1.1 - əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hə- rəkət hissəsinin kənarlarını göstərir;
1.2 - avtomagistrallarda hərəkət hissəsinin kənarını göstərir (enli bütöv xət- lər);
1.3 - dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır;
1.4 - dayanma qadağan olunan yerləri bildirir, müstəqil və ya 3.27 nişanı ilə birlikdə tətbiq edilir, hərəkət hissəsinin kənarına və ya bordurun üst hissəsinə çəkilir;
1.5 - iki və ya üç zolaqlı yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir;
1.6 - əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və
1.11 nişanlama xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti – cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər);
1.7 - yol ayrıcının hüdudlarında hərəkət zolaqlarını göstərir (cizgiləri qısa və onların aralarındakı məsafə cizginin uzunluğuna bərabər olan qırıq xətlər);
1.8 - sürətləndirmə və ya tormozlama zolağı ilə yolun hərəkət hissəsinin əsas zolağı arasında sərhəddi göstərir (enli qırıq xətlər müxtəlif səviyyələrdəki yol ayrıclarında, kəsişmələrdə, avtobus dayanacaqları zonasında və s. yerlərdə);
1.9 - reversiv hərəkətlə nizamlanma tətbiq edilən hərəkət zolaqlarının sər- hədlərini göstərir, qarşılıqlı hərəkətlə nizamlanma tətbiq olunan yollarda əks isti- qamətli (qarşılıqlı hərəkət svetoforları söndürülən zaman) nəqliyyat axınlarını ayırır;
1.10 - duracağın qadağan olunduğu yerləri bildirir, müstəqil və ya 3.28 ni- şanı ilə birlikdə tətbiq edilir və hərəkət hissəsinin kənarına və ya bordurun üst hissəsinə çəkilir;
1.11 - yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yollarda du- racaqlara girmək və çıxmaq, geriyə dönmək və s. üçün nəzərdə tutulmuş yerləri göstərir. Bu xətti qırıq-qırıq xətt istiqamətindən, ötmə və yandankeçmələri həyata keçirdikdə isə hətta bütöv xətt istiqamətindən kəsməyə icazə verilir.
1.12 - (STOP - xətt) 2.5 nişanı olduqda və ya svetoforun (nizamlayıcının) qadağan siqnalı verildikdə, NV-lərin dayanmalı olduğu yeri göstərir;
1.13 - kəsişən yolla hərəkət edən NV-yə yol vermək üçün NV-nin lazım gəldikdə, dayanmalı olduğu yeri göstərir;
1.14.1 - nizamlanmayan piyada keçidini, 1.14.2-piyadaların hərəkət istiqa- mətini, 1.14.3-hərəkətin svetoforla nizamlandığı piyada keçidini göstərir;
1.15 - velosiped yolunun yolun hərəkət hissəsi ilə kəsişdiyi yeri göstərir;
1.16.1-1.16.3 - nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə isti- qamətləndirici adacıqları göstərir;
1.17 - ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və tak- si duracaqlarını göstərir;
1.18 - yol ayrıclarında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təs- viri çəkilmiş nişanlanma xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir;
1.19 - yolun hərəkət hissəsinin daralan sahəsinə (həmin istiqamətdə zolaq- ların sayının azaldığı sahəyə), yaxud əks istiqamətlərdə nəqliyyat axınlarını ayı- ran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşmanı göstərir. Birinci halda 1.19 nişanlanma xətti 1.18.1-1.18.3 nişanları ilə birlikdə tətbiq oluna bilər;
1.23 - ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolağı göstə-
rir.
Üfiqi nişanlanma xətlərinin xüsusiyyətləri aşağıda göstərilmişdir:
1.1-1.3 xətlərini kəsib keçmək qadağandır;
nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kə- narını göstərən və sürücüdən sağda yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir;
-1.5 -1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir;
qarşılıqlı hərəkət svetoforları olmadıqda və ya söndürülmüş olduqda, 1.9 xətti sürücüdən sağdadırsa, onu kəsib keçməyə icazə verilir, qarşılıqlı hərəkət svetoforları yanarkən bir istiqamətdə hərəkətə icazə verilən zolaqları bir-birindən ayıran 1.9 nişanlanma xəttini istənilən tərəfdən kəsib keçmək olar. Qarşılıqlı hə- rəkət svetoforları söndürüldükdə sürücü dərhal 1.9 nişanlanma xəttindən sağ tə- rəfə yerdəyişmə etməlidir. Qarşılıqlı hərəkət svetoforları söndürülmüş olduqda əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.9 xəttini kəsib keçmək qadağandır;
1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Yeri də- yişdirilə bilən dayaqlarda qurulmuş müvəqqəti yol nişanlarının və nişanlanma xətlərinin mənaları bir-birinə zidd gəldikdə, sürücülər yol nişanlarını əsas tutma- lıdırlar.
Yol qurğularının elementlərinə (körpülərə, dəmir yol keçidlərinə, dayaq qur- ğularına və s.), hasarlara, sütunlara, eləcə də yollarda olan və hərəkət üçün təhlü- kə yaradan digər obyektlərin üzərinə, onların ölçülərini göstərmək və həmçinin, sürücülərin gözlə istiqaməti müəyyənləşdirməsinə kömək etmək məqsədilə, ağ və qara rəngli zolaq şəklində şaquli nişanlama çəkilir.