Azərbaycandan göndərilməsinə şərti icazə verilən mallar
baytarliq təbabətində tətbiq olunan dərmanlar, baytarliq ləvazimatları, bitkilər, heyvan və bitki mənşəli xammal – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarliq İdarəsi Fitosanitar nəzarəti xidmətinin rəsmi icazəsi olduqda,
bədii, tarixi, elmi əhəmiyyət kəsb edən və başqa qiymətli mədəni əşyalar (o cümlədən 1965-ci ilə qədər Azərbaycanda və xaricdə buraxılmış kütləvi istehsal məhsulu olmayan əşyalar, əllə toxunmuş xalçalar, xalça məmulatları, büllur, çini və saxsı qabları, musiqi alətləri, təsviri sənəd əsərləri və s.) – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi icazəsi olduqda,
zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi icazəsi olduqda,
dərman vasitələri – şəxsi istifadə üçün zəruri olan miqdarda,
alkoqollu içki – maksimum 3 litr,
siqaret – maksimum 3 blok.
Təyinat ölkəsi tərəfindən idxalına qadağa qoyulan və şərti icazə verilən mallar haqqında məlumatlarla aşağıdakı siyahıdan müvafiq ölkənin adını seçib OK düyməsinə basmaqla tanış ola bilərsiniz.
Dostları ilə paylaş: |