Müalicənin əsasları və ilk müalicə
Çox yüksək dozada ən az 6 ədəd olan bir-birindən fərqli dərman ağızdan və damardan xəstəyə verilir. Burada əsas məqsəd blast adı verilən bədxassəli hüceyrələrin məhv edilməsidir. Ancaq bu xemoterapiyadərmanları yalnızca bədxassəli hüceyrələri deyil, faydalı hüceyrələri də məhv edir. Buna görə də uşaqların saçı tökülür, ağızlarında, bağırsaqlarında yaralar əmələ gəlir, halsızlaşırlar, immun sistemləri zəifləyir. İmmun sistemləri zəiflədiyi üçün ətrafda olan insanlardan, havadan , sudan, tozdan, mikropdan tezliklə başqa viruslara yoluxa bilərlər. Bunlardan qorunmaq üçün xəstələr qoruyucu masqalar taxırlar.
Dostları ilə paylaş: |