Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Bitkilərin təsnifat prinsipləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə7/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   2   3   4   5   6   7   8   9   10   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bitkilərin təsnifat prinsipləri.
Vegetasiya müddətlərinin uzunluğuna və çoxalma 
orqanlarının formalaşma xüsusiyyətlərinə görə kənd təsərrüfatı bitkiləri iki bioloji qrupa bölünürlər. 
Qısa dövrdə və uzun
dövrdə inkişafını başa vuranlar. 
Qısa dövrdə inkişfını başa vuran 
bitkilər 
sürətlə böyüyərək böyümələrini çiçəkləmə fazasından sonra dayandırır və böyümə nöqtəsinin 
diferensiasiyası (bölünmə) nəticəsində çiçək qrupu əmələ gətirilər (qırtıckimilər, astrakimilər, 
kətankimilər və s. fəsiləsinin üzvləri). 
Uzun dövrdə 
inkişfını başa vuran
 
bitkilər isə (paxlalılar, 
əmənkömənci kimilər, qarabaşaq və s.) vegetasiya dövründə böyümələrini davam etdirərək çiçək 
qruplarını yarpaq qoltuqlarında əmələ gətirirlər, eyni zamanda çiçəkləmənin sonunadək vegetativ və 
generativ orqanlar əmələ gətirə bilirlər. 
Həyatının uzunluğuna görə 
bitkiləri birillik, ikiillik və çoxillik qruplara bölürlər. Bu bölgü 
şərti xarakter daşıyır və bitkinin becərildiyi şəraitdən asılıdır. Məsələn: pambıq birillik bitki kimi 
becərilir və öz vətənində isə çoxillikdir. 
Nəsil vermə xarakterinə görə isə bitkiləri 
monokarp 
(bir dəfə meyvə verən)
 və polikarp
(bir 
neçə dəfə meyvə verən) qruplara ayırırlar. 
İşığa və istiliyə tələblərinə görə tarla bitkilərini iki qrupa bölürlər. 1. 
Mülayim qurşağın
bitkiləri, 2. 
Cənub qurşağın
(tropik və subtropik qurşağın) bitkiləri. 
Mülayim qurşağın bitkiləri tarixi inkişaflarını ilin isti və soyuq fəsilləri ilə növbələşdiyi 
şəraitə uyğun keçirmişlər. Ona görə də onlarda istiliyə və soyuğa davamlıq xassələri yaranmışdır. 
Şimala doğru getdikcə onların inkişafı sürətlənir yaxud da gün uzunluğuna zəif reaksiya göstərirlər. 
Bu qrupa uzun gün bitkiləri də deyirlər. Uzun gün bitkilərinə çovdar, buğda, arpa, vələmir, göy 
noxud, mərcimək, lərgə, gülül, paxla, lüpin, kökümeyvəlilər, günəbaxan, kələmkimilər, kətan, 
saflor, çoxillik və birillik taxıl otları və paxlalılar fəsiləsinin yem otları daxildir.
Cənub qurşağın
(tropik və subtropik qurşağın) bitkiləri qısa gün bitkiləridir. Onların inkişafı 
yüksək istilik şəraitində keçir. Onlar aşağı, xüsusən mənfi temeratura davamsızdırlar. Bu qrupa 
qarğıdalı, darı, çəltik, lobya, kartof, pambıq, bostan bitkiləri və s. bitkilər daxildir. 
Bir sıra alımlər D. N. Priyanişnikov. İ. V. Yakuşkin, İ. P. Podqornıy və s. Bitkiləri becərmə 
prinsiplərinə görə qruplaşdırmağı məsləhət görmüşdür. İ. P. Podqornıy becərildiyi məqsəddən asılı 
olaraq tarla bitkilərini 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin