Müalicə metodları
Leykoz xəstəliyinin müalicəsindəki əsas prinsip blast adlı bədxassəli hüceyrələrin çoxalmasının qarşısını almaq, məhv etmək və normal qan hüceyrələrinin yaranmasını təmin etməkdir. Bədxassəli blast hüceyrələr çox sürətlə çoxalırlar. Bunlar yetkinlik və çoxalma zamanlarına görə müxtəlif mərhələlərə bölünürlər:
1. Mitoz
2. G mərhələsi
3. S mərhələsi
Müalicədə məqsəd bir-birindən fərli dərmanların bir proqramda uzun müddət istifadə olunaraq bütün blast hüceyrələrin məhv edilməsidir.Təqribən 3 il davam edən müalicədə 4 mərhələ yer alır:
1. Yükləmə müalicəsi
Bir birindən fərqli 5-6 cür dərman eyni vaxtda verilir. Məqsəd bədxassəli hüceyrələrin sürətlə 2 ay içində öldürülməsidir.
2. Gücləndirmə müalicəsi
Dağılan, məhv olmağa başlayan bədxassəli hüceyrələr özlərini yenidən bərpa etməyə çalışır. Bu mərhələdə yüksək dozada dərmanlar 3-4 ay damardan verilir.
3. Qabaqlayıcı müalicə
Özünü bərpa edən blastların qarşısını almaq üçün edilir. Bəzi hallarda radioterapiyadan (işıq terapiyası) istifadə olunur.
4. Davamlılıq müalicəsi
Məqsəd tamamilə yox edilmiş blast hüceyrələrin yenidən hansısa şəkildə yaranmasının qarşısını almaq üçün, ən son blast məhv edilənə qədər müalicənin davam etdirilməsidir. 2.5 - 3 il davam edir.
Sümük iliyi nəqli
Uşaq yaşlı leykoz xəstələrində dərmanla 3-3.5 il müalicədən sonra 85% uğurlu nəticə əldə olunur. Müalicəyə cavab alına bilməyən və bəzi istisna hallarda sümük iliyi nəqlinə ehtiyac duyulur.
Sümük iliyi nəqlində əsas prinsip, qan hüceyrələrinin əmələ gəlməsinə səbəb olan ana-kök hüceyrələrin, iliyin donordan alınaraq leykoz xəstəsinə verilməsidir. Beləcə normal qan dövranı təmin olunur.
Dostları ilə paylaş: |