Qafqaz Universiteti Materiallar


ƏCNƏBİ DİLLƏRLƏ ORTAQ FELLƏRİMİZ



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə22/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   18   19   20   21   22   23   24   25   ...   124

ƏCNƏBİ DİLLƏRLƏ ORTAQ FELLƏRİMİZ 

 

Rəxşanə BABAZADƏ 

AMEA , İ.Nəsimi ad. Dilçilik İnstitutu 



rbabazade.14@gmail.com 

AZƏRBAYCAN 



 

Fel dilimizin milli orijinallığını, ən qədim ünsürlərini başqa nitq hissələrinə nisbətən da-

ha yaxşı mühafizə edib saxlayır. Azərbaycan dilindəki birhecalı fellərin içərisində bir dənə də 

olsun alınma söz yoxdur, bunlar xalis türk, o cümlədən Azərbaycan sözüdür. İkihecalı sadə 

fellərdə  də  vəziyyət,  əsasən, birhecalı fellərdə olduğu kimidir. Lakin bu fellər tarixən ya 

şəkilçi ilə, ya da söz kökünə (və ya əsasına) başqa bir sözün birləşməsi ilə əmələ gəldiyindən 

felin tərkibində alınma söz və ya onun ünsürü ola bilər. Nəinki fellər, hətta fel düzəldən şəkil-

çilərin içərisində  də alınma olanı yoxdur, bunların hamısı türk dilinin özünəməxsus  şəkilçi-

ləridir. Dilimizin tarixini, lüğət tərkibindəki sözlərimizin tarixini müəyyənləşdirərkən felləri 

araşdırmaq, fellərin qatlarını aça-aça qədim izləri aşkar etmək zəruridir. Fellərdəki çoxmənalı-

lıq, onda məskən salan hər bir məna neçə-neçə əsrlərin yadigarıdır. Fellərin lüğət tərkibində 

yer tutumu az olsa da, məna tutumu çoxdur. Bunun əsas səbəbi odur ki, türk dillərində olan 

fellərin, xüsusən sadə fellərin yaranma tarixi çox-çox qədimdir. Hər bir sözdə, o cümlədən hər 

bir feldə yeni bir mənanın  əmələ  gəlməsi üçün əsrlərlə vaxt tələb olunur. Bu baxımdan 

təsəvvür etmək çətin deyildir ki, türk dilinin, o cümlədən Azərbaycan dilinin tarixi, bu dildəki 

fellərin tarixi hansı dövrlərə gedib çıxır. 

Fellərimiz dilimizin qədim sözlərini, qədim səslərini müəyyənləşdirməyə, ayrı-ayrı dövr-

lərdə türk millətinin, o cümlədən Azərbaycan xalqının etnik tərkibində, fizioloji quruluşunda, 

danışıq üzvlərində baş verən dəyişikliyi öyrənməyə, hansı tayfanın, hansı xalqın nümayəndə-

ləri ilə qaynayıb-qarışdığını  dəqiqləşdirməyə kömək göstərir (Həsən Mirzəyev "Azərbaycan 

dilində fel", Bakı,1986, səh.14-22). 

Fellər (sadə) dilimizin özünəməxsusluğunu, saflığını, qədimliyini göstərən sözlərdir. 

Fərqli dillərdə ortaq sözlərin işlənməsi, sözlərin dildən-dilə keçməsi təbii haldır, eləcə  də, 

əcnəbi dillərdə xeyli türk mənşəli sözlər (isim, sifət) göstərə bilərik. Lakin əcnəbi dillərdə 

qədim türk felləri ilə, hətta qoşma və bağlayıcılarla açıq (əyani) və ya gizli (təsadüfi) 

bənzərliklər gördükdə  və ya eşitdikdə  təəccüblənməmək mümkün deyil. Nümunələrin sayı 

artdıqca istər-istəməz daha da maraqlanır və araşdırmağa başlayırsan. Üstəlik, bu sözlərin 

ümumiyyətlə, fikrin ifadəsi üçün ehtiyac duyulan ilk sözlər olduğunu və  əcnəbi dillərdə  də 

qədim köklərə sahib olduğunu gördükdə (necə ki, qohumluq bildirən sözlər və  əvəzliklər 

bütün dillərdə, demək olar ki, eynidir) "Babil əfsanəsi"nin həqiqət olduğu qənaətinə gəlirsən. 

Fikrimizi bir neçə nümunə ilə əsaslandırmağa çalışacıq:  

1.Fellər (qeyd edək ki, ispan, italyan və fransız fellərindəki "-ar,-er,-ir,-re,-are" kimi 

sonluqlar məsdər şəkilçisidir): 

De(mək) // söy(ləmək)     ispanca: decir [desir]- demək.  İndiki zaman üzrə  təsrifi: 

"digo, dices, dice, decimos, decis, dicen" /əmr: "di me!"- de mənə! /danışıqda: [di mə:]; decid! 

- deyin!); italyan və fransız dillərində: dire; ingilis dilində: say [sey]- söyləmək, demək; 

(dictate, диктовать - imla demək, yazdırmaq və s.); 



İr(mək) // Var(maq)     ispanca: ir -getmək. İndiki zamanda təsrifi: "voy, vas, va, vamos, 

vais, van"-dır ki, diqqət etsək, bu fel "varmaq" felini xatırladır. Hətta qeyd edək ki, dilimizdə-

ki v

b əvəzlənməsi bu dildə cari şəkildə görünməkdədir, daha doğrusu, bu hərflərin tələffüzü 



bir-birinə çox yaxındır. Məsələn, sadalananlar "v" ilə yazılsa da, tələffüzdə daha çox [be] eşi-

dilir. 


Tox(unmaq)   tocar [tokar] (isp.), toccare [tokkare] (it.), touch(er) [tuş] (fr.), touch 

[taç] (ing.) və s. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

896



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Dur(maq)     ispan dilində: durar - davam etmək, hələ də var olmaq mənasında durmaq 

(məs.: "filankəs və ya filan şey hələ də durur", yəni salamatdır, yaşayır), duro - sabit, sıx, sərt, 

qatı və s. 

Haq(lamaq)     ingiliscə: hug [h q]- bərk-bərk qucaqlamaq, haqlamaq; 

İnci(mək)     ingiliscə: injure [ ind ə]- incitmək, yaralamaq; 

Çey(nəmək)     ingiliscə: chew [çyu:]- çeynəmək; 

Bil(mək)   ispan, italyan, fransız və ingilis dillərində cüzi fərqlə: ability [ə biliti]- 

bacarıq, able -bilən, bacarıqlı,  be able to -edə bilmək. Məs.: comprensible//comprensibile 

//compréhensible//understandable -anlaşıla bilən, probable//probabile, posible//possible //pos-

sibile -mümkün, ola bilən və s.; 



Ye(mək)     rusca: есть [yest]- yemək; еда [yeda]- qida, yemək; əmr: ешь [yeş] - ye! 

ешьте [yeşte]- yeyin!  



Gəl(mək)     hind dilində: 

चलो[d əlo]- gəl! 

Təsadüfi bənzərliklərə, yəni sözün təsrif olunmuş forması ilə  bənzərliklərə daha çox 

ərəb dilində rast gəlinir. Məsələn, istə(mək)- ərəb dilinin qrammatikasında "istif al" babı bə-

zən feli istəmək, tələb etmək üçün işlənir. Məsələn, istiğfar -bağışlanmasını istəmə, istimhal –

möhlət istəmə, istiman, istimdad -aman, imdad istəmə  və s; qıs(maq)-  رﺎﺼﻗ [qısar] (qısa-

lar, ﺮﻴﺼﻗ [qasır]-ın cəmi); iclis!- əyləş! və s. 

-ma

   inkarlıq şəkilçisi: ərəb dilində "ma" (nə) sözü omonim səciyyəli olub, həm də 

felin qarşısında işləndikdə felin inkarını bildirir, məsələn:  

ُﺖﺒﺘﮐ ﺎَﻣ [ma  kətəbtu]- yazmadım; 

ُﺮُﺼﻨَﻳ

ﺎَﻣ


 [ma  yənsuru]- kömək etyir və s.  

2.Qoşma və bağlayıcılar:  

a) 

kimicomo //come //comme- 1.necə, 2.kimi (como tu //come te //comme vous- 

sənin kimi və s.) 

b) kique //che [ke] //que [kö]- 1.nə; 2.kihansıki ("Quiero que ..."- İstəyirəm ki, ...; 

"Hace tres dias que ..."- Üç gündür ki, ...; "Conozco al ingeniero Lopez, que ..."- Mühəndis 

Lopezi tanıyıram ki, (hansıki) ... və s.) 

c) 


nə _nə (də)_:  né_né_ (it.);  ни_ни_(rus); ni_ni_(isp.,fr.); neither_nor_[nayzə_ 

no_] (ing.); [lə _lə _] (ə.). 

İnanıram ki, məqsədyönlü araşdırma aparılsa, nümunələrin sayı daha da artacaqdır. 

 

 



MÜASİR PUBLİSİSTİKADA NİTQ MƏDƏNİYYƏTİ                             

(RADİO VƏ TELEVİZİYA ƏSASINDA) 

 

Aysel KƏRIMLI  

Bakı Slavyan Universiteti 



elvin088@inbox.ru 

AZƏRBAYCAN

 

 

Bu gün ədəbi dilin zənginləşməsində nitq mədəniyyəti problemi daha çox publisistik 

üslubun üzərinə düşür. Prosesin bu istiqamətdə getməsi bizi kütləvi informasiya vasitələrinin 

dilinə daha diqqətli yanaşmağa, dil normalarının bu şəkildə pozulmasının qarşısını almaq məq-

sədilə müəyyən tədbirlər görməyə vadar edir. Dilin bütün səviyyələrində normanın pozulması 

hallarına da təsadüf 

olunur. 

 

      



Fonetik səviyyədə də qüsurlar yox deyil. AzTv telekompaniyası: Əvvəlcədən qeyd etmək 

lazımdır ki, bu televiziya kanalı ölkəmizdə ən çox müsbət ənənələri və peşəkar kadrları olan 

bir televiziya şirkətidir. Özündə üç telekanal Aztv, Mədəniyyət və İdman Azərbaycan, iki radio 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

897



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

efiri – Azərbaycan radiosu və Araz FM-i ehtiva edir. Dil etibarı ilə bu kanallar daha ciddi və 

bir qədər konservativ olduqlarına görə burada bir o qədər də pozuntulara rast gəlmirik. Lakin 

yenə  də  bəzi nöqsanlarla rastlaşdıq. Məsələn: aparıcıların və diktorların bəziləri danışarkən 

danışığında Anadolu türkcəsinin təsiri hiss olunur, bundan başqa: 06.09.13-cü il növbəti veri-

lişlərin birində aparıcı “gəlmərik”, “demərik” sözlərinin əvəzinə “gəlməzik”, “deməzik” fellə-

rini işlədir və həmin verilişdə digər sarmalar da nəzərə çarpır. “İdman” kanalında 19.09.13-cü 

il saat 12

00

-da efirə gedən verilişdə futbol şərhçisi tez-tez “və” elementi ilə cümləni başlayır, o 



cümlədən “mənim üçün” birləşməsinin əvəzinə “məyi üçün” ifadəsini işlədir.Məsələn, o tipli 

tərcümələrdə “amma” əvəzinə “ama”, “onlar” əvəzinə “ollar” və s. formalardan istifadə olu-

nur. Azərbaycan Dövlət televiziya və radio verilişləri müəssisəsində hazırlanan və efirə gedən 

verilişlərdə ən çox nəzər-diqqəti çəkən qüsurlardan biri də vurğunun yerində işlədilməməsidir. 

Belə ki, əsasən xarici filmləri səsləndirən aktyorlar və diktorlar, o cümlədən veriliş aparıcıları 

bir çox əcnəbi sözləri səsləndirərkən vurğudan düzgün istifadə etmirlər. Bu hal özünü Asiya, 

Amerika, Suriya, Monteneqra, konfrans, Atlantika, Suveyş və s. kimi sözlərin tələffüzü zama-

nı daha çox göstərir. Buraya, əsasən, opfoepiya –vurğu və intonasiya məsələləri də daxildir. 

Məs: Carçı 12.09. 2013 12:01-Fotoqrıfın - fotoqrafın olmalı idi (orfoepik); Titr – Bakıda oğur 

luq edən  qaynana  və iki gəlini tutulub. 07.09.2013/ “Hər gün” 20:20(orfoqrafik); “Xəbərlər” 

– Sultanə – 09.09.2013 – 20:00 – Nümayəndə heyəti ölkədə ... Milli Şúrada[şuradá] cəmləşmiş 

müxalifət partiyalarının təmsilçiləri ilə görüşlər keçirəcəylər [keçirəcəx'lər](vurğu pozuntusu). 

İstər yazılı, istərsə də şifahi nitqdə ilk diqqət çəkən məqam leksik norma ilə bağlı olur. 

Misal üçün, bu gün sadə xalq danışıq dilində uje, fsyo, prosta, vapşe, zdani, krısa, krışa, 



veş, aqoşka, peç, marojna, sok, kariçni, seri, rozıvi, astanovka, peşkom və s. sözlər eşidi-

rik. Aparıcıların da dilində, tamaşaçılar tərəfindən başa düşülən konflikt, kontrol, tendensi-



ya, kriteri, emosiya, simvol, rezerv, xarakter (daşımaq), skandal, nol və s. kimi varvarizm 

sözlər işlədilir. Dilimizin lüğət tərkibində yüz illərlə işlədilmiş, “vətəndaşlıq” qazanmış ərəb 

mənşəli münaqişə, nəzarət, meyl, meyar, ehtiras, rəmz, ehtiyatlar, səciyyə (daşımaq), azərb. 

qalmaqal, sıfır sözləri olduğu halda, bu sözləri işlətmək - dili yükləmək, qarışıqlıq yarat-

maqdan başqa bir şey 

deyildir. 

     


Sintaktik səviyyədə aktual məsələlərdən biri də cümlədə söz sırasıdır. Söz sırasının də-

yişməsi cümlədə ifadə olunan fikri təhrif etmiş olur. Məs: “Milli raketdən müdafiə sistemi”. 

Düzgün variant belə olmalı idi : “Raketdən milli müdafiə sistemi”. Dilimizin qrammatik qay-

dalarına görə müəyyən, yaxud qeyri-müəyyən say olan yerdəisim cəm şəkilçisi qəbul etmir. 

“6  idmançılarımızmedal qazanıb.(“6 idmançımız...”), “Bir çox nümayəndələr Bakıya ilk 

dəfə  gəlmişdi.” (“Bir çox nümayəndə...”). kimi cümlələr. Fars mənşəli  nümayiş sözünün 

iştirakı ilə yaranmış mürəkkəb fellər cümlədəki semantikasından asılı olaraq, qayıdış, yaxud 

icbar növdə  işlədilməlidir. Misal üçün: “Rəssamın  əsərləri sərgidə  nümayiş olunmuşdur” 

səhvdir -  “...nümayiş etdirilmişdir” olmalıdır.   

Bunlardan başqa nitqin təmizliyinin pozulduğu, nitqin dəqiqliyinin pozulduğu, nitqin 

münasibliyinin gözlənilməməsi halları da olur. Nitqin təmizliyinin pozulduğu hallar: 

sentyabr.”Nə  xəbər?” O.Fikrətoğlu (Tırka vermək, sürüşgən idman növlərinin ustası ) 10 

sentyabr .20.50. Qeyri-etik mövzunu siyasətlə əlaqələndirib kütləvilik səciyyəsi qazandırmaq 

olmaz. 13 sentyabr.20.50.(Giydirmə, Azərbaycan xəstəlik bazarında, dərmançı özbaşınalıqları-

nın, dolloru, uğurlu istək ), 18 sentyabr 20.35. (nişanlısını pişirən, həyasız ), 10 sentyabr. 

20.20-ATV Olay. M.Əliverdiyeva ( Bəzi avtobus sürücüləri elə bil ki,bazara kələm aparırlar.) 

13 sentyabr (Yəqin qafiyəni yaxşı tutmayıb bu qaqaş.)Nitqin dəqiqliyinin pozulduğu hallar: 

2sentyabr 20.00.ATV Aktual. A.Əhmədova ( kifayət qədər qəzalar ) 13 sentyabr (Faiz 

dərəcələri kifayət qədər yüksəkdir; Bankın həyətində kifayət qədər aftamabil var.)2 sentyabr 

21.00. ATV Xəbər. C.Səfər.( Xəbəri bizdən alacaqsınız;Gün bitər, xəbər bitməz; Kimə  və 

nəyə etibar etmək lazımdır ?; Kifayət qədər yardım edən insan,təhlükəli virus,köpək- it) 9 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

898



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

sentyabr –( Azərbaycan əsgəri güllə partlaması nəticəsində həyatını itirib;xəstəxanalıq edib). 



Nitqin münasibliyinin gözlənilməməsi halları:  ATVtelekampaniyasında bəzi hallarda efir 

etikasının pozulması baş verir. Bu ən çox A.Əhmədovanın müsahibi ilə  səbrsiz olmasında, 

M.Əliverdiyevanın jest və mimikasında, həmçinin səsinin tembrinin çox yüksək olmasında, T. 

İbrahimovun efir mədəniyyətinə yaraşmayan söz və ifadələr işlətməsində özünü göstərir. 

 

 

İBTİDAİ SİNİFLƏRDƏ DİL TƏLİMİ ÜZRƏ MƏŞĞƏLƏLƏRDƏ YAXIN 



VƏ ƏKS MƏNALI SÖZLƏR ÜZƏRİNDƏ İŞLƏRƏ DAİR TEZİSLƏR  

 

Nərmin QASIMOVA 

Bakı Slavyan Universiteti 



hesenli1981@mail.ru 

AZƏRBAYCAN 



 

Azərbaycan dili dərslərinin praktik istiqamətini qüvvətləndirmək bu fənn üzrə kurikulum 

tələbləridir. Odur ki, başlıca ümumi nitq bacarıqlarını formalaşdırmaqla şagirdlərin nitq mə-

dəniyyətinə yiyələnmələrini təmin etməkdən ibarətdir. Təbiidir ki, nitq mədəniyyətinin ən yaxşı 

göstəricisi lüğət ehtiyatının zənginliyi ilə xarakterizə olunur və bu strategiyada şagirdlərin lü-

ğət ehtiyatını yaxın və əks mənalı sözlər hesabına artırmaqla təkmilləşdirmək prioritet vəzifə-

lərdən sayılır. 

I-IV siniflərdə eyni, yaxın və əks mənalı sözlərin aşılanması üçün əsaslandığımız baş-

lıca tezislər bunlardır: 

1. Müəllimlərimizin kurikulum tələblərini, xüsusən də nitq mədəniyyətində lüğət tərki-

bini zənginləşdirməyin rolunu düzgün dərk etməlidirlər. 

2.  İbtidai sinif müəllimləri I-IV sinif Azərbaycan dili dərsliklərinin lüğət tərkibinə 

dərindən bələd olmalı və hər bir sinif üzrə leksik tərkibə dair linqvostatistik və diaqnostik təh-

lil işləri aparmalıdırlar. 

3. Azərbaycan dili müəllimləri I-IV siniflər üzrə metodik vəsaitlərin verdiyi didaktik 

imkanları götür-qoy etməlidirlər. 

4. Dərsliklərə yazılan metodik vəsaitlərdə, Azərbaycan dili dərsliklərində eyni, yaxın və 

əks mənalı sözlərlə lüğət ehtiyatını  zənginləşdirməyin müxtəlif aspektləri, imkanları  və 

yollarından tam istifadə olunmadığı nəzərə alınmalıdır. 

5.  Şagirdlərin nitqini mövzu baxımından zənginləşdirmək nəzəri metodlarla deyil, 

praktik metodlarla aparılmalıdır; bu istiqamətdə oxu-təhlil, oxu-müsahibə, oxu-müzakirə, 

oxu-diskussiya, izah-inteqrasiya,  şərh-inteqrasiya elementləri daha optimal nəticələrə  gətirib 

çıxarır. 

6. Lüğət ehtiyatının zənginliyində rabitəli mətnlərin oxunması imkanlarından istifadə 

edilməlidir; lakin bu işin aparılması müəllimlərin bu işə hazırlığı səbəbindən qənaətbəxş he-

sab edilə bilməz. 

7. Müşahidələrdən belə qənaətə gəlmək olar ki, oxu zamanı sözlərin leksik mənası dərk 

edilməyincə mexaniki oxuya üstünlük verilir, sözlərin leksik mənaları açıqlanmadığından şa-

girdlərin fəal nitqinə söz mənası ilə birlikdə daxil edilmir; nəticədə onların analoji mətn qurmaq 

işində söz kasadlığı müşahidə edilir. 

8. Sərbəst imkanlar, sərbəst köçürmə imlalar elədir ki, şagird müvafiq sözləri öz sinonimi 

ilə əvəz edə bilir. Bu zaman ifadə rəngarəngliyi baş vermiş olur. Belə bir imkanı qaçırmaq olmaz. 

9. Şifahi və yazılı mətnlərin redaktəsi imkan verir ki, mətnin bir çox söz və ifadələrini 

qarşılığı ilə əvəz etsinlər. Bu cür sinonimik də nitq zənginliyi yaratmaq vasitəsi kimi didaktik 

cəhətdən qiymətli sayılmalıdır. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

899



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

10. I-IV siniflərdə lüğət tərtibi, o cümlədən sinonimlər lüğəti tərtib etmək ənənəyə çev-

rilərsə, bu nitq zənginliyi yaratmağın ən gözəl vasitəsi  ola bilər. 

11.Yeni dərsliklərdə praktik aspekti leksik semantizasiya və ya yerinə sinonimini və ya 

antonimini qoy, yaz, tipli göstərişlərin verdiyi tapşırıqlar lüğət zənginliyi imkanlarından 

səmərəli istifadə oluna bilər. 

12. Lüğət ehtiyatını eyni, yaxın və əks mənalı sözlər, söz birləşmələri və cümlələrlə zən-

ginləşdirməkdə üslubi bacarıqlara yiyələndirmək bu işdə mühüm rol oynayır. 

13. Şagirdlərin müşahidələrini əks mənalı sözlər, cümlələr və mətnlərə istiqamətləndir-

məkdə dərsliklərin və metodik vəsaitlərin didaktik imkanlarından istifadə edilməlidir. 

14.  Şagirdlərin lüğət ehtiyatını  zənginləşdirmək işini sistemlə aparmağın  ən səmərəli 

yollarından biri “lüğətcələr təstibi”ndən ibarətdir. Şagirdlərin nitqinin zənginliyi belə lüğətlər-

də sözlərin, cümlələrin sayının artması ilə müvaze şəkildə gedəcək. 

15. Müəllimlərin bu işdə, yəni eyni, yaxın və əks mənalı sözlərlə lüğət ehtiyatını zən-

ginləşdirmək kimi təlim fəaliyyətində  uğur qazanmasını  şərtləndirən  ən mühüm cəhət onun 

diaqnostik və summativ qiymətləndirmədə nəzərə almasıdır. 

16. Bu sahədə yekun qiymətləndirmə apararkən şagirdlərin inşa yazmağı, “Yaxşı nədir, 

pis nədir?”, “Sevdiyimiz hərəkət, xasiyyət, xoşlamadığımız hərəkət, xasiyyət hansılardır?” möv-

zularında hər sinifdə diskussiya keçirmək didaktik cəhətdən daha əhəmiyyətli görünür. 

 

 



AVTOMATİK TƏRCÜMƏDƏ SEMANTİK TƏHLİL MƏSƏLƏSİ 

 

Natəvan ƏZİZLİ 

Sumqayıt Dövlət Universiteti 



natis-sdunina@mail.ru 

AZƏRBAYCAN 



 

Tədqiqatın aktuallığı avtomatik tərcümənin təkmilləşdirilməsi məqsədilə semantik 

təhlillə bağlı meydana çıxan qüsurların, onları doğuran səbəblərin müəyyənləşdirilməsi və 

aradan qaldırılması ilə bağlıdır. 

Tədqiqat işinin yeniliyi avtomatik tərcümə sistemində Azərbaycan dili üçün istifadə 

olunan semantik blokun fəaliyyəti prosesində meydana çıxan tərcümə xətaları üzrə yeni blo-

kun formalaşdirilmasıdır. 

Tədqiqatın səmərəliliyi avtomatik tərcümə sisteminin yaxşılaşdırılması, daha dəqiq 

tərcümə imkanları yaratmaqdır.      

Avtomatik semantik təhlil xüsusi linqvistik alqoritmlər üzrə kompüterdə reallaşan 

formal əməliyyatlarla təbii dildə müəyyən işarələr və ya dil vahidlərinin ardıcıllığı ilə verilmiş 

hər hansı hökmün, ifadənin formal sistem yaradan ardıcıllıq kimi göstərməyi nəzərdə tutur. 

Ixtiyari hökmün mənasının təyin etmək üçün formallaşdırma üsulu olsa, kompüter dilçiliyində 

problem optimal kodlaşdırmanın həlli səviyyəsində duracaqdır. Aydındır ki, semantikanın 

formallaşdırılması olduqca mürəkkəb prosesdir. Avtomatik tərcümədə belə formallaşdırmanın 

iki dil üzərində aparılması tələb olunur. Bir dildəki hökmün qarşılığını formal şəkildə başqa 

dildə tapmaq tələb olunur. Dil vasitələri ilə adlandırılan  əşya və predmetlər dildən kənarda 

mövcuddur. Əşya və hadisələr arasında bağlılıq, əlaqələr, ekstralinqvistik amilləri əhatə edir. 

Semantikanın formallaşdırılmasını iki istiqamətə ayırmaq olar. Birinci istiqamətdə  tədqiqat 

mücərrəd nəzəri səviyyədə aparılır və semantikanın işarələr sistemi haqqında daha ümumi elm 

olan semiotika çərçivəsində tutduğu yeri təyin etməyə, anlayışların yaranmasının ümumi qa-

nunauyğunluqlarını, cümlə daxilində sözlərin mənaları ilə cümlənin təşkilediciləri arasındakı 

əlaqələri tapmağa yönəldilir. Ikinci istiqamət isə induktiv və empirik səciyyə daşıyır. Bu tətbiqi 

problemdir və burada dil ifadələrinin mənasının, semantikanın formallaşdırılması  məsələsi 

qoyulur.  



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

900



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Tam, bitkin məlumat və nisbi bitmiş fikrin formalaşması üçün predikasiya vacibdir. Mə-

sələyə bu baxımdan yanaşdıqda cümlənin mübtədası və xəbəri olmalıdır. Mübtəda subyekti, 

xəbər predikatı əvəz edir. Mən gəlirəm. Mən gedirəm, O, həkimdir. Nərgiz müəllimdir. Tipli 

cümlələrdə mübtəda və xəbər öz yerindədir. Azərbaycan dilində «mən gedirəm» cümləsi ilə 

«gedirəm» ekvivalent cümlələrdir. Dil sistemi əvəzliyin buraxılmasına imkan verir. Lakin elə 

dillər vardır ki, subyektin buraxılması ilə cümlə strukturu pozulur. Azərbaycan dilindəki 

«gedirəm» ingilis dilinə “I am going” kimi tərcümə olunmalıdır. Onu da qeyd etmək lazımdır 

ki, göstərilən cümlə formasında ingilis dilində hərəkət indiki davamedici zamanda baş verir. 

Yəni getmək fəaliyyəti danışıq zamanında baş verir. Azərbaycan dilində «gedirəm» demək 

hərəkətin danışıq anında mütləq baş verməsini nəzərdə tutmur. Ona görə də kontekstdən asılı 

olaraq «gedirəm» cümləsi ingilis dilinə “I am going” kimi və ya “I go” tərcümə oluna bilər. 

«Google»-də avtomatik tərcümə zamanı “I go” cümləsi «Mən getmək» qarşılığı ilə verilir ki, 

bu da tərcümə proqramının qüsurlu olması ilə bağlıdır.  

Ümumiyyətlə, dildəki sözlərin bir-biri ilə ardıcıl işlənərək birləşmələr yaratması onlar 

arasında sintaktik əlaqələrdən asılıdır. Azərbaycan dilində yanaşma, idarə  və uzlaşma  əlaqə 

tipləri vardır. Bundan əlavə, sözlərin bir-biri ilə distribusiyasında da müəyyən qanunauyğun-

luqlar vardır. Qrammatik baxımdan hər bir sözün digərinə yanaşması mümkündür. Lakin belə 

yanaşmalar həmişə semantik cəhətdən düzgün məna yaratmır. Məsələn, kitab hasar, çiyələk 

hasar, daş hasar, kərpic hasar birləşmələrindən hər hansı birində semantika nəzərə alınmadıq-

da qrammatik baxımdan birləşmə düzgündür. Çiyələk, kitab alma və s. hasar üçün material 

rolunu oynamadığı üçün semantik anlaşmazlıq əmələ gəlir. Doğrudur, dilin imkanları genişdir. 

Situasiyadan asılı olaraq belə birləşmələrin nitqdə istifadə edilməsi hadisəsi ilə üzləşmək olur.  

Avtomatik semantik təhlil zamanı sözlərin bir-biri ilə birləşməsi,  əlaqələnməsinin se-

mantik xüsusiyyətləri təyin edilir, həmin təhlil əsasında elə bir alqoritm tərtib olunur ki, kom-

püter semantik incəlikləri nəzərə ala bilsin. Maşın tərcüməsi zamanı «kitab mağazası» morfo-

loji, semantik və sintaktik təhlil prosesində söz birləşməsi kimi qəbul edilərək ifadə etdiyi 

mənasına uyğun qarşılığı ilə  əvəz olunur. Maşının leksik blokunda da «kitab mağazası» və 

onun qarşılığı olan «bookshop» avtomatik lüğətə daxil edilməlidir. Ingilis dilində mürəkkəb 

söz leksik vahiddir və dilin leksik vahidi olaraq avtomatik lüğətə daxil edilir. Azərbaycan 

dilində isə iki sözdən ibarət olan «kitab mağazası» ikinci növ təyini söz birləşməsidir. Birləş-

mə dilin lüğət fondunun və ya leksik sisteminin vahidi sayılmır. Ona görə də onun avtomatik 

lüğətə daxil edilib-edilməməsi qabaqcadan müəyyənləşdirilməlidir. Bu isə semantik inventar-

laşdırma problemidir. Semantik inventarlaşdırma iki istiqamətdə aparılır: 1) leksik-semantik 

səviyyələrdə inventarlaşdırma; 2) morfo-semantik səviyyədə inventarlaşdırma.  

Semantik inventarlaşdırma prosesində morfemlərin müəyyən birləşmələrinin tezaurusları 

tərtib olunur. Bu cür tezauruslar avtomatik tərcümədə semantika ilə bağlı bir sıra çətinlikləri 

aradan qaldırmağa kömək edir. Lakin semantik təhlilin dəqiqliyini tam şəkildə bununla əldə 

etmək mümkün deyildir.  

Avtomatik tərcümədə  ən çətin və mürəkkəb sahələrdən biri semantik təhlillə bağlıdır. 

Semantik təhlilin təkmilləşdirilməsi avtomatik tərcümənin keyfiyyətinin yaxşılaşmasına səbəb 

olur. Semantik təhlilin müasir mərhələdə birinci növbədə həllini gözləyən iki məsələsi qarşıya 

çıxır. Fikrimizcə, bunlardan birincisi çoxmənalılığı, digəri isə fərqli səciyyəli omonimliyi ara-

dan qaldırmaqdır.        

 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin