Qafqaz Universitetində Mexanika Mühəndisliyi Laboratoriyalarının


“Həyat ancaq sənin qədər gözəldir."



Yüklə 10,44 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix02.01.2022
ölçüsü10,44 Mb.
#2193
1   ...   16   17   18   19   20   21   22   23   24
“Həyat ancaq sənin qədər gözəldir."

İki qonşu ölkənin hökmdarları 

bir-birləriylə  döyüşməzlər, 

amma  hər  fürsətdə  bir-birlə-

rini  narahat  edərdilər.  Ancaq 

zaman-zaman  bir-birilərinə 

maraqlı hədiyyələr göndərərək 

qarşı  tərəfə  zəka  nümayişi 

edərdilər.

Hökmdarlardan  biri,  günün 

birində  ölkəsinin  ən  əhəmiy-

yətli  heykəltaraşını  hüzuruna 

çağırdı.  İstədiyi  bir  qarış  yük-

səkliyində, qızıldan, bir-birinin 

eynilə  eynisi  üç  insan  heykəli 

düzəltməsi  idi.  Aralarında  bir 

fərq  olacaqdı,  amma  bu  fərqi 

yalnız ikisi biləcəkdi.

Heykəllər hazırlandı və qonşu 

ölkə hökmdarına göndərildi.

Heykəllərin yanına bir də mək-

tub qoyulmuşdu.

Hökmdar  məktubunda  belə 

yazmışdı : 

- "Bu üç heykəl bir-birinin ey-

nilə  eynisi  kimi  görünə  bilər. 

Amma  içlərindən  biri  digər 

ikisindən çox daha qiymətlidir. 

O heykəli tapınca mənə xəbər 

ver. "

Hədiyyəni alan hökmdar əvvəl 

heykəlləri  çəkdirdi.  Üç  qızıl 

heykəl qramına qədər bərabər 

idi.  Ölkəsində  sənətdən  anla-

yan  nə  qədər  insan  varsa  ça-

ğırtdırdı. Hamısı da heykəlləri 

böyük bir diqqətlə araşdırdılar, 

amma aralarında bir fərq görə 

bilmədilər.

Günlər  keçdi.  Bütün  ölkə 

hökmdarın  çətinliyini  eşit-

mişdi  və  heç  kim  cavab  tapa 

bilmirdi. Sonunda, hökmdarın 

çox üsyankar olduğu üçün zin-

dana  atdırdığı  bir  gənc  xəbər 

göndərdi.  Yaxşı  oxumuş  və 

ağıllı olan bu gənc, hökmdarın 

bəzi  istəklərinə  qarşı  çıxdığı 

üçün zindana atılmışdı.

Başqa  çarəsi  olmayan  hökm-

dar bu gənci çağırtdı. Gənc əv-

vəl heykəlləri diqqətlə araşdır-

dı, sonra çox incə bir tel gəti-

rilməsini istədi.

Teli  birinci  heykəlin  qulağın-

dan saldı, tel heykəlin ağızın-

dan çıxdı. İkinci heykələ də ey-

ni əməliyyatı etdi. Tel bu dəfə 

digər  qulaqdan  çıxdı.  Üçüncü 

heykəldə  tel  qulaqdan  girdi 

amma bir yerdən çölə çıxmadı. 

Ancaq  telin  dərinə  gedə  bilə-

cəyi bir kanal ürək xəttinə qə-

dər  enir,  oradan  kənara  get-

mirdi.

Hökmdar heykəlləri göndərən 

qonşu hökmdara cavab yazdı:

-  "Qulağından  girəni  ağızın-

dan çıxardan insan məsləhətli 

deyil. Bir qulağından girən di-

gər qulağından çıxırsa , o insan 

da  məsləhətli  deyil.  Ən  qiy-

mətli insan, qulağından girəni 

ürəyinə  basdıran  insandır.  Bu 

qiymətli hədiyyən üçün çox tə-

şəkkür edirəm.

Üç heykəl



Document Outline

  • Page 1
  • Page 2
  • Page 3
  • Page 4
  • Page 5
  • Page 6
  • Page 7
  • Page 8
  • Page 9
  • Page 10
  • Page 11
  • Page 12
  • Page 13
  • Page 14
  • Page 15
  • Page 16

Yüklə 10,44 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin