Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 1/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
I.
ÜMUMĠ MÜDDƏALAR
1.1. Bu Əsasnamə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət
standartı və proqramı”na, Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə
təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi
ilə tədrisin təşkili Qaydaları”na və Avropa Kredit Transfer Sisteminə, Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa
olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti qaydalara uyğun olaraq
hazırlanmışdır.
1.2. Bu əsasnamənin məqsədi, Qafqaz Universiteti Nizamnaməsinə uyğun olaraq Təhsil
Nazirliyinin verdiyi Pilot Universitet Statusuna əsasən bakalavr və magistr təhsil proqramının tabe
olacağı əsasları müəyyənləşdirməkdir.
1.3. Bu əsasnamə, Qafqaz Universitetində mövcud olan fakültələrdə təhsil alan bakalavr tələblərinə
tətbiq edilir.
1.4. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan
ibarətdir:
1.4.1. hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və onların bu
planın tərtib edilməsində iştirak etməsi;
1.4.2. təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;
1.4.3. tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;
1.4.4. biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiq edilməsi;
1.4.5. hər bir fənn üzrə ayrıca jurnalın tərtib edilməsi;
1.4.6. tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması;
1.4.7. təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması;
1.4.8. fakültələrin, bölmələrin, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması.
1.5. Qafqaz Universiteti tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış edir və təhsil
müddətində tələbənin tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaradır.
1.6. Qafqaz Universitetində kredit sistemi ilə tədrisin təşkili müvafiq struktur bölmələr (fakültələr,
dekanlıqlar, bölmələr, tədris hissəsi (qeydiyyat və s.), tədrisin keyfiyyətinə nəzarət komissiyası,
keyfiyyəti idarəetmə şöbəsi, tərəfindən tənzimlənir.