Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu


Xüsusi siqnalların tətbiqi. Marşrut nəqliyyatına verilən üstünlüklər



Yüklə 6,32 Mb.
səhifə26/40
tarix16.12.2023
ölçüsü6,32 Mb.
#182853
növüQaydalar
1   ...   22   23   24   25   26   27   28   29   ...   40
YHQ və HT - Mühazirə

Xüsusi siqnalların tətbiqi. Marşrut nəqliyyatına verilən üstünlüklər


“Avtoqatar” tanınma nişanları avtoqatar hərəkət edərkən, sutkanın qaranlıq vaxtı, həm də məhdud görünmə şəraitində, bundan əlavə, dayandığı və durduğu müddətdə yanmalıdır.


Səs siqnallarından yalnız yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda və YNH-nin qarşısını almaq üçün istifadə oluna bilər.
Ötmə barədə xəbərdarlıq etmək üçün bu manevrə başlamazdan qabaq səs siqnalı əvəzinə (və ya onunla birlikdə) işıq siqnalı verilə bilər. Bu işıq siqnalı sutkanın işıqlı vaxtı faraların işıqlarını qısamüddətli yandırıb-söndurməkdən, sut- kanın qaranlıq vaxtı isə faraların yaxın işığını uzaq işığa keçirməkdən ibarətdir.
Xüsusən yağışlı havalarda gecə vaxtı sürücü periodik olaraq, faraları və işıq əksetdiricilər də daxil olmaqla, digər işıq cihazlarını təmizləməlidirlər.
Rusiyanın yeni Qaydalarında yaşayış məntəqələrindən kənarda günün işıqlı vaxtlarında bütün NV-lərin yaxın işıq faralarının yandırılması tələb olunur. Bu, hərəkətin təhlükəsizliyini yüksəldir və Avropa ölkələrinin bir çoxunda tətbiq olunur.
Yol hərəkətinin əsas iştirakçısı olan bəzi NV-lər öz hərəkət mar- şrutlarında müəyyən üstünlüklərə malik olurlar. Belə NV-nin sürücüsü yol hə- rəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxa bilər. Hər bir vəziyyətdə o, nizamlayıcının siqnallarına tabe olmalıdır. Hərəkət üstünlüyünə malik olan operativ NV xüsusi səs siqnalı, sayrışan və işıq siqnalı ilə təchiz olunmalıdır.
Belə NV-lərin sürücüləri digər hərəkət iştirakçılarına nəzərən üstünlük əldə etmək üçün sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər.
Hərəkət üstünlüyünə malik olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən NV yaxınlaşdıqda, digər hərəkət iştirakçıları yolun hərəkət hissəsini boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə NV-ni saxlamalıdırlar. Birtərəfli üç zolaqlı yolun orta zolağı ilə hərəkət edən NV sürücüsü yaxınlaşan YPX avtomobilinə mane olmadığından, o, həmin zolaqda hərəkətini davam etdirməlidir. Avtobusu müşayət edən YPX avtomobilinə onunla eyni zolaqda qabaqda hərəkət edən NV- nin sürücüsü sağ zolağı tutmaqla yol verməlidir.

Digər NV-lərin dövlət standartları ilə müəyyən edilmiş rəng qrafikası sxem- lərindən və rəng çalarlarından, habelə gücü dəyişən işıqlardan və avazı dəyişən çoxavazlı siqnallardan istifadə etməsi qadağandır.


Narıncı və ya sarı rəngli sayrışan işıq siqnalları quraşdırılmış xüsusi NV-lərin sürücüləri yolda tikinti, təmir və ya təmizlik işləri görərkən, hərəkət təhlükəlisizliyini təmin etmək şərtilə, yol nişanlarının və nişanlama xətlərinin tələblərindən kənara çıxa bilərlər. Başqa sürücü-

lər onların işinə maneçilik törətməməlidirlər. Narıncı və sarı rəngli işartılı məşəl hərəkət zamanı üstünlük vermir və hərəkətin digər iştirakçılarını təhlükə barədə xəbərdar etməyə xidmət edir.


Xüsusi səs və işıq siqnalları quraşdırılmış NV-lər Azərbaycan Res- publikasının müvafiq icra hakimiyyəti orqanlarında xüsusi qeydiyyatdan keçməlidirlər. Belə səs və işıq siqnallarının quraşdırılmasına bu Qanunda nəzərdə tutulmuş hallarda icazə verilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan, xüsusi çoxavazlı səs və sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrlə və yaxud operativ xidmətlərin NV-ləri üçün müəyyən edilmiş rənglənmə sxemləri ilə təchiz olunmuş NV-lərin sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Marşrut NV-lərinin hərəkətinin təşkili və nizamlanmasının əsas məqsədi hərəkətin təhlükəsizliyinin təmin edilməsi şərtilə yüksək çatdırma sürətinə nail olmaqdır. Ona görə də belə NV-lərə öz hərəkət marşrutlarında bir sıra üstünlüklər nəzərdə tutulmalıdır. Qaydalara görə marşrut taksiləri marşrut NV- lərinə aid edilmirlər.
Bu üstünlüklər yol hərəkət qaydaları ilə, yol ayrıclarının nizamlama siklində xüsusi fazanın nəzərdə tutulması ilə, marşrut trassasında digər NV üçün məhdu- diyyətlər qoyulmaqla və marşrut nəqliyyatı üçün hərəkət zolağını xüsusiləşdirməklə təmin olunur.
Yol hərəkəti qaydaları və standartlarına görə 3.18; 3.19; 3.27 qadağanedici və
4.1 məcburi hərəkət istiqaməti nişanları onlara şamil edilmir.



Yol ayrıclarında tramvaylara (depodan çıxma halları istisna olmaqla) üstünlük verilir. Depodan çıxış yeri yol ayrıcı hesab edilmədiyindən, bu maddənin məntiqini başa düşmək olar.

Digər bütün NV sürücüləri dayanacaq məntəqəsindən (ancaq yaşayış məntə- qələrində yerləşən) çıxan avtobus və trolleybuslara maneçilik törətməməlidirlər.


Dayanacaq
məntəqəsindən çıxan marşrut NV- sinin sürücüsü onlara yol verildiyi- nə əmin olduqdan sonra dönmə siqnalını yandıraraq hərəkətə baş- lamalıdır.
Digər NV-lərin dayanmasını qadağan etmək üçün dayanacaq məntəqəsində 1.17 nişanlama xət-
ti tətbiq edilir (hərəkət hissəsinin kənarında çəkilmiş ziq-zaq şəkilli sarı bütöv xətt).
Marşrut NV-nin ləngimələrini azaltmaq və hərəkət təhlükəsizliyini yüksəltmək üçün digər bütün nəqliyyat növlərinə aşağıdakı müxtəlif məhdudiyyətlər qoyulur:

  • sağa dönmələr qarşısında dayanacaq məntəqəsi yerləşirsə, onların qadağan edilməsi;

  • intensiv hərəkətli ictimai NV olan küçələrdə digər bütün NV-nin dayanmasının və durmasının qadağan edilməsi;




- 2.1 və 2.3 həmçinin, xüsusi lövhəcikli (obyektə qədər olan məsafəni göstərən) 2.1 nişanları ilə baş yolun qeyd olunması.
Xüsusi zolaq nəzərdə tutulduqda sürücülərə aydın məlumat verilməlidir. Məsələn, yola çəkilmiş BUS (1.23) işarəsi və ya 5.9, 5.10.1; 5.10.2; 5.10.3 nişanları vasitəsilə.

Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin