2.2.2. Daxili diametri 800 mm-dən çox olan tutumların lyukları, daxili diametri 800 mm-dən az olan tutumların isə kiçik baxış lyukları olmalıdır.
2.2.3. Dairəvi lyukların daxili diametri 400 mm-dən az olmamalıdır. Oval lyukların ən kiçik və ən böyük oxları üzrə ölçüləri işıqda 325x400 mm-dən az olmamalıdır.
Dairəvi və ya oval baxış lyuklarının diametri və ya ən kiçik oxu üzrə ölçüsü 80 mm-dən az olmamalıdır.
2.2.4. Lyuklar, baxış pəncərələri xidmət etmək üçün əlverişli yerdə yerləşdirilməlidir. Barokameralarda baxış pəncərələrinin quraşdırılmasına, yerləşdirilməsinə və xidmət göstərilməsinə olan tələblər layihəçi təşkilat tərəfindən müəyyən edilir və istehsalçı-zavodun quraşdırma və istismar üzrə təlimatında göstərilir.
2.2.5. Lyukların qapaqları cıxarılıb-taxıla bilən olmalıdır. Vakuum əsasında izolyasiya edilən tutumlarda qaynaq edilmiş lyukların quraşdırılmasına yol verilir.
2.2.6. Lyukların qapaqlarının kütləsi 20 kq-dan ağır olduqda qapaqları rahat açıb-bağlamaq üçün onlar qaldırıcı-çevirici və digər tərtibatla təchiz olunmalıdır.
2.2.7. Şarnirli-qatlanan və ya taxta boltların, xomutların, eləcə də lyukların, qapaqların və onların flanslarının sıxac mexanizmlərinin konstruksiyası onların öz-özünə yerdəyişməsinin qarşısını almalıdır.
2.2.8. Daxili baxış keçirməyə imkan verən, daxili diametri Qaydaların 2.2.3 bəndidə lyuklar üçün göstərilən ölçülərdən az olmayan ştuserlər, flans qapaqları, sökülən dib və ya qapaq olduğu halda tutumlarda lyukların olmamasına yol (icazə) verilir.