Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi



Yüklə 0,57 Mb.
səhifə1/76
tarix03.06.2022
ölçüsü0,57 Mb.
#60507
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   76
daq-meden-


AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT NEFT ŞİRKƏTİ
AZƏRBAYCAN RESPUBLIKASI
FÖVQƏLADƏ HALLAR NAZIRLIYI

SƏNAYEDƏ İŞLƏRIN TƏHLÜKƏSIZ GÖRÜLMƏSI VƏ


DAĞ-MƏDƏN NƏZARƏTI DÖVLƏT AGENTLIYI

AZƏRBAYCAN DÖVLƏT ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI ELMİ-TƏHQİQAT İNSTİTUTU (AZDЯMTTETИ)



NEFT, QAZ VƏ NEFTKIMYA SƏNAYESINDƏ TƏZYIQ ALTINDA IŞLƏYƏN TUTUMLARIN QURULUŞU VƏ TƏHLÜKƏSIZ ISTISMAR QAYDALARI

(Birinci redaksiya)




  • а к ы – 2015

Qaydalar

AZƏRBAYCAN RESPUBLIKASI


FÖVQƏLADƏ HALLAR NAZIRLIYI

SƏNAYEDƏ İŞLƏRIN TƏHLÜKƏSIZ GÖRÜLMƏSI VƏ


DAĞ-MƏDƏN NƏZARƏTI DÖVLƏT AGENTLIYI

AZЯRBAYCAN DЮVLЯT ЯMЯYИN MЦHAFИZЯSИ VЯ TЯHLЦKЯSИZLИK TEXNИKASЫ ELMИ-TЯDQИQAT ИNSTИTUTU (AZDЯMTTETИ)







Işlənilmişdir

Институтун директору

Р. Сяфяров

Институтун




директор мцавини

Н. Сейидящмядов

Институтун




директор мцавини

Л. Няъяфова

Мювзунун рящбяри:




Институтун директору, т.ф.д

Р. Сяфяров

Ишин мясул иърачылары:

A. Rəhmanova

k.ф.д

T. Quliyev




R. Rəhimov

I BÖLMƏ

TƏZYİQ ALTINDA İŞLƏYƏN TUTUMLARIN QURULUŞU VƏ TƏHLÜKƏSİZ İSTİSMAR QAYDALARI”NIN TƏTBİQİ VƏ TƏYINATI SAHƏSİ




  1. Ümümi tələblər


1.1. Qaydalarin tətbiqi və təyinati sahəsi

1.1.1. “Neft, qaz və neftkimya sənayesində təzyiq altinda işləyən tutumların quruluşu və təhlükəsiz istismar Qaydaları” (daha sonra mətn üzrə Qaydalar) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni layihələndirilən, tikilməkdə olan, yenidənqurma işləri aparan və fəaliyyət göstərən neft, qaz və neftkimya sənayesinin müəssisələrinə, təşkilatlarına və obyektlərinə (təşkilati-hüquqi statusundan və mülkiyyət formasındqan asılı olmayaraq), o cümlədən elmi-tədqiqat və layıhə institutlarına şamil edilir.

Bu Qaydalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft, qaz və neftkimya sənayesində izafi təzyiq altında işləyən tutumların, sisternlərin, çəlləklərin, balonların, barokameraların (daha sonra mətn üzrə “tutumların, sisternlərin, çəlləklərin, balonların, barokameraların” yerinə “tutumlar”) layihələndirilməsinə, hazırlanmasına, quraşdırılmasına, yenidən qurulmasına, işə salınmasına, təmirinə, texniki diaqnostikasına və istismarına aid tələbləri müəyyən edir.



Tutumların quraşdırılmasına və təmirinə olan tələblər analoji olaraq onların hazırlanmasına olan tələblərlə eynidir.

1.1.2. Qaydalar aşağıdakılara şamil edilir:


  • temperaturu 115oC-dən yuxarı, su ilə işləyən və ya zəhərli təsirli, partlayış-yanğın təhlükəsi olmayan 0,07 MPa (0,7 kqq/sm2) təzyiqdə qaynama temperaturunu aşan, digər mayelərlə işləyən tutumlar;



  • 0,07 MPa (0,7 kqq/sm2) təzyiqdən yüksək təzyiq altında işləyən buxar, qaz və ya zəhərli, partlayış-yanğın təhlükəli mayelərlə işləyən tutumlar;



  • 0,07 MPa (0,7 kqq/sm2)-dan yuxarı təzyiq altında sıxılmış, mayeləşdirilmiş və həllolunmuş qazların nəql olunması və saxlanılması üçün balonlar;



  • buxarları 50oC temperaturda, təzyiqi 0,07 MPa (0,7 kqq/sm2)-dan yuxarı olan sıxılmış və mayeləşdirilmiş qazların nəql olunması və saxlanılması üçün sisternlər və çəlləklər;



  • 0,07 MPa (0,7 kqq/sm2)-dan yuxarı təzyiq altında olan sıxılmış, mayeləşdirilmiş qazların, mayelərin və dənəvər (səpələnən) maddələrin nəql olunması və saxlanması üçün sisternlər və tutumlar;



  • barokameralar.

1.1.3. Qaydalar aşağıdakılara aid deyil:


  • elmi-tədqiqat işləri məqsədi ilə istifadə olunan, təzyiqdən asılı olmayaraq, həcmi 0,025 m3 (25 litr)-dən az olan tutumlar. Həcm müəyyən olunarkən tutumun ümumi həcmindən futerlənmə qatının, boruların və digər daxili qurğuların tutduğu həcm çıxılır. Tutumlar qrupu, eləcə də ayrı-ayrı gövdələrdən öz aralarında daxili diametri 100 mm-dən böyük olmayan borularla birləşdirilmiş tutumlara bir tutum kimi baxılır;



  • m3(litr) həcmə MPa(kqq/sm2) təzyiqin hasili 0,02 (200)-dən çox olmayan, 0,025 m3 (25 litr)-dən həcmi böyük olmayan tutumlar və balonlar;



  • texnoloji prosesə uyğun olaraq daxilində partlayış və ya öz-özünə yayılaraq yüksək temperaturlu sintez rejimində yanma nəticəsində yaranan yüksək təzyiq altında işləyən tutumlar;



  • vakuum şəraitində işləyən tutumlar;

  • dəniz, çay gəmilərində və digər üzən vasitələrdə (draqadan başqa) quraşdırılan tutumlar;

  • təyyarələrdə və digər hava nəqliyyat vasitələrində quraşdırılan tutumlar;



  • hərəkət edən dəmiryol nəqliyyat qatarlarının, avtomobil və digər nəqliyyat vasitələrinin əyləc avadanlıqlarının hava çənləri;



  • buxar və su qızdırıcı cihazlar;



  • borulu sobalar;



  • kollektoru olmayan, daxili diametri 150 mm-dən böyük olmayan borulardan ibarət, eləcə də daxili diametri 150 mm-dən böyük olmayan borulardan ibarət kollektorlu tutumlar;



  • maşın hissələri, qeyri müstəqil (nasos gövdələri və ya turbinlər, buxar mühərriklərinin, hidravlik, hava maşınlarının və kompressorların silindrləri) tutumlar.



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin