Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə2/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   2   3   4   5   6   7   8   9   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

xüsusiyyətlərindən
biri onun 
mövsümi
xarakterdə olmasıdır. İnsanlar 
bitkiçiliklə məşğul olarkən həmişə xarici şərait müxtəlifliyi ilə qarşılaşır. Ona görə də hər bir 
konkret şəraitdə bitkinin inkişafına əlverişli şərait yaratmaq üçün tədbir görülür. Bu tədbir 
toplanmış təcrübə nəticələrinə və elmi nailiyyətlərə əsaslandıqda daha da səmərəli olur. Bitkinin 
həyat şəraitini yaxşılaşdıran tədbir gecikdirilərsə və ya aşağı keyfiyyətdə yerinə yetirilərsə, həm 
onun məhsuldarlığı azalır, həm də məhsulun keyfiyyəti aşağı düşür. Odur ki, məhsuldarlığa təsir 
edən amillərin hamısına diqqətlə yanaşmaq və onların hər birinin bitkinin bioloji tələbatını optimal 
dərəcədə ödəməsini təmin etməsinə nail olmaq lazımdır. 
Bitkiçilik heyvandarlıqla əlaqəli inkişaf etdirilir. Belə ki, heyvandarlığın yemə olan tələbi 
bitkiçiliyin hesabına ödənilir. Heyvandarlıqdan alınan peyin isə üzvi gübrə kimi bitkiçilikdə istifadə 
olunur. Münbitliyi az olan torpaqlarda peyinin hesabına bitkilərin məhsuldarlığını daha çox 
artırmaq olur.
İnsanlar qədimdən (eramızdan 10-12 min il əvvəl, Daş dövründə) bitki becərməklə məşğul 
olmuşdur. Bunu arxeoloji qazıntılar nəticəsində tapılmış əmək alətləri və mədəni bitki toxumlarının 
qalıqları sübut edir. 
Mədəni əkinçiliyin mərkəzlərinə köhnə dünya əraziləri (Hindistan, Çin, İran, Suriya, Misir) və 
yeni dünya əraziləri (Meksika, Peru, Boliviya və s. dövlətlər) daxildir. Orta Asiya və Zaqafqaziya 
əraziləri də bitkiçiliyin qədim məskənləri hesab edilir. 
İnsan cəmiyyəti inkişaf etdikcə onların bitkiçilik məhsullarına tələbatı artmış və onu ödəmək 
üçün insanlar bitkiçiliklə daha çox məşğul olmağa başlamışlar. Tədricən bitki növlərinin daha çoxu 
mədəni şəkildə becərilmiş və insanlar bitkiçilik sahəsində işlətdikləri əmək alətlərini 
təkmilləşdirmişlər. Ona görə də yeni istehsal sahələri yaradılmışdır. 
Dünyanın 149 milyon km
2
quru sahəsinin 12%-ni əkin sahəsi, 20%-ni çəmən və örüşlər, 30%-
ni meşəliklər tutur. Mədəni şəkildə becərilən 
20 minə
qədər kənd təsərrüfatı bitki növləri vardır. 
Hazırda bitkiçiliyin tarlaçılıq, çəmənçilik, tərəvəzçilik, meyvəçilik, üzümçülük, gülçülük
meşəçilik və s. sahələri inkişaf etdirilmişdir. 
Akademik P. P. Vavilova görə mədəni bitkilərin 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin