F.YEKUN MÜDDƏALAR
20.
SIĞORTA MÜQAVĠLƏSĠNƏ QƏBUL EDĠLMĠġ ƏLAVƏLƏR
20.1
Bu Qaydalar əsasında bağlanılmış sığorta müqaviləsinə Əlavələr tərəflərin razılığı ilə yazılı şəkildə qəbul
edilir, müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir və bu Qaydalarda mövcud olan şərtləri dəyişdirə
TS-Q-06-10a
- 12 -
və ya müəyyənləşdirilməyən şərtləri qəbul edə bilər.
21.
MÜBAHĠSƏLƏRƏ BAXILMA QAYDASI
21.1
Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və
mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə,
mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən
məhkəmə qaydasında həll olunmalıdır.