Qara zirə və onun yağı ilə müalicə üzrə tövsiyyələr



Yüklə 346,5 Kb.
səhifə81/81
tarix02.01.2022
ölçüsü346,5 Kb.
#1697
1   ...   73   74   75   76   77   78   79   80   81
89. Yüksək hərarət Rp.: 7 damcı qara zirə yağını 1 stəkan nanə cövhərinə əlavə edib gündə 3 dəfə yeməkdən sonra 1 həftə ərzində içmək lazımdır. Həmçinin, yatmazdan əvvəl bədəni qara zirə yağı ilə ovuşdurmaq lazımdır.
Göz Xəstəlikləri

90. Göz ağrısı Rp.: 7 damcı qara zirəni yerkökü şirəsi ilə içmək, eyni zamanda başın gicgah hissəsini zirə yağı ilə massaj etmək və göz ətrafı dəriyə çəkmək də olar.
Hərəkət-Dayaq Sisteminin Xəstəlikləri

Revmatizm, artritlər, oynaqlarda, sümüklərdə ağrılar, miozit, əzələ ağrıları



91. Əzələ ağrıları və revmatizm Rp.: Zeytun yağı ilə qarışdırlımış qara zirə yağını ağrıyan yerə çəkmək lazımdır.

92. Artrıtlər (oynaqların iltihabı), revmatoid poliartrıtlər (bir neçə oynağın iltihabı) Rp.: Ağrıyan oynaqları qızışdırana qədər ovuşdurub sonra qara zirə yağını ağrıyan yerə çəkmək lazımdır. Daha sonra yenə də oynaqları massaj etmək gərəkir.

93. Ayaqda ağrılar Rp.: Ağrıyan sahələri qızışdırana qədər ovuşdurub sonra qara zirə yağını ağrıyan yerə çəkmək lazımdır. Müalicə kursu 8-14 prosedurdan ibarətdir..

94. Oynaq ağrıları Rp.: Zirəni əzib alma sirkəsi qarışdırandan sonra oynağın üzərinə çəkib tənziflə (cunayla) sarımaq lazımdır. Hər səhər acqarına 1 çay qaşığı qara zirə yağı qəbul etmək lazımdır. 95. Bel ağrıları Rp.: 500 qr zirəni əzib 150 qr balla qarışdırandan sonra bu qarışıqdan hər gün səhər və axşam yeməkdən 40-50 dəqiqə sonra 1 çay qaşığı qəbul etmək lazımıdır. Sonra isə 10 gün ərzində isti qara zirə yağı ilə beli massja etmək lazımdır.

96. Sümük ağrıları, əzilmiş zədələnmələr Rp.: Qaynadılmış soğanı qara zirə yağı ilə qarışdırıb gündə 2 dəfə yemək lazımdır. Eyni vaxtda 1:1 nisbətində qarışdırılmış qara zirə və nanə yağı ilə ağrıyan yerləri ovuşdurmaq lazımdır.

97. Radikulit (onurğa beyinindən ayrılan sinir kötücüklərinin iltihabı) Rp.: Kəskin ağrılar olan kimi qaynadılmış qara zirə yağı və balın 1:1 nisbətində qarışığını oma nahiyəsinə çəkib kətan parça ilə 4-5 qat bağlamaq lazımdır. Parçanın yuxarısı qabırğalara, aşağı hissəsi isə çanaq sümüyünə çatmalıdır. Sonra arxa üstə uzanmaq lazımdır, sarığın altına isə elektik isidici qoymaq şərti ilə. 2-3 saat ərzində ağrı keçir.

98. Əzələ spazmaları (ağrıları) Rp.: Gündə 3 dəfə 1-2 həftə ərzində 1 çay qaşığı bal və 1/2 çay qaşığı qara zirə yağı qarışığı qəbul olunmalıdır.
Endokrinoloji Xəstəliklər

99. Şəkərli diabet Rp.: 1 stəkan qara zirəni, 1 stəkan vəzəri (həbbur-rəşada), 1/2 stəkan qoreçavka (mürrətun), 1/2 stəkan nar qabığını üyüdüb qarışdırmaq. Hər səhər 1 ay ərzində acqarına yeməkdən 15-30 dəqiqə əvvəl 1 çay qaşığı qarışıqdan və 1 çay qaşığı qara zirə yağından qəbul etmək. Qarışığı soyuducuda saxlamaq lazımdır. 1 aydan sonra analiz verib şəkəri yoxlamaq lazımdır. Əgər şəkər normadadırsa müalicəni dayandırmaq, yox hələ də yüksəkdirsə terapiyanı davam etmək lazımdır.
Onkoloji Xəstəliklər

100. Xərcəng a) Rp.: Qara zirə ilə sarımsaq istifadə etmək məsləhət görülür. b) Rp.: 1 çay qaşığı qara zirə yağını və 1 çay qaşığı balı qarışdırıb gündə 3 dəfə qəbul etmək məsləhət görülür.




Yüklə 346,5 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin