Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi sənayedə İŞLƏrin təHLÜKƏsiz göRÜLMƏsi və


Tutumlar su ilə doldurulub boşaldılma, eləcə də hidravlik sınaq zamanı havanın çıxarılması üçün ştuserlərlə təchiz olmalıdır. 2.1.7



Yüklə 431,55 Kb.
səhifə5/92
tarix17.05.2022
ölçüsü431,55 Kb.
#58244
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   92
məlumat kitabçası

2.1.6. Tutumlar su ilə doldurulub boşaldılma, eləcə də hidravlik sınaq zamanı havanın çıxarılması üçün ştuserlərlə təchiz olmalıdır.

2.1.7. Hər tutumda onu açmazdan əvvəl təzyiqin olub olmamasına nəzarətə imkan verən siyirtmə, kran və ya başqa qurğu olmalıdır. Bu halda məhsulun boşaldılması təhlükəsiz yerə yönəldilməlidir.

2.1.8. Tutumların və onun elementlərinin möhkəmliyə hesablanması SİTGDMND Agentliyi ilə razılaşdırılmış NS əsasında yerinə yetirilməlidir. Dövri və dəyişən yükləmə şəraitində istismar üçün təyin olunan tutumlar bu yükləmələri nəzərə alaraq möhkəmliyə hesablanmalıdır.

Normativ metodika olmadığı halda möhkəmliyə hesablama ixtissaslaşdırılmış elmi-tədqiqat müəssisəsi ilə razılaşdırılmış metodikaya əsasən yerinə yetirilməlidir.



2.1.9. İstismar prosesində fəzada vəziyyətini dəyişən tutumlar, onların öz-özünə aşmasının qarşısını alan tərtibatlarla təchiz olmalıdır.

2.1.10. İsti qazlarla qızdırılan tutumların konstruksiyası təzyiq altındakı divarlarının etibarlı soyudulmasını hesablama temperaturuna qədər təmin etməlidir.

2.1.11. Əgər halqalar xaricdən və ya divarda qaynaq edilmişdirsə, əgər halqa tutumun daxili tərəfindən qaynaq edilmişdirsə, lyuklar, lazlar (bacalar) və ştuserlər üçün bərkidici deşiklərin qaynaq olunmuş halqalarının keyfiyyətini yoxlamaq üçün halqada yivli yoxlama deşiyi olmalıdır.

Bu tələblər gövdənin xaricinə qaynaq edilən halqaya (taxmalara) və ya başqa bərkidici elementlərə də aiddir.

Təzyiq altında işləməyən bütöv elementlərin (məsələn taxmaların (nakladka)) ən aşağı hissələrində drenaj deşikləri olmalıdır.

2.1.12. İstehlakçıların elektrik qurğuları müəyyən olunmuş qaydada istismar olunarkən tutumların (ПТБ və ПТЭ) qaydalarına uyğun olmalıdır.


Yüklə 431,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin