5.3. Manometrlər
5.3.1. Hər bir tutum və müxtəlif təzyiqləri olan müstəqil boşluqlar birbaşa ölçən manometrlərlə təchiz olunmalıdırlar. Manometrlər tutumun ştuseri və ya tutumla bağlayıcı armatur arasında olan boru kəməri üzərində quraşdırılır.
5.3.2. Manometrlər - - tutumun işçi təzyiqi 2,5 MPa (25 kqq/sm2) –a qədər olduqda - 2,5-dən; tutumun işçi təzyiqi 2,5 MPa (25 kqq/sm2) –dan yuxarı olduqda - 1,5-dən az olmayan
dəqiqlik sinfinə malik olmalıdırlar.
5.3.3. Elə şkalası olan manometr seçilməlidir ki, işçi təzyiqin ölçmə həddi şkalanın üçdə
ikisində olsun.
5.3.4. Tutumun istismarçısı tərəfindən manometrin şkalasında tutumun işçi təzyiqini göstərən qırmızı cizgi çəkilməlidir. Qırmızı cizgi yerinə manometrin gövdəsinə qırmızı rəngə boyanmış və manometrin şüşəsinə möhkəm yapışan metal lövhəcik bərkitməyə icazə verilir.
5.3.5. Manometr elə quraşdırılmalıdır ki, onun göstəriciləri xidməti personala aydın görünsün.
5.3.6. Nəzarət meydançasından 2 m-ə qədər hündürlükdə quraşdırılan manometrlərin gövdələrinin nominal diametri 100 mm-dən, 2 m-dən 3 m-ə qədər hündürlükdə quraşdırılan manometrlərin gövdəsinin nominal diametri isə 160mm-dən az olmamalıdır.
Manometrlərin meydançanın səviyyəsindən 3 m-dən artıq hündürlükdə quraşdırılmasına icazə verilmir.
5.3.7. Manometrlə tutum arasında yoxlayıcı (kontrol) manometr vasitəsilə dövri olaraq manometrin yoxlanmasına imkan verən üçgedişli kran və ya onu əvəz edən qurğu quraşdırılmalıdır.
Zəruri hallarda iş şəraitindən və tutumun olduğu mühitin xassələrindən asılı olaraq manometr onu mühitin və temperaturun birbaşa təsirindən qoruyan, etibarlı işini təmin edən ya sifon borucuq, ya yağ buferi və ya başqa qurğularla təchiz olunmalıdır.
5.3.8. 2,5 MPa (25 kqq/sm2)-dan yuxarı təzyiqdə və ya 250oC-dən yuxarı temperaturda, eləcə də partlayış təhlükəli mühitlə və ya ГОСТ 12.1.007-76 üzrə 1-ci və ya 2-ci sinif təhlükəli maddələrlə işləyən tutumlarda üçgedişli kran yerinə ikinci manometrin birləşdirməsi üçün üzərində bağlayıcı orqanı olan ayrıca ştuserin quraşdırılmasına icazə verilir.
Stasionar tutumlarda manometrlərin Qaydalarda müəyyən olunmuş müddətlərdə onların tutumdan çıxarılaraq yoxlanması mümkün olduqda, üçgedişli kranın və ya onu əvəz edən qurğunun quraşdırılması vacib deyil.
Səyyar tutumlarda üçgedişli kranın quraşdırılmasının zəruriliyi tutumun layihələndiricisi tərəfindən müəyyən olunur.
Dostları ilə paylaş: |