edirəm ki, azərbaycanlıyam” sözləri və “Qoy
bu gün gələcəkdə bütün Türk Dünyasının
həmrəyliyi günü kimi qeyd edilsin! Gəlin,
təqvimin təkcə sonuncu günü yox, hər günü
bir yumruğa dönərək, həmrəy olaq. Yaşa-
sın türkdilli xalqların, Dünya azərbaycan-
lılarının həmrəyliyi günü!” arzuları ilə ye-
kunlaşdı.
No: 1 (44) 2014
10
Elektron Universitet Sistemi
Boloniya prosesinin tələbidir
Qafqaz Universiteti Elektron
Məlumat Sisteminin bazara tək-
lif edilməsinin təmin edilməsi is-
tiqamətində Azərnet şirkəti ilə
əməkdaşlıq protokolu imza-
lanmışdır. Qeyd edək ki, 10 ilə
yaxındır Qafqaz Universitetin-
də elektron universitet sistemi
uğurla tətbiq olunur.
Protokolun mövzusu Təhsil Na-
zirliyinin müvafiq əsasnamələ-
rini və Bolonya prosesinin tələb-
lərini nəzərə alaraq Qafqaz Uni-
versiteti nəzdində mövcud olan
Elektron Məlumat Sistemini in-
kişaf etdirərək Təhsil Nazirliyi və
digər tərəfdaşlarla (ali təhsil
müəssisələri) işgüzar əməkdaş-
lıq çərçivəsində satışını təmin
etməkdir.
Bu Protokol çərçivəsində Qafqaz
Universitetinin Elektron Məlu-
mat Sistemi analiz olunacaq və
yeni tədbirlər planı hazırlanacaq.
Təkmilləşdirilən Sistem Qafqaz
Universitetində əvəzsiz tədbiq
olunacaq, daha sonra satış məq-
sədi ilə digər ali təhsil müəssi-
sələrinə təklif olunması düşünü-
lür. Avropa universitetlərinin də
tətbiqinə ehtiyacı olduğu bu sis-
tem ilkin mərhələdə Azərbay-
canda fəaliyyət göstərən Ali təh-
sil müəssisələrinə təklif oluna-
caqdır. Qafqaz universitetinin
rektoru prof. Ahmet Saniç siste-
min Boloniya prosesinə uyğun
olduğundan tələbələrin sərbəst
dərs seçməsi, imtahan sistemi-
nin avtomatlaşdırılması, elek-
tron kitabxana sistemini özündə
əks etdirdiyini bildirərək Qafqaz
Universitetinin bu sahədə də ilkə
imza atdığını qeyd edib.
Azərbaycanda ilk dəfə Qafqaz
Universitetində fəaliyyət göstə-
rən Texnoparkın fəaliyyətində də
bu sistemin mühüm rolu vardır.
Universitetin dosenti Abzetdin
Adamov interaktiv lövhədə sis-
temin işləmə prosesi və istifadə
qaydaları ilə tədbir iştirakçılarını
tanış edib.
EUS
11
No: 1 (44) 2014
Dostları ilə paylaş: |