III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
866
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Bütün məxluqun əşrəfi olan insan haqqında ümumi səciyyəli bu vücudnamənin daha
sonrakı misraları isə onun ömür yolunu və maddi dünyadakı həyatını əks etdirir. Bir yaşdan
yüz yaşa qədərki ömür yolununun uşaqlıq, gənclik və ahıllıq mərhələləri təsvir edildikdən sonra
isə axirət dünyasına köç edən insanoğlunun qəbir əzabı və o dünyada haqq-hesaba çəkilməsi
haqqında danışılır.
Vücudnamənin son bəndlərində isə Qiyamət günü təsvir edilir və bütün məxluqatın o
dünyada yaxşı və pis əməllərinə görə cavab verəcəyi Bəhram Əsədi tərəfindən bir daha vurğu-
lanır. Bu baxımdan islam dini dünyagörüşü, Quran ayələri və ümumi təsəvvüf fikri əsasında
qələmə alınmış vücudnamə həm də dünya həyatının müvəqqəti olduğunu, axirəti qazanmaq
üçün yaxşı əməllər görməyi təbliğ edir.
Beləliklə, ilk dəfə təhlilə cəlb edilən bu vücudnamədə varlığa və insan varlığına fəlsəfi
münasibət ifadə edilir, ibrətamiz fikirlər səsləndirilir.
AZƏRBAYCAN DİLİNİN ORDUBAD DİALEKTİ VƏ CULFA
ŞİVƏLƏRİNDƏ ADƏT-ƏNƏNƏ İLƏ BAĞLI İŞLƏDİLƏN TERMİNLƏR
Rəşad ZÜLFÜQAROV
AMEA Naxçıvan Bölməsi
reshadzulfugarov@yahoo.com
AZƏRBAYCAN
Məlumdur ki, xalqımızın özünəməxsus adət-ənənəsi var. Həmin adət və ənənələr
əsrlərin keşməkeşli sınağından keçərək günümüzədək gəlib çatmışdır. Dialektlərimizin müəy-
yən bir qatını bu sahə ilə bağlı terminlər təşkil edir. Ordubad dialekti və Culfa şivələrində
adət-ənənə ilə bağlı terminlərin böyük əksəriyyətini toy, yas mərasimləri, “Novruz”, “Xıdır”
bayramı və s. ilə bağlı işlədilən sözlər təşkil edir. Tezisimizdə onlar arasında ən zəngin olanı
nişan və toy adətlərini xarakterizə edən terminlərin bəzilərindən bəhs olunacaqdır.
“Ərgən”– evlənmə vaxtı çatan gənc oğlan. Dilimizin digər dialekt və şivələrində bu
termin müxtəlif fonetik variantlarda, lakin əsasən eyni mənada işlənməkdədir. Çənbərək,
Qazax, Şəki dialekt və şivələrində “əryən”, Tovuz, Salyan şivələrində “əriyən”//əryən,
Ağdam, Zəngilan, şivələrində “ərgən” deyimləri ilə işlənir. Bu sözə sinonim olaraq Ordubad
dialekti və Culfa şivələrində “subay”, “yeniyetmə”, “bığı təzə tərriyən” kimi söz və ifadələr
də işlədilir. “Ərgənniy” – 1. Subay oğlana qardaşları tərifindən verilən pay; 2. Qızın öz
nişanlısına göndərdiyi hədiyyə. Söz Azərbaycan dilinin Qazax dialektində ərgənnix' şəklində
eyni mənada işlədilir. “Ərgənnix'” sözü “Kitabi-Dədə Qorqud” dastanının boylarında da eyni
şəkildə və “nişanlı qızın öz nişanlısına pay göndərməsi” mənasında işlədilmişdir. –
Adaxlısından ərgənlik bir qırmızı qaftan gəldi. Deməli, bu iki bölgənin şivələrində işlənən söz
ən qədim türkmənşəli leksik vahidlərimizdən olmaqla günümüzə qədər gəlmişdir. “Deyihli”–
1. İki ailə arasında övladları (oğlan və qız) kiçik olarkən gələcəkdə evlənmələri arzusu ilə
razılaşma; 2. Nişanlı qız. Dialektoloji lüğətlərdə deyihli (Gəncə) //de:hli (Qazax) “uşaqlıqdan
adaxlanmış qız və oğlan”, Qazax dialektində həmçinin “nişanlı” mənalarında işlənir. Qeyd
etmək lazımdır ki, “deyix'li” sözünün birinci mənasına sinonim olaraq Culfa rayon şivələrində
“göbəx'kəsmə” // beşix'kəsmə ifadələri işlədilir ki, bu ifadələrin tarixi qədim zamanlara gedib
çıxır. Belə ki, “Kitabi –Dədə Qorqud” boylarında işlənən “beşik gərtmə”//yavuqlu sözləri
bəhs olunan bölgələrin şivələrində işlənən deyix'li sözünün birinci və ikinci mənalarına tam
uyğundur. – Bəylər, Allah Taala mana bir qız verəcək olursa, siz tanıq olun, mənim qızım
Baybura bəyin oğluna beşikgərtmə yavuqlu olsun – dedi. “Əd eləməx'”//ad eləməx'– qız
evinin razılığını almaq və qıza kiçik hədiyyə vermək. – Əd eləməyə yə bi yəylığ, yə də
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
867
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
üzüxdən zəddən əpərrıx. Bu mənanı Gəncə dialektində “addanmax”, Qazax dialektində “ad
eləməx'” sözləri ifadə edir. “Ədəxlı”//adaxlı – nişanlı. Ən qədim türkmənşəli leksik
vahidlərdən olan “adaxlı” sözü “Kitabi-Dədə Qorqud” dastanının boylarında eyni fonetik
tərkib və mənada işlənib: – Adaxlısın ayrıqlar alarkən tutub alan..... “Bəlgə”// bəliyə– oğlan
evindən qıza verilən əşyalar. Azərbaycan dilinin digər dialekt və şivələrində də söz eyni və
yaxın fonetik tərkibdə, lakin əsasən eyni mənada qeydə alınmışdır. Kəlbəcər şivəsində
“bəlyə”, Şəki dialektində “bəliyə”, Gəncə, Kürdəmir dialekt və şivələrində “bəlgə” və s. kimi
işlənən bu sözlər dialektlərin eyni mənbədən qaynaqlandıqlarını göstərir.
“Kəsi-biçi”//sözkəsməx' – oğlan evinin qız evi ilə toy haqqında məsləhətləşməsi.
Boygörümü // boygörüncəyi– gəlini görmək istəyən yaxın qohumların gəlinə bağışladığı
hədiyyə, “Dizdayağı”// dizdəyəğı– gəlinin gəlişinə qayınata və qayın ananın verdiyi hədiyyə,
“Yengə” – gəlini oğlan evinə gətirən adətən yaşlı qadındır. Dialektoloji ədəbiyyatlarda bu
sözün iki mənada işləndiyinin şahidi oluruq: 1. Qardaş, əmi və ya dayı arvadı; 2. Toyda
gəlini oğlan evinə aparan qadın. Ordubad dialekti və Culfa şivələrində “yengə” sözünün ikinci
mənada işlənməsi daha geniş yayılmışdır. “Yengə” sözü qədim türkmənşəli leksik
vahidlərimizdən biri olub əksər türk dilllərində, həmiçinin bir sıra qədim yazılı abidələrimizdə
işlənmişdir. “Kitabi-Dədə Qorqud” dastanında “yengə” qadınlardan yumorlu olanların aya-
ması kimi işlənmşdir. –Məgər Qısırca yengə deyirlərdi bir xatun vardı... – Qısırca yengə durdu,
aydır. “İbni-Mühənna lüğəti”ndə “yengə” sözü “böyük qardaşın həyat yoldaşı” mənasında
işlənmişdir. “Yengə” sözünün mənşəyi haqqında M.İslamov, E.Əzizov tədqiqatlarında ətraflı
bəhs etmişlər. “Nəmir”//nəmər – 1. Toy sahibindən yaxın adamlara toydan sonra verdiyi pul;
2. Nağıl və ya dastan söyləyən aşığa verilən pul”. Azərbaycan dilinin qərb qrupu dialekt və
şivələrində bu leksik vahid eyni fonetik tərkib və mənada qeydə alınmışdır.“Əlöpbə”//əlöppə
– gəlin köçən qızın üç gün sonra atası evinə qonaq getməsi ilə bağlı keçirilən məclis. Bu adət
ən qədim zamanlardan günümzədək yaşamaqdadır. Yeni evlənənlərin öz böyüklərinə
hörmətidir. Demək olar ki, əksər türk xalqları arasında geniş yayılan qədim adətlərimizdən
biridir.“Gərədəh//gərdəy– bəy və gəlin üçün bəzədilmiş yer, evin bir sahəsi. Ədəbi dilimiz
üçün arxaikləşən bu termin Azərbaycan dili dialekt və şivələrinin əksəriyyətində öz varlığını
qorumuşdur. “Gərdək” sözü “Kitabi-Dədə Qorqud” dastanının boylarında da işlənir. Məs.:
Oğuz zamanında yigit evlənəndə ox atardı oxu düşən yerdə gərdək tikərdi.
Ordubad dialekti və Culfa şivələrində nişan və toy adətləri ilə bağlı zəngin terminlər
olsa da, onların hamısı haqqında kiçik bir tezisdə bəhs etmək bir qədər imkan xaricindədir.
FİKRƏT SADIĞIN POEZİYASINDA KLASSİK ƏNƏNƏ
Yeganə QURBANOVA
Baki Dövlət Universiteti
y.q.87@mail.ru
AZƏRBAYCAN
Müasir Azərbaycan poeziyasının görkəmli şairlərindən Fikrət Sadığın bir şox şeirlərində
klassik Azərbaycan ədəbiyyatından bəhrələndiyi aydın olur. Füzuli kimi sözə yüksək qiymət
verir. Dahi Füzuli farsca qəzəllər “Divanı”nın dibaçəsində bu sözləri yazır: “Şeir yazanın adı
şeir vasitəsi ilə aləm səhifəsində əbədi olaraq qalır”.
Sözə xor baxmaq olmaz; hər söz
Ərşdəndir gəlib hədiyyə bizə
Qəlbimiz meyl edir həmişə ona
Çünki söz nazil oldu qəlbimizə.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
868
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Çünki deyilmiş gözəl söz əsrlər boyu yaşayacaqdır. Fikrət Sadıq isə bir məqaləsində
seçib haqqında danışdığı yeddi sözdən yazır ki, onlardan birincisi elə “SÖZ”dür: “Söz yarpaq-
da, suda, çiçəkdə, Ayda, Günəşdədir. Kimin əli hara çatırsa, ordan götürür sözü. Tapıldığı ye-
rin rəngi, dadı, ətri, işığı, odu gizlənib sözdə. Oxucu da o sözü nə cür qavrayırsa o həcmdə rəng,
dad, ətir, işıq və od payından bəhrələnir.
Ən çətini, sözü yerindən götürməkdir. Söz yerinə düşsə möcüzə olur, sehr olur.
Kiminin əli sözə çatır, amma gücü çatmır. Kiminin əli də çatır, gücü də, amma haqqı
çatmır. Kimi sözü bərk-bərk sıxır, boğur, qaraldır. Kimi boş yapışıb əlindən salır. Kimi sözü
yaralayır, kimi sözü qamarlayır, kimi də tumarlayır”.
Aşağıda nümunə verəcəyimiz şeirdə isə Fikrət Sadıq sözü güclü, qüvvətli hesab edir,
sözü silah kimi bilir, “Tuşladığım hədəfə, / Sözü düz atmaq gərək” - deyir.
Topum yox, xəncərim yox
Yenə və yenə də
Sözə gəlir gümanım,
Sözdür mənim pənahım,
Sözdür mənim silahım
Tuşladığım hədəfə
Sözü düz atmaq gərək.
Sözlə yatan milləti
Sözlə oyatmaq gərək.
Fikrət Sadıq klassik janrlara da müraciət etmiş, qəzəl və rübailər yazmışdır.
Bu kimi janrlara müraciət etməklə, bir tərəfdən, Fikrət Sadıq klassik ədəbiyyata, irsə
bağlılığını bildirir, digər tərəfdən də, yeni mövzuların klassik formada təzahürü kimi şərtlənir.
Qəzəllərinin çoxu Fikrət Sadığın “Oxu kitabı”nda toplanıb. Bu qəzəllər klassik qəzəllər-
dən həm mövzu, həm də dil-üslub xüsusiyyəti baxımdan fərqlənir. Fikrət Sadığın qəzəllərində
izafət tərkibləri, ərəb-fars mənşəli sözlərə rast gəlinmir. Şair qəzəllərində sosial-psixoloji, so-
sial-ictimai və s. məsələlərə toxunmuş, insan və zaman problemini qabartmışdır:
Başımıza nə gəlibsə, nadanlıqdan gəlib, balam!
Nadanlıqdır bu dünyada ən çəkilməz əzab, oxu!
Yaxşı demişlər atalar, kordur kitab oxumayan,
Oxumasan, boş başına hörəcəklər corab, oxu!
Bundan başqa klassik poeziyanın əsas şeir şəkillərindən olan rübailər isə şairin yaradıcı-
lığında çoxluq təşkil edir. Rübailəri isə, əsas etibarilə, şairin “Bugünnamə”, “Bugünnamə - 2”,
“Bugünnamə - 3” kitablarında toplanıb.
Suyu kəsiləndə ağac bürüşər,
Mehri azalanda qəlbə xal düşər.
Hifz elə insanı, ey ulu Tanrım!
Qoyma hakim ola Xeyrin üstə Şər.
Klassik Azərbaycan poeziyasında görməyə adət etdiyimiz məhəbbət mövzulu rübailərə
Fikrət Sadığın poeziyasında, demək olar ki, rast gəlmədik. Fikrət Sadıq rübailərində cəmiyyə-
timizin mənfi tərəfləri - riyakarlıq, haqsızlıq, rüşvətxorluq, süründürməçilik və s. kimi məsələ-
ləri qabartmışdır:
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
869
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Başı olmayanın, “beş”i var indi.
“Beş”i olmayanın işi var indi.
Kişi paltarında arvad man deyil,
Arvad paltarında kişi var indi.
Müasir Azərbaycan poeziyasında rübai janrına tez-tez müraciət edilməsinin izahını
Tofiq Əbdülhəsənli bu cür verir: “Klassik poeziyanın əsas şəkillərindən olan rübailərin son il-
lərdə geniş yayılmasının əsas səbəbi, bizcə, bu janrın poetik fikrin ifadə edilməsi üçün böyük
imkanlara malik olması, həcm etibarilə yığcamlığı, forma-şəkil xüsusiyyətlərinin münasibliyi-
dir”.
Fikrət Sadıq klassik irsə sadiq şair olsa da, yaradıcılığında folklora bağlılıq daha aydın
hiss olunur.
1940-CI İLLƏRƏ KİMİ MİR CƏLALIN “DİRİLƏN ADAM”
ROMANI ƏDƏBİ TƏNQİDDƏ
Günel BƏHRAMQIZI
Bakı Dövlət Universiteti
mahmudova-83@bk.ru
AZƏRBAYCAN
Mir Cəlalın “Dirilən adam” romanı isə 1935-ci ildə çap edilib. Ədibin 1930-1940-cı
illər yaradıcılıq dövrünə ümumi bir nəzər saldıqdan sonra deyə bilərik ki, bu illər Mir Cəlalın
inkişafda olan ədəbi fəaliyyəti kimi qiymələndirilə bilər.
Mir Cəlalın “Dirilən Adam” əsəri haqqında ilk dəfə olaraq ədəbi tənqiddə Hidayət
Əfəndiyevin “Nəsrimiz yüksəliş yollarında” adlı yazısında bəhs olunur. 1935-ci ildə “İnqilab
və Mədəniyyət” jurnalında çap edilən həmin yazıda Hidayət Əfəndiyev gənc nasirlərin –
Simurqun, Qantamirin, Seyid Hüseynin, Talıblının çap olunmuş son əsərlərini təhlil etmiş,
bundan başqa Əbülhəsən Ələkbərzadənin “Yoxuşlar”, M.S.Ordubadinin “Dumanlı Təbriz”,
Y.V.Çəmənzəminlinin “Qızlar bulağı” romanları və həmçinin Çəmənzəminlinin “Cənnətin
qəbzi” hekayəsi haqqında fikir və münasibətini bildirmişdir. Biz bu məqalədə, əsas etbarilə,
fikrimizi müəllifin Mir Cəlalın “Dirilən adam” romanı haqqında apardığı tədqiqə yönəldəcə-
yik. Müəllif məqalənin girişində yazır: “Bizim nəsrimizin keçmişi, hal-hazırı və parlaq gələ-
cəyi vardır. Bizim bu günkü nəsrimiz dünənki nəsr deyildir. Dünən bu gün üçün artıq keçilmiş
bir etapdır. Onun bu günkü boy atmasının obyektiv tendensiyaları nəsrimizin gələcək pers-
pektivlərini də aydın müəyyən edir. Nəsrimiz sağlam yollarla inkişaf edərək özünün əvvəlki
dar və məhdud çərçivəsinə sığışmayır”.
Hidayət Əfəndiyev yuxarıda adlarını çəkdiyimiz nasirlərin əsərlərinin təhlilini verdik-
dən sonra məqalənin sonunda Mir Cəlalın 1935-ci ildə çap olunmuş hekayələrindən ibarət
“Boy” kitabı və “Dirilən adam” (1935) romanı haqqında fikirlərini bildirmiş, gənc nasir Mir
Cəlalın yazılarına yüksək qiymət vermişdir.
Bildirək ki, Mir Cəlalın “Dirilən adam” romanı haqqında ilk dəfə bu yazıda bəhs olun-
duğunu görürük ki, Hidayət Əfəndiyevin bu məqaləsi əsas bu baxımdan ədibin tədqiqi məsə-
ləsində qiymətli sayıla bilər.
Düzdür, 1935-ci ildə çap olunmuş “Dirilən adam” romanı haqqında ədəbi tənqiddə
sonralar, konkret olaraq 1939-cu ildən başlayaraq M.Arifin, C.Cəfərovun, H.Şərifovun və s.
məqalələrində oxumaq olar. Ancaq qeyd etdiyimiz kimi, bu roman haqqında ilk məqalə məhz
Hidayət Əfəndiyevə məxsusdur. Məqalədə Hidayət Əfəndiyev “Dirilən adam” romanını məhz
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
870
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
siyasi baxımdan şərh etmiş və romana birtərəfli baxmışdır. Roman haqqında qısa, yığcam
şəkildə məlumatları əks etdirən bu misralarda romanın tam və təfərrüatlı, o cümlədən ədəbi
istiqamətdən təhlilinə, demək olar ki, rast gəlmirik. Fikrimizcə, ədəbi təhlil baxımından “Diri-
lən adam” romanı haqqında Məmməd Arifin məqaləsi daha tədqirə layiqdir. Məmməd Arif isə
“Dirilən adam” adlı məqaləsində C.Cəfərovun təhlilini xüsusi vurğulamışdır: “Mir Cəlalın
“Dirilən adam” romanı haqqında tənqidi məqalələr az yazılmamışdır. Buna görə də
C.Cəfərovun məqaləsi diqqətəlayiqdir. Mənə elə gəlir ki, bütün oxucular da, müəllifin özü də
C.Cəfərovun tənqidindəki doğru göstərişləri inkar etməzlər”.
O ki qaldı əsas məsələyə, yəni “Dirilən adam” romanının təhlilinə gəlincə, M.Arif ro-
mana yüksək dəyər verərək yazmışdı: “Mir Cəlal “Dirilən adam”da diqqətli realist bir yazıçı
olduğunu açıq-aydın göstərmişdir. Diqqətli ona görə deyirəm ki, o, insanları, məişəti, təbiəti
çox diqqətlə öyrənmişdir, yaxşı bilir. Bunu əsərin hər səhifəsində hiss etmək olur...”
Ancaq M.Arif romandakı bəzi qüsurları da vermiş, müəyyən dərəcədə tənqidi fikirlərini
də bildirmişdir.
Doğrudur, yuxarıda qeyd etdik ki, M.Arif C.Cəfərovun “Dirilən adam” romanı haqqın-
da yazdıqlarını diqqətəlayiq hesab etmişdir. Ancaq M.Arif C.Cəfərovun roman haqqında bəzi
fikirləri ilə razılaşmadığını da məqaləsində bildirmiş və bunu əsaslandırmağa çalışmışdır.
Verdiyi müqayisələrə, razılaşmadığı fikirlərə, göstərdiyi qüsur və nöqsanlara baxmaya-
raq “Dirilən adam” romanı M.Arif tərəfindən yüksək bir əsər kimi təqdir edilir və böyük alim,
Mir Cəlalı yazıçı kimi yüksək qiymətləndirir.
Beləliklə, 1939-cu il “Dirilən adam” romanının tədqiqi və Mir Cəlal haqqında yazılan
ədəbi-tənqidi fikirlər baxımından yaddaqalan oldu. Çünki məhz bu ildə M.Arif, C.Cəfərov və
H.Şərifov kimi ədəbiyyatşünaslar “Ədəbiyyat qəzeti”ndə Mir Cəlalın “Dirilən adam” romanı
haqqında söz deyiblər.
H.Şərifovun “Dirilən adam” romanı haqqında oxucuların rəyi” adlı məqaləsi 21 may
1939-cu ildə “Gənc işçi” qəzetində çap olunub. Fikrimizcə, H.Şərifovun məqaləsi struktur eti-
barilə iki hissədən - “Dirilən adam” romanı haqqında oxucuların məktublarından verilən nü-
munələrdən və C.Cəfərovun “Dirilən adam” məqaləsindəki fikir və təhlilləri təkzib və tənqid
etməkdən ibarətdir.
Məqalədə H.Şərifov C.Cəfərovun “Dirilən adam” romanı haqqında yazdıqlarına mü-
nasibət bildirmişdir. H.Şərifov yazıb: “Romanın sujet və məzmunu geniş oxucu kütləsinə yax-
şı məlum olduğu üçün burada onun məzmunu haqqında danışmaq artıqdır.
Biz, “Dirilən adam” romanı haqqında yazılmış ilk – 1935-ci ildəki məqalədən tutmuş
1939-cu ildə bu roman haqqında yazılanların təhlili və müqayisəsini apardıq. Bu o demək de-
yil ki, 1935-1939-cu illər arasında Mir Cəlal yaradıcılığı ədəbi tənqidin diqqətindən yayınıb.
Əsla! 1936-cı ildə Ədəbiyyat qəzetində (24 may 1936-cı il) Mir Cəlalın “Yeni yazanların 1-ci
kurs konfransi”nda etdiyi “Yeni yazan şairlər” adlı məruzəsi haqqında yazı dərc olunur.
Mir Cəlal öz üslubu ilə Azərbaycan ədəbiyyatında seçilən sənətkardır. Ədibin yaradıcı-
lığı çoxşaxəlidir. Və biz, ədibin yaradıcılığa başladığı ilk illərin tədqiqi ilə fikirlərimizi
yekunlaşdıraraq deyə bilərik ki, 1930-1940-cı illərdə Mir Cəlalın yaradıcılıq irsi ədəbi tənqid
materiallarında, dövri mətbuatda tənqidçilər, ədəbiyyatşünas alimlər tərəfindən araşdırmaya
cəlb olunmuşdur.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
871
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ŞƏRQ İNTİBAHI VƏ HÜSEYN CAVİD
Rəbiyə ƏLİYEVA
ADPU
aliyeva.rabiya2@gmail.com
AZƏRBAYCAN
Orta əsrlərdən başlayaraq Uzaq Şərq-Hind-Çin, Orta Şərq-İran Anadolu Türkiyəsi və s.
əhatə edən geniş bir məkanda yaşayan müxtəlif dilli xalqların ortaq ədəbi-mədəni dəyər kimi
başa düşülən Şərq intibahı nəzəri fikir üçün hələ də mürəkkəb bir anlayışdır. Onun elmi
sistemi hələ tam müəyyənləşdirilməmişdir. Avropa intibahı ilə bağlı mövcud olan elmi-nəzəri
baza ilə müqayisədə belə natamamlıq üç səbəbdən irəli gəlir. Avropa intibahından fərqli
olaraq, Şərq intibahının bir mövzu və problem kimi qaldırılması XX əsrin I yarısından başla-
mışdır. Məşhur İsveçrə şərqşünası Adam Metsin “Müsəlman intibahı” kitabını bu istiqamətdə
ilk addım hesab etmək olar. Deməli, bir ideyanı zənginləşdirən, formalaşdıran axtarışlar hələ
də davam etməkdədir. Şərq intibahını Avropa İntibahı modelinə uyğunlaşdırmaq meyli
yanlışdır. İki mədəni-ədəbi hadisə nəinki epoxalar baxımından – Şərq və Qərb “Orta əsrləri”
mövqeyindən üst-üstə düşür. Heç bədii fikrin bu vaxta qədərki Şərq tarixi də bizə məlum tip
və mərhələ təsnifinin ənənəvi Avropa modelinə uyğun gəlmir.
Avropa intibahına nisbətən Şərq intibahının ilkinliyi ideyasının doğruluğunu sübut edən
əsas amillərdən biri də budur ki, avropa intibahını səciyyələndirən əsas tarixi xüsusiyyətlərin
ən qabarıq cizgilərini Şərqdə görürük. Avropa initbahı adətən fəlsəfi-tarixi ədəbiyyatda
bəşəriyyətin o vaxta qədər gördüyü bütün çevrilişlər içərisində ən böyük mütərəqqi çevriliş
hesab edilir, dahilərə ehtiyacı olan, öz təfəkkürü, ehtirası və xasiyyəti, kamilliyi və alimliyi
cəhətdən dahilər yetirən bir dövr kimi qiymətləndirilir. Halbuki, xatırlanan bu keyfiyyətlər ilk
olaraq, məhz şərq ədəbi-ictimai təfəkküründə baş verir və əks olunur. Yəsəvi, Fərabi,
Xəyyam, Nizami, Rumi, Nəsimi, Hafiz, Füzuli və digər Şərq mütəfəkkirlərinin humanist
idealları intibahın Avropa məkanından kənarda mövcudluğuna hər cəhətdən haqq qazandırır.
Azad cəmiyyət, azad insan, istismarsız dövlət, xeyrin təntənəsi kimi sosial amallar, konseptual
utopiyalar Avropada öz Dantelərini, Rablelərini, Servanteslərini yetirməmişdən qabaq Şərqdə
Ömər Xəyyamlarını, Nizamilərini yetişdirir. Əl-Biruni, Fərabi, Ömər Xəyyam, Nəsrəddin
Tusi və s. həm dövrünün məşhur elm, həm də kamil estetikləri kimi tarixə həkk olunur.
Hüseyn Cavid Şərqin böyük filosofu, şair və mütəfəkkiri Ömər Xəyyamın həyatından
bəhs edən “Xəyyam” dramını 1935-ci ildə yazır. “Xəyyam” əsəri 30-cu illərdə Hüseyn
Cavidin ateist adlandırılanlara cavab olaraq da dəyərləndirilmişdir. Xəyyam dini xurafatı
qamçılayan, bütün təriqətləri puç və boş sayan Şərq mütəfəkkiri, Şərq şairidir. Cavid də
xurafatı qamçılayan, bütün dinləri puç və əfsanə sayan “Məhəbbətdir ən böyük din” – deyərək
yeni təriqət quran, dünya və kainat haqqında özünəməxsus fikirləri olan şair filosofdur.
Bağdad xəlifəsi Xəyyama görə canlı varlıq, torpağa gömülsə də yox olmur. Xəyyam insanı
hər şeydən yüksək tutur. Onun poeziyasında əsas problem kimi “insan ləyaqətinə hörmət,
insan məhəbbətinə alqış” həll olunmuşdur. Cavid bu surəti yaradarkən bütün bunlara xələl
gətirmədən Xəyyamı həm Şərq mütəfəkkiri kimi, həm şair kimi, həm də sevməyi və
sevilməyi bacaran bir aşiq kimi yarada bilmişdir. Cavid onu həm də ağır həyat keçirən,
zəmanəsi tərəfindən dərk olunmayan, həyatda çox sevdiyi bir insanı – sevdasını itirmiş tragik
bir surət kimi vermişdir.
Şərq İntibahının tarixi-coğrafi hüdudları və mərhələləri də öyrənilməkdədir. Şərq İntiba-
hının ilkinliyini, intibahın tarixi planda Şərqdən Qərbə doğru hərəkəti faktlarla əsaslandırılır.
Bu baxımdan Hüseyn Cavid yaradıcılığı diqqət mərkəzindədir. Uzun illərdir ki, onun
əsərləri ədəbiyyatşünaslar tərəfindən işlənərkən Şərq-Qərb konteksti məsələsində nəzərdən
|