Qondarma”Erməni soyqırımı” ideologiyası erməni üçün
yeganə tanınma vasitəsidir
Ermənilər özlərini bu qondarma "soyqırımı" ilə ayaqda tuturlar. Onların çağdaĢ
milli ideologiyası bu məsələyə bilavasitə bağlıdır. " Erməni Soyqırımı" yoxsa,
erməni də yoxdur. Ermənilər bundan qorxurlar ki, bu məsələ gündəmdən çıxar,
onların edəcəkləri bir Ģey qalmaz.. Bu məsələ erməni ideolojisinin tərkib
hissəsidir.
Qondarma "Soyqırımı‖ mövzusunun araĢdırılmasına ancaq 1965-ci ildən sonra
baĢlanmıĢdı. Bu tarixdən sonra təbii ki, böyük miqdarda sənəd‖ortaya çıxarıldı‖
―bunlar əsas da dövlət və diplomatiya sənədləriydi" deyən Milli Arxivin Direktoru
Virapyan bu məsələdə çox gecikdiklərini də qeyd edir. Belə çıxır ki, bu məsələ
quraĢdrılmıĢ bir məsələ olmuĢdur. Və 1965 də ―soyuq müharibənin‖ qızğın
çağında ortaya atılmıĢdır. O zaman ki, Türkiyə SSRĠ-yə qarĢı olan cəbhədə yer
almıĢdı. Əgər bu tarixi proses olmasaydı, bəlkə də bu gün ―erməni soyqırımı‖
deyilən məsələ də olmazdı.
Amerikalı erməni mənĢəli jurnalist Harut Sasunyan deyir ki, onlar "ədalət‖
deyincə, itirilənlərin geri qaytarılması tələbi anlaĢılmalıdır. Burada ―ədalət‖
deyincə ―Qərbi Ermənistanın‖ torpaqlarının qaytarılması, mal- mülkün sığortaları,
təzminat və s. kimi məsələlər nəzərdə tutulur. "Erməni Soyqırımı‖nı qəbul
etdirmənin məqsədi " Qərbi Ermənistan‖ deyilən torpaqlara geri dönmə və bu
ərazilərin Ermənistana birləĢdirilməsidir. Ermənilərə görə, gec-tez bu iĢ olacaq. Ən
yaxĢısı odur ki, Türkiyə zamanında buna razılaĢsın. Ermənilərə aid torpaqları, yəni
6 vilayəti boĢaldıb versin Ermənistana ... Serj sarkisyan gənclərə deyərkən, ―biz
163
Qarabağı aldıq, siz də Araratı almalısınız‖ bu ideologiyadan çıxıĢ edirdi.
Ermənistanın baĢ prokuroru Ağvan Hovsepyan da ərazi iddialarını yeniləmiĢdir.
"Aravot" (Səhər) qəzeti yazır ki, indiyə qədər də Türkiyənin buna qarĢı çıxmasına
baxmayaraq 1915-ci il hadisələri bir çox ölkə tərəfindən ―soyqırımı‖ olaraq qəbul
edildi, bundan sonra da qəbul ediləcəkdir. "Jamanak" (Zaman), "Qolos Armenii"
(Ermənistanın səsi-rusca) qəzetlərinin yazılardan bəlli olur ki, Ermənistan və
Diaspora Erməniliyi yenə bu yolla gedəcək, yəni ―soyqırımı‖ qəbul edən ölkələrin
sayı daha da artacaq. Erməni əhalisinin çox olduğu bir çox ölkələrdə ermənilər
külli miqdarda pul xərcləməyə də üstünlük verəcəklər. Bunun üçün erməni
zənginləri artıq səfərbər edilmiĢdir. Kim nə qədər? Hərənin öhdəsinə müəyyən
məbləğ qoyulmuĢdur. Bunu Diaspaora tənzimləyir. Bu pulların vasitəsilə ermənilər
və onların lobbisi ABġ və digər ölkələr üzərində təzyiqləri artıracaqlar. Biz yaxın
zamanlarda bunun Ģahidi olacağıq. Ermənilər bu dəfə ABġ-ın ―soyqırımı‖
tanımasına var gücləri ilə çalıĢacaqlar. Amerikanın da tanıması nəticəsində bir çox
ölkə bundan cəsarət alacaq. Onlar bu fikirdədirlər.
Yuxarıda vurğuladıq ki, Erməni Diasporu və ümumiyyətlə dünyanın müxtəlif
ölkələrinə səpələnmiĢ erməni cəmiyyəti bu iĢi ideoloji bir hərəkata
dönüĢdürdüyündən kifayət qədər təcrübə toplamıĢlar. 2005-də "erməni soyqırımı"
nın 90-cı ili ―uğurların davamı‖ olmuĢdur, dünyanın diqqətinə çox əhəmiyyətli
―sənədlər‖ təqdim edilmiĢdir. Keçən on il içində əsas məqsəd dəyiĢməmiĢdir.
Dünyanın Ermənistan da daxil olmaqla 20 ölkəsi ermənilərin təqdim etdikləri
qondarma "Erməni Soyqırımı" qanun layihəsini qəbul etdiklərinə görə Türkiyəni
buna görə təzyiq altında saxlamağa nail olmuĢlar. "Soyqırımı" tanıyanların
digərlərinə də təsiri olacaqdır. Bu 20 ölkə Türkiyəni beynəlxalq sahədə psixoloji
təzyiq altına alaraq ermənilərin əsassız təzminat və torpaq tələblərini
dəstəkləməkdə davam edəcəklər. Ermənilər də bu ölkələrə laqeyd yanaĢmırlar.
Keçən bu 10 il içində ermənilər bu məsələdə edəcəklərini etmiĢlər. Türkləri
günahlandıran kifayət qədər kitab, filmlər yaratmıĢ və yaymıĢlar. Yayınlanan türk
dilində kitablarının sayı və tirajı rekord vurmuĢdur. Son on ildə sənədli filmlərə
164
daha çox diqqət edilmiĢdir. MəĢhur erməni mənĢəli fransız rejissor AĢot
Malakyanın "Mayrig" adlı filminin ilk on dəqiqəsində soyqırımı hekayəsi iĢlənir,
sonrasında köç əsnasında Fransaya gələn bir erməni ailəsinin Fransada həyatlarını
davam etdirə bilmək üçün verdikləri mübarizədən bəhs edilir. Ermənilər filmlərə
müdhiĢ pullar xərcləyirlər. Yalnız Atom Yeqoyanın "Ararat" filminə 15 milyon
dollar xərclənmiĢdir. Ġndi Yeqoyan yeni film üzərində iĢləyir. 2013-ün iyul
ayında Ġrəvana ―Qızıl ərik‖ festivalına gələn Yeqoyan 100-cü ilədək mütləq bir
yeni film çəkəcəyini deyir. Erməni mənĢəli italyan yazar olan Antonio Arslanın
"TarlakuĢu çiftliyi" adlı kitabın kinolaĢdırılmasını erməni mətbuatı müvəffəqiyyətli
nümunələrdən biri kimi xarakterizə edir. Bu filmlərdə də müdhiĢ bir soyqırımı
təbliğatı vardır. "Musa dağında qırx gün" kitabının film halına çevrilməsi də
erməni mətbuatındayer almıĢdır. Avstriya yəhudisi Frans Verfelin "Musa dağında
qırx gün" romanı 1915-ci il təhcirindən əvvəl Hataydaki Musa dağının ətəyində
bir erməni kəndində olub-keçən hadisələrdir. Tehcir üçün gəlmiĢ jandarmlara
ermənilərin müqavimətidir. Mətbuatda bu hadisə bir erməni qəhrəmanlığı olaraq
təqdim edilir.
Erməni təbliğat maĢını sürətlə iĢləyir. Ermənilər özlərini bu qondarma
"soyqırımla" ayaqda tuturlar. Onların ideologiyası bu məsələyə bilavasitə bağlıdır.
" Erməni soyqırımı" yoxdursasa, erməni də yoxdur, onların təbliğatı da səmərəli
olmayacaq. Diasporada bunu belə anlayırlar. Ermənilər bundan qorxurlar ki, bu
məsələ gündəmdən çıxar, onların edəcəkləri bir Ģey qalmaz.. Bu məsələ erməni
ideolojisinin tərkib hissəsidir.
Bu məqsədlər istiqamətində ermənilər təbliğatda vizual mediaya da üstünlük
verirlər. Erməni dövləti buna həvəslə pul ayırır. Dövlət səviyyəsində qarĢıya daha
bir ―soyqırımı” filminin çəkilməsi məqsədi qoyulmuĢdur. Bu filmin də
qondarma ―erməni soyqırımı‖nın 100-cü ilində, 2015-ci ildə dünyada səs gətirəcək
bir əsər olmasını istəmiĢlər və bu istiqamətdə Oscar mükafatını almıĢ məĢhur
rejissor Steven Spielberqə təklif edilmiĢdir.
165
Diaspora və Ermənistan dövlətinin vizuallıq sahəsində etdikləri layihələr kino-
filmlərlə məhdudlaĢmır. Bir baĢqa əhəmiyyətli layihə də "Bir daha əsla" adı
altında təĢkil edilmiĢ konsert seriallarıdır. (15) TanınmıĢ musiqiçi Stevie Wonder
ilə birlikdə dünyada tanınmıĢ bir çox musiqiçinin də qatıldığı layihənin
―soyqırımı‖ tanıtma iĢlərini daha irəli aparmaq planlaĢdırılır.
Vizual medianın istifadə edildiyi digər bir iĢ isə ―soyqırımı‖ kampaniyalarında
posterlərdən istifadədir. Bu poster dizaynı kampaniyası 2015-ci ilə qədər davam
edəcək və çıxan nəticələrə görə ―soyqırımı‖ tanıtma iĢlərində plakatlardan istifadə
ediləcəkdir. 4 Oktyabr
2012-ci ildə, Ġrəvanda "Erməni Soyqırımının 100-cü ilinə
doğru‖ mövzusunda bütün erməni mətbuat nümayəndələrinin iĢtirak etdiyi 6-cı
Kongresde ermənistanlı jurnalistlərə California Courier qəzeti baĢ redaktoru Harut
Sasunyan demiĢdir: " Ermənistan, bundan sonra yalnız ―Erməni Soyqırımı‖nın
beynəlxalq tanınmasını deyil, həm də Türkiyədən də ədalət tələb etməlidir. 1915-
ci ildə yaĢanan hadisələrin bir soyqırım olduğunu beynəlxalq ictimaiyyətə isbat
etmək ehtiyacı yoxdur artıq, onlar, həqiqətən 1915-də nə yaĢandığını çox yaxĢı
bilirlər- " dedi. Amerikalı erməni jurnalistə görə, ―yeni addımlar atmamız
lazımdır‖. Bu yeni addımlar nədən ibarətdir? O bunları Türkiyədən gizli saxlamağı
təklif edir.
100-cü il ərəfəsində daha çox xarici vətəndaĢlarının Ermənistana gəlməsini təĢkil
etmək lazımdır. Mətbuat yazır ki, Ġraq Respublikası Bütün Yezidlərinin Ruhani
rəhbəri Mir-Mira Tahsin Beg və onunla gələnlər Sərdarabadda "Erməni soyqırımı"
abidəsini ziyarət edərkən təəcüblənmiĢlər. Görün onlar hələ indiyə qədər bundan
xəbər tutmayıblar. Demək nə qədər dünya insanın erməni ―faciəsindən‖ xəbəri
yoxdur?(67) Bunu hamının bilməsi üçün hələ çox iĢ görülməlidir.
Mütəxəssislər "erməni soyqırımı" 100-cü ildönümü ilə əlaqədar bir strategiya
yaratmaq üçün Ermənistanda tez-tez bir araya gəlirlər. Ermənicə çıxan mətbuat
orqanlarının bəzilərində bununla əlaqədar ―sızmalar‖ olmuĢdu, gizli saxlanması
istənən bəzi məsələlər aĢkar olmuĢdu, bəlkə də onlar bunları qəsdən etmiĢlər.
166
Erməni və erməni olmayan mütəxəssislər ―soyqırımın nəticələrini ortadan
qaldırmaq üçün‖ qanuni bir səbəb tapmaq üçün baĢ sındırmıĢlar. Ġrəvanda
toplanan Koordinasiya Komissiyasının məlumatlandırmaq üçün məlumatlar
hazırlanmıĢdır. Orada nələr yer alması isə hələlik sirr olaraq qalır, sanki
Ermənistan və Erməni Diasporu 2015- də bir müharibəyə hazırlaĢır..
Serj Sarkisyanın sədri olduğu Dövlət Komissiyasında hazırlıqlar hər qurumda
aparılır. Ermənistanda Diaspora Nazirliyi çərçivəsində də 2015-ci il Hazırlıq
Komitəsi qurulmuĢdur. Bunun baĢına da birbaĢa prezident Serj Sarkisyan
keçmiĢdir. BaĢ yepiskop, BaĢpatrik kimi əhəmiyyətli adamlar da bu komitədə
iĢtirak edirlər. Bu komitə 100-cü ilə qədər nə edəcək? Komitənin də nə edəcəyi
bu ana qədər açıqlanmıĢ deyil. Ancaq nələr etmək istədiyi bəllidir.. Ermənistan
mətbuatını izlərkən bunların nələrdən ibarət olduğu təxmin edilə bilər. Bu
sahədəki fəaliyyətlərin bir hissəsi "Erməni soyqırımı‖ Muzey-Ġnstitutu deyilən
dövlət qurumu tərəfindən həyata keçiriləcəkdir. Türklərə qarĢı çox sərt üslubu ilə
bilinən "Erməni Soyqırımı "Muzey-Ġnstitutu Direktoru Hayk Demoyan Ġrəvan-
Moskva tele- körpüsündə (Sant TV) qondarma ―Erməni soyqırımı‖nın təkcə tarixi
yaddaĢ deyil, milli təhlükəsizlik məsələsi olduğunu irəli sürmüĢdü. Bu tele-
körpüdə o, Türkiyənin sərhədi bağlayaraq Ermənistana qarĢı aqressiv bir siyasət
həyata keçirməsini cinayət adlandırmıĢdır, amma Qarabağın iĢğalından heç bəhs
etməmiĢdir. Əksinə burada yaĢayan ermənilərə agressya tətbiq olunmasını və
Türkiyəni Azərbaycanı dəstəkləməsini də xüsusi qeyd etmiĢdi.
Hayk Demoyan "100-cü ildə Türkiyənin təkcə keçmiĢdə etdikləri üçün deyil, bu
günki siyasəti ilə də cinayət törətməsi məsələsini gündəmə gətirməliyik" - deyir.
BaĢqa bir televiziya programında Hayk Demoyan görün nə deyir: ―Türkiyə
"erməni soyqırımı" nın beynəlxalq tanınması prosesinə qatılan ölkələrə qarĢı rüĢvət
siyasəti yürütməkdədir". Guya bunun üçün, yəni səfirliklərə rüĢvət vermək üçün
müdhiĢ pullar ayrılmıĢdır. Erməni mətbuatında Serj Sarkisyanın mart ayının 22-23-
də təĢkil edilən konfransda Erməni Soyqırımının 100-cü ili Tədbirləri Dövlət
167
Koordinasiya Komissiyasının proqramı daxilində Serj Sarkisyana görə təcili
göreləcək iĢlər hansılardır?
-«Erməni soyqırımı‖nın 100-cü ili ərəfəsində dünyanın fərqli yerlərində
reallaĢdırılacaq fəaliyyətlər proqramının hazırlanacaq
- "Erməni soyqırımı" nın yüzüncü ilinə istiqamətli fərqli fəaliyyətlər beynəlxalq
məna kəsb edəcək
-bizə daha əhatəli və dərininə yanaĢma imkanı verəcək və önümüzdəki müddətdə
edəcəklərimiz mənasında aktuallıq daĢıyan bir məsələ olacaqdır..
- Önümüzdəki il bütün insanlıq I. Dünya Müharibəsi itkilərini xatırlayacaq və
insanlığın qarĢılaĢdığı bu faciənin dərslərindən nəticə çıxaracaqdır. O deyir ki,
―təəssüf ki, bu müharibə zamanı reallaĢdırılan kütləvi qırğın və soyqırımılar
cəzasız qaldılar. Biz II Dünya Müharibəsi və Xolokostun qorxunc köklərini və
tanınma mexanizmini öyrənməliyik . Soyqırımı yaĢamıĢ erməni xalqı, onun
dünyadan kökünü kəsmək istəyən və arzusunda olan günahkarlar və onların iĢlərini
bu gün davam etdirənlər olmasına baxmayaraq, ayaqda qalmağı, ölkəsini inĢa
etməyi, Diasporada güclü və perspektivli təĢkilatlar yaratmağı bacardı. ―Böyük
Fəlakətin‖ (Metz yeğern) yüzüncü ili yalnız bir ildönümü deyil, fəaliyyət və anma
mərasimlərinin edilməsi bizə bütün dünyaya birliyimizi göstərmə və soyqırımın
nəticələrinin aradan qaldırılması məsələsində geri çəkilmədən gələcək nəsillərə
mübarizə və yeni üsulların aĢılanması mənasında da qərarlı olduğumuzu təsdiq
edəcək". Eyni zamanda prezident Türkiyə və türk xalqı ilə də bəzi fikirlərini
açıqlamıĢdır. DemiĢdir ki, onlar inanırlar ki, ―Türk xalqı erməniləri anlayacaq və
cinayətini qəbul edəcək. "News.am" saytında onun fikirləri eynilə belə verilmiĢdir:
"Erməni soyqırımı‖nın tarixi və onun dərsləri yalnız erməni xalqının tarixi və
varlığı ilə əlaqəli deyil. Bu eyni zamanda Türk dövləti və Türk xalqının tarixi ilə
eyni dərəcədə əlaqəlidir və bu baxımdan on illərcə davamlı olaraq sabit qalan
səssizlik və inkarçı siyassətin mənasız olduğu və Türk cəmiyyətinin daha Ģüurlu
168
təbəqələrinin keçmiĢdə meydana gələn faciəyə istiqamətli Ģərtli yanaĢmaları və
ədalətsiz mövqeyini təftiĢ etmə istiqamətində öz içində qüvvə tapması, buna
tənqidi yanaĢması və yeni inkarçı duruma qarĢı üsyan etməsi bizim üçün
ürəkləndiricidir ".
―Erməni soyqırımı‖nın 100-cü ildönümü strategiyasının hazırlanması iĢləri də
erməni mətbuat orqanlarında geniĢ yer almaqdadır."Aravot" (Səhər) qəzetinin
yazdığına görə dünyanın 9 ölkəsindən 40-dan çox nümayəndə, "erməni soyqırımı"
mütəxəssisləri adı çəkilən tarixdə Ġrəvanda ―Soyqırımı nəticələrinin aradan
qaldırması üçün qanuni səbəbləri tapmaq, Türk inkar siyasətinə reaksiya vermək ,
konfranslar təĢkil etmək, soyqırımı araĢdırma proqramlarında iĢtirak etmək və
muzey sərgilərində təĢkil etmək üçün toplandılar. Konfrans ―Erməni soyqırımı ―
100-cü ildönümü fəaliyyətlərini koordinasiya edən dövlət komissiyası tərəfindən
təĢkil edilmiĢdi . Erməni lobbisi də, erməni iĢ adamları da, buna pullar xərcləyirlər.
Yəni filmlər çəkilir, kitablar nəĢr olunur və bunların hamısının məqsədi Türkiyənin
―soyqırımı‖ qəbul etməsinə nail olmaqdır. Ermənilər 20 ölkədə, Amerika BirləĢmiĢ
ġtatlarının bir çox əyalətində bunu qəbul etdirdi, indi Türkiyəyə qəbul etdirməyə
çalıĢırlar. Türkiyəyə qəbul etdirmənin arxasında baĢqa planları var. ABġ-da nəĢr
olunan "California Courier" qəzetinin naĢiri və redaktoru Harut Sasunyan, özünün
"Türklər əsrin ilk-"erməni soyqırımı "nı reklam məqsədi ilə istifadə edirlər" adlı
məqaləsində yazır ki, "2005-ci ildə, ―erməni soyqırımı‖nın 90-cı ildönümü
ərəfəsində, tanınmıĢ türk köĢə yazarı Mehmet Ali Birand, bir məqalə yazmıĢdı:
"Erməni tsunamisi." Amma bilindiyi kimi heç bir tsunami olmadı. Yazar deyir ki,
Türkiyə yenə də bu qorxu içərisindədir. Yerli qəzetlərdən olan "Gazete Kars"
―Ermənilərin 2015-ci ilə hazırlanması" adlı məqalədə Birandı yazısına bənzər bir
yazı vermiĢdir-deyə yazır Sasunyan. O deyir ki, bu cinayətin məsuliyyətini
dəqiqləĢdirmək üçün davamlı və qanuni yollarla getmək lazımdır. Ona görə 100-cü
ildə bu daha da dəqiqləĢəcək. Onun fikrincə, Türkiyə enində -sonunda ―bu günahı‖
qəbul edəcək. Daha erkən qəbul etsə bu onun xeyrinə olacaq. "Gazete Kars"ın
narahatlığı da elə budur əslində. "Azatutyun" (Azadlıq) radiosunun xəbərində
169
bildirilir ki, 2015-ci ilə qədər, ―erməni soyqırımı‖nın 100-nın ildönümünə doğru
―Soyqırım qurbanlarının elektron kitabı‖ tərtib ediləcək. Bura 200.000 qurbanın
adı salınacaq. Ermənistan Milli Arxivlər Ġdarəsinin müdiri Amatuni Virabyan
demiĢdir ki, elektron kitabda, qətlə yetirilmiĢ olan ermənilərin adlarının yanında
doğum tarixləri ilə məskunlaĢma yerləri də siyahıya alınacaq. ―Soyqırımı‖ ilə bağlı
25.000 sənədin nəĢr olunması nəzərdə tutulur. Ermənistan mətbuatındakı
araĢdırmalarda açıq görünməkdədir ki, həm Diaspora erməniləri, həm də
Ermənistan hökuməti uzun illərdir Türkiyədən torpaq və təzminat tələblərini açıqca
dilə gətirməkdədirlər. Bu tələblər xüsusilə Birinci Dünya Müharibəsi zamanı ġərq
Cəbhəsinə və daha sonra Sevr və hətta Lozannada reallaĢdırılmağa çalıĢılmıĢdı..
Uzun müddətdir Avropadakı ermənilərin gündəmində olan "3-cü Qərb erməniləri
Milli Assambleyası "Fransanın Sevres Ģəhərində toplanması " Yerkir "qəzetində
verilmiĢdir.Verilən xəbərdən bəlli olur ki, bundan əvvəl ilk iki Assambleya 1917
və 1919cu illərdə toplanmıĢdır. Bu Assambleya ilə Qərb ermənilərini təmsil edəcək
bir beynəlxalq Milli ġura təĢkil edilməsi və 2015-in əvvəlində Türkiyə əleyhinə
təbliğatın sürətləndirilməsi qərarlaĢdırılmıĢdır. Bu cəhdlərdən ən diqqət çəkəni,
2012-2013-cü il Tədbirlər Planına daxil edilən "Qərb ermənilərinin" 1915-ci ildə
yaĢadığı itki və zərərlərin müəyyən edilməsi və "Armenian Forum of Lawyers" adı
altında bir quruluĢun yaradılaraq milli və beynəlxalq məhkəmələrdə təzminat
iddialarının açılması var. Qəzetlər Türkiyə Respublikasına Təzminat davalarını da
də gündəmdə tuturlar. 2009-ci ildən bu yana Amerika BirləĢmiĢ ġtatlarında,
Türkiyə Respublikası Mərkəzi Bankı və TC Ziraat Bankası əleyhinə təzminat
iddiaları davam etməkdədir.
2013-cü ildən etibarən beynəlxalq, milli və akademik sahədə qarĢıya "erməni
soyqırımı" nın qəbul edilməsini məqsəd qoyan yığıncaq, seminar, konfrans, kitab,
məqalə dərc edilməsi kimi iĢlər sürətlənmiĢdir. Erməni mətbuatında hər gün belə
xəbərlərə rast gəlmək mümkündür. Bu çərçivədə 2010-cu ilin aprelində Armenian
Film Foundation adlıqurumla Cənubi Kaliforniya Universitetinin "Shoah
Foundation Institute" arasında "soyqırımı" Ģahidləri ilə edilən 400 -ə qədər görüĢün
170
nəĢr olunması nəzərdə tutulur.Hazırda Ermənistan Arxivlər Ġdarəsi əlindəki
qeydlərin nəĢr olunması ilə əlaqədar iĢlərə baĢlamıĢdır. Arxivlərlə əlaqədar digər
bir xəbərdə (Haykakan Hanrapetutyun) "Erməni soyqırım" ının Ģahidlərindən bəhs
edilir. Yazılır ki, Ermənistan Milli Arxivində ―Erməni soyqırımı‖ ilə bağlı bol
sənsədlər vardır, mətbuat konfransında Milli Arxiv Direktoru Amatuni Virapyan
demiĢdir:" Milli Arxivdə Soyqırımı ilə bağlı 12 min sənəd vardır və bunlar 3 qrupa
ayrılır: Dövlət sənədləri, soyqırımı yaĢayanların ifadələri(bunlar ən
qiymətliləridir), digər ölkələrdən gətirilən sənədlər...
Mətbuatda 2015 əvvəlində yenidən gündəmə gətirilməyə çalıĢılan Türkiyə
ərazisində ermənilərə aid mal-mülk davaları mövzusunun gündəmdə tutulması
göstərir ki, , bu məsələnin üzərinə də qarĢıdakı illərdə gediləcəkdir. Diaspora
ermənilərinin təzminat və torpaq tələblərinə ―Soyqırımı‖ iddialarının bir növ yeni
təbliğatı olacaqdır. Təzminat və torpaq tələblərinin, əvvəlcə Amerika ictimaiyyəti
arasında, daha sonra beynəlxalq sahədə təbliğatının yayılmasınını təmin etmək iĢi
son zamanlar erməni mətbuatının vəzifəsi halına gəlmiĢdir. Erməni TV-lərinin bir
çoxunun ABġ-da nümayəndələri var. "Sant TV" hər gün xəbərlərində ABġ-da
yaĢayan ermənilərlə bağlı xəbərlər verir. Bu xəbərlərin isə 70-80%-i Türkiyə,
Ermənistan münasibətləri, soyqırım mövzularıdır hədəf isə Türkiyə və
Azərbaycandır.
Ermənilər yalnız ABġ-da deyil, dünyanın fərqli yerlərində təzminat tələblərini
artıq açıq Ģəkildə dilə gəttiirlər. 23-25 Fevral 2013-də Livanda Kilikiya Erməni
Katolikosluğu tərəfindən təĢkil edilən "Erməni soyqırımı: Tanınmadan Təzminata"
adlı geniĢ qatılımlı beynəlxalq konfrans materialları Ermənistan mətbuatında da
verilmiĢdir. "Tert.am" saytında gedən xəbərdə deyilir ki, bu konfransda
ermənilərin Türkiyədən təzminat tələblərinin daha sıx bir Ģəkildə dilə gətirilməsi
qərara alınmıĢdır
Ermənistanda milliyyətçi DaĢnak Partiyasının Ġrəvan nümayəndəsi Kiro Manoyan,
əslində erməni hökumətini çətin vəziyyətdə qoyacaq bir Ģərh vermiĢdir: "Erməni
171
torpaqları bu gün Türkiyənin əlindədir. Sabah kürdlərin əlinə keçsə onlardan geri
istəyəcəyik. Ermənistanın qaytarılmasını istədiyi torpaqlar bu anda Türklərin
nəzarəti altındadır. Sabah bizim qaytarılmasını tələb etdiyimiz erməni torpaqları
kürdlərin əlinə keçsə onlardan geri vermələrini tələb edə biləcəyikmi? Bölgəmizdə
reallaĢacaq köklü dəyiĢiklikləri tamaĢaçı olaraq izləməmək üçün, gediĢatı
istiqamətləndirməyi bacarmalıyıq. Olayları yaxından təqib edərək hərəkət
etməliyik. "100-cü il ərəfəsində Ermənistan diplomatlarının üzərinə böyük iĢlər
düĢəcək. BaĢını yenə də Fransa və Ġsveçrənin çəkəcəyi Avropada ermənilərin
hədəfi çoxdur. «Jogovurd»un məlumatına görə, tanınmıĢ ġarl Aznavur Serj
Sarkisyandan onu Ermənistanın Ġsveçrə səfirliyindən geri çağırmasını xahiĢ
edərkən də bu iĢin arxasını buraxılması ilə əlaqədar bəzi fikir və sözlər
iĢlətmiĢdir.‖ Tüpürüm soyqırıma‖ deyərkən Aznavur bu iĢin hamını bezdirdiyini
nəzərdə tuturdu. Bu iĢdən əl çəkməyi tövsiyə edirdi. Buna baxmayaraq Ermənistan
100-ci il ərəfəsində Avropada diplomatik heyəti gücləndirir.
Təbii ki, Yaxın ġərq, Rusiya unudulmur. Kilikiya Erməni Katogikosluğu sözdə
erməni soyqırımının 100-cü ildönümü ilə əlaqədar Türkiyədə yaĢayan erməniləri
mövzu edən çoxlu kitablar nəĢrə hazırlamaqdadır. Hər bir kitab ermənilərin
Türkiyədə yaĢadıqları bir Ģəhəri əhatə edəcək. ―Nouvelles d `Arménie‖nin verdiyi
məlumatlara görə, Buzand Yegiayan tərəfindən qələmə alınmıĢ " Adana tarixi "adlı
kitab artıq hazırdır. ―Saimbeyli (Açın) tarixi " adlı kitab da nəĢrə hazırlanır. Bu iĢə
Abu-Dabidə yaĢayan Mahseredcyan ailəsi maddi dəstək vermiĢdir. (Hetq.am)
ArĢak Alboyacıyanın Kayseri və Tokatla əlaqədar yazdığı və ötən əsrin 30-cu
illərində Qahirədə nəĢr olunmuĢ 4000 səhifəyə çatan kitabların da yenidən nəĢr
olunması nəzərdə tutulur. "Azatutyun" (Azadlıq) Radiosu bildirir ki, Fransada
"erməni soyqırımı" nı tanıyan qanun layihəsi hazırlayan Fransa Millət Məclisi
millət vəkili, Fransa-Ermənistan dostluq qrupunun üzvü Valérie Boyer 24 apreldə
Ermənistana getmiĢdir. Valérie Boyer, Fransada Dağlıq Qarabağla bağlı Dostluq
Qrupu qurduqlarını, bunun fəaliyyətlərinə keçmiĢ Fransız millət vəkillərini də
cəlb etdiklərini qeyd edir. Valérie Boyer, ―erməni soyqırımı‖nın inkarını
172
cəzalandırmağı nəzərdə tutan qanunun təkrar rədd edilməsinə kədərini ifadə etmiĢ,
lakin buna baxmayaraq Avropa Parlamenti millət vəkilləri ilə birlikdə mövzunu
yenidən gündəmə gətirmək istədiklərini söyləyir. O deyir ki,100-cü ilə doğru
Fransa bu qanunu mütləq qəbul edəcək. "Henaran" adlı internet saytında
"Soyqırımın" tanınmasında ölkələrin qanunvericilik orqanlarının rolundan bəhs
edilmiĢdir. ―100-cü ildə mövcud dəlillərin hüquqi platformaya gətirilməsinin
zamanıdır‖-deyilir.
Çox qəribədir ki, 2015 planları içərisində əsas hədəflərdən biri ABġ prezidenti
Barak Obama olacaq . Nədir onun günahı? Ermənilərə görə, Obama
1. Prezident seçkiləri kampaniyası əsnasında dəfələrlə ―erməni soyqırımı‖nın
tanınması sözü vermiĢ və sözünü yerinə yetirməmiĢdir.
2. 2010-cu ildə ―erməni soyqırımı‖nın Konqresdə te qəbul qərarına qarĢı çıxmıĢdır.
3. Seçki kampaniyasında verdiyi sözlərinə baxmayaraq Ermənistan və Qarabağa
köməyin miqdarını azaltmıĢdı.
4. 2009 Ermənistan üzərinə təzyiq edərək Türkiyə ilə heç bir nəticə
verməyən"protokol" un imzalanmasını istəmiĢdir.
5. Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən blokadasını aradan qaldırmaq
üçün Türkiyəyə təzyiq etməmiĢdir.
6. Ermənistan və Qarabağa qarĢı Azərbaycanın təkrarladığı militarist bəyanlara
cavab olaraq heç bir Ģey etməmiĢdir, halbuki Dağlıq Qarabağın öz müqəddəratını
təyin etmək üçün kampaniya zamanı bir Ģeylər edəcəyinə söz vermiĢdi.
7. Erməni-Amerikan cəmiyyətinin onunla görüĢmək tələblərini cavabsız
buraxmıĢdır.
8. Bu il də, 24 apreldə "soyqırımı" deməmiĢdir.
173
Erməni Diasporu da Ermənistan dövlətinin də ümidləri 2015-ci ilədir. Amerika bu
məsələdə qərarlı olsa hətta Türkiyənin özü belə "soyqırım gerçəyini" qəbul edəcək.
Ermənilər 100-cü ilə hazırlıq mərhələsində Türk mənĢəli tədqiqatçılardan da
yararlanmaq istəyirlər. Bunun ən yaxĢı örnəyi neçə illərdir ermənilərə iĢləyən
Taner Akçamdır. Erməni dostu olan bəzi ―Türk ziyalıları‖ nı Ermənistana dəvət
edir, onları bu iĢdə onlara kömək etməyə təĢviq edirlər. Bunların içərisində
jurnalistlər, yazarlar, araĢdırmaçılar var. Həsən Camal, Ali Bayramoğlu, Fatiyə
Çətin, Orhan Pamuk... sayıları az deyil. Onlardan bəziləri erməni diasporunun və
Ermənistan dövlətinin təĢkil etdiyi konfranslara həvəslə qatılaraq ermənilərin
əsassız iddiasına dəstəklərini verirlər. Bunlar da Ermənistan mətbuatında geniĢ yer
almaqdadır. ABġ-dakı Clark Universitetinin müəllimi, tarixçi prof. Dr. Taner
Akçam son zamanlar çox fəaldır. Onun yazdığı kitablar dünyanın müxtəlif
ölkələrində yayılmaqla birlikdə bu kitabların təqdimatı ermənilər üçün həm də
təbliğat metodudur. Onun bu kitabı "Jön Türklərin insanlıq cinayətləri: ―Erməni
Soyqırımı‖ və Osmanlı Ġmperatorluğunda etnik təmizlik" adlı kitabının təqdimatı
Ġrəvanda da olmuĢdur.
2013 ildə erməni kilsəsinin iki nümayəndəsi - Eçmiadzin Bütün Ermənilərin
Katolikosu Garakin II və Kilikiya Katolikosu Aram 1 tərəfindən edilən 24 aprel
Bəyannaməsinin bu fikirlər yer alır: "1915-ci ildə Osmanlı boyunduruğundaki
ermənilərin ata torpaqlarında yalnız 1 milyon 500 min erməni öldürülmədi, eyni
zamanda torpaqları, malları əllərindən alındı, ermənilərə aid olan kilsələr,
məktəblər, ikonalar oğurlandı, Osmanlının varisi olan Türkiyənin "erməni
soyqırımının" 100-cü ili olan 2015-də əvvəlcə bu soyqırımı tanıyıb aldığı canlar
üçün təzminat ödəmə və erməni mal və torpaqlarını geri vermə zamanı gəlmiĢdir,
erməni və türk xalqlarının barıĢmaları və bölgənin sabitliyi buna bağlıdır ".
Təzminat iddiaları xüsusilə ABġ erməniləri tərəfindən açılır. Türkiyə əleyhinə
1915-ci ildəki hadisələrə bağlı daĢınan və daĢınmaz malların ödənilməsi istiqamətli
Los Angelesdə Garbis Davoyan və Hrayr Turabyan adlı iki amerikalı erməni
hüquqĢünas Mərkəz və Ziraat Bankına iddia açıblar. Ġki il əvvəl San Fransiskoda
174
bir məhkəmə 1915 hadisələrində həyat sığortası olan ermənilərin varislərinin
sığorta Ģirkətlərindən təzminat istəməsi qanuni saymıĢdı. Buna əsaslanaraq
hərəkətə keçən ABġ-lı 3 erməni, Türkiyə Respublikası Mərkəz Bankı və Ziraat
Bankı əleyhinə 63 milyon dollarlıq təzminat iddiası açdı. Bu iddia vəkil Vartkes
Yegiayanla 63 yaĢındakı Anahit Harutyunyan tərəfindən açıldı. ġikayətçilər,
Adanada Ġncirlik NATO bazasını də içinə alan təxminən 50 hektar sahənin
babalarına aid olduğunu və bu torpaqlara 1915 hadisələrindən sonra Osmanlı
tərəfindən əl qoyulduğunu iddia edirlər. Bir erməninin Ankaradakı Prezident
Ġqamətgahının yerləĢdiyi Çankaya köĢkünə də babasına aid olduğu iddiası vardır.
Dostları ilə paylaş: |