III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
860
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
zidd olan iki xüsusiyyətini bildirirlər; məs: keyfiyyət, əlamət anlayışı qoçaq-tənbəl, yaxşı-pis,
varlı-kasıb, halal-haram və s. kimi müxtəlif cəhətlərdə ola və ifadə edilə bilir.“Antonimlər zidd
mənalar, anlayışlar bildirən sözlər deyil, əksinə, eyni mənanın, eyni anlayışın müxtəlif əks cə-
hətlərini qarşılaşdırma yolu ilə bildirən sözlərdir”.
Antonimlərlə bağlı bir çox mənbələrdə antinimliyin ilk növbədə dildə keyfiyyət bildirən
sözləri əhatə etməsi və bu qəbil sözlərdə “əks mənalı” münasibətlərin daha geniş və aydın
şəkildə müşahidə edilməsi qeyd edilir. Bundan başqa keyfiyyət mənalı əlamətin dərəcələnən
olması, yəni bu əlaməti təmsil edən iki antonim söz arasında üçüncü, nisbətən zəif mənalı
sözün mövcudluğu vurğulanır.
Azərbaycan dilçiliyində də antonimlik və antonim sözlər məsələsinin qoyuluşu fikir
müxtəlifliyi ilə diqqəti cəlb edir. Belə ki, antonimlər “ zidd, qarşı məna və məfhumları ifadə
edən sözlər”; “eyni mənanın, eyni anlayışın müxtəlif əks cəhətlətini qarşılaşdırma yolu ilə
bildirən sözlər”; “məna və şəkil etibarı ilə fərqlənən söz qrupu”; “sinonimləri əksi olan, əks
mənalı sözlər”; “formaca müxtəlif və mənaca bir-birinin əksini təşkil edən sözlər” və s. kimi
fərqli ibarələrlə təyin edilir. Gördündüyü kimi antonim sözlər barədə irəli sürülmüş bütün
fikirləri birləşdirən əsas amil sözlərin məna elementidir. Demək olar ki, bütün dilçilər antoni-
mlərin ya əks məna ifadə edən, ya da ziddiyyət bildirən sözlər olması ilə razılaşır. Beləliklə,
antonim sözlərin leksik təbiətindəki təzad, əks olanı bildirmə keyfiyyəti bizi əhatə edən aləm-
dən qaynaqlanır. İnsanın təfəkkürü onu ətrafındakı digər canlılardan fərqləndirən əsas amil
olmaqla insanlara onu əhatə edən aləmi idrak etmə, başqalarının fikir, düşüncə və hisslərinə
münasibət bildirməyə qadir olma, seçim edə bilmə və s. kimi xüsusi qabiliyyətlər bəxş edir.
Bu mükəmməl vergi səbəbilə biz özümüzü dərk edən andan həyatımızın sonunadək təzadlı
dünyanın müxtəlif təbiətli hadisə və prosesləri arasındakı fərqləri duya, “mənfiyə müsbəti,
müsbətə isə mənfini” qarşı qoya, onların birini-digərindən seçə, fərqləndirə bilirik. Deməli,
anti-əks münasibətdə, mövqedə olma, bu mənanı bildirmə elə həyatın özündən doğur və bütün
bunların ifadə vasitəsi olan sözlər (antonimlər) təbii zərurətin nəticəsidir.
ALINMA TERMİNLƏRİNQRAMMATİKMƏNİMSƏNİLMƏSİ
Esmira AĞAMİRZƏYEVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
invisible7@list.ru
AZƏRBAYCAN
«Alınma terminlər dilimizə mənsub olduğu dilin qrammatik qayda-qanunlarını, morfem
və fonetik xüsusiyyətlərini dəgətirirlər.
Məlumolduğukimibəzidillərdəmövcudolanqrammatikkateqoriyalara,digərdillərdərastgəl
inmir. Beləfərqlərinolmasıdaqrammatikassimilyasiyazamanıçətinliktörədir. Məsələn, alınma-
sözlərin rus dilində hansı qrammatik cins kateqoriyasına aid etməklə bağlı bir çox çətinliklər
mövcuddur.
Rus dili vasitəsilə alınan beynəlmiləl terminlərdə bir sıra şəkilçilər Azərbaycan dilinin
fonetik qanunları, qrammatik quruluşu əsasında dəyişdirilir. Belə şəkilçilər də leksik qramma-
tik vəsemantikdiferensiallaşmaxüsusiyyətlərinə görəbütövlükdə sözdüzəldicilik xarakterinə
malik olur. Həminşəkilçiliinformatikaterminlərininəzərdənkeçirək:
-ация şəkilçiliinformatikaterminiAzərbaycandilinəolduğukimiverilir. Məsələn, регене-
рация-regenerasiya, репродукция-reproduksiya, телекоммуникация-telekommunikasiyavəs.
-ациф şəkilçisi –laşdırma
2
şəkilçisiiləverilir: дискретизация-diskretləşdirmə, иденти-
фикация-identifikasiya, интеллектуализация-intellektuallaşdırma, информатизация-infor-
matikləşdirmə, квантификация-kvantlaşdırma, нормализация-normallaşdırma.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
861
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
-ование şəkilçisi –laşdırma
2
şəkilçisiiəlverilir: тестирование-testləşdirmə, пакетирова-
ние-paketləşdirmə, прогнозирование-proqnozlaşdırma, программирование-proqramlaşdır-
ma, профилирование-profilləşdirməvəs.
-ност şəkilçiliinformatikaterminiAzərbaycandilinə –lıq
4
şəkilçisiiləverilir: релевантнос-
ти-relevantlıq.
QrammatikmənmisəməalınmaterminlərdəAzərbaycandilinəbirbaşadeyil, dilimizin qram-
matikquruluşunu, normalarınıqəbuletdikdənsonrakeçir. Məsələn, file catalogue (ingilis)-kata-
loq faylov (rus)-faylkataloqu (Azərbaycan). Rusdilindəki terminbirləşməsində tərəflər yerini-
dəyişib. Aşağıdakıterminbirləşmələrdədəbuhalözünügöstərir: fileatribute (ingilis)-atributfayla
(rus)-faylınatributu (Azərbaycan).
Azərbaycandiliqrammatikmənimsəməprosesindəinformatikaterminolojibirləşməsinişəkilç
isizqəbuledir. Məsələn, adaptivsistem (adaptivnaəsistema), avtonomrejim (avtonomnıyrecim)
vəs.
Alınmasözyenidiləkeçdikdənsonradəyişməyəuğrayır,
yenidilinfonetiksisteminəuyğunlaşır, onunsözdüzəltməvəsözdəyişməqaydalarınatabeolur, be-
ləliklə, sözmənşəyinə, yaxudmənbəyinəxasbirsıraxüsusiyyətləriitirir.
Alınmasözlərsözdüzəldicişəkilçilərqazanaraqyenimənalarkəsbetməklədilinqrammatiksis
teminədaxilolur, müvafiqqrammatiknormalaratabeolur, paradiqmalaryaradır.
BeynəlmiləlterminlərAzərbaycandilindərabitəlimətnlərdəişləndikdədilinqrammatiknorm
alarınatabeolur.
Beynəlmiləlterminlərinqrammatikmənimsənilməsininəsasxüsusiyyətlərindənbirionlarınsözdəy
işdiricişəkilçilərinormalarauyğunşəkildəqəbuletməsidir.
Əgərbeynəlmiləlsözqrammatikşəkilçiləriqəbuledirsə,
ondadilinqrammatiknormalarınatabeolabilir.
İngilisdilindənalınmışalınmasözlərinAzərbaycandilindəisminhalşəkilçiləriiləişlənməsinə
aidrabitəliməntlərdənkifayətqədərnümunələrgətirməkolar. Məsələn. Adlıqhal. «Yol gələrkən
paltarı toza bulansa da, mustangerçoxqəşəngdi»; Yiyəlikhal. « Hamı mustangerinindinə edə-
cəyinigözləyirdi»; Yönlükhal. « Deməklazımdırki, mustangerəqarşılütfkarlıq təkcə Luizanın
baxışlarındahissolunmurdu»; Təsirlikhal. « Atmustangeriözününsahibi bilib ona tabe
olmuşdu»; Yerlikhal. « Qocaoğlununölümününgünahınımustangerdəgörürdü» ; Çıxışlıqhal.
«Luizaatınyüyəninimustangerdənaldı» .
Azərbaycandilinətərcüməmateriallarındanseçilmişmisallargöstərirki,
halşəkilçilərininalınmasözlərəartırılmasındaheçbirməhdudiyyətyoxdur.
İngilisdilindənalınmasözlərinsonundaikisamitinardıcılişlənməsikifayətqədərdir.
Məsələn, kolt, sent, şillinq, standart, turist, pudinq, lordvəs. Bu cür sözlərə yerlik vəçıxış-
lıq halşəkilçilərininartırılmasızamanısöz-formadainlautmövqedə üçsamitinardıcıl gəlməsi
imkanıyaranır: Məsələn, krasvord, krosvordda, krosvorddan; lord, lordda, lorddan; standart,
standartda, standartdan.
Azərbaycandiliüçüninlautdaüçlüsamitbirləşməsisəciyyəvihaldeyildir. Bununlabelə, dil-
dəbu cürbirləşmələrqeydəalınır. Məsələn, kənd, kənddə, kənddən, qurd, qurda, qurddanvəs.
Deməli,
sonuikisamitləbitənalınmasözləryerlikvəçıxışlıqhalşəkilçiləriniqəbuledərkəndilinfonemlərsiste
minindistributivimkanlardairəsinidəyişdirmir. Hallanmadilinnormalarınauyğunşəkildəgedir.
Avropamənbəlialınmasözlərkəmiyyətkateqoriyasışəkilçiləriniqəbuledir, onlarla bir gəra-
bi təlimətnlərdəişlənir.
Alınmasözlərkəmiyyətşəkilçisiqəbuletdikdənsonrahallanabilir. Buda Azərbaycan dilinin
morfolojinormalarınauyğungəlir.
AdlarAzərbaycandilindəxəbərlikşəkilçisiqəbuledərək cümlənin xəbəri vəzifəsində çıxış
edir. Alınmasözlərdəbufunksiyanıdilinqrammatiknormalarınauyğunşəkildəyerinəyetirir. Mə-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
862
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
sələn, «Bəli, mənmustangerəm, ancaqvəhşiatlarıtəkbaşınaovlayıram»; «GələnMoris-mustan
gerdir».
İngilisdilindənleksikalınmalarmənsubiyyətşəkilçiləriqəbuledərəkdildəişlənir.
«Professional
jurnalistikasahəsindəAvropastandartlarıvəonlarıntətbiqimövzusundaməruzəiləçıxışedən…»
(«Şərq» qəzeti, 12.10.2004); «BirinciqrupunmoderatoruPananBredi, ikinciqrupun modera-
toru isəZeynalMəmmədliolub» («Şərq» qəzeti, 12.10.2004).
Qrammatik mənimsəmədə hər bir dilin milli özəllikləri, sisnemliliyi, daxili strukturu əsas
götürülür. Buna görə də alınma sözlər burbaşa deyil milli dillərin qrammatik quruluşu, norma-
ları səviyyəsində yeni formada tərtib olunduqdan sonra dillərə keçir. Bununla da qrammatik mə-
nimsəmədə alınma sözlərin dillərin morfoloji kateqoriyalarına uyğunlaşması nəzərdə tutulur.
CEYMS MORİYERİN “İSFAHANLI HACIBABANIN
MACƏRALARI” ROMANINDA ŞƏRQ LEKSİKASINA DAİR
Lalə İSAYEVA
Qafqaz Universiteti
lala1508@mail.ru
AZƏRBAYCAN
XIX əsr ingilis ədəbiyyatı tarixində daha çox Şərq mövzusunda yazdığı əsərləri ilə
məşhur olan realist yazıçı Ceyms Yustinyan Moriyer (James Justinian Morier, 1782-1849)
Smirnədə (İzmirdə) anadan olmuş, İngiltərədəki Hərro məktəbində təhsil almışdır. O, 1807-ci
ildə diplomatik xidmətə başlamış, Ser Harford Consun Persiya (İran) missiyasına təhkim
edilmişdir. Persiyada (İranda) olduğu müddətdə o, burada yaşayan çoxsaylı xalqların dili,
tarixi, mədəniyyəti və məişəti ilə maraqlanmış, gələcəkdə yazacağı əsərləri üçün zəngin
material toplamışdır. Şərq ölkələrində diplomatik xidməti nəticəsində o, “1808-1809-cu
illərdə Persiya, Ermənistan və Kiçik Asiyadan Konstantinopola (İstanbula) səyahət” (“A
Journey through Persia, Armenia and Asia Minor to Constantinople in the Years 1808-1809”)
adlı səfər kitabını isə 1818-ci ildə yazıb tamamlamışdır. Lakin diplomat, səyahət yazıçısı kimi
məşhur olan Ceyms Moriyerin Şərq romanları sırasında ona daha böyük yazıçı şöhrəti gətirən
1824-cü ildə ilk dəfə anonim şəkildə nəşr etdirdiyi “İsfahanlı Hacıbabanın macəraları” (“The
Adventures of Hajji Baba of Ispahan”) romanı olmuşdur. Romanın davamı, 1828-ci ildə
Londonda “Hacıbabanın İngiltərədə macəraları” (“The Adventures of Hajji Baba in England”)
adı ilə nəşr olunan romanın ikinci hissəsi böyük uğur qazanmışdır.
Lakin ədibin yaradıcılığında qırmızı xətt kimi keçən Şərq mövzulu əsərlərində,
xüsusilə “Hacıbaba” romanında Şərq leksikasının uğurlu seçiminə və hadisələrin təsvirində
əsasən düzgün müraciət formalarına rast gəlirik.
Ədibin Azərbaycan dilinə tərcümə nəşrinə “Ceyms Moriyer və onun “İsfahanlı Hacı
babanın macəraları” romanı barədə” ön sözün müəllifləri Zakir Səfəroğlu və Şahin Xəlillinin
aşağıdakı qeydləri müəllifin Şərq həyatına, mədəniyyətinə və dilinə yaxından bələd olduğunu
söyləməyə əsas verir. Həmin yazıda oxuyuruq: “C.Moriyer “İsfahanlı Hacıbabanın macəra-
ları”nda Şərq mənşəli sözləri, ifadələri böyük sənətkarlıqla işlətmişdir (Qeyd: C.Moriyerin
işlətdiyi həmin söz və ifadələr tərcümə nəşrində orijinaldakı transliterasiyası (deyimi) ilə
kursivlə verilmişdir). Əlbəttə, bu söz və ifadələr fars, ərəb, türk mənşəli olsalar da, dilimizin
vətəndaşlıq hüququnu qazanmış sözlər, ifadələr kimi diqqəti cəlb edir”.
Yazıçının orijinal mətni və onun Azərbaycan dilinə edilmiş tərcümə mətni arasında
apardığımız müqayisələr belə bir mühakiməni söyləməyə zəmin yaradır: Ceyms Moriyerin
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
863
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Şərq həyatına həsr etdiyi romanında böyük sənətkarlıqla işlətdiyi milli koloritin daşıyıcıları
olan Şərq sözlərinin və ifadələrinin yerli-yerində işlənilməsi romanın məzmun və mündəricə-
sinə xüsusi bədii rəng və orijinallıq vermişdir.
Fikrimizcə, Ceyms Moriyerin yuxarıda adını qeyd etdiyimiz romanında işlətdiyi çox-saylı
Şərq mənşəli sözləri və ifadələri aşağıdakı şəkildə qruplaşdırmaq məqsədə uyğun olardı:
1) Dini mərasimlərdə və məişətdə daha çox işlənən söz və terminlər. Məs.: Alem penah
– aləmlərin sığınacağı; Allah! Allah! İl Allah! – Allahdan başqa tanrı yoxdur; Azan – məscidin
minarəsindən müəzzinin müsəlmanlara namaz vaxtını bildirmək üçün oxuduğu dini avaz;
bismillah – bismillah, Allahın adı ilə; Guriye – cənnət gözəli, huri; İnşallah! – Allah qoysa!;
Ramadan – Ramazan ayı, müsəlmanların orucluq bayramı; Ulamah – alim, ilahiyyatçı və s.
Beləliklə, romanda daha çox dini mərasimlərdə işlənən ərəb mənşəli sözlərin işlədilməsi
və bu sözlərin böyük qisminin Azərbaycan dilində mənalarını saxlaması, bəzilərinin isə ingilis
dilində fonetik, leksik-qrammatik cəhətdən dəyişməsi Azərbaycan oxucusu üçün romanın
tərcüməsində adekvatlığı və fikrin aydınlığı baxımından xüsusi maraq doğurur.
2) Romanda Şərq xalqlarının həyat tərzi, əmək fəaliyyəti və güzəranı ilə bağlı söz və
ifadələr: bir shey yok – bir şey olmayıb; belli – bəli; dust – dost; fakir – yazıq, kasıb; fese –
fəs, baş geyimi; gahbr – atəşpərəst; kalaat – xələt; kalian – qəlyan; kabob – kabab; khena – xına;
khosh guzeran – xoş güzəran; pilav – plov; rayat – rəiyyət; sofa – taxt; yatağan – əyri türk
xəncəri; zourna – zurna, çalğı aləti və s.
Beləliklə, Britaniya ədəbiyyatında realist nəsrin oxunaqlı və maraqlı sənət nümunəsini
yaradan Ceyms Moriyerin “Hacıbaba” romanında leksik formulaların düzgün seçimi və işlə-
dilməsi tarixi gerçəkliyin düzgün əks etdirilməsində mühüm vasitə sayıla bilər. Bu isə,hər
şeydən əvvəl, xalqlar arasında qarşılıqlı əlaqə və münasibətlərin möhkəmləndirilməsində müasir
ədəbiyyatşünaslıqda dil və ədəbiyyat məsələlərinin vəhdətdə öyrənilməsinin vacib və aktuallı-
ğını şərtləndirir.
DİL EKSPRESSİVLİYİNİN MEDİADAKI ƏHMİYYƏTİNƏ DAİR
Zaur MƏHƏRRƏMOV
zaur.meherremov@hotmail.com
AZƏRBAYCAN
Azərbaycan dili sürətlə inkşaf ediyi bir dövrdə onun ruhunu, ifadəliyni cəmiyyətə təq-
dim etmək və dilimizin alt qatlarına enmək olduqca vacibdir. "Dil elə bir şeydir ki, onu öz
halında saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı, qeyri tayfalar ilə gediş -
gəliş artdı, adətlər dəyişildi, artıq sözlər ələ gəldi, təzə sözlərin qədəri artacaq. Belə sözlərin
zərəri yoxdur, xeyri var, çünki o sözlər tərəqqi etməyə səbəb olur."
Bu sözlərin müəllifi milli mətbuatımızın banisi, görkəmli jurnalist və mütəfəkkir Həsən
bəy Zərdabidir. Hələ o dövrdə "Əkinçi" qəzetinin yaradıcısı və redaktoru ana dilimizə daxil
olan yeni söz və ifadələrə anlayışla yanaşmış, dilə uyğunlaşmış və qəbul edilmiş yeni ifadələri
dilin inkişafına və tərəqqiyə səbəb olan faktorlardan biri kimi göstərmişdir.
Dilimizin əsas təqdimatçısı publisistika sahəsi olduğu üçün onun dilini ekspressivlik
cəhətdən müasir dövrümüzdə araşdırılması təqdirəlayiq bir addım olardı. Gündəlik medianı
izləyənlər asanca hiss edər ki, Azərbaycan dilinin zənginliyindən düzgün şəkildə istifadə
edilmir və bunun nəticəsidir ki, medianın dili çox quru və soyuqdur. Xəbərdə bu, müəy-
yən qədər normal olsa da, digər janrlarda emosiya, hiss, həyəcan olmalıdır. Dil bütün fi-
kirləşmə proseslərinə müdaxilə edir və düşünürəm ki, dilimizin zənginliyini göstəricilə-
rindən biri də sözlərimizin emosiya, hiss, həyəcan qatında necə işlənməyidir. Jurnalistlər
hər hansı bir məlumatı çatdırarkən xəbər başlığının necə seçilməsi haqqında dərin
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
864
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
axtarışlar aparırlar ki, insanların diqqətin çəksin və onların hisslərinə təsir edərək
xəbərin oxumasına kömək olsun, ancaq mətndə bu şeyə diqqət yetirilmir. Bunun
nəticəsində oxucu mətnin iki sətrin oxuyan kimi bezir və ardın oxumaq istəmir. Bu kimi
problemlərdən qurtarmaq üçün birinci vasitə dildə işlənən ən mükəmməl ifadələri tapıb
tədqiq edikdən sonra cəmiyyətə təqdim etmək lazımdır ki, kütlə dilimizin ifadəliyindən
zövq alaraq həmin məlumatları mənimsəsin. Uşaqlığımızdan bəri qəzetdə oxuduğu haqsız-
lıqlara, televiziyada seyr etdiyi ac insanların halına ağlayanların, onların içində olduqları və-
ziyyətə kədərləndiklərini ifadə edənlərin duyğulu anları ilə hər birimiz rastlaşmışıq. Bu fikrim
bir daha təsdiq edir ki, dilin emosianalığını öyrənmək nə qədər önəmlidir. Dilimizi zənginləş-
dirmək, yazı texnikasını mükəmməlləşdirmək üçün bu, çox vacibdir.
Hər bir jurnalist və qələm sahibi mətbuata gətirdiyi yeni ifadə və yaradıcılıq tapıntısı ilə
onu zənginləşdirir. Yazıda səlislik, lakoniklik, aydınlıq və dəqiqlik mətbuatın dilinin daha da
inkişafına səbəb olur.
Mövzunun yeniliyi, səmərəliliyi və faydalılığı haqqındakı fikirlərimizi aşağıdakı kimi
ümumiləşdirə bilərik:
- Emosionallıq sözlərin və cümlənin məna yükünə təsir edərək və onun leksik-semantik
sistemində yerini dəyişir.
- Ədəbi düşüncə ilə dil qaydaları elə sintez edilməlidir ki, dünyanın aparıcı dilləri sıra-
sında öz mövqeyin itirməsin.
- Tədqiqatın obyektini publisistika sahəsində Azərbaycan dilinin öyrənilməsi zama-
nı dildənkanar vasitələrin ekspressivliyini semantik aspektdə araşdırılması təşkili edir.
- Tədqiqatın predmetini isə müasir publisistikada və ya diskursda rast gəlinən söz-
lərin, söz birləşmələrinin, həmçinin cümlələrin variantlarının, funksiyalarının və xüsu-
siyyətlərinin tədqiqi və öyrənilməsi prosesində əldə olunmuş nəticələrin ümumiləşdiril-
məsindən və müasir dil prosesinə tədbiq edilməsindən ibarətdir.
Tədqiqat işinin qarşısında duran məqsədlər aşağıdakılardan ibarətdir;
-Qiymətləndirici ifadələrə dair edilən təsnifatları nəzərdən keçirmək və bu təsnifatların
məqbul müddəalarını nümunələrlə izah etmək.
- Eyni fikir müxtəlif situasiyalarda fərqli düşüncəyə yol açması və bunların elmi-nəzəri
əsasları.
Bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələrhəyata keçiriləcəkdir;
- Elmi ədəbiyyatda və müasir qəzetlərdə mövzu ilə olan müddəaları nəzərdən keçirmək.
- Tədqiqat işinin nəzəri bazasını və praktik dil materiallarını müəyyənləşdirmək.
Tədqiqatın elmi yeniliyi publisistika sahəsində müasir Azərbaycan dilinin ifadəliliyini,
elmi müxtəlifliklərini və oxşarlıqlarını üzə çıxarmaqdan başlayır. Həmçinin sözlərə, söz birləş-
mələrinə və cümlələrə paraqmatik aspektdən yanaşılır və mətində olan informasiyanın məna-
lılığını dil kontekstində tətqiqə cəlb edilir.
