Uzun və qısa gün tarla bitkilərinin əsas mühit amillərinə bioloji tələbatı
Göstəricilər
Bitkilər
Qısa gün
Uzun gün
İşıq saçması gərginliyi
yüksək
aşağı
Fəal temperatur cəmi
daha çox
daha az
(sort fərqi)
Soyuğadavamlılıq
aşağı
yüksək
Nəmlik çatışmamasına dozməsi
daha yüksək
daha aşağı
Turş torpaqlara dözməsi
daha aşağı
daha yüksək
(növ fərqi)
Makro və mikroelementlərlə təmin olunma
daha yüksək
daha aşağı
(geniş növ fərqi)
Torpağın qranulometrik tərkibi
daha ağır
daha yüngül
(növ fərqi)
Vegetasiyanın başlanğıcında gövdənin boy atma sürəti
asta
sürətlə
Vegetasiyanın başlanğıcında kökün boy atma sürəti
sürətlə
asta
Şimala çəkildikcə vegetasiya dövrü
artır
azalır
Şimala çəkildikcə yerüstü kütlə
güclənir
aşağı enir
Yüksək gərginlikli temperatur zamanı torpağın üst qatı tez quruyur, lakin bitki buna
uyğunlaşmışdır: vegetasiyanın ilk dövrlərində onlar köklərin torpağın nəm qatına enə bilməsi üçün
assimlyatların böyük hissəsini kök sisteminə yönəldirlər. Bu mühüm aqrotexniki əhəmiyyətə
malikdir. Uzun gün alaq otları inkişaflarının əvvəlində intensiv böyüyərək qısa gün bitkilərini
zəiflədirlər, və yaxşı məhsul əldə edilməsi herbisid çilənmədən və alaq edilmədən mümkün olmur.
Şimal en dairələrində harada ki, uzun gün fotoperiodizm növü formalaşıb temperatur rejiminin
gərginliyi aşağı olur, vegetasiya müddəti şaxtasız dövrlə məhdudlaşır. Bu amil fəal temperatur
yekununa hədd qoyur. Qısa gün bitkilərinin vegetasiya müddəti həmçinin burada payız şaxtalarının
başlanması müddəti və yaz soyuqlarının qayıtmasının sonuncu müddəti ilə məhdudlaşır. Şimal en
dairəsində temperatur rejiminin daha kiçik gərginliyi ilə əlaqədar olaraq torpağın üst qatının
tədricən quruması və uzun gün bitki növü, o cümlədən alaqların inkişaflarının ilk fazasında yerüstü
vegetativ kütlə sürətlə artır. Uzun gün bitkiləri alaqlara münasibətlərinə görə qısa gün bitkilərinə
nisbətən daha güclü konkret qabiliyyətə malikdirlər.
Qısa gün bitkiləri formalaşmış bölgələrin torpaqları bir qayda olaraq, qranulometrik
tərkiblərinə görə orta və ağırdırlar, neytral və qələvi reaksiyalı mühitə malikdirlər, birvalentli və
ikivalentli kationlarla zəngindirlər, ona görə də qısa gün bitkiləri yüksək tutumlu uducu torpaq
kompleksi olan neytral yaxud zəif turş torpaqlar tələb edirlər. Şimal en dairəsində, harada ki, uzun
gün fotoperiodizm növləri formalaşıb, torpaqlar yüngül qranulometrik tərkiblidir, zəif turş və
turşdur, əsas mineral qida elementlərinin miqdarı aşağıdır, bu bitkilər qida maddələri ilə zəngin
olmayan turş torpaqlara daha yaxşı dözürlər (lakin, onlar özlərinin potensial məhsuldarlığını qida
elementləri ilə zəngin olan zəif turş və neytral reaksiyalı torpaqlarda reallaşdırırlar).
Müəyyən edilmişdir ki, qısa gün bitkiləri şimala doğru irəlilədikcə onlarda vegetasiya dövrü
və vegetativ kütlənin toplanması artır.
İş orasındadır ki, bitkinin ontogenezində hər bir fazalar arası dövrün keçməsi üçün müəyyən
fəal temperatur cəminin olması zəruridir. Hansı ki, bitkidə bütün fizioloji proseslərin normal
keçməsi üçün temperaturun ən aşağı həddi fəal temperatur qəbul edilmişdir. Şərti olaraq bu hüdud
10
0
C temperatur qəbul edilmişdir. Ontogenezi keçmək üçün genotipdən asılı olaraq hər bir növə və
sorta özünün fəal temperatur cəmi tələb olunur. Sortun fəal temperatur cəmini bilməklə, onun
toxumunun sabit yetişmə arealını səhv etmədən müəyyən etmək olar, amma, hər bir fazalar arası
dövrün fəal temperatur cəmini bilməklə, hər bir inkişaf fazasının başlanğıcını son dərəcə etibarli
proqnozlaşdırmaq olar. Məsələn soyanın cənub sortları üçün cücərtilər alındıqdan qönçələmə
fazasına qədər fəal temperatur cəminin 1500
0
C olması zəruridir. Hələlik bitki bu temperatur cəmini
10
toplamırsa, onlar generativ dövrə keçmirlər, lakin fotosintez prosesinin məhsulu vegetativ kütlənin
böyüməsi istiqamətinə yönələcəkdir.
Qönçələnə fazasından paxlaların əmələ gəlməsinə qədər daha 400
0
C, lakin ontogenezin bu
mərhələsini keçmək üçün isə cəmi 3500
0
C temperatur tələb olunur. Şimal en dairəsində vegetasiya
ərzində orta çoxillik fəal temperatur cəmi 2000
0
C-yə qədər təşkil edir. Deməli, soyanın bu cür
sortları burada vegetasiya dövrünün böyük hissəsini vegetativ kütlənin formalaşmasına sərf edəcək,
amma generativ orqanların əmələ gəlməsi üçün temperatur gərginliyi çatışmır. Cənuba doğru
irəlilədikcə onlar zəruri fəal temperatur cəmini sürətlə toplayır və fazalar biri digərini sürətlə əvəz
edirlər, böyümə prosesi və vegetativ kütlənin toplanmasına az vaxt qalır və onun daha çox vaxtı
generativ dövrə çatır.
Uzun gün bitkiləri üçün təkcə fəal temperatur cəmi yox, ancaq işiqli gün uzunluğunun davamı
da əhəmiyyət kəsb etmir. Gün uzunluğu artdıqca fazalar arası dövrlər qısalır, lakin nəticə etibarı ilə,
vegetativ orqanların kütləsinin toplanması zamanı vegetasiya dövrü qısalır, ancaq bu zaman bitkinin
kütləsi azalır.
Beləliklə, bitki növü (onun genotipi) hansı bölgədə formalaşıbsa həmin bölgənin ekoloji
şəraitini özündə əks etdirir. Təkamül prosesində mədəniləşdirilmiş təbii seçim, növün bioloji
tələbatına, onun formalaşdığı bölgənin əsas mühit amillərinin parametrlərinə uyğunlaşmışdır. Növ
nə qədər daha çox sərt şəraitdə formalaşıbsa, becərilmə şəraitinə o qədər az tələbkardır. Növ nə
qədər onun zona mənşəyindən daha uzaqda becərilərsə, əsas mühit amillərinin vaxtını aqrotexniki
tədbirlərlə düzəltmək insanın üzərinə düşür, bu növün vahid məhsul istehsalına daha çox vəsait sərf
olunar. Bu vəziyyətə alternativ kimi sort yaradıla bilər, hansı ki, bioloji tələbatı başlanğıc forma ilə
müqayisədə tamamilə dəyişər və konkret zonanın əsas mühit amillərinin parametrlərinə cavab verə
bilər.
Beləliklə, bitkinin becərilmə şəraitinə hansı tələbatı göstərməsini öyrənmək üçün növün
formalaşdığı zonanın ekoloji şəraitini bilmək zəruridir.
1935-ci ildə N. İ. Vavilov mədəni bitkilərə daxil olan 8 (səkkiz) əsas mənşə mərkəzlərini və
növlərin yayılmasını müəyyən etmişdir: 1 - Çin; 2 - Hindistan, o cümlədən Hind-Malaziya; 3 - Orta
Asiya; 4 - Ön Asiya; 5 - Aralıq dənizi ölkələri; 6 - Abissin (Efiopiya); 7 - Cənubi və Mərkəzi
Amerika; 8 - Cənubi Amerika, Çili və Braziliya-Paraqvay da daxil olmaqla o daha düzgün hesab
edirdi. Materiallar toplandıqca mərkəzlərin sərhədləri dəqiqləşdirilirdi. O, forma əmələ gəlmə
mərkəzləri və genetik növ müxtəlifliyi mərkəzlərini əlavə olaraq seçməklə, onların mədəni
bitkilərin mənşə mənbələri adlandırılmasını daha düzgün hesab edirdi. N. İ. Vavilov ideyalarının
davamçıları E. N. Sinskaya, P. M. Jukovskiy, A. İ. Kuptsov və başqaları daha sonralardan elmi
ekspedisiyaların nəticələrinə əsasən mədəni bitkilərin mənşə mərkəzlərinin miqdarını
genişləndirdilər və onların adlarını dəqiqləşdirdilər. P. M. Jukovskiy genetik mərkəzlərin təsnifatını
aşağıdakı kimi göstərmişdir.
1. Çin-Yapon (N. İ. Vavilova görə Şərqi Asiya), soya, yumşaq buğda, darı, çumiza, payza,
qarabaşaq və s. vətəni olmaqla Çinin, Koreyanın, Yaponiyanın mülayim və subtropik rayonları
daxildir.
2. İndoneziya-Cənubi Çin (N. İ. Vavilova görə Cənubi Asiyanın tropik zonası), vələmir,
yulafca, şəkər qamışı və bir çox tropik meyvə və tərəvəz bitkilərinin vətənidir.
3. Avstraliya – çəltiyin yabanı növlərinin, pambığın Avstraliya növlərinin, üçyarpağın,
tütünün, evkaliptin, bir çox tropik ağac bitkilərinin vətənidir.
4. Hindistan (N. İ. Vavilov onu Cənubi Asiyanın tropik zonasına daxil etmişdir), çəltiyin,
yumru dənli buğdanın, şəkər qamışının, pambığın asiya növlərinin, meyvə və tərəvəz bitkilərinin
vətənidir.
5. Orta Asiya (N. İ. Vavilova görə Cənubi-qərbi Asiya), Tacikistan və Özbəkistanın ərazisi,
eləcə də Qərbi Tyan-Şan və Əfqanıstan daxildir. O Ön Asiya mənbələri ilə sıx bağlıdır. Burada
noxud bitkisi, yem paxlası, mərcimək, nut, lobya (maş), çətənə, əfqan çovdarı, saflor, yemiş, bəzi
pambıq növləri, digər çoxillik bitkilər meydana gəlmişdir.
6. Ön Asiya (Dağlıq Türkmənistan, İran, Zaqafqaziya, Kiçik Asiya və Ərəbistan yarımadası
dövlətləri), bəzi buğda növlərinin, arpanın, çovdar, vələmir, noxud, yonca, sərilən kətanın, və bir
çox meyvə və tərəvəz bitkilərinin vətənidir.
11
7. Aralıq dənizi ölkələri (N. İ. Vavilova görə), Misir, Suriya, Fələstin Yunanıstan, İtaliya və
Aralıq dənizinə digər yanaşı olan ölkələr daxildir - vələmirin, bəzi buğda növlərinin, arpanın,
paxlalı bitkilərin əksər növlərinin, sürünən üçyarpağın, çəmən üçyarpağının, kətanın, kələmin,
çuğundurun, yer kökünün, şalğamın, soğanın, sarımsağın, xaş-xaşın, ağ xardalın və s. vətənidir.
8. Afrika (N. İ. Vavilova görə Abissinlə birlikdə) – sorqonun, afrika darısının, gənəgərçəyin,
Afrika çəltiyinin, bir sıra buğda növlərinin, bəzi növ paxlalıların, yağlıq palmanın, küncütün,
kofenin, bəzi pambıq növlərinin və s vətənidir.
9. Avropa – Sibir kətanının, sürünən və hibrid üçyarpağın, səpin yoncasının, mayaotunun,
yabanı çətənənin, kəndir bitkisinin, bəzi meyvə və tərəvəz bitkilərinin vətənidir.
10. Orta Amerikan genetik mərkəz, buraya Meksika, Qvatemala, Honduras və Panama
daxildir – qarğıdalı bitkisi, uzun lifli pambıq, lobya, qabaq, yunan qabağı, bat-bat, bəzi kartof
növləri, maxorka, istiot, bəzi çoxillik bitkilərin ilkin mənbəyidir.
11. Cənubi Amerika (N. İ. Vavilova görə Andi) – mədəni kartof, pomidor, tütün, arpanın
çoxillik növləri, partlayan qarğıdalı və s. vətəni.
12. Şimali Amerika – bəzi arpa növləri, lüpinlər, otvari çoxillik günəbaxan növləri, bir çox
tərəvəzlərin, meyvə və giləmeyvə bitkilərinin vətəni.
Cədvəl 2
Dostları ilə paylaş: |