7. ƏDALƏTLİ OYUN
7.1 Siz bununla təsdiq edirsiniz ki, Təşviq kampaniyası ilə bağlı daxil etdiyiniz şəxsi məlumatlar düzgün və
yenilənmişdir.
7.2 Siz bununla zəmanət verirsiniz ki, siz bu Şərtlərin 3-cü və 4-cü bölmələrində qeyd olunan və sizin
girişinizlə bağlı olan və ya bu Şərtlərdə müəyyən edildiyi kimi istifadəçinin yaratdığı məzmun kimi sizin
özünüzün yaratdığınız digər materiallarla meyarları qarşılamaq üçün Təşviq kampaniyasında şəxsən çıxış
etmiş və iştirak etmisiniz və avtomatik robotlar, skriptlər, xidmətlər və digər idarəetmə formaları kimi
qadağan olunmuş köməklərdən istifadə etməmisiniz. Bu Təşviq kampaniyasına daxil olmaqla, bütün
Namizədlər zəmanət verirlər ki, onların qeydiyyat məlumatları tam şəkildə onların özlərinin yaratdıqları
original yaradılışlardır və onların müvafiq məlumatları hər hansı üçüncü tərəflərin müəlliflik hüquqları,
ticarət markaları və/və ya ictimailik/ məxfilik hüquqları daxil olmaqla, lakin bununla məhdudlaşmamaqla,
hüquqlarını pozmur.
7.3 Siz təsdiq edirsiniz və cavabdehsiniz ki, sizin girişiniz:
7.3.1 Məxfilik, ictimailik və ya əqli mülkiyyət hüquqları daxil olmaqla, lakin bununla məhdudlaşmamaqla,
başqalarının hüquqlarını pozan materialları ehtiva etmir;
7.3.2 Promoter və/və ya Red Bull-dan başqa brend adları və ya ticarət markaları ehtiva etmir (i) yalnız
girişinizi yaratmaq və yükləmək üçün istifadə edə biləcəyiniz Promoter və/və ya Red Bull brend adlarına və
ya ticarət markalarına sizin məhdud lisenziyanız var və/və ya (ii) sizin sahib olduğunuz və Promoter və/və
ya Red Bull –a geri qaytarılmadan, geri çağırılmadan, müddətsiz və istisnasız əsasda lisenziya verməyə
razılaşdığınız brend adları və ya ticarət markalarından başqa və ya sizin sahib olduğunuz və girişlə bağlı olan,
Promoter və/və ya Red Bull –a geri qaytarılmadan, geri çağırılmadan, müddətsiz və istisnasız əsasda sub-
lisenziya verməyə razılaşdığınız brend adları və ya ticarət markalarından başqa;
7.3.3 Istifadə etmək üçün zəruri hüquqlarınız, razılıq və icazələriniz olan və girişlə bağlı olan, Promoter və/və
ya Red Bull –a geri qaytarılmadan, geri çağırılmadan, müddətsiz və istisnasız əsasda sub-lisenziya verməyə
razılaşdığınız materiallardan başqa sizin tərəfinizdən yaradılmayan müəllif hüquqları olan materialları ehtiva
etmir;
7.3.4
qeyri-adekvat, əxlaqsız, nifrət mənalı, təhqirkar, haqsız, böhtanlı materiallar
ehtiva etmir; və ya
7.3.5 girişin yaradıldığı yurisdiksiyadakı qanunlar və ya tənzimləmələri pozan və qanunsuz material ehtiva
etmir.
7.4 yuxarıdakı 7.2 və/və ya 7.3 bölmələrinin pozulması halında, siz əqli mülkiyyət hüquqlarına əsasən
pozulma iddialarına qarşı Promoter və Red Bull-u müdafiə edəcək və onlara kompensasiya ödəyəcəksiniz.
Dostları ilə paylaş: |