partlatmışdı.
Onun
yaxınlığına raket də düşmüşdü. Hələb mühasirədə olanda
düşmən zenitlərinin atəşi altında helikopterlə oraya girən
ilk adam o idi. Təyyarə ilə gecə vaxtı Hələb hava limanına
enən ilk şəxs idi, halbuki əl-Nüsrə terrorçularının topları
oranı atəşə tuturdu. Ondan sonra digər qüvvələri gətirdilər.
Həm də ilk adam idi ki, gündüz çağı təyyarə ilə Hələb
hava limanına endi, halbuki təyyarə düşmən zenitlərinin
hədəfində, hava limanının yeri də terrorçuların katyuşa və
top atəşləri altındaydı. İlk adam idi ki, öz enişi ilə Tədmur
hava limanını açdı. İlk adam idi ki, sağ cinahda
114
amerikalıların, sol cinahda İŞİD-in yerləşdiyi bir şəraitdə
helikopterlə Cəbəl əl-Quraba, Səncəriyə və Bir-
Təyyariyyəyə gedib oradakı döyüşçüləri ruhlandırdı,
cəbhəni araşdırıb əməliyyatın davamı üçün plan hazırladı.
İlk adam idi ki, helikopterlə İŞİD-in başı üstündən Sədd
əl-Vərə gedib Suriyanın sünni və şiələrdən ibarət xalq
könüllülərinə və Fatimiyyun qüvvələrinə baş çəkdi. O,
Əbu Kamalda da İŞİD-in snayper hücumuna məruz qaldı,
ancaq güllə yan keçib divara dəydi, uçmuş daş və sement
parçaları üz-başına töküldü".
1
Korpusun Artilleriya komandirlərindən olan Mahmud
Çaharbaği deyir: "Sübh azanı verildi. Namazı qıldıq. Dedi
ki, Hacı Mahmud, gedək. Dedim ki, hara? Dedi ki,
Xənasirə. Dedim: "Xənasirə?! Düşmən hələ oradadır.
Yarısı bizdədir, yarısı düşməndə”. Dedi: "Gəl, gedək.
Yoxsa qorxursan?" Dedim: "Yox, nə qorxması?! Gedək".
İkimiz maşına minib yola düşdük. Həşd-şəbi qüvvələri
oranı almışdılar, ancaq ordan-burdan atəş açılırdı. Hacı
Qasim atəşə fikir vermədən uşaqların yanına getdi. Onlar
hacını görüb ruhlanır, ucadan bir-birinə deyirdilər:
"Uşaqlar, Hacı Qasim gəlib!" Hacı Qasim onlara baş çəkir,
"Allah qüvvət versin!" deyirdi. Onlar Hacı Qasimi görüb
çox ruhlanırdılar".
2
Kirman korpusunun Kəşfiyyat üzrə keçmiş komandir
müavini Məcid Antiki deyir: "Hacı Qasim Vəlfəcr-8
əməliyyatından sonra mənə dedi ki, gedək döyüş yerinə.
1
“Hacı Qasim məktəbi” xüsusi buraxılışı, səh. 179.
2
Yenə orada, səh. 187.
115
Göydən buz yağışı kimi güllə tökülürdü... O isə elə
soyuqqanlı idi ki, ölümdən zərrə qədər qorxmurdu. Buna
görə böyük fədakarlıqlar edə bilirdi".
1
Rəhbəri İmam Xamenei 3 yanvar 2020-ci ildə onun
barəsində buyurmuşdu: "Hacı Qasim bəlkə yüz dəfə
şəhadətdən dönmüşdü... O, Allah yolunda, vəzifəsini
yerinə yetirmək üçün heç nədən qorxmurdu; nə
düşməndən qorxurdu, nə onun-bunun sözündən, nə də
çətinlikdən... Bizim şəhidimiz çoxdur. Böyük komandirlər
arasında da şəhidlərimiz var, sıravi əsgərlərdən də. Ancaq
mən Hacı Qasimdən başqa bir şəhid tanımıram ki,
dünyanın ən çirkin insanları olan amerikalıların əli ilə
şəhadətə qovuşsun və onlar bunu bacardıqları üçün fəxr
etsinlər. Onun cihadı böyük cihad idi. Allah-Taala
şəhadətini də böyük şəhadət etdi... Hacı Qasim belə şəhid
olmalıydı... Onun arzusu vardı. O, şəhid olmaq üçün
ağlayırdı... Şəhadət sevgisi onun gözlərini yaşadırdı. O, öz
arzusuna çatdı".
Livan Hizbullahının Baş katibi Seyid Həsən Nəsrullah
deyir: "Hacı Qasim cavanlıqdan şəhadət arzusundaydı.
Çox vaxt şəhidləri xatırlayanda gözləri dolurdu. Deyirdi
ki, Allahla və şəhidlərlə görüş şövqündən ürəyi bərk
döyünür. Şəhidlər karvanına qoşulmağı çox istəyirdi".
2
Süleymani “Ay batanda” kitabının müəllifi Əli
Xoşləfzə yazırdı: "Əziz Qardaşım Əli! Bütün şəhidləri və
o dövrün həqiqətlərini sənin üzündə gördüm. Bütün
1
Ettelaat qəzetinin xüsusi buraxılışı, 13 fevral 2020, səh. 52.
2
Düşüncə jurnalı, say: 202, səh. 20.
116
xatirələrimi bir də yadıma saldın. Elə adamlardan söz
açdın ki, onların yüzlərlə nümunəsini itirmişəm, hələ də
ayda birini dəfn edirəm və artıq dəfnlərində iştirak etməyə
üzüm gəlmir. On gün qabaq onların ən yaxşılarından olan
Muradla Heydəri əldən verdim. Ancaq özüm getmirəm,
ölmürəm. Halbuki dünənin aslanı olan həmin yüzlərə
qovuşmaq arzusu ilə səbirsizlənirəm, nə edəcəyimi
bilmirəm. Bu gün bu dərd bütün vücudumu sarıb və sən
yaralarıma bir qab duz tökdün".
Bu xüsusiyyət Şəhid Süleymani məktəbinin bariz
xüsusiyyətidir. O, şəhadət aşiqi idi, Süleymani məktəbinin
ardıcılları da şəhadətsevərlik xüsusiyyəti ilə onun yolunu
davam etdirirlər.
Süleymani vəsiyyətnaməsində yazmışdır: "İlahi! Ey
Əziz! Mən illərdir bir karvandan geri qalmışam. Həmişə
bəzi şəxsləri göndərmişəm, amma özüm qalmışam. Lakin
bilirsən ki, onları heç vaxt unutmamışam, həmişə yada
salmışam, hətta qəlbimlə, göz yaşlarımla, sızıltılarımla yad
etmişəm.
Mənim əzizim! Cismim əlil olmaq üzrədir. Necə ola
bilər ki, 40 il qapında dayanmış birini qəbul etməyəsən?!
Mənim yaradanım! Mənim sevimlim! Mənim eşqim!
Həmişə istəmişəm ki, bütün vücudumu Özünə eşqlə
doldurasan. Məni öz firaqınla yandır və öldür!".
Həyatının son anında da dedi: "İlahi! Musanın səbrini
tükədən görüşünə aşiqəm. İlahi! Məni pak qəbul elə!"
Qardaşı Söhrab Süleymani Hacı Qasimin şəhadət eşqi
barədə deyir: "O, şəhadətini gözləyirdi, şəhid olmaqdan
ötrü çox səbirsizlənirdi".
117
Böyük oğlu Hüseyn deyir: "Atam illərdir gözlədiyi
arzusuna çatdı. Çox vaxt evdə onunla danışanda deyirdi ki,
mən şəhid olmaq istəyirəm".
1
Süleymani
şəhadət aşiqi idi, özünü şəhadətə
hazırlayırdı. O, şəhidliyi böyük səadət bilirdi və
düşünürdü ki, şəhadət üçün şəhid olmaq lazımdır.
Bu əziz şəhid 2016-cı ilin mayında Gilan vilayətinin
şəhidlərinin anım tədbirində deyirdi: "İnsan şəhid olmasa,
şəhid ola bilməz. Şəhid olmağın şərti şəhid yaşamaqdır.
Bu gün kiminsə sözündən, rəftarından, əxlaqından şəhadət
ətri duyursunuzsa, bilin ki, şəhid olacaq. Bizim bütün
şəhidlərimiz belə olmuşlar, şəhadətə qovuşmazdan qabaq
şəhid olmuşlar".
Bu məsələni İmam Xameneinin 2005-ci ildə Kirmanda
Şəhid Əzimpurun ailəsi ilə görüşündə də görürük. Ailənin
kürəkəni Cavad Ruhullahi İslam İnqilabının Böyük
Rəhbərindən şəfaət sözü verməsini istəyəndə buyurmuşdu:
"Aramızda şəfaət haqqı olan adamlar birinci növbədə bu
şəhidlərdir, ikinci növbədə onların ata-anaları".
Sonra
məclisdə oturmuş Hacı Qasimə baxıb
buyurmuşdu: "Bu Hacı Qasim də şəfaət verəcək
adamlardandır... Ona deyin, söz versin, ancaq sonra
sözündən qaçmasın!"
2
Mövlamız 14 iyul 2010-cu ildə İslam İnqilabının
Keşikçiləri Korpusunun komandirləri ilə görüşdə
buyururdu: "Korpusu eşq və mərifət yaratdı, hərəkətə
1
Dostlar jurnalı, say: 171, səh. 19.
2
Kərimanə, səh. 120.
118
gətirdi, idarə etdi, kadrlar yetişdirdi. Hansı rütbədə olsalar,
onların hər birinin həyatı bizim kimi məhrum adamlar
üçün yol işığıdır, örnəkdir. Bu əzizlərin hər birinin
həyatını oxuyanda insanın qarşısında bir dünya eşq
canlanır, insanı hidayət edir. Korpus belədir. Bu gün də
korpusun böyük və təcrübəli komandirləri olan siz əziz
qardaşlara baxanda üzünüzdə əziz şəhidləri görürəm:
Şəhid Bakirini, Şəhid Himməti, Şəhid Bürucerdini. Siz
həmin adamlarsız, zaman keçdiyinə görə bir qədər
saqqalınız ağarıb".
Həmin gün Süleymani canlı şəhid idi, bu gün isə parça-
parça olmuş bədənlə şəhidlər karvanına qoşulub, çoxdankı
arzusuna çatıb. O, şəhadətə qovuşmuş bir şəhiddir. O,
həyatda da şəhid olub həmişə qələbələrə yol açırdı.
O, 2010-cu ilin Müqəddəs müdafiə həftəsində deyirdi:
"Əgər
müharibə
komandirlərində
şəhadətsevərlik
xüsusiyyəti olmasaydı, bu qeyri-bərabər döyüşdə heç vaxt
qələbə çala bilməzdik".
İmam Xomeyni 1979-cu ildə buyurmuşdu: "Allah istədi
ki, bu xalq sözdən əmələ keçsin, onda erkən İslam çağının
müsəlman ruhiyyəsi yaransın... Gəncliyin əvvəlini yaşayan
uşaqlar şəhid olmaları üçün dua etməmi istəyirlər. Bunu
ürəkdən istəyirlər, bəziləri şəhid olmadıqlarına görə
heyfsilənirlər... Müsəlmanlar bu dəyişikliyin yaranması
üçün bir şey fikirləşsinlər. Bu, qorxudan cəsarətə, dünyaya
diqqətdən Allaha imana doğru dəyişiklikdir. Bütün
qələbələrin səbəbi bu bir sözdədir".
119
Süleymani özündə bu dəyişikliyi yaratmışdı. Buna görə
də nə qorxurdu, nə dünya ləzzətləri onu şəhadətdən
saxlaya bilirdi. O, şəhadətsevərlik ruhiyyəsi ilə qələbə
ardınca qələbə gətirir, döyüş meydanlarında şəhadət
axtarırdı.
Əziz Hacı Qasim Süleymani şəhadət dərsini, necə şəhid
olmaq dərsini həzrət İmam Xomeyni məktəbindən
öyrənmişdi. O, dərsinə çox gözəl əməl etdi və eşq yoluna
qədəm qoyub şəhadəti aşiqcəsinə qucaqladı.
Sən Həbib, Müslim, Əbuzər, Büreyr, Hənzələ,
Salmansan!
Sən Qasimin susuzluğunun və Süleymanın əzəmətinin
varisisən!
Nə fateh, nə general-polkovnik, nə Zülfüqar, nə
sərdar!
Sənə yalnız Şəhid adı yaraşar!
Dostları ilə paylaş: |