Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu


Piyadaların və digər hərəkət iştirakçılarının vəzifələri



Yüklə 6,32 Mb.
səhifə9/40
tarix16.12.2023
ölçüsü6,32 Mb.
#182853
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   40
YHQ və HT - Mühazirə

Piyadaların və digər hərəkət iştirakçılarının vəzifələri


SAYM sisteminin əsas elementlərindən biri olan sürücü də gündəlik olaraq, müəyyən vaxtlarda piyada olur. Təəssüflər olsun ki, onlar da adi piyadalar kimi təhlükəsizlik tələblərinə əməl etmirlər. Sürücü peşəsinə yiyələnmiş piyadaların intizamsızlığı və ehtiyyatsızlığı səbəbindən xəsarət almaları və hətta ölmələrini başa düşülən deyildir. Bunu əlavə olaraq demək olar ki, sürücülər əmək kollek- tivlərində və gündəlik həyatında belə yol hərəkəti qaydalarına nümunəvi olaraq əməl etməlidirlər. Bu qaydalarda piyadalara çox az yer ayrılmış və onlara qoyulan tələblər çox sadədir. Ancaq, qeyd etmək lazımdır ki, piyadalara bu tələblərdən başqa onlara aid olmayan digər tələblər də şamil oluna bilər.


Piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə onlara qoyulan əsas tələ- bləri izah edək. Piyadalar hərəkət üçün yolların hərəkət hissəsindən yox, səkilər- dən, piyada yollarından və çiyinlərdən istifadə etməlidirlər.
Əgər velosipedlərin hərəkətinə maneçilik törədilməzsə, bu məqsədlə velosi- ped yollarından da istifadə etmək olar.
Ayırıcı zolağı olan yollarda piyadalar hərəkət hissəsinin xarici kənarı ilə bir cərgədə hərəkət etməlidirlər (iri əşyalar daşıyan və ya piyadaların, habelə mühərriksiz əlil arabalarında gedən şəxslərin səki və ya yol çiyini ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər).
Piyadalar dəmir və avtomobil yolunun hərəkət hissəsini, küçələri

piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yol ayrıclarında səki xətti və ya yol çiyini xətləri boyunca keçməlidir.


Sürücülər piyada keçidlərini göstərən nişanlama xətlərinə və yol nişanlarına diqqət yetirməli və bu keçidlərdən yolu keçən şəxslərə yol verməlidirlər.
Yaşayış məntəqələrindən kənarda piyadalar yolun hərəkət hissəsilə getdikdə,
NV-nin hərəkət istiqamətinə
qarşı getməlidirlər. Bu zaman velosiped sürən şəxslər də belə halda NV-lərin hə- rəkət istiqamətində getməlidirlər. Əgər piyadaların keçməsi üçün xüsusi yer mü- əyyən edilməmişdirsə və görmə sahəsin- də yol ayrıcı yoxdursa, piyadalar yolu di- gər yerlərdən də keçə bilərlər. Bu zaman
nəzərə almaq lazımdır ki, yolun keçildiyi yerdən hər iki istiqamətdə aydın görünmə məsafəsi 150-200 m olmalıdır.
Piyadalar ümumi istifadədə olan NV-ni və taksini, yalnız yolun hərəkət hissəsinə nəzərən qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə səkidə və ya yolun çiyinlərində gözlə- məlidirlər. Bu meydançaların yol sət- hinə nəzərən hündürlüyü 0,15-0,2 m, eni isə 1,5-3,0 m olur. Meydançaların yerləşdiyi giriş «cib»lərinin eni 4,2 m olur. «Cib»lərdəki keçid əyrilərinin uzunluğu 20 m-dən çox olmalıdır.
Yol səthinə nəzərən qaldırılmış mi- nik meydançalarının olmadığı dayana- caq məntəqələrində NV-yə minmək üçün yolun hərəkət hissəsinə yalnız NV dayandıqdan sonra çıxmağa icazə veri- lir. NV-dən düşdükdən sonra ləngimə- dən yolun hərəkət hissəsini tərk etmək lazımdır.
Hərəkətin nizamlandığı küçə-yol şəbəkəsi elementlərində nizamlayıcının və ya piyada svetoforunun, o olmadıq- da isə nəqliyyat svetoforunun işarəsi əsas tutulmalıdır. Zərurət olmadıqda yolun hərəkət hissəsində ləngimək və dayanmaq qadağandır. Svetofor və ni- zamlayıcı birlikdə fəaliyyət göstərdikdə nizamlayıcının siqnalı əsas götürülmə- lidir.
Qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş NV yaxınlaşdıqda xüsusən diqqətli və ehtiyatlı olmaq lazımdır. Yəni, təcili tibbi yardım, yanğın xidməti, polis və digər operativ avtomobillər yüksək sürətlə hərəkət etmək ixtiyarına malik olduqlarından qaydaların müəyyən tələbləri onlara şamil edilmir. Belə hallarda yaxşı olar ki, piyadalar həmin avtomobillər gəlib keçmədən yolu keçməyə cəhd etməsinlər. Yol-istismar xidmətinin xüsusi fənərlərlə təchiz olunmuş avtomobilləri yaxınlaşdıqda da yolu keçmək məsləhət görülmür. Bütün hallarda yolu keçmək istəyən piyadalar onun hərəkət hissəsində dayanmamalıdırlar.
Piyada dayanmış NV-nin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan NV- nin olmadığını yəqin etməlidir.
Sutkanın qaranlıq vaxtlarında piyada yolu yalnız görünüş dairəsində NV olmadıqda keçməlidir. Qeyd edək ki, Rusiyanın yeni qaydalarında piyadalar üçün yeni təlimatlar nəzərdə tutulmuşdur. Məsələn, günün qaranlıq vaxtlarında və ya
məhdud görünmə şəraitlərində onların paltarında və ya əlində işıq əksetdirici element olmalıdır. Bunun sayəsində sürücülər onları yaxşı seçirlər.
Piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan NV-yədək məsafəni, onun sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Bu zaman piyadanın təhlükəsizliyi ancaq onun özündən asılı olur. Yolun hərəkət hissəsini qaçaraq yox, iti addımlarla keçmək lazımdır. Məsələ burasındadır ki, qaçan adam sürücü üçün həmişə gözlənilməz olur, onun vəziyyəti qiymətləndir- məsini çətinləşdirir və əlavə əsəb yüklənmələrə səbəb olur. Bundan başqa qaçan adam ətraf vəziyyəti pis qavradığından, lazım gəldiyi anda dayanma imkanına malik olmur. Nəzərə almaq lazımdır ki, maneəni gördükdə yeriyən adam 1,5 m, qaçan adam isə qaçış sürətindən asılı
olaraq 5-10 m məsafədə dayana bilir.
Keçidi başa çatdıra bilməyən piyadalar NV-nin əks istiqamətli hərəkətlərini ayıran xəttin və ya ayrıcı zolağın üstündə nəzərdə tu-
tulmuş təhlükəsizlik adacığında da- yanıb gözləməlidirlər. Onlar yal- nız hərəkətin təhlükəsizliyinə əmin
olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla, yolu keçməyə davam edə bilərlər. Piyada çəpərləri tətbiq olunmuş hissələrdə yolu keçmək olmaz.
Avtomagistralların hərəkət hissəsi və çiyinləri ilə hərəkət etmək qadağandır.
Mütəşəkkil piyada dəstələrinə yalnız NV-nin hərəkət istiqaməti ilə, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, bir sırada 4 nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında sol tərəfdə müşayətçilər olmalıdırlar. Onlar əllərində qırmızı bayraqcıqlar, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində isə, yandırılmış fənərlər: qabaqda ağ, arxada- qırmızı işıq fənəri tutmalıdırlar.
Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayəti ilə səki, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir.
Digər hərəkət iştirakçıları dedikdə sərnişinlər, velosipedçilər və mal-qara ötürənlər nəzərdə tutulur. Belə hərəkət iştirakçıları sürücü və piyadalara nisbətən yol hərəkət qaydalarına bir qədər laqeyd yanaşırlar. Bu da son nəticədə çox ağır YNH-nin baş verməsinə səbəb olur. Belə hərəkət iştirakçılarının Qaydalarla təhlükəsiliyinə qoyulan bəzi tələblər üzərində dayanaq.
Sərnişin dedikdə NV-yə minmək üçün gözləyən və ya onun içərisində hərəkət edən piyada başa düşülür. Bundan başqa reysə iki sürücü ilə çıxan avtomobil və avtobuslarda sükan arxasında oturmayan sürücü, yükü müşayət edən şəxs və texniki yardım avtomobilində oturmuş işçilər də sərnişin hesab olu- nurlar.
Sərnişinlər NV-yə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə səkidən və ya yolun çiyini tərəfdən yalnız NV tam dayandıqdan
sonra minib-düşməlidirlər. Bu mümkün olmadıqda, onlar yolun hərəkət hissə- sindən o şərtlə minib-düşə bilərlər ki,
bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın.
Hərəkət vaxtı sərnişinlərə sürücü- nün diqqətini NV-ni idarə etməkdən ya- yındırmaq qadağan olunur, təhlükəsizlik kəməri olan avtomobildə gedərkən kə- məri bağlamalı, motosikletdə isə moto- şlem geyinilməlidir.
Hərəkət edən NV-yə minib-düşmək,
həmçinin avtomotik qapıların bağlanmasına maneçilik törətmək çox ağır YNH ilə nəticələnir.
Yük avtomobilinin kuzovunda yerləşən ixtiyari şəxsə ayaq üstə durmaq, yük üzərində bortdan yuxarı və bort üzərində oturmaq qəti qadağandır. Yükü mü- şayət edən şəxslər üçün
yükün xarakteri, kütləsi və qabarit öl- çülərindən asılı olaraq, təhlükəsiz yer seçilməli və onların yerdəyişmələrinin məhdudlaşdırılması üçün tədbirlər gö- rülməlidir.
Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin
hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidirlər. Velo- sipedçinin velosipedi texniki cəhətdən saz və lazımi qədər təchiz olunmuş olmalıdır. Velosipedlə onu idarə etməyə mane olan yük və ya sərnişin daşınma- malıdır.
Kənd rayonlarında mal- qara ötürənlər digər hərəkət iştirakçıları kimi diqqət mər- kəzində saxlanmalıdır. Şüura malik olmayan heyvanların hə- rəkətlərinin qabaqcadan proq- nozlaşdırılması mümkün olma- dığından, hərəkətin təhlükəsiz- liyinin təmin edilməsi üçün
sürücülərdən xüsusi diqqət tələb olunur. Bu cəhətdən uşaqlar da potensial təhlükə mənbəyi hesab olunurlar.
Mal-qara asfalt və sement-beton örtüklü yollarla ötürülməməlidir. Sutkanın qaranlıq vaxtlarında və məhdudiyyətli görünmə şəraitində dəmir yollarından, yol- ların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlə- rindən, habelə yolun hərəkət hissəsindən mal-qara ötürülməməlidir. Mal-qaranın yoldan ötürülməsi prosesində son dərəcə diqqətli olmaq lazımdır. Yolun müəy-
yən təhlükəli məsafəsində NV-lərin olmadığına əmin olduqdan sonra müəyyən təhlükəsizlik tədbirləri görülməklə, mal-qara yoldan keçirilməlidir.

    1. Yüklə 6,32 Mb.

      Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin