Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi


Mayenin səviyyəsini göstərən cihazlar



Yüklə 0,57 Mb.
səhifə36/76
tarix03.06.2022
ölçüsü0,57 Mb.
#60507
növüQaydalar
1   ...   32   33   34   35   36   37   38   39   ...   76
daq-meden-

5.6. Mayenin səviyyəsini göstərən cihazlar.

5.6.1. Mühitlərin ayrılma sərhədinə malik olan tutumlarda, mayenin səviyyəsinə nəzarət etmək lazım gəldikdə, səviyyə göstəriciləri tətbiq olunmalıdır.

Səviyyə göstəricilərindən başqa tutumlarda səs, işıq və başqa siqnalizatorlar, səviyyə üzrə blokirovkalar quraşdırıla bilər.



5.6.2. Mayenin səviyyə göstəriciləri istehsalçının təlimatlarına uyğun olaraq quraşdırılır, bu halda səviyyənin yaxşı görünməsi təmin olunmalıdır.

5.6.3. Maye səviyyəsinin yolverilə bilən səviyyədən aşağı düşmə ehtimalı olan, alov və ya isti qazlarla qızdırılan tutumlarda ən azı iki birbaşa ölçən səviyyə göstəricisi quraşdırılmalıdır.

5.6.4. Səviyyə göstəricilərinin konstruksiyası, sayı və yeri tutumun layihəçisi tərəfindən müəyyən edilir.

5.6.5. Hər bir səviyyə göstəricisində yolverilə bilən yuxarı və aşağı səviyyələr (nişanla) qeyd olunmalıdır.

5.6.6. Tutumda mayenin yolveriləbilən yuxarı və aşağı səviyyəsi layihəçi tərəfindən müəyyən edilir. Maye səviyyəsinin şəffaf göstəricisinin hündürlüyü mayenin müvafiq yolveriləbilən aşağı səviyyəsindən az və yuxarı səviyyəsindən 25 mm-dən çox olmalıdır.

Hündürlük üzrə bir neçə göstəricilərin quraşdırılması lazım gəldikdə onları elə yerləşdirmək lazımdır ki, maye səviyyəsinin fasiləsiz olaraq göstərilməsini təmin etsin.


5.6.7. Səviyyə göstəriciləri onları tutumdan ayırmaq və işçi mühitli təhlükəsiz yerə yönəltməklə üfləmək üçün armaturla (kranlarla və ventillərlə) təchiz olunmalıdır.

5.6.8. Səviyyə göstəricilərində şəffaf element kimi şüşə və ya slyuda tətbiq olunduğu halda partlayış olarsa, personalı zədələrdən qorumaq üçün qoruyucu qurğu nəzərdə tutulmalıdır.
VI BÖLMƏ

QURAŞDIRMA, QEYDİYYAT,
TUTUMLARIN TEXNİKİ MÜAYİNƏ OLUNMASI,
İSTİSMARA İCAZƏNİN VERİLMƏSİ

6.1. Tutumlarin quraşdirilmasi


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin