Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu


Sürücülük vəsiqəsi. Nəqliyyat vasitələrinin texniki vəziyyətlərinə və avadanlıqlarına qoyulan tələblər



Yüklə 6,32 Mb.
səhifə32/40
tarix16.12.2023
ölçüsü6,32 Mb.
#182853
növüQaydalar
1   ...   28   29   30   31   32   33   34   35   ...   40
YHQ və HT - Mühazirə

Sürücülük vəsiqəsi. Nəqliyyat vasitələrinin texniki vəziyyətlərinə və avadanlıqlarına qoyulan tələblər


Aşağıda göstərilmiş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkət qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində NV - ləri idarəetmə hüququna malikdir:


1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
3) “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan;
4) “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);
5) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
6) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);
7) “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərtilə);
8) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə)
Hərbi qulluqçular “CE”, “D”, “DE” kateqoriyalarına və “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan əldə edə bilərlər.

Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə NV-ni idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyən edir.


Qanunda göstərilən hallar istisna olunmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda NV-ni idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin NV- ni idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

  • şəxsin sürücülük vəsiqəsinin etibarlılıq müddəti qurtarıbsa-sürücülük vəsiqəsi dəyişdirilənədək;

  • şəxs tərəfindən yol hərəkəti qaydaları bu qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək;

  • şəxsdə Qanunda nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə-xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixatriya və ya narkoloji dispanserlərin uçotunda olan, NV-ni idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə NV-ni sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə etməyə buraxılmırlar.
Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır:
1) motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün;
2) traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün.
III. Sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:
1. vəsiqə sahibinin soyadı;
2. vəsiqə sahibinin adı və atasının adı;
3. vəsiqə sahibinin doğulduğu tarix və yer;
4a. vəsiqənin verildiyi tarix;
4b. vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix;
4c. vəsiqəni vermiş qurumun adı və ya möhürü;
4d. vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi;
5. vəsiqənin nömrəsi;
6. vəsiqə sahibinin fotoşəkli;
7. vəsiqə sahibinin imzası;
8. vəsiqə sahibinin yaşayış yeri;
9. vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları);
10. hər bir kateqoriyanın (altkateqoriyanın) verildiyi tarix;
11. hər bir kateqoriyanın (altkateqoriyanın) etibarlılıq müddətinin qurtardığı tarix;
12. hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə məlumat və ya məhdudiyyətlər (eynəklə idarəetmə və ya yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun verildiyinə dair qeyd);
14. qeydiyyat və ya yol hərəkətinin təhlükəsizliyinə aid olan digər məlumatlar (vəsiqə sahibinin qan qrupu və ya “əlilliyi olan şəxs” tanınma nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd).
YHH haqqında Qanunun 34-cü maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir:
1) “A1” - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri, trisiklləri və yüngül kvadrisiklləri idarə etmək üçün;
2) “A” - bütün növ motosikletləri idarə etmək üçün;
2-1) “B1” – bu Qanunun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisiklləri idarə etmək üçün;
3) “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün:
“A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri;
qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;
qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;
3-1) “C1” - “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
4) “C” - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
4-1) “D1” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
5) “D” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
6) “BE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan “B” kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan “B” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
6-1) “C1E” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
7) “CE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
7-1) “D1E” - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
8) “DE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
9) “Tramvay” - tramvayları idarə etmək üçün;
10) “Trolleybus” - trolleybusları idarə etmək üçün.
V. Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir:
1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il;
2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət;
3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il;
4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.
VI. Sürücülük vəsiqəsindəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində qeyd olunur.
VII. Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini möhkəm saxlamağa borcludur.
IX. A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq A1, B1, C1, D1, C1E və D1E alkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edir.
Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən 1968-ci il Beynəlxalq Konvensiyasına uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürüjülük vəsiqələri də Azərbayjan Respublikasının ərazisində qüvvədədir.
Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs:

    • müvafiq kateqoriyalı NV sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməli;

    • yol hərəkəti qaydaları üzrə nəzəri və NV-ləri idarəetmə vərdişləri üzrə təcrübi imtahanlar verməli;

    • Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödəməlidir.

Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi imtahan-qeydiyyat məntəqəsinə (DİN İQM) ərizə ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

    • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq, Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında

vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

    • müvafiq kateqoriyalı NV sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməsi barədə təhsil müəssisəsinin sənədi və ya müstəqil hazırlıq keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata götürülməsi barədə sənəd;

    • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada tibbi arayış;

    • sürücülük vəsiqəsi verilməsi üçün haqqın ödənilməsi qəbzi.

Azərbaycan Respublikasının DİN ərazi İQM-in əməkdaşı sürücjülük vəsiqəsinin verilməsi üçün daxil olmuş sənədləri həmin gün yoxlayır və orada göstərilmiş məlumatlar əsasında şəxsin yol hərəkət qaydaları üzrə nəzəri və NV- ni idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılması məsələsini həll edir.
Bu Qanunla müəyyən edilmiş yaş və sağlamlıq vəziyyəti tələblərinə cavab verən:

    • sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları;

    • avtomobil nəqliyyatı vasitələri (ANV) ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta ixtisas tədris ocaqlarının məzunları;

    • Azərbaycan Respublikası DİN-nin müəyyən etdiyi qaydada imtahanlara müstəqil hazırlaşmış şəxslər onların ərizələri İQM-ə daxil olduqdan sonra on gün ərzində yol hərəkət qaydaları üzrə nəzəri və NV-ləri idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.

Sürücülük vəsiqəsi imtahan-qeydiyyat məntəqələrində yol hərəkəti qaydaları üzrə nəzəri və NV-ni idarə etmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən bir gün ərzində verilir. Sürücülük vəsiqələrinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş “NV-ni idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsi- qəsinin verilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq keçirilir.
Sürücülük vəsiqəsi aşağıdakı əsaslara görə dəyişdirilir:

    • onun etibarlılıq müddətinin qurtarması;

    • sahibinin soyadı və ya atasının adının dəyişdirilməsi;

    • onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;

    • onun yararsız hala düşməsi;

    • onun itirilməsi;

    • yeni nümunəsinin bu Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün, Qanunda nəzərdə tutulmuş hal istisna olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə haqq alınır. Sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halında, həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə cərimə ödənilir.
Sürücülük vəsiqəsində göstərilmiş kateqoriyaların (altkateqoriyaların) dəyişdirilməsi məqsədi ilə sürücülük vəsiqəsinin dəyişdirilməsi YHH Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilir.
DİN İQM tərəfindən verilmiş sürücülük vəsiqələrindəki məlumatların mərkəzləşdirilmiş uçotu aparılmalıdır.
Hər hansı şəxs bu Qanunla müəyyən edilmiş qaydada ona sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasından və yaxud belə ərizənin süründürülməsindən, habelə yol hərəkəti qaydaları üzrə nəzəri və NV-ni idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara onun buraxılmasından imtina edilməsindən məhkəməyə şikayət edə bilər.
Bu Qanunun tələblərinə zidd olaraq, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmasında və ya süründürməçilik edilməsində, yol hərəkəti qaydaları üzrə nəzəri və NV-ləri idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsində, habelə sürücülük vəsiqəsinin qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən NV-lərin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından Qaydaların tələblərinə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan NV-lər yol hərəkətinin potensial təhlükəliliyini artırırlar.
NV sahibləri onların istismarı zamanı texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməli, texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtı-vaxtında texniki xidmət göstərməli və texniki vəziyyəti dövlət standartlarının, yol hərəkət qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlığı dəyişdirilmiş və ya texniki baxışdan keçməmiş NV-lərin istismarına yol verməməlidirlər.
NV-yə texniki xidmət yalnız onun sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik olan şəxslər və yaxud Azərbaycan Respblikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada texniki-təmir stansiyaları tərəfindən həyata keçirilir. NV-nin sayı 10 və daha artıq olan hüquqi şəxslər onlara təminatlı texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində həyata keçirirlər.
NV-yə təminatlı texniki xidmət göstərilməsi qaydası Azərbaycjan Res- publikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında”, “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında”, “Nəqliyyat vasitələrinə təminatlı xidmət göstərən texniki-təmir sahələri haqqında” və “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki- təmir stansiyaları haqqında” nümunəvi əsasnamələrlə müəyyən edilir.
İstismarda olan NV-yə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. NV-nin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər
bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sis- teminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır.
Azərbaycan Respublikasında qeydiyyatda olan bütün NV-lərə YHH haqqında Qanun ilə nəzərdə tutulmuş orqanlarda ildə bir dəfə texniki baxış keçirilir. İstehsal olunduğu ildə qeydiyyata alınan NV həmin ildə texniki baxışa cəlb olunmur. Texniki baxış keçirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir.
Texniki baxış keçirilməsi üçün NV sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs müvafiq orqana NV-sini və aşağıdakı sənədləri təqdim etməlidir:

    • NV-sini idarə etməyə hüquq verən sənədi;

    • NV-sinin qeydiyyat şəhadətnaməsini;

    • NV-sinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki-təmir sahəsinin və ya stansiyasının sənədini (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə);

    • Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş rüsumun və ya verginin və yaxud ödənclərin ödənilməsi barədə qəbzi.

NV-nin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və NV Qanunla nəzərdə tutulmuş orqanlara təqdim edildikdə, həmin orqanlar təxirəsalınmadan NV-nin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir və saz NV-yə texniki baxış talonu verir.
Mexaniki NV və qoşqular DYP idarələrində qeydiyyatdan keçməlidirlər. Tramvay və trolleybuslardan başqa mexaniki NV-lərdə və qoşqularda xüsusi müəyyən edilmiş yerlərdə və formada qeydiyyat nişanları qoyulur. Avtomobil və avtobuslarda isə bundan başqa qabaq külək şüşəsinin aşağı küncündə dövlət texniki baxışından keçmə haqqında talon və müəyyən edilmiş qaydada lisenziya kartoçkası, həmçinin, dövlət sığortası haqqında xüsusi nişan vurulmalıdır. Qey- diyyat nişanlarının rəqəmləri və hərfləri yük avtomobillərinin, qoşquların (minik avtomobilləri və motosikletlərin qoşqularından başqa) və avtobusların (çox kiçik tutumlu avtobuslardan başqa) kuzovunun arxa divarında təkrarlanmalıdır. Rəqəmlərin hündürlüyü 300mm-dən, eni 120 mm-dən, ştrixin qalınlığı 30mm-dən az olmamalı və hərflərin ölçüləri rəqəmin ölçüsünün 2/3 hissəsi qədər olmalıdır. Tramvay və trolleybuslarda müvafiq təşkilatlar tərəfindən verilən qeydiyyat nömrələri yazılmalıdır.
Yol hərəkətində iştirak edən NV-lərin və onların avadanlıqlarının texniki vəziyyəti müvafiq standartların, onların texniki istismarı qaydaları və təlimatlarının tələblərinə uyğun olmalıdır.
Təlim üçün istifadə olunan mexaniki NV əlavə ilişmə müftası, tormoz pedalları və arxa görünüş güzgüsü ilə təchiz olunmalıdır. Belə NV-lər xüsusi “Təlim nəqliyyat vasitəsi” nişanı ilə işarələnməlidir.
Velosipedlər saz tormoz, sükan idarəsinə və səs siqnalına malik olmalı, qabaq tərəfdən işıqəksetdiricisi, fənər və ya ağ rəngli fara ilə təchiz olunmalıdırlar. Onların arxa hissəsində qırmızı rəngli işıq əksetdiricisi və fənər, yan tərəflərində isə çəhrayi və ya qırmızı rəngli işıq əksetdiriciləri olmalıdır.
At arabaları konstruksiyalarında nəzərdə tutulan saz dayanma tormoz qurğuları və diyirlənməyə qarşı dayaqlara malik olmalı, qabaq hissəsində ağ rəngli iki ədəd işıqəksetdiricjisi və ya fənər, arxa hissəsində isə qırmızı rəngli iki ədəd işıqəksetdiricisi və ya fənər qoyulmalıdır.
NV-lərdə tanınma nişanları qoyulmalıdır. Yedəyə almalarda istifadə olunan qoşqular Qaydaların tələblərinə uyğun şəkildə istifadə olunmalıdır.
Texniki vəziyyətləri, avadanlıqları Qaydaların tələblərinə uyğun olmayan və dövlət texniki baxışından keçməyən NV-lərin istismarı qadağan edilir. Bundan başqa müvafiq icazəsi olmayan əlavə avadanlıqlar, mayaklar, xüsusi səs siqnalları quraşdırılmış, xarici səthlərinə xüsusi sxemlər, yazılar və işarələr çəkilmiş, müəyyən olunmamış qaydada qeydiyyat nişanları, qovşaq və aqreqatlarının nömrələri gizlədilmiş, əldə düzəldilmiş, dəyişdirilmiş NV-lərin istismarı qadağan olunur. Sığorta olunmamış NV-lərin istismarı da Qaydalarla qadağan edilir.
Qaydalarda NV-lərin texniki vəziyyətlərinə və istismarına məsul olan vəzifəli və digər şəxslərin vəzifə və səlahiyyətləri müəyyən edilmişdir. Bununla yanaşı, yollarda aparılan təmir işlərinə məsul olan şəxslərin də vəzifə və səlahiyyətləri müəyyən edilmişdir.
Sarı və çəhrayı rəngli mayaklar aşağıda qeyd olunmuş NV-lərdə quraşdırılır:

    • böyük ölçülü, ağır, partlayıcı, tezalışan, radioaktiv, güclü təsirli zəhərli maddələr və s. yüklər daşıyan, və bəzi hallarda onları müşayət edən;

    • yolların tikintisi, təmiri, saxlanması işlərini yerinə yetirən, xəsarət almış, nasaz və digər NV-ləri yükləyən və daşıyan;

    • qabarit ölçüləri qaydalarla müəyyən edilmiş normadan böyük olan.

Ağ-sarımtıl rəngli parıltılı mayaklar və xüsusi səs siqnalları aşağıdakı NV- lərdə qoyulur:

    • poçt rabitəsi;

    • inkassator maşınları və digər qiymətli yüklər daşıyan;

    • xarici səthlərinə dövlət standartlarına müvafiq şəkildə işıqqrafiki sxemlər (operativ xidmət NV-lərindən başqa) çəkilmiş.

Bütün parıltılı mayaklar NV-lərin damında və ya onların üzərində yerləşdirilir. Bu zaman üfiqi müstəvidə işıq siqnalı 3600 görünməlidir. DYP və hərbi DYP avtomobillərində, NV qruplarını müşayət edən NV-lərdə və yük avtomobillərində işıq siqnalının görünmə bucağı 1800-yə qədər azaldılır (bu şərtlə ki, NV-nin qabaq hissəsində onun yaxşı görünməsi təmin edilsin). Belə, mayakların qoyulması haqqında NV-lərin qeydiyyat sənədində məlumatlar olmalıdır.
NV-lərin istismarını qadağan edən nasazlıqlar və şəraitlər siyahısı aşağıda göstərilmişdir:

Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin