən  illər  ərzində,  Azərbaycan 

Dünya  İqtisadi  Forumunun  Qlobal 

Rəqabətlilik  Hesabatına  əsasən,  10  ən 

stabil  makroiqtisadi  mühitə  malik  ölkələr 

arasında  qərar  tutmuşdur.  Azərbaycanı 

10  ən  stabil  makroiqtisadi  mühitə  malik 

ölkələr sırasında saxlamaq üçün növbəti 

10 il ərzində daha çox şaxələndirilmiş gəlir 

strukturu  yaradılacaqdır.  ARDNF-dən 

transfertlər üçün “qızıl qayda”dan istifadə 

və  güclü  xərc  çərçivəsinin  şərtləndirdiyi 

fiskal intizam iqtisadiyyatı neft qiymətindəki 

dəyişkənlikdən  qoruyacaq,  ARDNF-

in  ehtiyat  toplamasına  imkan  verəcək 

və  dövlət  borcunun  aşağı  səviyyədə 

saxlanılmasına şərait yaradacaqdır. Borc 

səviyyələrinin dayanıqlı artım potensialına 

uyğun səviyyədə saxlanılması, bu zaman 

təbii  ehtiyatlardan  əldə  edilən  gəlirlərin 



9

və  balans  uçotundan  kənar  borcların 

nəzərə  alınması  üçün  fiskal  qayda 

işlənib hazırlanacaqdır. 

Həmçinin  bu  qayda  dövlət  xərclərini 

qeyri-neft  ÜDM-i 

ilə  əlaqələndirib 

qeyri-neft  gəlirlərinin  dövlət  xərclərini 

ödəmə  səviyyəsini  artıracaqdır.  Dövlət 

xərclərinin effektivliyini təmin etmək üçün 

büdcə  tələbləri  aydın  müəyyən  edilmiş 

məqsədlərlə,  həmçinin  icra  göstəriciləri 

üzrə  indikatorlarla  əlaqələndiriləcəkdir. 

Bütün  bunlar  Azərbaycanın  əsas 

beynəlxalq 

reytinq 


agentliklərindən 

investisiya dərəcəli kredit reytinqi almasını 

təmin edə bilər.  Bununla  yanaşı,  mühüm 

iqtisadi göstəricilər və açıq kredit mövqeyi 

və  ya  aktivlərin  potensial  qabarcıqları 

kimi  mühüm  risklərin  izlənilməsi  sistemi 

dayanıqlı inkişafı dəstəkləyəcəkdir.

Vacib  məlumatların  verilməsi,  yerli  və 

beynəlxalq  investorların  tələb  etdiyi 

şəffaflıq  səviyyəsinin  təmin  edilməsi 

məqsədilə  manat  üzən  valyuta  olmaqda 

davam 


edəcəkdir. 

Bu 


yanaşma 

makroiqtisadi 

mühiti 

daha 


asan 

proqnozlaşdırmağa 

imkan 

verəcək, 



daha  yüksək  həcmdə  birbaşa  xarici 

investisiyaları  və  sabit  ticarət  axınlarını 

dəstəkləyəcəkdir.  Bu,  həm  də  sabit 

və  proqnozlaşdırılması  mümkün  olan 

inflyasiya  mühitinin  yaranmasına  gətirib 

çıxaracaqdır ki, nəticədə Azərbaycanda ev 

təsərrüfatları öz yığımlarını bank sektoruna 

etibar  etməklə  maliyyə  sabitliyinə  daha 

çox  dəstək  vermiş  olacaqlar.  Manatın 

mübadilə 

məzənnəsində 

volatilliyin 

azalması  Azərbaycanda 

investisiya 

risklərini  də  azaldacaqdır.  Beynəlxalq 

kreditorların tətbiq etdiyi risk premiyası bu 

təsir  nəticəsində  azalaraq  kapital  xərcini 

aşağı salacaqdır.

Effektiv  fiskal  və  monetar  idarəetməni 

dəstəkləmək  üçün  maliyyə  sektorunda 

sabitlik  və  likvidlik  2025-ci  ilədək  tam 

təmin  ediləcəkdir.  Bunun  üçün  dövlət 

istiqrazlarının və sərbəst dövriyyədə olan 

digər qiymətli kağızların daha likvid olması 

təmin  edilməlidir.  Likvidlikdə  artım  vacib 

qiymət siqnalı olub, real iqtisadiyyata daha 

çox kredit kütləsinin axını ilə nəticələnən 

likvid  banklararası  bazarın  inkişafına 

təkan  verir.  Həmçinin  daha  dərin  kapital 

bazarları  çevik  yerli  investisiyalar  üçün 

imkan  qazandırır  və  bu,  müvəqqəti 

sərmayə  imkanları  axtaran  investorlar 

üçün  xüsusilə  vacibdir.  Bu  prioritetin 

əsas məqsədi daha çox yerli kreditorları 

və  kredit  axtaranları  kapital  bazarlarına 

cəlb  etməkdən  ibarətdir.  Bu,  kapital 

bazarlarının daha da şaxələndirilməsi və 

volatilliyin  azaldılmasına  gətirib  çıxarır, 

həmçinin manatın daha cəlbedici olması 

üçün  manat  nominasiyalı  investisiya 

qoyuluşlarına  daha  geniş  imkanlar  açır. 

Nəticədə, hazırda əsasən ABŞ dollarında 

saxlanan  yığımlar  get-gedə  daha  çox 

manata  çevriləcəkdir.  Daha  dərin  kapital 

bazarı  həm  də  Mərkəzi  Banka  daha 

effektiv  monetar  siyasət  yürütmək  və 

bazarda  qeyri-müəyyənlik  olduqda  son 

instansiya  kreditoru  kimi  hərəkət  etmək 

imkanı  verəcəkdir.  Azərbaycanda  2025-

ci ilə qədərki dövrdə maliyyə sektorunda 

qısamüddətli sabitləşdirmə təmin ediləcək, 

ortamüddətli dönəmdə struktur islahatları 

ilə  inkişaf  gücləndiriləcək,  uzunmüddətli 

dönəmdə  isə  maliyyə  sektoru  qlobal 

müstəvidə açıq rəqabətə hazırlanacaqdır. 

Ölkədə  maliyyə  sektorunda  islahatların 

region dövlətlərinə nisbətən daha sürətlə 

aparılması, ölkəyə xarici investisiya cəlbini 

genişləndirməklə 

milli 


iqtisadiyyatın 

dayanıqlı inkişafına təkan verəcəkdir.



Yaxşılaşdırılmış biznes şərtləri və özəl 

sektorun investisiya qoyuluşları

2025-ci  ilədək  Azərbaycanda  müasir 

texnologiyalara,  bazarlara  və  maliyyə 

vəsaitlərinə bərabər çıxış imkanları təmin 

edən  rəqabət  mühiti  yaradılacaqdır. 

Yerli  şirkətlərin  canlanmasına  və  xarici 

investorların  dünya  standartlarına  uyğun 

fəaliyyət göstərmələrinə şərait yaradacaq 

biznes 

mühiti 


təmin 

ediləcəkdir. 

Biznesin  həyata  keçirilməsinin  asanlığı 

üç  əsas  sahəni  əhatə  edir:  investisiya 

qoyuluşlarına 

şəraitin 

yaradılması, 

beynəlxalq dəyər zəncirlərinə inteqrasiya 

və  biznes  əməliyyatlarında  qlobal 

standartlara nail olunması.

Azərbaycanın  regional  qovşaq  kimi 

mövqeyinin gücləndirilməsi üçün səmərəli 

infrastruktura yüksək səviyyədə investisiya 


10

qoyuluşu davam etdiriləcəkdir. 2025-ci ildə 

Azərbaycan  iqtisadiyyatı  ölkənin  dəmir 

yollarının  Gürcüstan,  Türkiyə  və  İranın 

dəmiryol şəbəkəsi ilə Bakı-Tbilisi-Qars və 

Astara-Astara dəmiryol layihələri vasitəsilə 

birləşdirilməsindən,  həmçinin  Xəzər 

hövzəsində Bakı Beynəlxalq Dəniz Ticarət 

Limanının  tikintisindən  bəhrələnəcəkdir. 

Azərbaycanın  şaxələndirilmiş  nəqliyyat- 

logistika  imkanları  ölkədən  ixracın 

artması  üçün  zəmin  olacaq,  bütövlükdə 

isə  biznes  xərclərinə  qənaət  edilməsinə 

gətirib  çıxaracaqdır.  Bundan  əlavə, 

təkmilləşdirilmiş  nəqliyyat  infrastrukturu 

Azərbaycanın  bütün  bölgələrinin  daha 

yaxşı  inteqrasiyasına  şərait  yaratmaqla, 

regionlarda  biznesin  inkişafına  əlavə 

təkan verəcəkdir. Müasir kommunikasiya 

imkanlarından  istifadə  etməklə  sürətli 

genişzolaqlı  şəbəkə  vasitəsilə  elektron 

xidmətlərin  (e–təhsil,  e–səhiyyə,  e–

bankçılıq,  e–ticarət  və  s.)  əhatə  dairəsi 

genişləndiriləcəkdir.  Xüsusilə,  dövlət 

idarəetməsində 

rəqəmsallaşdırma 

biznes  üçün  şəffaf,  hesabatlı,  səmərəli 

və  proqnozlaşdırıla  bilən  perspektivlər 

yaradacaqdır.  Elektron  xidmətlərin  tətbiq 

dairəsinin genişləndirilməsi Azərbaycanda 

biznesin  beynəlmiləlləşdirilməsi  üçün 

zəmin olacaqdır. 2025-ci il perspektivində 

özəl sektorun infrastruktur quruculuğunda 

daha yaxından iştirakı təmin ediləcək ki, bu 

da iqtisadi səmərəliliyin artmasına gətirib 

çıxaracaqdır.  Bundan  əlavə,  keyfiyyətli 

kommunal xidmətlər rəqabətli qiymətlərlə 

təklif  ediləcək  və  nəticədə  Azərbaycan 

keyfiyyətli 

kommunal 

xidmətlərin 

qiymətlərinə görə region ölkələri arasında 

ön  sıralarda  yer  alacaqdır  (qlobal 

sıralamaya  görə  hazırkı  65-ci  yerdən 

təxminən 35-ci yerə yüksələcəkdir).

Xüsusən 


MDB 

ölkələri, 

Türkiyə, 

Gürcüstan  və  İran  kimi  mühüm  region 

ölkələri  ilə  əlverişli  ticarət  sazişlərinə 

əsaslanan  aşağı  tarifli  mühitdə  səmərəli 

gömrük 

prosedurları 



Azərbaycanın 

2025-ci  il  üçün  iqtisadi  perspektivində 

regional  ticarət  qovşağı  kimi  mövqeyini 

gücləndirəcəkdir.  Qeyri–neft  mal  və 

xidmətləri  üzrə  ticarətin  əsas  həcminə 

görə  regional  inteqrasiya  Azərbaycanın 

geosiyasi  və  iqtisadi  mövqeyi  üçün 

əhəmiyyətlidir.  Məsələn,  Azərbaycanın 

kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının, 

demək olar ki, 90 faizi Rusiya, Gürcüstan 

və  Orta  Asiya  ölkələrinə  göndərilir. 

Qonşu  ölkələrlə  ticarət  sazişlərinin 

yekunlaşdırılması  Azərbaycana  daha 

sərfəli  şərtlərlə  xarici  bazarlara  mal 

və  xidmət  ixracını  genişləndirmək 

imkanı  verəcəkdir.  Həmçinin  regional 

inteqrasiya  xarici  investorlar  üçün 

Azərbaycanın  ixracyönümlü  investisiya 

cəlbediciliyini 

artıracaqdır. 

2025-ci 

ilədək  regional  inteqrasiyanı  davam 

etdirərək, 

Azərbaycanda 

xüsusən 

yüksəkdəyərli  məhsul  və  xidmətlər  üçün 

qlobal  dəyər  zəncirlərinə  inteqrasiya 

məqsədilə əlaqələr qurulacaq və sazişlər 

imzalanacaqdır.

Ticarətin  asanlaşdırılması  və  keyfiyyətin 

dəqiq qiymətləndirilməsi üçün Azərbaycan 

şirkətlərində  beynəlxalq  standartlar  və 

sertifikatlar  tətbiq  ediləcəkdir.  2025-

ci  ildən  əvvəl  beynəlxalq  standartlara 

uyğunlaşma Azərbaycandan ixrac edilən 

malları 


rəqabətədavamlı 

edəcəkdir. 

Beynəlxalq 

sertifikatlardan 

daha 

çox  istifadə  etibarlı  keyfiyyət  ölçüsü 



yaradaraq  yerli  istehlakın  səviyyəsini 

yüksəldəcəkdir.  Azərbaycana  coğrafi 

baxımdan  ən  yaxın  iki  regional  bazarda 

–  Avropa  İttifaqı  və  Avrasiya  İttifaqında 

ÜTT  standartları  əsas  götürüldüyündən, 

Azərbaycanda  da  bu  standartlara 

uyğun  məhsul  və  xidmətlərlə  qeyri–neft 

ixracının həcmi genişləndiriləcəkdir. Yerli 

şirkətlər  öz  məhsullarının  keyfiyyətini 

yaxşılaşdırmaqla  yerli  istehlakçıların 

getdikcə  artan  keyfiyyət  tələblərinə 

cavab  verəcəklər.  Nəticədə  “Made  in 

Azerbaijan” brendi beynəlxalq bazarlarda 

keyfiyyət  göstəricisinə  çevriləcəkdir. 

“Made in Azerbaijan” brendinin tanıdılması 

istiqamətində görüləcək işlərin effektivliyini 

artırmaq məqsədilə ölkədə istehsal olunan 

mallar  və  həmin  malların  istehsalçıları 

barədə   məlumatları   əks   etdirən   internet   

portalı      yaradılacaqdır.      Bu      portalda 

məlumatların  üç  dildə  –  Azərbaycan, 

ingilis  və  rus  dillərində  yerləşdirilməsi 

istifadəçi əhatəsini genişləndirməklə, yerli 

məhsulların tanıdılması baxımından daha 

faydalı  olacaqdır.  Nəticədə,  istehsalçı–


11

istehlakçı arasında əlaqələr asanlaşacaq, 

rəqabətqabiliyyətli 

yerli 


məhsulların 

ixracının həcmi artacaqdır.

2025-ci  il  perspektivində  Azərbaycanda 

sərmayə  qoymuş  investorların  daha  da 

möhkəmlənməsi  və  yeni  birbaşa  xarici 

investisiyaların  cəlb  edilməsi  təmin 

olunacaqdır.  Xüsusilə  rəqabət  üstünlüyü 

olan  konkret  investisiya  layihələri 

maraqlı  xarici  sərmayədarlara  təqdim 

olunacaqdır.  Azərbaycanı  qlobal  dəyər 

zəncirlərinə  inteqrasiya  etmək  imkanına 

malik  mühüm  investorların  və  ya  eyni 

sektorda fəaliyyət göstərən şirkətlərə ciddi 

siqnal  verən  investorların  cəlb  olunması 

üçün  xüsusi  investisiya  imtiyazları  və 

təklifləri veriləcəkdir. Mövcud və potensial 

investorlara  göstərilən  xidmətlər  onlara 

inzibati prosesləri çevik başa çatdırmağa 

və tikinti firmaları, təchizatçılar və ya təhsil 

sektorundakı təşkilatlarla əlaqə qurmağa 

imkan  verəcəkdir.  Xarici  investorların 

yerli  məhsul  və  xidmətlərə  daha  çox 

tələbatının yaradılması üçün mexanizmlər 

qurulacaqdır.

Geniş  çeşidli  və  əlverişli  maliyyə 

xidmətləri  təklif  edən  sabit  və  dərin 

maliyyə  sistemi  formalaşdırılacaq  ki,  bu 

da  iqtisadiyyatın  və  ev  təsərrüfatlarının 

müvafiq  ehtiyaclarını  ödəməklə  iqtisadi 

inkişafa töhfə verəcəkdir.



Dəstəkləyici  və  asanlaşdırıcı  dövlət 

sektoru

Azərbaycanda növbəti onillikdə də iqtisadi 

yüksəlişə  təkan  veriləcəkdir.  Dövlətin 

iqtisadiyyata  müdaxiləsi  zamanı  siyasət, 

tənzimləmə,  dövlət  sifarişləri  və  dövlət 

sahibkarlığı  fəaliyyəti  institusional  olaraq 

bir–birindən  ayrılacaqdır.  İqtisadiyyatın 

əsas  aparıcı  qüvvəsi  olmaq  əvəzinə, 

dövlət  sektoru  daha  çox  aşağıdakı  üç 

prioritet ilə məşğul olacaqdır: Azərbaycan 

vətəndaşları  üçün  vasitə  və  imkanların 

yaradılması;  müvafiq  makroiqtisadi  və 

tənzimləmə  çərçivəsi  ilə  iqtisadi  inkişafa 

təkan  verilməsi;  vergi  gəlirlərinin  ən 

rasional  şəkildə  xərclənməsinə  imkan 

verən inzibati idarəçiliyin qurulması.

Sabit  makroiqtisadi  şərtlər,  ciddi  fiskal 

intizam  və  möhkəm  hüquqi  baza  fiziki 

və  əqli  mülkiyyət  hüquqlarının  ciddi 

qorunduğu  biznes  mühiti  yaradacaq  və 

bunun nəticəsində özəl investisiya həcmi 

kifayət  qədər  artacaqdır.  Bundan  əlavə, 

müvafiq  tənzimləmə  siyasəti  rəqabəti 

gücləndirərək  istehsal  edilən  yerli  mal 

və  xidmətlərin  təminatı,  keyfiyyəti  və 

səmərəliliyində ciddi artıma yol açacaqdır. 

Bu zaman yerli kiçik və orta müəssisələrin 

inkişafının dəstəklənməsinə xüsusi diqqət 

yetiriləcəkdir.  Bu  sahədə  göstərilən 

təşəbbüslər  kredit,  ixracın  artırılması, 

keyfiyyətli  təlim  proqramlarının  təklif 

edilməsi  və  ya  inzibati  prosedurların 

sadələşdirilməsi 

imkanlarına 

çıxışı 

yaxşılaşdıracaqdır.  Daha  yaxşı  dövlət 



planlaşdırması  Azərbaycanın  böyük 

logistika  qovşağı,  həmçinin  region 

ölkələrinin daha üstün iqtisadi inteqrasiyası 

üçün  tələb  olunan  zəruri  infrastrukturun 

tikintisinə  şərait  yaradaraq,  şəhər  və 

kənd  yerlərindəki  gəlir  fərqini  aradan 

qaldırmağa kömək edəcəkdir.

Dövlət sektorunun 2025-ci il üzrə iqtisadi 

perspektivdə öz yenilənmiş rolunu həyata 

keçirməsi  üçün  dövlət  müəssisələrinin 

fəaliyyəti  ciddi  monitorinq  ediləcək  və 

idarə  olunacaqdır.  Burada  əsas  məqsəd 

həmin müəssisələrdə dövlətin idarəetmə 

çərçivəsinin  aydınlaşdırılması,  həmçinin 

monitorinq və strateji menecmentin tətbiqi 

olacaqdır.  Əksər  dövlət  müəssisələrinin 

fəaliyyətlərini nəzərə alacaq aydın mandat 

və  icra  hədəflərinin  işlənib  hazırlanması 

şəffaflığı  artıracaq,  habelə  dövlət,  dövlət 

müəssisəsi  və  ictimaiyyət  arasında 

yaradıcı  dialoqu  inkişaf  etdirəcəkdir. 

Monitorinq  və  sahiblik  daha  da 

möhkəmləndiriləcək,  peşəkar  korporativ 

strukturlar  gücləndiriləcəkdir.  Bundan 

əlavə,  Azərbaycan  dövləti  öz  portfelini 

strateji 

cəhətdən 

qiymətləndirərək, 

özəlləşdiriləndən  sonra  daha  məhsuldar 

olacağı  ehtimal  edilən  qeyri-strateji 

aktivlərin 

özəlləşdirilməsini 

həyata 

keçirəcəkdir. Bütövlükdə bu proses ictimai 



və milli maraqları tam nəzərə alaraq, hər 

bir özəlləşdirmə prosesinin başlanğıcında 

lazımi  tənzimləmə  və  bazar  strukturunu 

yaradacaqdır.



12

2025-ci ildən sonrakı dövr üçün hədəf 

baxış

2025-ci ildən sonrakı dövr üçün hədəf baxış 

sosial  rifah  halının  yaxşılaşdırılmasını 

və  insan  inkişafı  indeksinin  ən  yüksək 

həddə  çatdırılmasını  təmin  edən  və 

yüksək texnoloji inkişafa və iqtisadiyyatın 

optimal  strukturuna  əsaslanan  güclü 

rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyat 

qurmağı nəzərdə tutur. 

Güclü  orta  təbəqə,  rəqabət  üstünlüyü 

olan sahələrdə dərin ixtisaslaşma, dünya 

iqtisadiyyatı  ilə  effektiv  inteqrasiya,  milli 

iqtisadi  təhlükəsizliyin  təmin  edilməsi  və 

inkişaf  etmiş  infrastruktur  2025-ci  ildən 

sonrakı  dövr  üçün  hədəf  baxışın  əsas 

sütunlarını  təşkil  edəcəkdir.  Azərbaycan 

BMT-nin  Dayanıqlı  İnkişaf  Məqsədlərinə 

uyğun  olaraq,  dünyanı  dayanıqlı  və 

güclü edəcək təxirəsalınmaz, cəsarətli və 

transformativ tədbirlərin həyata keçirilməsi 

öhdəliyinə sadiq qalacaqdır.

Sosial rifah

2025-ci  ildən  sonrakı  dövr  üçün  hədəf 

baxış  insan  potensialının  reallaşdırılması 

üçün geniş imkanlar təmin etməyi nəzərdə 

tutur. Yaxşı həyat keyfiyyəti üçün ilkin şərt 

rifah, səhiyyə və təhsildir.

2025-ci  ildən  sonrakı  dövrdə  yoxsulluq 

ünvanlı  şəkildə  tam  aradan  qaldırılacaq, 

keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə 

çıxış  imkanları  genişləndiriləcəkdir.  Ötən 

on il ərzində keçilmiş yolu davam edərək, 

dövlət iqtisadi inkişafın ən yoxsul insanları 

əhatə  etməsini  və  beləliklə  də  ünvanlı 

olaraq yoxsulluğun aradan qaldırılmasını 

təmin  edəcəkdir.  2025-ci  ildən  sonrakı 

dövrdə  yoxsulluq  probleminin  həllinə  iki 

yanaşma  olacaqdır:  layiqli  iş  yerlərinin 

sayının  artırılması;  əməkhaqqı  və  digər 

gəlirləri  ilə  ən  zəruri  ehtiyaclarını  ödəyə 

bilməyən insanlara ünvanlı sosial dəstək. 

Minimum  əməkhaqqı  məbləğində  tədrici 

artım  işləyən  yoxsul  insanların  xüsusi 

çəkisini minimuma endirəcəkdir. Xüsusən 

də minimum əməkhaqqı orta əməkhaqqı 

səviyyəsinin 60 faizinə yaxınlaşacaqdır.

Ölkənin  ərzaq  təhlükəsizliyinin  təmin 

edilməsi  üçün  2025-ci  ildən  sonrakı 

dövrdə iqtisadi, sosial, demoqrafik, təbiət 

və  texnoloji  sahələrdə  baş  verə  biləcək 

əsas  dəyişikliklər  və  problemlər  nəzərə 

alınacaqdır.  Adekvat  ərzaq  təhlükəsizliyi 

sisteminin  formalaşdırılması  üçün  yeni 

qida  zənciri  texnologiyalarının  tətbiqinin 

genişləndirilməsi 

(biotexnologiya 

və 


nanotexnologiyalardan 

istifadə 

səviyyəsinin  artırılması,  digər  istehsal 

texnologiyalarından  istifadə  vasitəsilə 

ərzaq  istehsalının  artırılması,  qidanın 

medikallaşdırılması və yeni qida növlərinin 

yaradılması)  və  yeni  aqro-ərzaq  zənciri 

strukturlarının  formalaşdırılması  (orqanik 

məhsul  istehsalının  genişləndirilməsi, 

regional,  yerli  və  alternativ  qida 

zəncirlərinin 

formalaşdırılması, 

qida  zənciri  üzrə  itki  və  tullantıların 

azaldılması və yenidən emal imkanlarının 

genişləndirilməsi) nəzərdə tutulur. Hazırda 

Qlobal  Ərzaq  Təhlükəsizliyi  İndeksində 

Azərbaycan  qida  təminatına  görə  61-ci, 

qida  məhsullarının  keyfiyyətinə  görə  86-

cı  yerdədir.  Daha  yaxşı  kənd  təsərrüfatı 

sistemi  Azərbaycanın  hər  iki  göstərici 

üzrə  mövqeyinin  təxminən  40-cı  yerə 

yüksəlməsinə imkan verəcəkdir.

Şəhər  yerlərində  uyğun  mənzil  təminatı 

seçimləri  Azərbaycanın  kənd  yerlərində 

olan    hazırkı    işçi    qüvvəsinin    şəhər    

yerlərindəki    məşğulluq     imkanlarından 

bəhrələnməsinə şərait yaradacaqdır. Bu, 

nəinki  yoxsulluq  səviyyəsini  azaltmağa 

kömək edər, hətta regionlar arasında gəlir 

bərabərsizliyinin azalmasına gətirib çıxara 

bilər. Mənzil təminatı artan şəhər əhalisinin 

tələblərini  də  əhatə  edəcək  və  bu  əhali 

qrupunun  xüsusi  çəkisi  hazırkı  təxminən 

55  faizdən  70-75  faizədək  artacaqdır. 

Daha  yaxşı  məşğulluq  imkanlarına  görə 

şəhərlərə  axın  və  kənd  yerlərində  daha 

yüksək  gəlirli  məşğulluq  imkanlarının 

artımı nəticəsində gəlirlərdəki bərabərsizlik 

azalacaqdır. 2025-ci ildən sonra Bakı ilə 

ölkənin  digər  regionları  arasındakı  gəlir 

fərqi adambaşına təxminən 50 faizdən 40 

faizədək enəcəkdir.

İqtisadi  inkişaf  perspektivləri  nəzərə 

alınaraq 

planlı 

şəkildə 


aparılan 

urbanizasiya  nəticəsində  orta  təbəqənin 

güclənməsi  –  orta  təbəqənin  maddi 

rifah  halının  yaxşılaşdırılması,  alıcılıq 



13

qabiliyyətinin  yüksəlməsi  və  əmək 

məhsuldarlığının  artması  yolu  ilə 

iqtisadi  inkişaf  tempi  yüksək  səviyyədə 

saxlanılacaqdır.

Səhiyyə xidmətləri və təhsilin keyfiyyətinin 

artması  ilə  insan  kapitalına  verilən  töhfə 

2025-ci  ildən  sonrakı  dövrdə  iqtisadi 

artımda  mühüm  rol  oynayacaqdır. 

Azərbaycanın  təhsilin  keyfiyyətinə  görə 

qlobal  miqyasda  hazırda  107-ci  yerdə 

qərarlaşması  hələ  də  təkmilləşmə 

potensialının  böyük  olduğunu  göstərir. 

Dövlət  xidmətləri  insanlar  üçün  eyni 

dərəcədə  əlçatan  olacaq  və  texnoloji 

bacarıqlara  malik  əhaliyə  əlverişli 

rəqəmsal xidmətlər göstəriləcəkdir.

2025-ci  ildən  sonrakı  dövrdə  elektrik 

enerjisi, su və kanalizasiya, istilik və qaz 

təchizatı  sektorlarında  səmərəliliyin  və 

xidmət  səviyyəsinin  yüksəldilməsi  sosial 

rifahın  yaxşılaşdırılmasına  və  insan 

kapitalının inkişafına xidmət edəcəkdir.

Təkmilləşdirilmiş təhsil sistemi səmərəlilik 

və  innovasiyaya  əsaslanan  iqtisadiyyata 

keçidin  əsasını  təşkil  edəcəkdir.  Bu 

sistem  Avropa  İttifaqı  üzvü  olan  Şərqi 

Avropa  ölkələrinin  nail  olduğu  səviyyəyə 

çatmağa  imkan  verən  gəlirlərə  şərait 

yaradacaqdır.  Xüsusən  də  azgəlirli 

işçilər üçün belə keyfiyyətli həyatın təmin 

edilməsindən ötrü lazım olan əməkhaqqı 

artımları  daha  yüksək  məhsuldarlıq  və 

münasib  iş  imkanlarına  çıxışdan  asılı 

olacaqdır.  2025-ci  ildən  sonrakı  dövrdə 

Azərbaycanın  təhsil  sistemi  İqtisadi 

Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 

verilmiş  PİSA  balları  kimi  beynəlxalq 

standartlara  uyğun  qiymətləndiriləcəkdir. 

Təhsil  səviyyəsi  ən  azı  Şərqi  Avropa 

ölkələri 

səviyyəsinə 

çatdırılacaqdır. 

Bundan  əlavə,  məktəbəqədər  təhsilə 

əlçatanlıq  ənənəvi  Avropa  səviyyəsinə 

qaldırılaraq, uşaqlara öz təhsil həyatlarına 

qədəm  qoymaq  imkanı  veriləcəkdir. 

Ali  təhsillilərin  payı  əhəmiyyətli  şəkildə 

artacaqdır (qlobal sıralamada Azərbaycan 

hazırda  20  faizlə  91-ci  mövqedədir).  İT 

bacarıqlarının  tədrisi  ibtidai  təhsildən 

ali  təhsil  səviyyəsinə  kimi  2025-ci  ildən 

sonrakı  müasir  tədris  proqramının  əsas 

hissəsini  təşkil  edəcəkdir.  Beynəlxalq 

təhsil 

standartlarına 



uyğunlaşma 

məktəb  və  universitet  səviyyəsində 

daha çox beynəlxalq mübadilə imkanları 

yaradacaqdır.

2025-ci  ildən  sonrakı  dövr  üçün 

Azərbaycan 

iqtisadiyyatının 

əsas 


hərəkətverici  qüvvəsi  rəqabətqabiliyyətli 

işçi qüvvəsi olacaqdır. Xüsusilə, gənclərin 

və  qadınların  işlə  təminatına  daha  çox 

diqqət yetiriləcəkdir. Əmək bazarında çevik 

siyasətin həyata keçirilməsini təmin edən 

institutlar vasitəsilə sosial dialoqun inkişafı 

və  inklüziv  məşğulluğun  artırılmasına 

nail  olunacaqdır.  Azərbaycanda  insan 

kapitalının təkcə milli iqtisadiyyatın deyil, 

qloballaşan  dünya  iqtisadiyyatının  da 

tələblərinə  uyğun  inkişaf  etdirilməsi 

əmək  miqrasiyasını  elə  tənzimləməyə 

şərait  yaradacaq  ki,  daha  çox  dəyər 

ölkədə  qalsın.  Güclü,  yüksəkixtisaslı 

və  innovativ  işçi  qüvvəsi  qlobal  dəyər 

zəncirlərində Azərbaycanın  mövqelərinin 

daha  da    möhkəmlənməsində  mühüm   

rol  oynayacaqdır.  Texnoloji  imkanların 

artması, Azərbaycanın işçi qüvvəsinin bir 

sıra  xidmət  sferalarında  ixrac  fəaliyyəti 

göstərməsinə 

imkan 


yaradacaqdır. 

Bacarıqların  inkişaf  etdirilməsi,  həmçinin 

əmək  resurslarından  səmərəli  istifadə 

nəticəsində 

Azərbaycanda 

əmək 


məhsuldarlığı  Şərqi  Avropa  ölkələrinin 

müvafiq 


göstəricisinin 

səviyyəsinə 

çatdırılacaqdır.  Ümumilikdə  2025-ci 

ildən  sonrakı  dövrdə  əmək  bazarının 

tənzimlənməsi 

həyata 


keçirilərkən 

yüksək  texnologiyaların,  o  cümlədən 

ağıllı  maşınların  və  sistemlərin  tətbiqi, 

həmçinin  kommunikasiya  imkanlarının 

genişlənməsi  kimi  amillərin  təsiri  nəzərə 

alınacaqdır.

2025-ci 

ildən 


sonrakı 

dövrdə 


Azərbaycanda ətraf mühitin mühafizəsinə 

daha  çox  diqqət  yetiriləcək,  ölkədə 

karbon  emissiyasının  azaldılması  hava, 

su  və  torpağın  ekoloji  baxımdan  daha 

təmiz  olmasına  şərait  yaradacaqdır. 

Enerji  səmərəliliyi  prinsipi  əsasında 

Azərbaycanda  ÜDM-in  hər  bir  vahidinin 

istehsalı üçün enerji sərfiyyatı minimuma 

endiriləcək, 2025-ci ildən sonrakı dövrdə 

ölkənin  enerji  balansında  bərpa  oluna 

bilən  enerji  növlərinin  payı  artırılacaqdır. 


14

Bundan 


əlavə, 

ekoloji 


tarazlığın 

qorunması əsas götürülərək, tullantıların, 

o  cümlədən  zərərli  qazlar,  çirkab  suları 

və  radioaktiv  tullantıların  səmərəli  idarə 

edilməsi sistemi yaradılacaqdır.


Yüklə 4,59 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin