1.2. Layihələndirmə
1.2.1. Tutumların və onun elementlərinin (o cümlədən ona aid ehtiyat hissələrinin) layihələri, eləcə də onların quraşdırılma və ya yenidənquruma layihələri ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yerinə yetirilməlidir.
1.2.2. Tutumların layihələndirilməsi, hazırlanması, yenidən qurulması, montajı, tənzimlənməsi, təmiri, diaqnostikası və istismarı ilə məşğul olan rəhbər işçilər və mütəxəssislər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin (bundan sonra SİTGDMND Agentliyi), təhlükəli istehsal obyektlərinin sənaye təhlükəsizliyi sahəsində fəaliyyət göstərən təşkilatların işçilərinin hazırlanması və attestasiyasının keçirilməsi haqqında Qaydalarına uyğun olaraq atestasiyadan keçməlidir.
1.2.3. Tutumların hazırlanma layihələri və texniki şərtləri müəyyən olunmuş qaydada razılaşdırılmalı və təsdiq olunmalıdır.
İstehsal, yenidənqurma, quraşdırma, tənzimləmə, təmir və ya istismar zamanı layihədə və normativ sənədlərdə lazım gəldikdə dəyişikliklərin edilməsi bu tutumun layihəsini və (və ya) normativ sənədlərini (daha sonra NS) işləyib hazırlayan təşkilatla razılaşdırılmalıdır. Bu mümkün olmadıqda, layihədə və ya NS-də ediləcək dəyişikliklərin ixtisaslaşdırılmış təşkilatla razılaşdırılmasına icazə verilir.
1.2.4. Kimya sənayesində istifadə olunan tutumlar layihələndirilərkən SİTGDMND Agentliyində qeydiyyatdan keçməsi haqqında qərar olan təhlükəli istehsal obyektlərinin sənaye təhlükəsizliyi sahəsində fəaliyyət göstərən müəssisələr üçün sənaye təhlükəsizliyinin ümumi Qaydalarının tələbləri nəzərə alınmalıdır.
1.2.5. Qaydalardan yalnız SİTGDMND Agentliyinin icazəsi ilə müstəsna hallarda kənara çıxmaq olar. İcazənin alınması üçün SİTGDMND Agentliyinə müvafiq əsaslandırma, lazım gəldikdə isə ekspert və ya ixtisaslaşdırılmış təşkilatın rəyi təqdim olunmalıdır. Hazırki Qayda-lardan kənara çıxma haqqında icazənin surəti tutumun pasportuna əlavə edilməlidir. (əlavə 2).
Dostları ilə paylaş: |