|
Divararasının sıxılması səbəbi ilə yuxarı və aşağı boş venalar bükülür və ürəyə gedən venoz qanın miqdarı azalır, metabolik asidoz baş verir
|
səhifə | 5/14 | tarix | 02.01.2022 | ölçüsü | 2,24 Mb. | | #1207 |
|
Divararasının sıxılması səbəbi ilə yuxarı və aşağı boş venalar bükülür və ürəyə gedən venoz qanın miqdarı azalır, metabolik asidoz baş verir. Taxikardiya, hipotoniya və ürək çıxan qanın azalması xəstəni şoka sala bilər. İlk olaraq təzyiqli pnevmotoraksı açıq pnevmotoraks halına çevirmək lazımdır. Sonra plevral drenaj məsləhət görülür.
Küt travmadan sonra olan hemotorakslar diaqnoz qoyulan vaxtı əksər hallarda artıq kəsilmiş olur. Diagnoz rengenogramma ilə döş qəfəsində plevral mayenin aşkarlanması ilə qoyulur. Plevral drenajın qoyulması hər zaman məsləhətdir. Drenajın mümkün olan ən aşağı qabırğa arası aralıxdan qoyulması qanın daha rahat aspirasyasına kömək edir.
Təcili torakotomiya nə vaxt edilir? - Plevral drenajdan sonra 1500 ml vəya 20 ml\kg qanaxma
- İlk 24 saatda 1500 ml drenaj
- 2-4 saatda 200 ml\saat vəya 2 ml\kg\saat drenaj
- 6-8 saatda 100 ml\saat vəya 1 ml\kg\saat drenaj
Dostları ilə paylaş: |
|
|