Tədqiqat işinin praktik əhmiyyəti. Bu tədqiqat işinin praktik əhmiyyəti ondadır ki, dis-
sertasiyanın əsas müddəalarından publisistika sahəsində işləyən və ya maraqlanan gənclər
istifadə edə bilər. Burada təqdim olunan faktlar müasir Azərbaycan dilçiliyində də maraq do-
ğuracağına və bu faktlardan faydalana biləcəklərinə inanıram. Həmin faktların dilimizə baxışı
dəyişdirəcək və yeni bir nəfəs gətirəcəkdir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
865
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
BƏHRAM ƏSƏDİNİN VÜCUDNAMƏSİNDƏ
VARLIQ FƏLSƏFƏSİNİN İNİKASI
Elmira MƏMMƏDOVA-KEKEÇ
Xəzər Universiteti
mamedovaelmira4@gmail.com
AZƏRBAYCAN
Vücudnamə klassik və müasir şeirdə, aşıq yaradıcılığında tez-tez istifadə olunan ədəbi
formalardan biridir. Yazılı ədəbiyyatda ilk örnəyinə Əhməd Yəsəvi yaradıcılığında rast gəl-
diyimiz vücudnamə sonradan bütün türk xalqları şerində istifadə edilən və insan həyatını
xülasə edən bir poetik forma olmuşdur. Daha çox nəmzlə, bəzən isə nəsrlə örnəklərinə rast
gəldiyimiz vücudnamələrə bütün türk xalqları şerində olduğu kimi, Azərbaycan ədəbiyyatında
rast gəlirik. Aşıq Abbas Tufarqanlı, Aşıq Valeh, Xəstə Qasım kimi aşıqlar tərəfindən klassik
nümunələri yaradılan vücudnamələr dillər əzbəri olmuş, hətta bəzi dastanlarda da
söylənilmişdir. “Şah İsmayıl” və “Maral” dastanlarını buna nümunə verə bilərik.
Sovet dövründə Azərbaycanda, eləcə də SSRİ-yə daxil olan digər türk respublikalarnda
vücudnamə yazmaq ənənəsi zəifləsə də, Türkiyə və Güney Azərbaycanda yaşayan şair və
aşıqlarının yaradıcılığında insan ömrü ilə bağlı bu bədii-fəlsəfi, eyni zamanda dini məzmunlu
şeirlər daima davam etdirilmişdir.
Bu baxımdan Güney Azərbaycan aşıq mühitində vücudnamələr keçmişdən günümüzə
qədər insan həyatı ilə bağlı ədəbi-bədii nümunələr kimi diqqəti cəlb edir. Aşıq Müslüm Əsgəri,
Xaltanlı Tağı kimi müəlliflərin vücudnamələrini bu baxımdan örnək olaraq vermək mümkün-
dür. Bu mühitdə qələmə alınmış örnəklərdən biri də Bəhram Əsədiyə məxsusdur.
Bəhram Əsədinin vücudnaməsi həcmcə böyükdür, 44 bənddən ibarətdir. Şeir qoşma
ölçüsündədir. Məzmun baxımından vücudnamələr, adətən üç qrupda təsnif edilir: ümumi
insan həyatı ilə bağlı vücudnamələr, qız-qadınlarla bağlı vücudnamələr, tərcümeyi-hal səciyyli
vücudnamələr. Bəhram Əsədinin vücudnaməsi məzmun etibarilə birinci qrupa daxil edilə
bilinər.
İlk beş bənddə şair varlığın təkamülünü və bu prosesdə dörd ünsürün rolunu, varlığın
əsasında torpağın durduğunu qeyd edir. Ümumiyyətlə, həm islamdan, həm də daha öncəki
dünyagörüşdən irəli gələn bu fikir Bəhram Əsədi tərəfindən də təkrar edilir. “Laməkan
seyrində qərar tutan” substansiyanın əmrlə məkana gəldiyi deyilir. Burada məkansızlıq və
məkan kateqoriyaları qarşılaşdırır və birinci insan övladının ilk yeri olaraq verirlir. Bu vücud-
namədə məkan və zaman anlayışına fəlsəfi münasibət özünü göstərir. Vücudnamənin başlan-
ğıcında qeyd olunan zaman isə elə bir zamandır ki, hələ kəhkəşanlar belə yaradılmamışdır.
Mövlananın: “Torpaqdım, ot oldum, quş oldum, insan oldum”, -fikri bu vücudnamənin də giriş
hissəsində verilir və təkamül prosesində cansız aləmdən canlıya doğru keçidin pillələri göstə-
rilir. Öncə topraqda element şəklində olan, sonra torpaqdan bitkiyə keçən insan haqqında
Bəhram Əsədi deyir:
Yolun torpaği idim uzun bir zaman,
Məni ayaqlardi hər yaxşi, yaman,
Qarişdim əkinə, çixdim göy otdan,
Davar məni yedi mən cana gəldim.
Davarliq dövəranim ki sona irdi,
Qəssab kəsdi məni bazara verdi.
Atam məni aldi, anam bişirdi,
Yedirtdi atama insana gəldim.
|