Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ



Yüklə 12,74 Mb.
səhifə74/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   70   71   72   73   74   75   76   77   ...   102

talabımaq dalabımaq. qıpırdanma. təprənmə.

talabsımaq dalabsımaq. 1. dalmaq istəmək. geçmək istəmək. 2. qoşnımaq. küsnəmək. qızmaq.

talabsımaq dalabsımaq. dalmaq istəmək. geçmək istəmək.

talaq dalaq. təlq. 1. dalına bilən, keçilə bilən nərsə. saydam, şəffaf olan bir çeşit daş, ki sırça düzəltməkdə işlənməklə dolayı, oda dayanıqlı olduğundan, kağaz kimi kəsildigindən, sobanın, pincin qapı, baca dəliklərinə qoyulur. 2. talan, dalqun (dalmaq), cumqun (cummaq), yağma yolu ilə əldə edilən mal. qənimət. əsir. 3. dalaq (< dalqınlıq). həyəcan. 4. sulaq. ayranlıq. tuluq. 5. dıllaq. qadınları qıç arasında, dal dal olmuş ət parçası. 6. dəlik, oyuq görnüşdə olan şalvar arası. ağ (< av: iki tikəni avlayan (yığan, bir yerə gətirən tikə). - şalvar, qoltuq dalağı, ağı.
- dalaqa qapılmaq. - dalaqın sovmaq.
- dalaq olma: təhal. - dalaqı şişmək: 1. soluq darlaşıb qaçamamaq. 2. qızıqlaşmaq.

talamaq dalamaq. 1. dağlamaq. yaxmaq. acıtmaq. qavurmaq. - ısırqan daladı, əbə köməçi yaladı. 2. ısırmaq. dişləyib qoparmaq. - ayı dalamış. 3. talanlamaq. yağmalamaq. qənimət, əsir götürmək. vurub qoparmaq. - qız dalamaq: tutub əsir götürmək. 4. düzəni pozmaq ( # daramaq: düzənə salmaq).

talan dalan.

talan dalan. 1. qənimət. yağma. 2. avlu.
- dalan ba dalan: dolan ba dolan. tolanbac ( n <> m ) tolambac. dönə dönə bükülmüş. bərk dolaşıq qarışıq. labirəntlatin.
- alan talan: qapan qapana. - alan talan edmək: aran talan edmək: alt üst edmək.

talanlamaq dalanlamaq. talamaq. dalamaq. talamaq. dalamaq. yağmalamaq. qənimət, əsir götürmək. vurub qoparmaq. - qız dalamaq: tutub əsir götürmək.

talasan sarıqın sallanan ucu. təyləsən.

talaş tirəş. tiriş. yonğa. yonulmuş nərsədən çıxan iri tikə:

talaşa incə yonqa. qazıntı. oğuntu. qırıntı.- odun qazıntısı. kavsala qazıntısı. - parça qazıntısı.
- qalın dalaşa: küngə. incə yonqa.

talaş dalaş. talaz. dalaz. 1. oğuntu. ufantı. qırıntı. 2. savaş. - ağız dalaşı: yamanlaşma. 3. təlaş.təpinmək. yırtınmaq.

talaşlandırmaq qışqırtmaq. həyəcanlandırmaq. təhyic edmək.

talaşlanmaq qabına sığmamaq. qışqırmaq. qorxub ürkmək.- çox talaşlanmaq: ətəklər tutuşmaq. şaşıb nə yapacağın bilməmək.

talaşlanmaq yələmək. yeləmək. qaçınmaq. tələsinmək.

talaşlatmaq yəldirmək. yeldirmək. uçurmaq. salıvermək. saldırmaq.

talaşmaq dalaşmaq. boğaz boğaza gəlmək. itişib boğuşa qavqalaşmaq. boğuşub ısırışmaq. - köpəklər dalaşırlar.

talaşman dalaşman. qavqaçı. əxlaqsız. qızqın. sataşan.

talav dalav > talab fars< dalab. toprağa işləmiş, durqun su yığını.

talaz dalaz. talaş. dalaş. 1. talqa. dalğa. suyun oynayub sallanması, köpürməsi. - dalqa qalxmaq. - dalqayı başa almaq: fıtınanın qarşısına gedmək. çətinliyi qarışlamaq. 2. oğuntu. ufantı. qırıntı. 3. savaş. - ağız dalaşı: yamanlaşma. 4. taraz. düzlük.

