Qafqaz üNİversitesi



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə10/50
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#1023
1   ...   6   7   8   9   10   11   12   13   ...   50
VI.

 

QEYDĠYYAT YENĠLƏMƏ 

6.1.  Məzun  olana  qədər  tələbə  hər  tədris  ili  qeydiyatını  yeniləmək  məcburiyyətindədir. 

Qeydiyyatlar Akademik Təqvimdə müəyyənləşdirilən tarixlər arasında aparılır.  

6.2.  Ali  təhsil  müəssisəsinə  yeni  qəbul  olunan  tələbələrə  birinci  tədris  ili  üçün  fakültə  tərəfindən 

fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır. Növbəti 

tədris ilində isə tələbələr öz fərdi tədris planını hazırlayır və iyulun  5-dən 15-dək fakültəyə təqdim 

edir. Fərdi tədris planında tələbə sentyabrın 10-dək düzəlişlər edə bilər.  

6.3.  Tələbənin  fərdi  tədris  planında  sonradan  dəyişiklik  edilməsinə  icazə  verilmir.  Yalnız  ikinci 

semestr  üçün  1-  10  fevral  tarixləri  arasında  universitet  tərəfindən  müəyyən  olunmuş  qaydada 

müvafiq düzəlişlər edilə bilər.  

6.4. Fərdi tədris planı təhsil müəssisəsi tərəfindən tədris ilinin başlanğıcına qədər təsdiq edilir və bu 

tədris planının bir nüsxəsi tələbədə, bir nüsxəsi isə ali təhsil müəssisəsinin müəyyən etdiyi qurumda 

saxlanılır. 

6.4. Növbəti tədris ili üçün tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim etmədikdə, 

onun təhsili ali təhsil müəssisəsi üzrə həmin il üçün ixtisasın tədris qrafikinə uyğun təşkil edilir. Bu 

maddə tələbənin müraciəti əsasında nəzərə alınır.  

6.5.  Qeydiyyat  yeniləməyən  tələbə  dərslərə  və  imtahanlara  girə  bilməz,  tələbəlik  hüquqlarından 

istifadə edə bilməz.  

6.6.  Tədris  hissəsi  və  fakültə  idarə  heyətlərinin  yazılı  qərarı  əsasında,  Universitet  idarə  heyəti 

tərəfindən, növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi 

ilə əlaqə saxlamayan tələbələrin tələblər sırasından xaric edilməsinə qərar verilir.  



 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin