14
Qlobal
baxış
Qlobal baxış lokal və regional baxışdan dəfələrlə
dərindir və bütün bəşəriyyətə aid olur.
İmam Xamenei 04/06/04 tarixində buyururdu: "İmam
siyasi
ideya
və müraciətlərini bütün bəşəriyyətə
ünvanlayırdı, yalnız İran xalqına yox... İmamın siyasi
məktəbi bu xeyri, müstəqilliyi, qüdrəti və imanı bütün
İslam ümmətinə və bütün bəşəriyyətə istəyir... Əlbəttə,
imamın, özünə beynəlxalq missiya tanıyan digər
şəxslərdən fərqi budur ki, siyasi məktəbi bir xalqı öz
düşüncəsinə, yoluna top-tüfənglə yönəltmək istəmir".
87
İmam Xomeyni 1988-ci ildə, 598 saylı qətnaməni qəbul
edən zaman və qanlı Məkkə qırğınının ildönümündə uzun
bir müraciətdə deyirdi: "Həcc ayinləri həyat ayinləridir.
Müsəlmanlar irqi və etnik mənsubiyyətlərindən asılı
olmayaraq, Məhəmməd (s) ümmətinə qovuşub birləşmək,
əlbir olmaq üçün ibrahimçi olmalıdırlar. Həcc tövhid
həyatını tənzimləyir, formalaşdırır".
Bu tövhid həyatı dünya istismarçılarının planlarını
pozur və ilahi sistem formalaşdırır. Necə ki, Böyük İmam
həmin müraciətində yazırdı: "Biz xarici siyasətimiz olaraq,
dəfələrlə elan etmişik ki, dünyada İslamın nüfuzunu
gücləndirmək və müstəmləkəçilərin istismarını azaltmaq
istəyirik... Biz sionizmin, kapitalizmin və kommunizmin
dünyadakı çürük köklərini qurutmaq istəyirik. Biz qərara
gəlmişik ki, Böyük Allahın köməyi ilə bu üç təməl
üzərindəki quruluşları məhv edək, imperialist dünyada
Allah rəsulunun gətirdiyi İslam quruluşunu yayaq.
Zəncirlənmiş xalqlar gec və ya tez buna şahid olacaqlar".
İmam Xomeyni davamında yazırdı: "Bu gün dünya əsl
Məhəmməd İslamı mədəniyyətinə təşnədir. Müsəlmanlar
böyük İslam təşkilatında ağ və qırmızı sarayların
dəbdəbəsinə son qoyacaqlar".
Həmçinin yazırdı: "Biz düşüncə müharibəmiz üçün
dünyada
İslam əsgərlərinin böyük səfərbərliyinə
başlamalıyıq".
Bu məsələ Süleymani məktəbində də özünü göstərir. O
əziz komandir qlobal baxışla dünyada İslam əsgərlərinin
böyük səfərbərliyini təşkil etdi.
88
İmam Xamenei 2017-ci ildə Süleymaninin İŞİD
hakimiyyətinə son qoyulması barədə məktubuna
cavabında yazırdı: "Böyük Allaha bütün vücudumla şükür
edirəm ki, sizin və müxtəlif səviyyələrdəki saysız-hesabsız
yoldaşlarınızın fədakar mübarizəsinə bərəkət verdi, dünya
tağutları tərəfindən Suriya və İraqda əkilmiş məşum ağacı
siz saleh bəndələrin əli ilə kökündən qopardı. Bu, yalnız
zülmkar və üzüqara İŞİD qruplaşmasına yox, həm də
bölgədə vətəndaş müharibəsi yaratmağı, anti-sionist
müqaviməti məhv etməyi və müstəqil dövlətləri
zəiflətməyi məqsəd seçmiş xəbis siyasətə ağır zərbə
vurdu; indiki və öncəki ABŞ hökumətlərinə və onlara
bağlı region rejimlərinə zərbə vurdu. Onlar bu
qruplaşmanı yaradıb hər bir imkanla təmin etdilər ki,
Qərbi Asiya bölgəsində mənfur istismarlarını davam
etdirsinlər, işğalçı sionist rejimini oraya hakim etsinlər.
Siz bu xərçəng vəzisini kəsməklə yalnız region ölkələrinə
və İslam dünyasına deyil, bütün xalqlara, bütün
bəşəriyyətə böyük xidmət göstərmiş oldunuz".
Bu böyük qələbə Şəhid Süleymaninin düşüncəsinə
borclu idi. Bu düşüncə Hizbullahı gücləndirdi, Həşd-şəbini
yaratdı, Fatimiyyun, Zeynəbiyyun, Heydəriyyun və İmam
Hüseyn (ə) ordusu qurdu, Suriyanın vətən müdafiəsini
rövnəqləndirdi
və
onların
daxilindən
böyük
qəhrəmanlıqlar yarandı.
İran Xarici İşlər Nazirinin keçmiş müşaviri Hüseyn
Şeyxül-İslam deyir: "Hacı Qasimin önəmli işi bir ümum-
İslam ordusu ilə İŞİD-i məhv etməsidir. O, İŞİD-i livanlı,
89
fələstinli, iraqlı, əfqanstanlı və digər müsəlmanların
köməyi ilə sıradan çıxardı. Bu, Qasim Süleymaninin ən
böyük işi sayılır".
1
İranın keçmiş Xarici İşlər Naziri Müttəki deyir: "Hacı
Qasim İslam tarixində ilk dəfə hərəm müdafiəsini
beynəlmiləl etdi. Biz bir də gördük ki, müxtəlif ölkələrdən
Fatimiyyun,
Zeynəbiyyun,
Ələviyyun
birləşmələri
yaranıb, hərəsi bir Əhli-beyt bayrağını götürüb müqəddəs
məkanları müdafiə edir, İraq cəbhəsində vuruşur".
2
Seyid Həsən Nəsrullah deyir: "(İŞİD İraqda olanda)
gecə saat 12-də mənim yanıma çatdı. Yadımdadır, dedi ki,
günəş çıxana qədər sizdən 120 əməliyyat komandiri
istəyirəm. Dedim ki, hacı, indi gecə saat 12-dir, mən 120
əməliyyat komandirini haradan gətirim? Dedi ki, başqa
yolumuz yoxdur. Bizdən istədiyi yeganə iş bu idi, bunu da
İraq üçün istəyirdi. Bir-bir qardaşlara zəng vurmağa
başladıq və təxminən 60 döyüş komandiri təmin edə
bildik. Bəziləri Suriya cəbhələrində idilər. Onlara dedik ki,
gedin Dəməşq hava limanına. Bəzi qardaşlar da
Livandaydılar, onları yuxudan oyadıb gətirdik. Hacı
demişdi ki, onları özüm gəldiyim təyyarə ilə aparacam.
Hacı Qasimin təyyarəsi sübh namazından sonra
Hizbullahın təxminən 60 komandiri ilə birgə Dəməşqə
uçdu".
3
1
“Süleymani məktəbi” xüsusi buraxılışı, səh. 117.
2
Yenə orada, səh. 161.
3
“Hacı Qasim məktəbi” xüsusi buraxılışı, səh. 154.
90
Livan, Suriya, İraq, Əfqanıstan, Yəmən və Fələstinin
bütün
böyük
qəhrəmanlıqları
İslam
dünyasının
səfərbərliyinin nəticəsi idi. Hərəm müdafiəsi hərəkatı
İslam əsgərlərinin bu böyük səfərbərliyinin bir qoludur.
Şəhid Süleymani məktəbi bütün bu həqiqətlərin
tərənnümüdür.
O dəyərli komandir 2018-ci ildə hərəm şəhidləri
ailələrinin toplantısında deyirdi: "Hamınızda bir
xüsusiyyət var. Bu xüsusiyyət inqilabın ruhunda,
damarlarında yeni bir hərəkət yaratdı və hərəm müdafiəsi
adlı bir mədəniyyətin təməlini qoydu. Mən Suriya
böhranının əvvəllərində çox fikirləşdim ki, İslam
dünyasından hərəmi müdafiə etməyə adam toplamaq üçün
hansı adı seçməliyik... Gördüm ki, bu yeni cihada uyğun
gələn ən gözəl ad "Hərəm müdafiəsi" adıdır".
Əziz Süleymani dövrün fəqih rəhbəri İmam
Xameneinin başçılığı altında elə proqram hazırladı ki,
Amerikanı və işğalçı sionist rejimini məğlub etdi, İslam
dünyasının könüllü qüvvələrini düşmənin ən yaxınına
qədər apardı.
İmam Xamenei hərəm şəhidlərinin hörmətli ailələrinin
toplantısında buyururdu: "Bu gün İslam respublikası
sionist rejimin sərhədləri yaxınlığında hərbi varlığı ilə fəxr
edir; fərqi yoxdur, ya öz qüvvələrimiz, ya Hizbullah, ya
müqavimət qüvvələri, ya da ƏMƏL döyüşçüləri... Bu,
İslam və İslam respublikası üçün çox böyük uğurdur".
1
1
Hərəm müdafiəçisi, səh. 31.
91
Hərəmi və İslamı müdafiə etmək üçün müxtəlif
ölkələrdən - İrandan, İraqdan, Suriyadan, Livandan,
Əfqanıstandan, Pakistandan səfərbər olunan canlı qüvvə
İsrail sərhədinə qədər getmişdir.
İslam İnqilabının Böyük Rəhbəri hərəm şəhidləri
ailələrinin toplantısında buyururdu: "Əgər hərəm
müdafiəsi olmasaydı, bu xəbis düşmənlər Əhli-beyt
məzarlarını təhqir, gücləri çatsaydı, hətta yerlə-yeksan
edəcəkdilər. Ancaq bu gənclər qoymadılar. Bu mühüm
hadisədə bizim gənclərimizin də iştirakı onlar üçün böyük
üstünlüklərdən biridir".
1
Dahi Rəhbər həmçinin Fatimiyyun şəhidlərinin əziz
ailələri ilə görüşdə buyururdu: "Əziz əfqanstanlı ata və
analar gül kimi övladlarını Əhli-beyt hərəmlərinin
müdafiəsinə göndərdilər. Müdafiə üçün döyüşə yollanan
ilk qüvvələrdən biri Əfqanıstanın Həzarə tayfasına məxsus
qardaşlarımız idi".
2
Bütün bu döyüşçü və təşkilatlar Süleymaninin proqramı
ilə səfərbər olundu. Bu iş beynəlxalq imperializmin Qərbi
Asiya regionundakı bütün planlarını alt-üst etdi. İmam
Xamenei 8 yanvar 2020-ci ildə bu barədə buyururdu:
"Şəhid Süleymani bölgə xalqlarının köməyi ilə, yaxud
belə deyək, bölgə xalqlarına etdiyi köməklərlə Amerikanın
Qərbi Asiyadakı bütün qanunsuz planlarını zərərsizləşdirə
bildi".
1
Yenə orada, səh. 32-34.
2
Yenə orada, səh. 36-37.
92
İslam Cihadı Təşkilatının Siyasi şöbəsinin üzvü Xalid
əl-Bətş deyir: "Şəhid Hacı Qasim Süleymani Fələstin
müqavimətinə müxtəlif sahələr əlavə etdi, Allah-Taalanın
köməyi ilə Qəzzə zolağında müqaviməti genişləndirdi,
inkişaf etdirdi, siyasi, hərbi, hətta elmi sahələrdə
gücləndirməkdən ötrü onu hər bir şeylə təmin etdi. Hacı
Qasim Fələstinin müqavimət ruhu, o və dəstəyi
müqavimətin nəbzi idi. Hacı Qasim Fələstinin Səraya əl-
Qüds, Qəssam briqadaları və digər müqavimət qrupları,
hətta millətçi və qeyri-islami qruplar arasında fərq
qoymur, hamıya kömək edirdi. Çünki hamımız sionist
düşmənlə vuruşurduq. Hacı Qasim məşhur olduğu böyük
səbri və geniş baxışıyla Qəzzə müqavimətini gücləndirib
imkanlarını artıra bildi".
1
Həmas təşkilatının Tehran nümayəndəliyinin rəhbəri
Xalid
Qədumi deyir: "Hacı Qasim 2008-ci il
müharibəsində cihad çağırışına ləbbeyk deyib Dəməşqə
gəldi, Qəssam briqadası ilə Həmasın müştərək əməliyyat
otağında Fələstin mücahidlərinin strategiyası ilə yaxından
tanış oldu və israillilərin “Tökmə qurğuşun əməliyyatı”
adlandırdıqları Furqan müharibəsində inkarolunmaz
müsbət təsirləri oldu".
Süleymaninin bütün fikri-zikri İmam Xomeyninin və
onun canişininin əmrlərini icra etmək, dünya məzlumlarını
qorumaq, müqavimət cəbhəsini formalaşdırmaq, dünyada
İslam əsgərlərinin böyük səfərbərliyinə nail olmaq və
fələstinlilərə yardım etmək idi.
1
“Süleymani məktəbi” xüsusi buraxılışı, səh. 165.
93
İmam Xamenei 8 yanvar 2020-ci ildə buyururdu:
"Amerikalıların planı bu idi ki, Fələstin məsələsini
unutdursunlar; fələstinliləri o qədər zəiflətsinlər ki,
mübarizədən danışmağa belə cürət etməsinlər. Ancaq bu
kişi (Şəhid Süleymani) fələstinlilərin əlini doldurdu. İndi
Qəzzə zolağı kimi bir qarış yerdə sionizm rejimi
qarşısında iddialı duruş gətirirlər, başlarına elə oyun
açırlar ki, 48 saat ərzində atəşkəs təklif edirlər. Bunları
Hacı Qasim Süleymani etdi... Amerikanın İraq, Suriya və
Livandakı planları bu əziz şəhidin köməyi ilə
zərərsizləşdirildi... İraqın müctəhidləri, mömin və cəsur
gəncləri fitnələrə qarşı müqavimət göstərdilər, Hacı Qasim
də fəal bir məsləhətçi kimi bu könüllü cəbhəyə yardım
etdi, böyük bir dayaq kimi orada fəaliyyət göstərdi.
Suriyada da belə oldu, Livanda da... Allahın köməyi ilə
Hizbullah günbəgün gücləndi. Bu gün Livanın həm qolu,
həm gözü Hizbullahdır. Bütün bunlarda əziz şəhidimizin
böyük rolu olub".
İmam Xamenei 2020-ci ilin fevralında xalqın müxtəlif
təbəqələri ilə görüşündə buyururdu: "Keçən il yazda
Amerikanın düşüncə mərkəzlərində oturub sizin Hacı
Qasim Süleymaniniz barədə geniş müzakirə apardılar. Bu
barədə bir müddətdən sonra üstüörtülü bir məruzə
yaydılar, biz də xəbərdar olduq. Onlar deyirdilər ki, Hacı
Qasim Amerikanın maraqları qarşısında böyük maneədir".
Amerikalılar məhz buna görə 2020-ci ilin 3 yanvarında
prezident Trampın birbaş əmri ilə onu Bağdad hava
limanında raketlə şəhid etdilər. Zəif və xar insanlar güclü
94
insanları raketlə vururlar. İmam Xamenei 17 yanvar 2020-
ci ildə Tehranın cümə namazında buyururdu: "Bunlar
terrorizmə qarşı ən tanınmış və ən güclü komandir olan
Şəhid Süleymanini terrora məruz qoydular. O, regionda
terrorizmə qarşı sözün əsl mənasında ən güclü komandir
idi, belə də tanınırdı. Onun gördüyü işləri hansı başqa
komandir görə bilərdi?! Amerika dövləti onu gizlicə,
namərdcə terror etdi. Özləri də etiraf edirlər. Bu cinayət
Amerikanın rüsvayçılığına səbəb oldu".
O, şəhadət aşiqi idi, arzusuna çatdı, ancaq qanı
Süleymani
məktəbini rövnəqləndirdi və şübhəsiz,
imperializmin çöküşünə zəmin yaradacaq. Süleymani
məktəbinin ardıcılları Hacı Qasim Süleymaninin
baxışından irəli gələn beynəlxalq baxışla qlobal İslam
səfərbərliyini
rövnəqləndirəcəklər,
dünya
İmam
Xomeyninin kreativliyini, Xomeyni və Süleymani
məktəblərinin əzəmətini bir daha görəcək.
Mürşid yeni bir məktəb yaratdı. Onun müridi və şagirdi
də həmin məktəbin davamı olaraq, əbədi bir məktəbin
əsasını qoydu, bütün dünyaya göstərdi ki, İmam
Xomeyninin yolu, düşüncəsi və xətti heç zaman
zəifləməyəcək.
|