talba təlbə. talbamaq. tablamaq. təlbəmək. təbləmək ( lb <> bl ) təblə. təpləmək. təlpəmək. talpamaq. taplamaq. təpmək > tapla. tabla.

talbadal dalbadal. ulaşdırı. bitqiş. müttəsilən. peyvəsdə. dönə dönə. genə genə.

talbadallıq dalbadallıq. sıqlıq. təa'qüb. - yağmurun sıqlığı, axınlar, sellər axıdar.

talbamaq təbləmək. təlbəmək. tablamaq (bl <> lb\ b <> p ) təpləmək. təlpəmək. talpamaq. taplamaq. təpmək.

taldırmaq boğmaq. qərq edmək. - onu dənizə boğdular. - borca boğdular.

taldırmaq daldırmaq. 1. batırmaq. nərsənin içinə soxmaq. 2. əkmək. bitgi dalın qırıb, kök salmaq üzrə toprağa batırmaq. - ağacın dallaını daldırmalı.

taldurmaq dalunlamaq. çarpmaq. çalmaq.

talğın dalğın. pozğun. pərişan.

talğınlıq dalğınlıq. ğailə. vəsvəsə. düşünüş.

talı dalı. dal. 1. gec. geric. tə'xir. 2. quyruq. arxa. - quyruqun tut. - quyruqun qır. 3. əgin. sırt.
- dalına almaq: sırtlamaqsırtına, kürəyinə almaq.

talıqa dalıqa. at daşqası.

talıqmaq talmaq. ağrımaq. arımaq. kəsəlləmək.

talqa - dənizin yumşaq dalğası: dəniz soluğanı. fırtınadan sonra səkrək səkrək , soluq soluq, alırcasına qıyıya gəlib çarpan dalğa.

tal dal. 1. çıplaq. yalın. sadə. arı. düz. - dal daban: dal ayaq: ayaq yalın. - dal qılınc: qılıncı qınsız. qınsız qılınc. qılıncı çıxarmış. - dal börk, dal qavuq: sarıqsız. 2. (> tul). uzun. tirək. tirlənmiş. - dal boylum. - dal vermək: uzanmaq. - dal verib gəlib çıxdı buraya. 3. dal. dalı. əgin. sırt. - dal ba dal: arxası sıra. ardı sıra. mütəaqibən. geridən bağlı, müttəsil.
- dalları kəsilmiş ağac kötüyü: qabran.

talqağuq dalqağuq. çılpaq. sarıqsız. soytar. yaltaq. əngəl. kasalis. tüfeyli.

talqa dalğa. talaz. dalaz. suyun oynayub sallanması, köpürməsi. - dalqa qalxmaq. - dalqayı başa almaq: fıtınanın qarşısına gedmək. çətinliyi qarışlamaq.

talqalanmaq dalqalanmaq. şuluqlaşmaq. çoqraşmaq. covlaşmaq. covlanmaq. coşub. qalxıb qaynamaq.

talqavuq dalqavuq. yaltaq.
- çağrışsız girən qonaq: əkdi. qonaq.

talqavuqluq dalqavuqluq. əkdilik. qonqaqlıq.

talqıc dalğıc. qəvvas. - dalğac daldırmaq. - dalğıc quş: balıq tutmaq üçün suya dalan quş.

talqın dalqın. 1. dalmış. keçinmiş. kəndindən keçmiş. bihuş. mədhuş. - ısıtmadan dalqın yatır. - ısıtmadan sonra bir dalğınlıq gəldi. - ağladı ağladı dalğın düşdü. 2. unutqan. alıq. ağlı başında olmayan. gic. - elə o dalğın kişidir. - dalğın uşaq. - oğlunu itirməsi, onu dalğına saldı. - dalqınlığı burax qıl, ayaq üstündə durqıl.

talqınlıq dalqınlığ. 1. dalıışlıq. keçginlik. bihuşluq. mədhuşluq. 2. unutqanlıq. alıqlıq. giclik.

talqış dalğış. su üzünün altında olub üzmək.

talqışmaq lülələmək. yüyələmək. dürməkləmək. bükmək.

talqıtmaq tilqatmaq. çarpıq yapmaq. nərsənin arasına dil, dal soxmaq. işi qeciktirmək. yüklə ip arasına ağac parçası qoyaraq yükü düzəltmək üçün büküb, sıxmaq.

tallaq dallaq. sırıq. çox uzun boylu olan kimsə. - sırıq kimi, dallaq gəzmək: boş boşuna gəzmək.

tallamaq - ağacı dallamaq: kötük edmək. dallarını kəsmək.

tallanmaq dallanmaq. 1. budaqlanmaq. qollanmaq. inşiablanmaq. münşəib olunmaq. 2. çatallaşmaq. işgilləşmək. müşgülləşmək. pürüzlənmək. bürküşmək. - iş budaqlandı.

tallantı dallantı. budantı. qollantı. budaq budaq, dal dal olmuş. kəsimiş budaqlar toplusu.

talmaq dalmaq. 1. içəri, içinə batmaq. soxulmaq. - qazma toprağa daldı. 2. qoyusuz, izinsiz bir yerə soxulmaq. - qapıdan içəriyə dalı verdi. 2. özünü itirib, baysınmaq, düşünmək, qıraqdan ayrınmaq. mat qalmaq. - o ağır görnüş önündə bir az daldı. 3. yuxuya batmaq. - bir az dlıb dalmaz gəlib oyandırdılar. 4. dərin oykuya, düşüncəyə qapılmaq. - öz quruntularına dalmış biri. 5. nərseylə uğraşmaq. - siz öz işizə dalın. 6. bilmədiyi işə girişmək. 7. talıqmaq. ağrımaq. arımaq. kəsəlləmək. batmaq. girmək. düşmək. qaruqmaq.
- dalıb çıxmaq: ışıq. sönəcək olub genə parlamaq.

talmış dalmış. talqın. dalqın. keçinmiş. kəndindən keçmiş. bihuş. mədhuş. - ısıtmadan dalqın yatır. - ısıtmadan sonra bir dalğınlıq gəldi. - ağladı ağladı dalğın düşdü.

talmışlıq dalmışlıq. talqınlıq. dalqınlığ. keçginlik. bihuşluq. mədhuşluq.

talpamaq təpləmək. təlpəmək. taplamaq. təpmək. (bl <> lb\ b <> p ) təbləmək. təlbəmək. talbamaq. tablamaq.

talsıcan dalsıcan. ardaradan. dolaysiylə. bilmünasibət.

taluğ daluğ. tilu'. ağarma. dan. sökən. şəfəq. fəcr.

talvırka tam duvar. dam. qalə.

talyançı dalyançı. hovuzçu. gölçü.

talyan dalyan. dənizdə, boğazda ayrılmış qorunmuş qapalı yer. bu qoruqda dəniz canlılar becərlir. hovuz. göl. - dalyan yengəci, balığı.
- dalyan kimi: incə, uzun boylu, uyqun boylu, boylu boslu gənc. - dalyan kimi qız.

tam - dam duvar: tufağ. tıfaq.

tam dam. 1. bam. yapı, başqasının örtüsü. 2. örtülü yer. qapıs. küməs. qodıs. ambar. 3. tuzaq. duzaq ( tutsaq < tutmaq). tələ. qapan. duzaq. tələ.- qapana düşmək. - qapana tutulmaq.- duzağa düşdük. 4. dam. talvırka. tam duvar. qala. - tam duvar: talvırka. dam. qala. 5. çap. xap. həp. lap. 6. tüm. köb11. həp. bütün. cümlətən. 7. dar yer. kütəs. tutsaq. türmə. 5. kötükə.
- qamış dam: qamışla örtülü dam.
- qabağı açıq dam, çatı: sundırı: sundurma.
- bir yerin döşənmiş damı: gögərtə. - üç gögərtəli gəmi.: üç qatlı gəmi.
- tam sürətlə: dolu dizgin.
- dama atmaq: dustaqlamaq.
- damdan düşmək: yersiz yurdsuz söz açmaq. habbadan şabbadan, göydən düşmək.
- qapışı (ayaqqabı) dama atılmaq: güvəndən, e'tibardan düşmək.
- damı ağtarmaq: damı onarmaq, tə'mir edmək.
- damı almaq: duvarı, dirəkləri tikib, dam basırmağa çatmaq.

tamağ damağ. 1. iz. yer. 2. istək. yaxış. xahiş. ac.

tamaq damaq. 1. ağzın damcığı, damı, yuxar bölümü. - dadı damağında qalmaq: ço bəyənmək, xoşlamaq. 2. təqtir. damlaq. tamlaq. dammaq işi. 3. damaq. damlaq. tamlaq. dammaq işi. təqtir. 4. qanğraq.
- damağın poturu: ağız çatısında olan qırşıqlar.
- dadı damağında qalmaq: çox dad almaq. dadını unutmamaq.

tamaqlı damaqlı. - damaqlı iqnə: olta iğnələri çeşitindən. balığ qullaı çeşiti.

tamam arıq. teyxa. büsbütün. lap. balaq. bütün. kamil. tügüz. düküz. bitirmə. bitirim. əkməl.
- tamam olmaq: bitmək. tolmaq. dolmaq. - hesab dolmaq. - onu işi doldu: mə'muriyyəti qurtuldu. - onun çağı doldu.

tamamən arıq. teyxa. büsbütün. tamam. lap. tükəlka. büsbütün.

tamamiylə yəməka. yinə. yenə. həp. bütün. dahi.

tamamlama bitirmə. bitirik.

taman hanı. hanı da. hardadı de. hanı ya.

tamar damar. 1. yer altı mə'dən, kan. - bu topraqda altın damarları var. - yoğun altın damarı: böyük qızıl mə'dəni. - bu suyun damarı çox güclü. 2. dalğalı olan daşlardaki cızıqılar, cizgilər. - ala bula damarlı daş. - ağac damarı. 3. qol. yol. axar. - yağmır suları yerin damarlarına işlədi. 4. nəhad. təbiət. xulq. - damarına toxunmaq: biləsin dəğmək. acığı gəlmək.- damarı tumaq: inad edmək. 5. novdan. şıratan. şırşır. 6. təbiət. sirişt. nəhad.
- şah damar: özək.
- anadamar: şahrəg. şahdamar.
- damarı tutmaq: 1. gövdənin sınırlı damarlı yerində, birdən çəkinmə ağrı duymaq. 2. inad edmək.
- damar: sınır.
- alnın damarı çatlamış: utanmaz.
- damarına girmək: damarın tutmaq. birin göylün alıb, qılığına girib, əldə edib işlətmək, kullanmaq.
- qan alacaq damar: işlədiləcək yol.

tamarsız damarsız. qılıqsız. nəhadsız. təbiətsiz. xulqsız.

tamat 1. yabanı ördək çeşiti. 2. saçma sapan sözlər.

tambur tanbur. uzun qollu, telli, qapuzlı çalqı çeşiti.

tamcıq damcıq. qapanca. qapancık. duzacıq. tələcik.

tamən damənfars. taman (< təmən. təbən). dib. aşağ. asraka. alt. ətək.

tamğa taxma. döğmə. döğbə4. zərb.

tamı - tamı daşı: çürük ətləri yandırmada işlənən şimik maddə.

tamız damız. heyvan törətməyə, yetişdirməyə özür dam, axır.

tamızlıq damızlıq. döllük, tuxumluq nərsə. - damızlıq ayqır, keçi, buğa inək.
- damızlıq ərkək qoyun: qoç. qoyun ayğırı.

tamqa damğa. 1. basqı. möhür. 2. qalıb.
- damqalı, möhürli yazı: buyruldı. rəsmi yalzı. əmrnamə.
- al damqa: xaqanlığın ən yüksək damqası, möhrü. dövlət damqası. rəsmi damqaların ən böyügü.

tamqalı . basılı. basılmış. qalıblı. çaplı. - basılı parça.

tamla damla. 1. ürək keçinməsi. ürəyə qan damma. səktə. - damlaya tutulma. damla gəlmiş. 2. im. işarə. əlamət. - damlasız yol: əlamətsiz yol. - bir damla desən, dalın diyə bilərəm. - ona bir damla ver. 3. az. bala. - damla damla: bala bala. - damla damla aşınar, çıxar qazan başına. 4. teyxa. çin. xalis. duru. - damla daş: bərk duru, göz kimi daş. - damla söz: çin söz. - damla qızıl: som qızıl. - damla qız: çox gözəl, arıq incə qız. 5. sayvan. seyvan. saruq. sarıq. sarquq. süs. bəzək. çıxıntı. oyma. sıçaq. saçaq ( saç <> aç # iç ).
- tər kimi damla damla axmaq: sızmaq. tərəşşüh edmək. - su küpündən, yağ sızmaz.
- ışıq damlası: ışıq topı:: çox gözəl cocuq.
- damla damla axma: sızı. təqtir.
- damla damla: azar azar. az az.
- damla söyləmək: az danışmaq.
- damlada damlaya: incədən incəyə.
- damla saqqızı: teyxa, çin, xalis saqqız.

tamlalıq damlalıq. 1. damın saçağı, şıratanının altında qurulan aralıq yer ki damın yağmırı ora damlar. 2. damla damla axıdan arac. qətrə keş.

tamlama - damlama, yumşaqca ayaq səsi: tıb. tıb təpir. təpiş. tapış.- tıb tıb dalayır. - cocuq tıb tıb təti pati elir.

tamlamaq damlamaq. 1. tammaq: dammaq. təqtir olmaq. az az axmaq. 2. az yağmaq. atmaq. - yağış damlır, atır. - axmasada damlır: yeri dibli əksilib kəsilmir. çox gəlməsədə büsbütün kəsilmir. yanmasada közəyir. yanmasada alızır. heç yox deyil. - burundan damlamaq: çox bənzəmək. - burundan qan damlamaq: çox incimək. 3. dama salmaq.
- dodağından qan damlar: gilas dodaq. al qırmızı gözəl dodaqlı.

tamlatmaq damlatmaq. təqtir edmək.

tamma yambar12. yampar. tüm. bütün. olduqca. - yambar sayqandı: çox gözəldi.

tammaq dammaq. tamlamq. damlamq. təqtir olmaq.

tamsız duzsuz. tatsız. dadsız. namətbu'. saman kimi. suyuq. soyuq.

tamsızlanmaq tatsızlanmaq. dadsızlanmaq. duzsuzlanmaq. ləzzətsizlənmək. suyuqlanmaq. soyuqlanmaq. tamsızlanmaq.

tamsızlıq suyuqlıq. soyuqluq. tatsızlıq. dadsızlıq. namətbu'luq. duzsuzluq.

tamtamına ağız ağıza. mütabiq.

tamu aşağıda olan (#.uçmaq: ucada olan).

tamuc - tamuc kötüyü: cəhənnəm kötüyü: tamuluq: tamucluq: cəhənnəmlik.

tamuç gömrük. - tamuç qolçı: sınır bəkcisi.

tamu tamı. cəhənnəm.

tan dan. tənq. dənğ. 1. nə. nən. nənğ. şey. 2. ka'la. 3. ağarma. sökən. daluğ. tilu'. şəfəq. fəcr.
- dan axşam: səhər axşam.

tana dana. inək balası. sığırın balasına deyilir.
- dana burnu: yer altında gövərintilərin kökün kəsən bir böcək.
- danla öğlə arası: quşluq: quşlıq (quşlara yem verilən çağ).
- bozağı: dananın çox çiçiyinə deyilir.
- ərkək dana. tosun.
- dişi dana: dügə.
- dana baş: məngəfə. qalın qafa.
- dana burnı: bitgilərin yer altındaki köklərin kəsən, iricə başlı böcək.
- anası ilə danası ilə: hammısı. evliklə.

tanbur tambur. uzun qollu, telli, qapuzlı çalqı çeşiti.

tandaçıka cütçi. tarıqçı.

tandını . cocuqları atıb tutmaqda işlənən bir söz. - dandını hobbala balam.

tanğ bulğancıq. əcib qərib. şaşırtıcı. təəccüb. heyrət. dehşət.

tanğlamaq tanğrımaq. tanğmaq. qəribsinmək. yadırqamaq. şaşınmaq. təəccüblənmək.

tanğmaq şaşmaq. çaşmaq. təəccüb edmək. - bu işə şaşdım. - şaşacaq nə.

tanğrımaq tanğlamaq. tanğmaq. qəribsinmək. yadırqamaq. şaşınmaq. təəccüblənmək.

tanıdıq aşna. (< aşılanmış: bəllənmiş). aşınaq. aşınqan. bildik. tanış. bildik. sınar. bir soydan olan. - heyvan sınarına çəkər.

tanıq biliş. ittilaat. xodi. bildinğ.

tanıqlıq nişan. əlamət. isbat.

tanılmaq bilinmək.

tanılmayan bilinmiyən. bilinmədik. namə'lum. məchul.

tanımaq 1. iqrar edmək. e'tiraf edmək. - suçun tanıdı. - borcun tanımaq istəmir. 2. qəbul edmək. - böyük qərdəşivi böyüklüyə tanısan. 3. inanmaq. - tanrını tanı, ona tapın. 4. önəmsəmək. əhmiyət vermək. sallamamaq. - öz kimliyivi tanımalısın. 5. itaət edmək. gözətləmək. - sən ki böyük kiçik tanımırsan.

tanım təşxis. nəzər.

tanış yaryan. yarıran. dosd.

tanışıq danışıq. 1. intiqad. nəqd. - tanışıq döğüşü: danışıq döğüş: intiqad o intiqad əz xod. 2. dediqodi. qil o qal.
- danışığa qoyulan nərsə: tutu. konu.

tanışlıq maarif.

tanışmaq danışmaq. 1. intiqad edmək. nəqd edmək. 2. müşavirə edmək. məsləhət edmək. - söz vermədən öncə, sizlə danışmağa gəldim. 3. bildəşmək. bilgişmək. - bir görüşdə tanışdıq. 4. bilişmək. birbirin bilmək, öğrənmək. - kim olduğumuzu birbirimizə soraraq bilişdik. 5. dilləşmək. 6. aşınmaq. tanquşmaq. aşnalanmaq. aşnalıq əldə edmək. 7. dilləşmək. sözləşmək. söz güləşdirmək. 8. qoxuşmaq. iyləşmək. dilləşmək. bilgişmək.
- hər gələ danışmaq: ağız dolusu qonuşmaq.

tanışman yarqacın. yarqıcın köməkçisi. dadsitan.

tanıtdırmaq tanıtmaq.: 1. bildirmək. anlatmaq. - kəndisin tanımırdım, kimsədə tanıtmadı. 2. qəbul etdirmək. təsdiq etdirmək. e'tiraf etdirmək. - ona suçların tanıtın.

tanıtmaq tanıtdırmaq. 1. bildirmək. anlatmaq. - kəndisin tanımırdım, kimsədə tanıtmadı. 2. qəbul etdirmək. təsdiq etdirmək. e'tiraf etdirmək. - ona suçların tanıtın.

tanq tanğ. danğ. tənğ. dəng. 1. bölük. hissə. qismək. 2. nərsənin bir bölüyü. 3. hər nəyin altıdan biri. 4. şaşa qalma. şaşma. əcəb. - tanğ: nə əcəb. - tanğ qalmaq: şaşa qalmaq.
- altunğ: (< altı + danğ). şiş dang. - altunğ bir qız.

tanqa danqa. tanqalaq. danğalaq. göbut. quduz. qotur. qaba. gür. iri gövdəli. qılıqsız. budala. küp.

tanqac tənqəş. münsif.

tanqalaq danğalaq. danqa. göbut. quduz. qotur. qaba. gür, iri gövdəli. qılıqsız. budala. küp.

tanqalıq tənhalıq. saltlıq. yalnızlıq. tənğlik. təklik. mücərrədlik. - saltlıq yalnız ona yaraşır. - saltlıq yazıqlıqdır.

tanqmaq danğmaq. 1. tanğlamaq. tanğrımaq. qəribsinmək. yadırqamaq. şaşınmaq. təəccüblənmək. 2. sarmaq. pansıman.

tanquşmaq aşınmaq. tanışmaq. aşnalanmaq. aşnalıq əldə edmək.

tanqü tüngü. kərəniz. buynuzdan olub, kürəyi çırtıb qan alma aracı. həcəmət ayqıtı.

tanlaq danlaq. qalay. yerik. əzmə. tə'ziz. tobix. sərzəniş. məzzəmət. - qalay atmaq, basmaq: paylamaq.

tanlamaq danlamaq. qalaylamaq. paylamaq. yermək. əzmək. tə'ziz edmək. tobixləmək. təpikləmək. sərzəniş edmək. məzzəmət edmək.

tanrı oğan. tüm yaratların simgəsi olan tanrı. bayrı. bayat. əsgi.
- tarı iyilik versin: tarı bəla verməsin. - tarı inandırsın: suçum yoxdu. - tanrıdan bol bulsun: qarqış. - tanrını sevərsən: and vermə. - tarı qovuşdurun: ayrı düşən iki segiyə söylənir. - tanrı əri: bəqtaş. ərən. - tanrı əsigəsin: nəuzibillah. - tarı üçün söyləmək: tanrı xatirinə doğrusun söyləmək.
- tanrı adlarından: qağan.
- tanrım gecindən versin: olduqca uzun yaşam diləyi.
Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin