Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi
2.4. Qaynaq tikişləri və onlarin yerləşməsi 2.4.1. Obeçaykalar (açıq silindrik və ya konus elementlər) və borular qaynaq olunarkən, diblər obeçaykalara qaynaq olunarkən tam əridilməklə uc-uca qaynaq tikişləri tətbiq edilməlidir. Yastı diblərin, yastı flansların, boru qəfəsin, ştuserlərin, lyukların, örtüklərin qaynaq olunması üçün tam əridilməklə tavr və bucaqşəkilli qaynaq birləşmələrinə yol verilir. Gövdəyə bərkidici halqaların, dayaq elementlərinin, astar təbəqələrin, meydança təbəqələlərin, nərdivanların, kronşteynlərin və s. qaynaq edilməsi üçün xətti qaynaq tikişlərinin tətbiqinə yol verilir.
Qaynaqdan sonra termiki emala məruz qalan karbonlu və aşağı legirli manqanlı, silisium-manqanlı poladlardan (əlavə 3) hazırlanmış tutumlar üçün gövdənin divarının qalınlığından asılı olmayaraq tutumun qaynaq tikişinin kənarından elementin qaynaq tikişinə qədər olan məsafə 20 mm-dən kiçik olmamalıdır. 2.4.7. Üfüqi tutumlarda ümumi uzunluqda 0.35 πD - dən çox olmayan, astar təbəqə olduğu halda isə 0,5 πD-dən böyük olmayan halqavari (eninə) qaynaq tikişlərini yerli yəhər dayaqlarla örtməyə yol verilir (burada D – tutumun xarici diametridir). Bu halda bütün uzunluq boyunca qaynaq tikişlərinin örtülən hissələri radioqrafiya və ya ultrasəs defektoskopiya üsulu ilə yoxlanmalıdır. Qaynaq tikişlərinin kəsişdiyi yerləri örtməyə yol verilmir. 2.4.8. Tutumların müxtəlif qalınlığa malik divarların elementlərinin uc-uca qaynaq birləşmələrində daha qalın elementin kənarının tədricən nazikləşdirilməsi yolu ilə bir elementdən digərinə hamar keçidi təmin olunmalıdır. Keçid səthlərin maillik bucağı 20o-dən çox olmamalıdır. Əgər birləşdirilən elementlərin qalınlığında olan fərq nazik elementin qalınlığının 30%-dən az hissəsini təşkil edirsə və 5 mm-dən çox deyilsə, o zaman qalın elementi əvvəlcədən nazikləşdirmədən qaynaq tikişinin tətbiq olunmasına yol verilir. Qaynaq tikişinin forması qalın elementdən nazik elementə hamar şəkildə keçidi təmin etməlidir. Tökmə detallar borudan, prokatdan və ya döymədən ibarət detallarla uc-uca birləşdirilərkən tökmə detalın nominal hesablama qalınlığı borudan, prokatdan və ya döymədən olan detalların analoji hesablama qalınlığının 25-40%-dən çox olmalıdır, ona görə qalın elementdən nazik elementə keçid elə yerinə yetirilməlidir ki, tökmə detalın qalınlığının sonu hesablama ölçüsündən az olmasın.
Yüklə 0,57 Mb. Dostları ilə paylaş: |