Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix01.04.2017
ölçüsü132,69 Kb.
#13046
1   ...   8   9   10   11   12   13   14   15   16

 
 
 
 
 
 
 
 
 
 

 
175 
 
 
"Türksüz  Ermənistan"  ideologiyası  və  onun  həyata 
keçirilmə metodları  
Bu  gün  Ermənistan  deyilən  ölkədə  buranın  qədim  sakinlərinin-  Azərbaycan 
türklərinin yaĢamaması dövlət tərəfindən yürüdülən bir irqçi ideologiyanın nəticəsi 
olaraq qəbul edilməlidir.  Bu ideologiya anti-türk siyasətlə formalaĢan düĢmənçilik 
ideologiyasıdır.   Bu erməni ideologiyasının həyat keçirilməsində   erməni millətçi 
cərəyanlarının hər birinin xidməti olmuĢdur.
 Ermənilərin Cənubi Qafqazdakı ərazi 
iddialarıının ideoloji əsası 
1885
-ci ildə 
Fransada
 yaranmıĢ "Armenakan", 1887-ci 
ildə  Cenevrədə  yaradılan  "Hnçaq"  və  1890-cı  ildə  Tiflisdə  əsası  qoyulan 
"DaĢnaksütyun" millətçi partiyalarınin fəaliyyəti ilə bağlı olmuĢdur. Bu partiyalar 
Osmanlı Ġmperiyası və Ġrandan qaçmıĢ ermənilərin yaĢadığı əraziləri birləĢdirmək 
üçün  bütün  vasitələrdən,  ən  əsası  isə  qiyam  və  terror  aktlarından  geniĢ  istifadə 
etməyi qarĢılarına məqsəd qoymuĢdular. "Hnçaq" partiyasının proqrammı xüsusilə 
bu fikri ifadə edirdi: "Bütün şəraitlərdə turkləri və kürdəlri məhv etmək, və öz 
xalqının rifahına xəyanət etmiş ermənilərə aman verməyərək onlardan qisas 
almaq". 
"DaĢnaksütyun"  nasist  tipli  partiya  olub, 
Almaniya  Milli  Sosialist  Partiyasın
ın 
ideologiyasını  onlardan  hələ  30  il  əvvəl  formalaĢdırmıĢ  və  proqramları  bu 
sözlərdən ibarət idi:  
"DaĢnaksütyun partiyasının məqsədi bunlardır:  
1) silahlı qiyam,  
2)  yalnız  ermənilər  arasında  yox  bütün  xalqlar  arasında  inqilabi  fikrin 
formalaşması üçün intensiv iş görmək,  
3) ermənilərin silahlanması və təşkilatlanması,  

 
176 
 
4) hökümət adamlarına və idarələrinə qarşı terror və onların məhv edilməsi".  
"Bu  məqsədə  nail  olmaq  üçün  hər  şeyə  icazə  verilir;  propaqanda,  terror, 
azğın partizan müharibələri". 
DaĢnaksütyun  patiyasının  fəaliyyətini  ardıcıllıqla  izləyən  gürcü  yazıçısı  Karibi 
1919-cu ildə ağrı hissilə yazırdı: "DaĢnaklar gələrkən özləri ilə Milli nifrət toxumu 
gətirdilər.  Və  deməliyəm  ki,  belə  bir  toxumlar  səpilmiĢ  torpaq  üzərində  erməni  – 
müsəlman  qan  davası,  və  erməni  və  gürcü  müharibəsindən  baĢqa  bir  Ģey  bitə 
bilməzdi". 
"Bu  elə  bir  təĢkilat  idi  ki,  Rusiya  imperiyasının  hakim  dairələri  ilə  birlikdə 
Qafqazda  inqilabi və  milli  azadlıq  hərəkatını  boğmağa  çalıĢmıĢdı. Bunun  nəticəsi 
olaraq 1905-ci ildə ilk Erməni – Azərbaycan qarĢıdurması baĢ vermiĢdir. 
1907
 və 
1912
-ci 
illər 
ərzində 
Osmanlı 
Ġmperiyası
 
ərazilərindən 
və 
    
 Ġrəvan xanlığının bayrağı
 
 

 
177 
 
Ġrandan  təqribən  yarım  milyon  erməni  Qars,    Ġrəvan  və  Yelizavetpol  qəzalarına 
köçürüldü. Bölgədə etnik qarĢıdurmaları alovlandıraraq hegemonluğu  əlinə almaq 
məqsədi güdən Rusiya höküməti əhalinin bu axınına susaraq dəstək verdi".
  
Fərqli  zamanlarda  və  fərqli  ortamda  ortaya  çıxmalarından  asılı  olmayaraq  bu 
ideologiyanın  daĢıyıcıları-bütünerməni  siyasi  təĢkilatları  bir  mərkəzə  tabe 
olmuĢdur. Bu  Mərkəz  isə erməni dövləti yaranmamıĢdan əvvəl  Erməni Kilsəsi 
olmuĢdur. Ermənilər arasında qərbliləĢmə və islahat hərəkətlərinin baĢlanğıcı 18-ci 
əsrin  ilk  illərinə  gedib  çıxır.1701-ci  ildə  sivaslı  Mxitar  Vartabed  liderliyində 
baĢlayan  islahat  hərəkatı  da  bu  millətçiliyin  irqçiliyə  dönüĢünü  tezləĢdirmiĢdir. 
Zaman-zaman  sərt  mübarizələrə  səhnə  olan  islahat  hərəkatı  1860-dan  PadĢah 
Abdülməcid  tərəfindən  Erməni  Milləti  Nizamnaməsi  ilə  sona  yetmiĢdi.  Bu 
nizamnamə  ilə  qurulan  Erməni  Millət  Məclisi  Osmanlı  dövlətindəki  ilk  təmsili 
parlament orqanı xüsusiyyətində olub, 1876 Qanun-u Esasisi ilə qurulan Osmanlı 
Mebusan Məclisinə də nümunə təĢkil etmiĢdir. Beləcə erməni millətçiliyinin əsası 
qoyulmuĢdur.  Daha  sonralar  bu  milliyyətçilik  ayrı-ayrı  erməni  cərəyanlar 
tərəfindən  inkiĢaf  etdirilmiĢdir.    Bundan  artıq  bəhs  etmiĢik  ki,  erməni 
milliyyətçiliyinin nəzəriyyəçisi olaraq qəbul edilən Artsruninin yanaĢması irqçiliyə  
söykənir.  Artsruni,  kitablarında  türkləri,  kürdləri  və    digər  müsəlmanları  alçaldır. 
Tiflisdə  çıxardığı  ―MĢak‖  adlı  qəzetində  Osmanlı  rəhbərliyindəki  erməniləri 
üsyana  çağırırdı.    Artsruninin  ölümündən  sonrakı  onilliklərdə,  məsələn    Adolf 
Hitlerin    2-ci    Dünya  Müharibəsi  zamanı  iĢğal  etdiyi  ərazilərdə  vətəndaĢ  əhaliyə 
tokunmurdu.  Amma  ermənilər  zəbt  etdikləri  yerdə  burada  yaĢayan  əhalini 
öldürməklə,  onları  oradan  qovmaqla  kifayətlənmir,  həm  də  buradan  o  əhalinin 
izlərini  tamamilə  silməyə    çalıĢırdılar.  Bu  gün  Ermənistanda  Türk  izi  demək  olar 
ki,  qalmamıĢdır.  Bu  artıq  irqçilikdir.    Erməni  Ġrqçilik  doktrinasıdır,    Bu  zaman, 
yəni  ,  irqçi  bir  çərçivədə,  irqçi  yanaĢmada    insanın  dəyəri    həlledici  deyil,  onun 
hansı qövmə, zümrəyə və ya xalqa  aidliyi rol oynayır.  Erməni irqçiliyi dünyada 
bilinən  digər  bu  növ  nəzəriyyələrin  hamısından  fərqlənir.    Ümumən  bizim 
bildiyimiz  irqçi 
antisemitizmi
  (gerçək  xarici  bioloji  nəzəriyyələrə  söykənərək 

 
178 
 
yəhudilərə qarĢı qərəz bəsləmək ya da nifrət etmək) də ehtiva edən irqçilik Alman 
Milli  Sosyalizminin  (Nasizm)    zaman-zaman  ayrılmaz  bir  parçası  olmuĢdur. 
Nasistlər  bütün  insanlıq  tarixini  fərqli  irqlərdən  gələn  insanlar  arasında  bioloji 
baxımdan  təyin  olunan  bir  mübarizənin  tarixi  olaraq  qiymətləndirdilər.  Erməni 
millətçi  cərəyanlarının    tədricən  irqçiliyə  çevrilməsi  prosesi  əlbəttə  bir  günün 
içində  olmamıĢdır.  Mxitaristlərin  Venesiyada    təməlini  qoyduqları  erməni 
milliyyətçiliyi  doğuĢdan  xəstə  xəyallar  arxasında  idi.  Onların  irqlə  əlaqədar 
nəzəriyyələrinə görə, ermənilər daha üstün bir irqdən gəlirdi.  
Nasist  irqçiliyi  II  Dünya  Müharibəsi  əsnasında,  bənzəri  görülməmiĢ  bir 
ölçüdə  qırğınlara  yol  açmıĢdısa,  erməni  irqçiliyi  daha  əvvəllərdən  bu  yola 
düĢmüĢdü.  Adını  erməni  xalqının  milli  azadlıq  mübarizəsi  qoyaraq  onlar  digər 
xalqları yox etmə siyasətini aktiv Ģəkildə yürütməyə giriĢdilər. Yaratdıqları siyasi 
təĢkilatlar  belə  bu  irqçi  əsas  üzərində  quruldu.  Hnçak  və  DaĢnak  partiyalarının 
nümunəsində bu irqçiliyin iĢarələrini görmək mümkün idi. Hər iki partiya məqsədə 
çatmaqda  bir  xalqı,  bir  milləti  yox  etməyini  partiya  proqramlarına  belə  daxil 
etmiĢdi. ġərq Anadolu və Qafqazda tarixin ayrı-ayrı dövrlərində etdikləri qırğınlar 
bu  ideologiyadanmı  qaynaqlanırdı?  Belə  bir  ideologiyaya  sahib  millətə  dövlət 
yaratmaq ən ağir nəticələr verməzdimi? Bunu alman nasistlərinin nümunəsində də 
dünya gördü. Osmanlı dövlətinin rəhbərləri də bu  toplumun dövlət idarə edəcək 
bir  səviyyədə  olmadığını  bildiyindən  onlara  milli  mədəniyyətlərini  inkiĢaf 
etdirməsi xaricində daha üstün  azadlıqlar verilməsinə qarĢı  idi.  Osmanlıdan  əvvəl 
də Bizans və Romalılar da bu millətə güvənməmiĢdi.  Amma Ruslar erməniləri ya 
tanımadılar,  ya  da  erməni  faktoru  iĢlərinə  yaradı.  Sovet  hakimiyyətinin  ilk 
onilliklərində  gizli  də  olsa  belə  bir  fikir  vardı  ki,  qonĢu  xalqları-  yəni  gürcü  və 
azərbaycanlıları bunların ayağına vermək olmaz. Ən azından bunu Stalin istəmiĢdi, 
Stalinin ölümündən sonra və xüsusən ―soyuq müharibə‖ illərində NATO üzvü olan 
Türkiyənin  SSRĠ  ilə  rəqib  olmasından  istifadə  edən  ermənilər  sovet  ideoloji 
sisteminə türkləri sovetlərə  dost olmayan xalq təsəvvürü erməniləri oyada bildilər. 
Sovet hakimiyyəti ermənilərin əsərlərində antitürk meyllərə göz yumdular. Bundan 

 
179 
 
ürəklənən  ermənilər  60-cı  illərdə  artıq  açıq  mübarizəyə  keçdilər.  Sərdarabaddakı 
―erməni  soyqırımı‖  Abidəsinə  rəsmi  icazə  verməklə  Sovetlər  Ġttifaqı  xaricdəki 
erməni  ―mübarizələrinə‖  dəstək  vermiĢ  oldu.  1965-ci  ildə  Uruqvay  tərəfindən 
―Erməni Soyqırımı‖nın rəsmən tanınmasına heç bir münasibət bildirilmədi. Əksinə 
Ġrəvanda  bu  yalanın  50-ci  ili  dövlət  səviyyəsində  qeyd  edildi.  Ermənilər  türkləri 
vəhĢi,  qaniçən,  onlardan  qat-qat  səviyyəcə  aıağı  olan  bir  xalq  olam  fikrini  təlqin 
etməyə  baĢladıalr.      Almanlar  onları  əhatə  edən  xalqalarla  eyni  olmadıqlarını 
söyləyirdilər,  ermənilər  də  deyirlər  ki,  onlar  birlikdə  yaĢadıqları  xalqla  eyni 
deyillər.  Bu  iddiadaydılar  ki,  onların  irqi  Nuh  Peyğəmbərdən  gəlir,  Nuh 
Peyğəmbər  ermənilərin  babasıdır.  Tufan  zamanı  Ağrı  dağına  gəmisi  ilə  sığınan 
Nuh  Peyğəmbərdən  törəyənlər  yalnız  ermənilərdir,  baĢqa  xalqlar  ermənilərdən 
törəmədir,  bu  sırad  isə  köçəri  türklər  yoxdur.  Zori  Balayanın  kitablarında  da  bu 
düĢüncə davam etdirilirdi. Irqçilikdən bənzəri olmayan erməni yazar Zori Balayan  
isə    Qarabağda  bir  toyda  çıxıĢında  "Allahın  da  erməni  olduğunu"  iddia  edir. 
(Youtubede hər kəs izləyə bilər). O, Müasir erməni irqçilik cərəyanlarından birinin 
öcüllərindan  sayılır;  Qarabağdakı  müharibənin  əhəmiyyətli  aktyorlarından  olduğu 
qəbul  edilməkdədir.  Post-Sovet  erməni  millətçiliyinin  ən  əhəmiyyətli  məhək 
daĢlarından  biridir.  Yazdığı  iddia  edilən  və  "bir  Türk  uĢağı  üzərində  vəhĢi 
təcrübələrini  tibbi  bir  vasvasılıqla  reallaĢdırdığı",  "uĢağın  dərisini  diqqətlə 
soyduğunu"  və  "bunu  etməklə  erməni  ruhunun  canlandığını"  söyləyən    doktor 
Balayanın  faĢistlərdən nə fərqi var?  Bu gün "Ermənistan" deyilən qədim Ġrəvan 
xanlığında  bir  adam  belə  Türk  qalmamıĢsa,  bu  nəyin  nəticəsidir.  Ermənistan 
Respublikası  müstəqilliyini  Cənubi  Qafqazda  1918-ci  ildə  elan  edənə  qədər  bu 
ölkədə yaĢayanların yalnız ermənilərdən ibarət olmadığı hər kəs tərəfindən bilinir.  
Bu gün isə bu ölkə yalnız ermənilərin yaĢadığı monoetnik bir dövlətə çevrilmiĢdir. 
Min  illər  boyu  burada  yaĢayan  Türk  və  Müsəlman  əhali  zaman-zaman  təzyiqlərə 
məruz qalaraq doğma vətənlərini tərk etmək məcburiyyətində qaldılar..Niyə bütün 
bunlar baĢ verdi? Niyə Ġrəvan xanlığına aid olan bu  ərazilər tərk edildi? Bununla 
əlaqədar tarixi həqiqətlər nələrdir? Və nəhayət bu torpaqlara qayıtmaq üçün nələr 

 
180 
 
edə bilərik? Əvvəl ermənilərin indi adına Ermənistan deyilən dövlətə köçürülmə və 
yerleĢtirilmə  zamanlarına baxaq.  
Bununla  əlaqədar  1590  və  1728-ci  ilə  aid  Osmanlı  qeydlərində,  Revan 
Əyalətinin (Bu gün Ermənistan adlandırılan ölkə) demoqrafik quruluĢu içərisində, 
türk  əhalinin  böyük  bir  çoxluq  təĢkil  etdiyi  görülməkdədir.  Bölgənin  yer  adlarına 
(toponim) baxıldığında belə, məskunlaĢma vahidlərinin çoxunun türkçə olduğunu 
görərsiniz.  Bu  vəziyyət  bütün  Ermənistanda  eynidir.  Eyni  durum  Iğdır  və  ətrafı 
(Sürməli  Qəzası) üçün  də  etibarlıdır. Bölgədəki  yer  adlarının türk  mənĢəli olması 
həqiqətini  Erməni  tarixçiləri  Z.  Gorgodyanın,  1932-ci  ildə  Ġrəvanda  nəĢr  edilən 
"1831-193-ci  illər  arasında  Sovet  Ermənistanın  əhalisi"  (ermənicə)  adlı  kitabında 
Ermənistanda qeydiyyatdan keçmiĢ 2310 yaĢayıĢ yerindən 2000-nin adının türkçə 
mənĢəli olduğunu yamıĢdır. Osmanlılar, hər hansı bir bölgəni ələ keçirdiklərində o 
bölgədəki ərazi və vergi verəcək əhalisi qeyd altına alardılar. Revan və ətrafı da ələ 
keçirildiyində, dərhal ərazi və vergi verəcək əhalisi qeyd altına alınmıĢdır. (19) Bu 
əhalinin  vergialma  qeydlərində    yanlıĢlıqlar  çox  azdır.  Çünki  Osmanlı  dövləti, 
müsəlman  və  qeyri  müsəlman  ünsürlərdən  fərqli  vergilər  aldığından,  alınan 
vergilər  eyni  dinə  mənsub  olub  olmamaqla  əlaqəli  olduğundan  və  ermənilərin 
islam  inancında  olmamasından,  cizyə  adı  ilə  bilinən  verginin  onlardan  ayrıca 
alındığı  göz  önünə  alındığında,  Osmanlı  tahrir  dəftərlərindəki  qeydlərin  gerçəyə 
çox yaxın olduğu aydın olmaqdadır.  
XIX  əsrdən  etibarən  ruslar    Qafqaza  doğru  iĢğal  hərəkətinə  baĢlamıĢlar. 
1826-ci  ildə  ġimali  Azərbaycanda  ortaya  çıxan  ümumi  bir  qiyamı  bəhanə  edərək   
müdaxilədə bulunmuĢ və Ġran-Rus müharibəsi baĢlamıĢdır. Ġrevan xanlığı da Ġrana 
bağlı olması səbəbiylə bu müharibəyə tərəf olmuĢdur.  Türkmənçay müqaviləsi ilə 
1828-ci ildə Ġrəvan (Rəvan) xanlığı Rusiyaya keçmiĢdir. Buraya  məqsədli Ģəkildə 
erməni  əhali  köçürülməyə  baĢlamıĢdır.  Rusiya  bu  torpaqları  əbədi  rus  əraziləri 
etmək  üçün  erməni  faktorundan  istifadə  etmək  istəyirdilər.    Eyni  dövrdə    Qərb 
dövlətləri  uzun  zamanlar  Osmanlı  Ġmperatorluğunu  zəif  salmaq,  onu  parçalamaq 
məqsədi ilə planlar qururdular. Bu dövlətin içərisində yaĢayan xristianlar, xüsusilə 

 
181 
 
ermənilər  hər  zaman  istifadə  üçün  əldə    bir  vasitə  olmuĢdur.  Rusiya  da  bu 
vasitədən  kifayət  qədər  faydalanmıĢdır.  ĠĢğal  etdiyi  Qafqazı  əbədi  etmək  üçün 
Rusiya bir köçürmə siyasəti uygulamağa baĢladı. Qafqaz  Rusiyadan malakanları, 
Osmanlı  və  Ġrandan  isə  erməniləri  köçürmə  siyasətinin  məqsədi  burada  əhali 
dəyiĢikliyinə  nail  olmaq  idi.  Bəli,  Rusiyanın  himayəsi  altında  erməni  dövlətinin 
yaradılması,  həmçinin  ermənilərin  Ġran  və  Türkiyədən  Rusiyanın  iĢğal  etdiyi 
torpaqlara  köçürülməsi  təsadüfi  hadisə  olmayıb,  erməni-rus  münasibətlərinin 
nəticəsi  idi  ki,  bu  əlaqələrin  əsasını  rus  və  erməni  tarixi  ədəbiyyatında  təbliğ 
edildiyi  kimi,  yalnız  ticarət  əlaqələri  deyil,  baĢlıca  olaraq  ġərqin  müsəlman 
dövlətlərinə,  xüsusilə  Türkiyəyə,  XVIII  əsrdən  etibarən  isə  həm  də  Azərbaycana 
qarĢı düĢmənçilik mövqeyi təĢkil edirdi. 
Ermənilərin,  ümumiyyətlə  Cənubi  Qafqaza  göçürülüb  gətirilməsi  və  əsasən 
türklərin  məhsuldar  torpaqlarında  yerləĢdirilməsi  son  iki  əsr  içində  olmuĢdur.  Bu 
tarixlərə qədər bu bölgələrdə erməni əhalisi çox az 10%-i belə keçmirdi. Səfəvilər 
dövlətinin zəifləməsindən istifadə edən rus çarı I Pyotrun  1724-ci ilin noyabrında 
ermənilərin  köç  etdirilməsi  Azərbaycanın  Xəzər  dənizi  sahillərində,  Dərbənd  və 
Bakı,  həmçinin  Gilyan,  Mazandaran  və  Goran  ərazilərində  məskunlaĢmasını 
rəsmiləĢtiren  fərmanından  sonra  baĢladı.  Bu  fərmana  görə  ermənilər  Rusiya 
Ġmperiyasının Cənubi Qafqazdan Ġran körfəzinə kimi geniĢ əraziləri ələ keçirmək 
planının həyata  keçirilməsində "beĢinci qüvvə" rolunu oynayacakdılar. Bu planın 
bir  hissəsi  kimi  Rusiya  generalları  Azərbaycan  əhalisini  hansı  yolla  olursa  olsun 
yaĢadığı yerlərdən köç etmək əmri almıĢdılar. Lakin Rusiyanın Qafqazdakı hərbi 
uğursuzlukları  onun  ermənilərin  planlı  məskunlaĢtırılması  siyasətini  bir  müddətə 
dondurdu.    Amma  Türkmənçay  müqaviləsinin  nəticəsi  olaraq  40000  erməni 
Azərbaycanın  müxtəlif  bölgələrində  məskunlaĢdırıldı.  1829-ci  ilin  Ədirnə 
sülhünün  nəticələrinə  görə  isə,  Osmanlı  Ġmperiyası  ərazilərində  yaĢayan  90000 
erməni  də  Azərbaycanda  yerləĢdirildi.  Onlar  Naxçıvan,  Ġrəvan  və  Qarabağ 
xanlıqlarından məskunlaĢdırıldı. 

 
182 
 
MəĢhur  rus  diplomatı,  Rusiya  Ġmperiyasının  Ġrandakı  səfiri  Qriboyedov 
ermənilərin 
Cənubi 
Qafqaza 
köçürülməsində 
aktiv 
iĢtirak 
etmiĢdir. 
MəĢhur rus diplomatı və yazıçısı olan Qriboyedovgörün nə  yazırdı: "Erməni xalqı 
əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerleĢdirilirdilər ... onlar yavaĢ-
yavaĢ  müsəlman  əhalisini  ərazilərdən  sıxıĢdırıb  çıxarmağa  baĢlamıĢdılar.  Biz 
müsəlman əhalisini düĢdükləri çətin vəziyyətlə barıĢdırmağa və onları inandırmağa 
çalıĢmalıyıq  ki,  bu  çətinliklər  uzun  sürməyəcək  və  ermənilər  müvəqqəti  olaraq 
onlara yaĢamağa icazə verilən yerlərdə davamlı olaraq qalamayacaklar. "(8) 
Rus  Ġmperatorluğunun  idarəçiləri  Cənubi  Qafqazda  icra  etdikləri 
müstəmləkə  siyasətində  həm  də    ermənilərə  çox  güvənirdilər.  Eyni  güvən 
Türkiyədə  yaĢayan  ermənilərə  Qərb  dövlətləri  tərəfindənvar  idi.  Osmanlı 
dövlətinin  parçalanmasında  ən  yaxĢı  və  cəlbedici  ünsür  olan  ermənilər,  1828  və 
1920-ci  illər  arasında  Azərbaycana  560000  erməni  göçürülmüĢtür.  Beləcə 
Qafqazın  ruslar  tərəfindən  iĢğalı  nəticəsində  Azərbaycan  torpaqlarında  -  Araz 
çayının  Ģimalında  erməni  əhalisi  sürətlə  artmağa  baĢladı.  Bu  mövzuda  diqqətə 
dəyər  bir  faktı  da    erməni  irqçisi  Z.  Balayanın  özü  etiraf  etmiĢdir:  "Onun 
(Yerevanın)  əhalisi  baĢqa  yerlərdən  gəlmələr.  Əslində  gerçək  Yerevanlı  yoxdur".   
Erməni    akademik  A.  Ġ.  Ġonisyan  yazır  ki,  "Ġrəvan  Ģəhərinin  əhalisinin  yalnız 
dörddə  biri  ermənilərdi,  azərbaycanlılar  burada  mütləq  üstünlük  təĢkil  edirlər".  
Rus  imperatoru  I  Nikolayın  21  mart  1828-ci  ildə  verdiyi  fərmanına  görə 
Azərbaycanın  Naxçıvan  və  Ġrəvan  xanlığı  ləğv  olunmuĢ,  onların  yerində  rus 
hakimləri  tərəfindən  idarə  olunan  "Erməni  vilayəti"  deyilən  yeni  inzibati  qurum 
yaradılmıĢdır.  1849-ci  ildə  bu  mahalın-vilayətin    adı  dəyiĢdirilərək  ―Erivan 
quberniyası‖  qoyulmuĢdur.Torpaqlarının  geniĢləndirilməsi  məqsədini  güdən 
ermənilər  1836-ci  ildə  rusların  köməyi  ilə  Azərbaycanda  o  zaman  fəaliyyət 
göstərən Alban Patriarx Kilsəsinin ləğv edilməsini və mülklərinin erməni Kilsəsinə 
verilməsini bacarmıĢdılar. Çünki ablan əhalisinin müqavimət edəcək bir qurumu və 
təsirli  təĢkilatı  olmamıĢdır.  Albanlara  məxsus  hər  Ģeyin  ermənilər  tərəfindən 
mənimsənilməsi  və  özününküləĢdirilməsi  sonrakı  tarixlərdə  də  davam 

 
183 
 
etmiĢdir.Qafqazın  Rusiyadan  ayrılaraq,  müstəqil  bir  dövlət  olmaq  xüsusundakı 
fəaliyyətlərini  önləmək  məqsədiylə  BolĢevikler,  erməni  əsilli  Stepan  ġaumyanın 
Bakını zəbt etməsinə mandat verdi. Lenin tərfindən Bakıya rəhbər təyin olunan S. 
ġaumyan  buranı  da  erməni  vətəni  etmək  üçün  qətlləri  ,  qırğınları  seçdi.  Bakıya 
tamamilə  hakim  olmaq  istəyən  bolĢevik  ġaumyan,  DaĢnaksütyunun  quldur 
dəstələri ilə də birləĢərək 31 mart 1 aprel 1918-ci ildə yalnız Bakıda 25 mindən çox 
Azərbaycan  türkünü  "Pantürkist  və  inqilab  əleyhdarı"  olduqları  iddiaları  ilə  qətl 
etdirdi.. Bu geniĢ  miqyaslı qırğınlar yalnız Bakıda deyil, Gəncə, ġamaxı, Göyçay, 
Lənkəran  ,  Quba,  Zəngəzur,  Ġrəvan,  Basarkecer  və  Azərbaycanın  digər 
bölgələrində edilmiĢ, öldürülənlərin sayı 60 min nəfərə çatmıĢdı. (11) 
Mart  1918-ci  ildə  Bakıda  baĢlayan  silahlı  qarĢıdurma  baĢqa  bölgələrə  də 
yayıldı.  Xüsusilə  də  Ġrəvan,  Zəngəzur  və  Göyçədə  yaĢayan  Azərbaycan  türkləri 
üçün böyük təhlükə ortaya çıxdı. Andranikin komandanlığında olan  erməni silahlı 
dəstələri  Göyçəde  Çamırlı,  Mədinə,  Anağızoğlu,  Gulalı,  Küsəcik,  Alçalı,  Kiçik 
Qaraqoyunlu  və  DeliqardaĢ  kəndlərinə  hücum  edərək  bir  çox  müsəlmanı  qətl 
etdilər. (16) 
22  Aprel  1918-ci  ildə  "Qafqaz  Müstəqil  Federal  Dövləti"  elan  olundusa  da 
tərəflər  arasında  çəkiĢmələrin  davam  etməsi  nəticəsində    28  May  1918-ci  ildə 
Ermənistan müstəqilliyini elan etdi və DaĢnakların 1918-ci ildə Qars vilayətinin və 
Ġrəvan  əyalətinin  bir  hissəsini  müttəfiq  ordulardan  almağı  bacardılar. 
Ermənilərin  Qafqazda  qonĢusu  olan  gürcülərlə  olan  əlaqələrində  erməni 
millətçiliyinin  və  bu  ölkəyə  istiqamətli  torpaq  iddialarının  izlərini  tapmaq 
mümkündür.  Gürcülər,  ermənilərin  gürcü  torpaqlarını  qədim  erməni  vilayətləri 
olaraq  adlandırdığını  və  Gürcüstanın  böyük  bir  hissəsi  ilə  birlikdə  Tiflisin  də 
qədim zamanlardan ermənilərə aid olduğunu iddia edirlər. Bir gürcü yazıçısı olan 
Çavçavadze,  öz  tarixlərinin  təhrif  edilməsinə  istiqamətli  narahatlığını  "Erməni 
alimləri  və  fəryad  edən  daĢlar"  adlı  əsərlə  dilə  gətirir.  Uzun  illər  Qafqazda 
jurnalistlik  edən V. L. Veliçko isə 19-cu əsrdə Qafqazda yaĢayan xalqları və son 
dərəcə  kritik  olan  bu    bölgənin  siyasi  və  ictimai  vəziyyətini  araĢdıraraq  "Qafqaz" 

 
184 
 
adlı  əsərinin  ermənilərə  ayırdığı  hissəsində  diqqət  çəkici  məsələlər  vardır.  Hal-
hazırda hələ müzakirə edilən "Böyük Ermənistan" və ya "Dənizdən Dənizə Böyük 
Ermənistan"  idealının  baĢa  düĢülməsi    mənasında  Veliçkonun  kitabının  olduqca 
böyük  əhəmiyyəti  vardır.  Ermənistan  deyilən  ölkədən  digər  xalqların  çıxarılması 
ideologiyasının hələ o zamanlar mövcud olduğunu bu kitabla ortaya qoyan Veliçko 
ermənilərin əsil simasını açıb ortaya qoyur. O deyirdi:
 Bütün qafqazlılar bilirlər ki, 
ermənilər  burada  köklü  xalq  kimi  mövcud  olmamıĢ,  Türkiyə  və  Ġran  qaçqınları 
kimi  XIX  yüzilliyin  birinci  yarısında  görünməyə  baĢlamıĢlar‖.  Ona  qədər  isə 
Ġrəvan xanlığı ərazilərinə yaĢayan xalqların hər zaman böyük çoxluğu Azərbaycan 
türkləri  olmuĢdur  və  bununla  bağlı  çox  sayda  araĢdırma  və  tədqüiqatlar  vardır. 
Erməni  araĢdırmaçıların  özləri  də  bu  faktları  dana  bilmirlər.  1-ci  dünya 
müharibəsindən  sonra  bölgədə  olan  qeyri-sabit  siyasi  durum  və  hərbi  vəziyyət 
erməniləri bir dövlət yaratmaq fikrinə gətirmiĢdi.
 Ermənilər haqları olmadığı halda 
Cənubi Qafqazda bir dövlət qurmaq üçün qırğın siyasətinə üstünlük verdilər.1918-
ci  ildə  sentyabr  ayından  etibarən  Zəngəzur  üzərinə  hücumlar  yenidən  baĢladı. 
Njdenin  quldur  dəstələri    burada  32  kənd  yandırdılar.  1918  sonlarında  isə 
Azərbaycan  türklərinin  yaĢadığı  115  kənd  dağıdıldı.    Burada  ümumi  7739  adam 
olmaq üzrə 3257 kiĢi, 2276 qadın və 2196 uĢaq öldürülmüĢdür. Andanik, Xmbapet 
Dro  və  Hamazaspın  silahlı  dəstələri  yüzlərlə  kəndləri  yandırmıĢ,  insanları 
öldürmüĢ və ya zorla köç etdirmiĢdi. Avqust 1918-ci ildə Iğdır və Eçmiadzinde 60 
kənd  Dronun  silahlı  dəstələri  tərəfindən  yağmalandı.1918-1920  –ci  il  DaĢnak 
iqtidarı  zamanı  Ermənistanda  yaĢayan  575.000  Azərbaycan  Türkünün  565.000  -i 
qətlə  yetirilmiĢ  və  ya  zorla    köç  etdirilmiĢdi.  Bəzi  erməni  araĢdırmaçıları  da  bu 
məlumatları təsdiq  edirlər: "1920-ci ildə Sovet hökuməti  zamanı  DaĢnakların icra 
etdiyi  siyasət  nəticəsində  burada  10.000  nəfərdən  bir  az  çox  türk-müsəlman  
qalmıĢdı.  1922-ci  ildə    60.000  qaçqın  geri  qayıtdıqdan  sonra  Azərbaycan 
türklərinin  sayı  72.596  nəfər  olmuĢdur  ".  Türklərin    toplu  halında  yaĢadıqları  5 
qəzadan  -  Aleksandropol,    Yeni  Bayazit,  Eçmiadzin,  Ġrəvan,  ġərur-Dərələyəz 
qəzalarından  baĢqa  Yelizavetpol  guberniyasına  daxil  olan  Zəngəzur  qəzası 
(sonralar  Qafan,  Sisyan,  Gorus,  Megri  adlanan  bölgələr),  Qars  elinə  daxil  olan 

 
185 
 
Ağbaba bölgəsi (sonralar Amasiya bölgəsi), Tbilisi quberniyasına daxil olan Lori-
Pembək  bölgəsi  (sonralar  Alaverdi,  Stepanavan,  Kalinino,  Noyamberyan 
bölgələri),  Yelizavetpol  quberniyası,  Qazax  qəzasının  Dilican  dərəsi  (sonralar 
ġəmsəddin,  Ġcevan,  Dilican  rayonlarının  ərazisi,  həmçinin  Krasnoselsk  bölgəsi 
Akstafa  (Gedikçay  hövzəsinin  azərbaycanlılar  yaĢayan  kəndləri)  birləĢdirilərək 
Ermənistan  Sovet  Sosialist  Respublikası  elan  edildi..1918-1920-ci  illərdə    bu 
bölgələrdə  yaĢayan  Azərbaycan  türklərinin  qətl  edilməsi  və  ya  zorla  evlərindən 
çıxarılması  1905  qırğınının  davamı  idi.  Bu  müddət  ərzində  ermənilər  ciddi  bir 
təĢkilatlanma 
prosesinə  girmiĢ,  silahlanmıĢ  və  təbliğat  fəaliyyətlərini 
geniĢlətmiĢdilər.  1918-ci  ildə  Ermənistan  (Ararat)  Respublikasının  qurulmasıyla 
ermənilərdə milli  kimlik və dövlət anlayıĢı  o idi ki, bu ərazilər onlara məxsusdur 
və  burada  minillər  boyu  yaĢayan  insanların  heç  bir  haqqı  yoxdur.  Ġki  illik  (may 
1918-noyabr  1920)  daĢnak  hakimiyyəti  zamanı    burada  yaĢayan  Azərbaycan 
türklərinin  60%-i  öldürüldü.  Ermənistan  da  azərbaycanlılara  qarĢı  1918  -1920-ci 
illərdə soyqırım və 1930-1938  illərdə sürgünün həyata keçirilməsinə baxmayaraq , 
Ermənistanın  Türkiyə  və  Ġran  sərhədləri,  Azərbaycan  və  Gürcüstan  sərhədləri 
boyunca  yenə  də  azərbaycanlılar  yaĢayırdı.  Ġrəvan  (Yerevan)  Ģəhərinin  ətrafı,    ən 
məhsuldar  torpaqlar  sayılırdı  və  bu    rayonlarda  azərbaycanlılar  əksəriyyət  təĢkil 
edirdi.  Ümumiyyətlə,  bu  sərhədlər  içində  erməni  əhalisi  1831-ci  ildə  161  ,  7  min 
adam,  1879-ci  ildə  797,9  min  adam,  1913-ci  ildə  1000,1  min  nəfər,  1920-ci  ildə 
720 min adam, 1922-ci ildə 782 min adam, 1926-ci ildə 881,3 min adam olmuĢdur. 
1926 il siyahıyaalmasında göstərilmiĢdi ki, bu bölgədə 84,5 min nəfər azərbaycanlı 
əhali  yaĢamıĢdır.  Bunların  60  min    nəfəri  1920-ci  ildən  sonra  əvvəlki  yurdlarına 
qayıtdılar. (19)  
Ermənistanın  bu  sərhədləri  içində  azərbaycanlıların  1916-ci  ildə  333  min 
nəfərdən  1926-ci  ildə  84,5  min  adama  enməsi  göstərir  ki,  ermənilərin  1918-20-ci  
illərdə  lrevan  quberniyasında  etdikləri  soyqırımı  Zəngəzur  qəzasından  və  digər 
bölgələrdən  də  yan  keçməmiĢdi.  Demək  ki,  ermənilər  tərəfindən  planlı  olaraq 
həyata  keçirilən  genosid  siyasəti  nəticəsində  azərbaycanlıların  itkisi  260  min 

 
186 
 
nəfərdən  çox  olmuĢdur.  Ona  görə  də  belə  nəticəyə  gələ  bilərik  ki,  1916  -1926-ci 
illər  arasında  azərbaycanlı  əhalinin  artımı  ən  az  10-12  min  adam  ola  bilərdi.  Bu 
rəqəm  1926-ci  ildəki  mövcud  ədəddən  çıxarılıb  tələf  olanların  və  qaçqınların 
sayına əlavə olunmalıdır. Göstərilən rəqəm və faktlardan  aydın olur ki, həqiqətən 
də  müasir    Ermənistan  sərhədləri  içində  o zaman  əhali  280  min  adam  azalmıĢdır. 
Bunu heç kim, hətta ermənilər də inkar etmirlər. Ermənistan rəsmi məlumatlarında 
bu  azalma  baĢqa  yerə  yozulur,  göstərilir  ki,  əhalinin  bu  qədər  azalması  "1918-
1920-ci    illərdə  Türk  birliklərinin  və  baĢıpozuq  qrupların  təĢkil  etdikləri  yeni 
qırğının nəticəsində meydana gəldi." (21). 
Sonrakı  illərdə  Ermənistan  rəhbərlərinin  əsas  vəzifəsi  Ġrəvan  ətrafında  və 
Türkiyə  ilə  sərhəd  boyunca  məhsuldar  torpaqlarda  yaĢayan  azərbaycanlıları  bu 
torpaqlardan  köç  etdirmək  idi..  Bunun  üçün  ilk  olaraq  Moskvanın  razılığı 
alınmalıydı. 
Xaricdə  yaĢayan  ermənilərin  Ermənistanda  yaĢamaq  istədiklərini,  amma 
yerləĢdirilmələri üçün torpaqların qeyri-kafi olduğunu Stalinə  bildirmək lazım idi. 
Həll    variantı  olaraq  da  türklərin  Azərbaycanın  kənd  bölgələrinə  köç  etdirilməsi 
əsaslandırılırdı (14) 
Xaricdə yaĢayan ermənilərin Ermənistana göçürülməsi mövzusunu ortaya atmaq 
üçün  onlar  ilk  fürsəti  1943-cü  ildə  Tehran  konfransı  zamanı  dəyərləndirdilər. 
Konfransda  erməni  diaspor  nümayəndələri  SSRĠ  xarici  iĢlər  naziri  Molotovla 
əlaqəyə keçmiĢ, onların Ermənistana köçürülmesi üçün Sovet rəhbərliyinin razılıq 
verməsini  xahiĢ  etmiĢdilər.  Molotov,  Stalinlə  danıĢdıqdan  sonra  onların 
köçürülməsinə  onay  vermiĢdi,  ilk  baxıçda  burada  elə  də  təhlükəli  bir  iĢ  yoxdu. 
―Məzlum erməni xalqı‖ ana vətənləri ilə buluĢacaqdı. 
 
1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRĠ 
hökuməti  xaricdə  yaĢayan  ermənilərin  Sovet  Ermənistanına  köçürülməsi  iĢinin 
təĢkili haqqında qərar verir. Ermənistan hökuməti yanında repatriantların qəbulu və 
yerləĢdirilməsi  üzrə  xüsusi  komitə  yaradılır  və  ermənilərin  köçürülməsi  nəzərdə 
tutulan  ölkələrə  respublika  hökuməti  öz  nümayəndələrini  göndərir.  Artıq  1946-cı 

 
187 
 
ilin  əvvəlində  130  min  erməni  Ermənistana  köçmək  arzusunda  olduğunu  bildirir. 
«Hnçak» və «Ramkavar» partiyaları, Ümumerməni Xeyriyyə Ġttifaqı köçürülmənin 
təĢkili  üçün  1  milyon  dollar  xərcləyir.
1945-cü  ildə  Ermənistan  Kommunist 
Partiyasının    birinci    katibi  Q.  Harutyunov  yenidən  Qarabağın  Ermənistanla 
birləĢdirilməsi  məsələsini  ortaya  atmıĢdı.  Erməni  ideoloqlar  DQMVnin  bütün  var 
olduğu  dövrdə  onu  Azərbaycandan  qoparma  taktikası  tətbiq  etmiĢdilər.  Onu 
Azərbaycandan  qoparmaq  üçün  Sovet  dövründə  də  müxtəlif  səylər  olmuĢdu.  
1945-  ci  il  məktubu  da  bu  cəhdlərdən  biri  idi.BirləĢməyə  olumsuz  cavab 
veriləcəyini  ermənilər  bilirdilər.  Onların  heç  olmasa  Ermənistana  ermənilərin 
köçürülməsi və bunun nəticəsində  buradan azərbaycanlıların çızarılmasına razılıq 
almaq idi. Ermənilərin gəliĢinə razılıq almıĢdılar. Qalırdı azərbaycanlıların buradan 
köçürülməsinə  onay  almaq.  Bunu  isə  A.  Mikoyanın  vasitəsilə  edə  bildilər.  
Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin