Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi



Yüklə 0,57 Mb.
səhifə5/76
tarix03.06.2022
ölçüsü0,57 Mb.
#60507
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   76
daq-meden-

2.2.2. Daxili diametri 800 mm-dən çox olan tutumların lyukları, daxili diametri 800 mm-dən az olan tutumların isə kiçik baxış lyukları olmalıdır.

2.2.3. Dairəvi lyukların daxili diametri 400 mm-dən az olmamalıdır. Oval lyukların ən kiçik və ən böyük oxları üzrə ölçüləri işıqda 325x400 mm-dən az olmamalıdır.

Dairəvi və ya oval baxış lyuklarının diametri və ya ən kiçik oxu üzrə ölçüsü 80 mm-dən az olmamalıdır.



2.2.4. Lyuklar, baxış pəncərələri xidmət etmək üçün əlverişli yerdə yerləşdirilməlidir. Barokameralarda baxış pəncərələrinin quraşdırılmasına, yerləşdirilməsinə və xidmət göstərilməsinə olan tələblər layihəçi təşkilat tərəfindən müəyyən edilir və istehsalçı-zavodun quraşdırma və istismar üzrə təlimatında göstərilir.

2.2.5. Lyukların qapaqları cıxarılıb-taxıla bilən olmalıdır. Vakuum əsasında izolyasiya edilən tutumlarda qaynaq edilmiş lyukların quraşdırılmasına yol verilir.

2.2.6. Lyukların qapaqlarının kütləsi 20 kq-dan ağır olduqda qapaqları rahat açıb-bağlamaq üçün onlar qaldırıcı-çevirici və digər tərtibatla təchiz olunmalıdır.

2.2.7. Şarnirli-qatlanan və ya taxta boltların, xomutların, eləcə də lyukların, qapaqların və onların flanslarının sıxac mexanizmlərinin konstruksiyası onların öz-özünə yerdəyişməsinin qarşısını almalıdır.

2.2.8. Daxili baxış keçirməyə imkan verən, daxili diametri Qaydaların 2.2.3 bəndidə lyuklar üçün göstərilən ölçülərdən az olmayan ştuserlər, flans qapaqları, sökülən dib və ya qapaq olduğu halda tutumlarda lyukların olmamasına yol (icazə) verilir.

2.3. Tutumlarin dibi

2.3.1. Tutumlarda aşağıdakı formalarda diblər tətbiq edilir: elliptik, yarımsferik, torosferik, sferik bortsuz (kənarlarsız), konusvari bortlu, konusvari bortsuz, düz bortlu, yastı bortsuz.

2.3.2. Elliptik diblərin daxili səth üzrə ölçülən qabarıq hissənin hündürlüyü dibin daxili diametrinin 0,2 mislindən kiçik olmamalıdır. Bu ölçülərin ixtissaslaşmış elmi-tədqiqat müəssisəsi ilə razılaşdırılaraq kiçiltməyə yol verilir.

2.3.3. Torosferik diblər aşağıdakılara malik olmalıdır:


  • daxili səth üzrə ölçülən qabarıq hissənin hündürlüyü daxili diametrin 0,2 hissəsindən az olmamalıdır;



  • bortun daxili radiusu dibin daxili diametrinin 0,1 hissəsindən az olmamalıdır;



  • mərkəzi hissənin əyriliyinin daxili radiusu dibin daxili diametrindən böyük olmamalıdır.

2.3.4. Sferik bortsuz diblər qaynaq edilmiş flanslarla tətbiq edilə bilər, bu halda:

  • dibin sferik hissəsinin daxili radiusu tutumun daxili diametrindən böyük olmamalıdır;

  • flansın dib ilə qaynaq birləşməsi bütöv qaynaqla yerinə yetirilməlidir.


2.3.5. Yarımsferik diblər istisna olmaqla, xorda üzrə qaynaq tikişinin yerləşməsi ilə bir neçə hissədən ibarət qabarıq qaynaq edilmiş diblərdə qaynaq tikişinin oxundan dibin mərkəzinə qədər olan məsafə dibin daxili diametrinin 1/5 hissəsindən böyük olmamalıdır.

Qabarıq diblərin dairəvi tikişləri, dibin mərkəzindən onun daxili diametrinin 1/3 hissəsindən çox olmayan məsafədə yerləşməlidir.



2.3.6. Konusvari bortsuz diblər 45o-dən cox olmayan mərkəzi bucağa malik olmalıdırlar. Cihazqayırma üzrə ixtisaslaşmış elmi-tədqiqat müəssisəsinin qərarına əsasən konusvari dibin mərkəzi bucağı artırıla bilər.

2.3.7. Mexaniki yonma ilə yerinə yetirilmiş halqavari qanovlarla və silindrik hissə ilə (bortlu) yastı diblər döymədən hazırlanmalıdır. Əgər bortlar ştamplama və ya metal təbəqənin kənarını 90o yuvarlamaqla yerinə yetirilirsə, o zaman yastı dibin bortunu təbəqədən hazırlamağa yol verilir.

2.3.8. Tutumların bort və keçid elementləri üçün, qabarıq diblər, kompensatorlar və ştuserlərin qaynaq üçün dartılmış boğazları istisna olmaqla, bortun elementinin yuvarlanmaya başladığı yerdən bortun kənarına qədər (İ) məsafəsi bort elementinin divarının qalınlığından (s) asılı olaraq cədvəl 1-də göstərilən qiymətdən az olmamalıdır.






Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin