Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə4/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   2   3   4   5   6   7   8   9   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

nəzəri əsasını
mədəni bitkilərin biologiyası təşkil edir. Bitkilərin biologiyası 
dedikdə onların inkişaf xüsusiyyətləri və xarici şərait amillərinə tələbi başa düşülür. 
Böyük rus alimi K. A. Timiryazev göstərmişdir ki, həyat amillərinin hamısı bitkinin 
tələbatına uyğun olmaqla optimal miqdarda olduqda ondan ən yüksək məhsul əldə etmək 
mümkündür. D. N. Pryanişnikov isə qeyd etmişdir ki, hər hansı xarici şərait amillərinin təsiri başqa 
amillərin miqdarından və intensivliyindən asılıdır. Yəni, bitkiyə xarici şərait amillərinin hamısı 
birlikdə təsir etmişdir. Bitkilərin böyümə və inkişafını idarə etmək üçün müasir elmi biliklər dəqiq 
tədqiqat nəticələrinə əsaslanır və obyektiv qanunauyğunluqla müəyyən edilir. Xarici şərait 
amillərinin biri digərini əvəz edə bilmir. Bitkinin məhsuldarlığını artırmaq üçün minimumda olan 
faktora təsir etməklə və onların hamısının optimum həddə çatmasına nail olmaq lazımdır. Hər hansı 
faktorun həddən artıq olması da bitkinin inkişafına və məhsuldarlığına mənfi təsir göstərir. 
Tarla bitkilərinin məhsuldarlığı bitkinin böyümə və inkişaf xarakterindən asılıdır. Bu isə 
bitkinin bioloji xüsusiyyətləri ilə əlaqədardır. Ona görə də becərərkən bitkinin xüsusiyyətinə uyğun 
texnoloji tədbirləri həyata keçirmək lazımdır. 
Bitkinin fərdi inkişafı dövründə yeni orqanların əmələ gəlməsi və dəyişməsi prosesi gedir. N. 
N. Kuleşova görə toxumlu bitkilərin 
inkişafını beş dövrə 
bölmək olar. 1. Embrional inkişaf dövrü; 
2. Vegetativ orqanların əmələ gəlməsi dövrü (cavanlıq dövrü); 3. Çoxalma orqanlarının əmələ 
gəlməsi dövrü; 4. Çoxalma (cinsi və vegetativ) dövrü; 5. Yetişmə (toxum və meyvə) dövrü. 
F. M. Kuperman isə bitkinin həyatını üç dövrə: cavanlıq, yetişkənlik və qocalma dövrlərinə 
bölmüşdür. Bitkinin həyatında orqanogenezin 12 etapının hər birində böyümə və inkişafın xarakteri 
dəyişir. 
Bitkilərin inkişafının və məhsuldarlığının idarə edilməsi, bitkiçiliyin tədqiqat üsulları və 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin