QARA ZİRƏ aşağıdakı xəstəliklərin müalicəsi üçün tətbiq edilir.
1. BAŞ AĞRISI: 1 xörək qaşığı üyüdülmüş qara zirə, 1 xörək qaşığı üyüdülmüş cirə (anise seed) və 1 xörək qaşığı üyüdülmüş mixək qarışdırılaraq, yeməkdən öncə 1 çay qaşığı qəbul edilir. Əvvəlcə ağızda o qədər saxlanılır ki, yumşalsın və udulmaq üçün rahat olsun və bundan sonra udulur. Qarışığı qəbul edərkən qətiyyən üstündən su içilməməlidir. Çay qaşığının yarısı qədər qara zirə yağını gündə iki-üç dəfə qəbul etmək.
2. REVMATİZM:Az miqdarda qara zirəni zeytun yağı ilə qarışdıraraq bir qədər qızdırmaq və tez-tez ağrıyan yerə çəkmək (sürtmək). Həmçinin yatmazdan qabaq qaynadılmış qara zirənin balla qarışdırılmış suyunu için.