Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 6,32 Mb.
səhifə2/40
tarix16.12.2023
ölçüsü6,32 Mb.
#182853
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   40
YHQ və HT - Mühazirə

Əsas anlayişlar


Bu anlayışlar 1998-ci il 3 iyul tarixində qəbul edilmiş «Yol Hərəkəti Haq- qında Azərbaycan Respublikasının Qanunu»nun «Ümumi müddəaları»nda öz ək- sini tapmışdır. Əsas anlayışlar kimi aşağıdakılar qeyd olunur:
Yol hərəkəti - xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin (NV) köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük da- şınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlrin məcmusudur. Bu anlayışa ilk dəfə 1949-cu ildə BMT çər- çivəsində qəbul edilmiş və 1968-ci ildə yenidən baxılmış «Yol hərəkəti haqqında Konvensiya»da geniş surətdə tərif verilmişdir: «Yollarda bir-biri ilə qarşılıqlı əla- qədə olan, hərəkət edən və dayanmış mexaniki nəqliyyat vasitələri, piyadalar və insanlarla idarə olunan qeyri-mexaniki nəqliyyat vasitələrindən ibarət olan mü- rəkkəb bir kompleks fəaliyyət göstərir ki, bu da Yol hərəkəti (Road Traffic) adla- nır».
Yol hərəkətinin təşkili - NV-nin və piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini, optimal sürətini təmin etmək məqsədilə küçə-yol şəbəkəsində həyata keçirilən və yol hərəkətinin ayrılmaz hissəsi olan mühəndis və təşkilati tədbirlər sistemidir. Yol hərəkətinin təşkilinin səmərəliliyi hər şeydən əvvəl «sü- rücü-avtomobil-yol-mühit» (SAYM) sisteminin bütün elementlərinin və onların bir-biri ilə qarşılıqlı əlaqələrinin optimal fəaliyyətindən asılıdır.
Yol hərəkətinin təhlükəsizliyi - yol hərəkət iştirakçılarının və cəmiyyətin yol- nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir.
Beynəlxalq yol hərəkəti - bir dövlətin fiziki və ya hüquqi şəxsinə məxsus olan və başqa dövlətin ərazisinə müvəqqəti gətirilərək və orada qeydiyyata alın- mayan NV-nin iştirak etdiyi yol hərəkətidir.
Avtomobil yolu - yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər nor- mativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avto- busların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkə- tini təmin etmək üçün nəzərdə tutulan yoldur. Yolların əsas vəzifəsinin NV-lərin hərəkətini təmin etməkdən ibarət olmasına baxmayaraq, bəzən onlardan piyada- lar da hərəkət üçün istifadə edirlər. Avtomobil yollarına küçələr, prospektlər, ma- gistrallar, qrunt (torpaq) yolları, meşə və tarla yolları da aiddir.
Avtomagistral - nəqliyyat vasitələri- nin hərəkəti üçün xüsusi çəkilmiş və nəzər- də tutulmuş elə bir yoldur ki:

  • həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti təyinatlı obyektlər di- gər NV tərəfindən istifadə edilə bilməz;

  • ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın müəyyənləşdirildiyi hallardan başqa, əks istiqamətlərdə hərəkət

istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri vardır, həm də bu hissələr arasında hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulmuşdur;

  • dəmir yolu, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur.


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin