Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu


Yaşayış zonaları, piyada keçidləri və marşrut nəqliyyat vasitələrinin dayanacaqları yanında hərəkət



Yüklə 6,32 Mb.
səhifə29/40
tarix16.12.2023
ölçüsü6,32 Mb.
#182853
növüQaydalar
1   ...   25   26   27   28   29   30   31   32   ...   40
YHQ və HT - Mühazirə

1.10. Yaşayış zonaları, piyada keçidləri və marşrut nəqliyyat vasitələrinin dayanacaqları yanında hərəkət.


Yaşayış zonası olan ərazidə piyadaların həm səkilərdə, həm də yolun hərəkət hissəsində üstün hərəkətinə icazə verilir (onlar NV-lərin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar).


Yaşayış zonasında xüsusi olaraq ayrılmış, işarələrlə göstərilmiş, nişanlanmış yerlərdən kənarda 20km/saat-dan aırtq sürətlə hərəkət etmək, sürmə təlimi keçmək, mühərriki söndürmədən durmaq, habelə

icazə verilən maksimum kütləsi 3,5t-dan çox olan yük avtomobillərinin durması qadağandır. Sürücülər belə ərazilərdən çıxarkən, hərəkətin digər iştirakçılarına yol verməlidirlər. Bu, tələblər həyət ərazilərinə də şamil edilir.


Yaşayış məntəqələrində piyadaların təhlükəsiz hərəkətinin təmin edilməsi xüsusən vacibdir. Beləki, piyada intensivliyinin çox və qarışıq olduğu zonalarda NV sürücülərindən yüksək peşəkarlıq, intizam və hərəkət mədəniyyəti tələb olunur. Qaydalarda hərəkəin təhlükəsizliyinin məsuliyyəti həm piyada, həm də sürücülərin üzərinə qoyulur.
Piyada keçidləri ən çox belə zonalarda təşkil edilir. Piyadaların kontaktda olduğu həm nizamlanmayan, həm də nizamlanan piyada keçidləri xüsusi təhlükəli küçə-yol şəbəkəsi elementləri hesab olunurlar.
Nizamlanan piyada keçidlərində svetoforun icazə verən siqnalı yandırıldıqda, nizamlanmayan piyada keçidlərində keçidi keçən piyadalara yol veriliməlidir. Əgər NV nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürə- tini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər NV-lərin sürücüləri yalnız dayanmış NV-nin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkətə davam edə bilərlər.

Piyada keçidindən sonra tıxac yaranıbsa və bu, sürücjünü piyada keçi- dində dayanmağa məcbur edəcəksə, onun piyada keçidinə girməsi qadağandır.



90
Sürücü yaşayış məntəqələrində, piyada keçidlərindən kənarda ağ çəliklə işarə verən kor piyadalara yol verməlidir.
Marşrut NV-lərinin dayanacaq məntəqələri, minib-düşmə meydançası olmayan və yolu hərəkət hissəsinin ortasından keçən tramvayların dayanacaq məntəqələri daha təhlükəlidir.
Marşrut sərnişin nəqliyyatına minib-düşmə yolun hərəkət hissəsində və ya orada yerləşən minik meydançasında həyata keçirilirsə, sürücjü dayanacaqda duran NV-yə doğru gedən və ya ondan düşüb gedən sərnişinlərə yol verməlidir (qapılar tərəfdən).
“Uşaqlar” tanınma nişanı olan dayanmış NV-yə yaxınlaşan sürücjü sürətini azaltmalı, lazım gəldikdə dayanmalı və uşaqlara yol verməlidir.
Dayanacaq məntəqələrində dayanmış NV-lərin arxasından qəfildən yolun hərəkət hissəsinə çıxan piyadalar çox çətin olan təhlükəli vəziyyətlər yaratdığından, dayanacaq məntəqələri yaxşı görünən yol sahələrində təşkil olunmalı və mümkün olan hallarda «cib»lərdə yerləşdirilməlidir.



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin