Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 6,32 Mb.
səhifə13/40
tarix16.12.2023
ölçüsü6,32 Mb.
#182853
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   40
YHQ və HT - Mühazirə































Məsburi hərəkət istiqaməti və məlumatverici nişanlar




Məcburi hərəkət istiqaməti nişanları sürücülərə NV-nin hərə­kə­­­ti­nin icazə verilmiş isti­­qamətini, sürətini, müvafiq NV-nin hərəkə­ti­ni,




eləcə də piyadaların hərəkəti üçün nə­zərdə tu­tulan yolları gös­tə­rir. Bu nişanların dairəvi forması və mavi fonu vardır.


4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları ancaq oxlar istiqamətində hərəkətə icazə verir. Bu nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6




nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir.


Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yol ayrıcına qə- dər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir. 4.4 nişanı minik avtomobillərinin, avtobusların, motosikletlərin, və icazə verilmiş maksimum kütləsi 3,5t-dan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş sahədə yerləşən müəssisələrə, habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan digər NV-nin hərəkətinə də icazə verir. Belə hallarda, NV işa- rələnmiş sahəyə təyinat yerinə ən yaxın yol ayrıcından girib-çıxmalıdırlar.
Məlumdur ki, yolda bir və ya bir neçə (hərəkət hissələri ayırıcı zolaqla ayrıl- dıqda) hərəkət hissəsi ola bilər.
Əgər 4.1.1- 4.1.6 nişanları bir hərəkət hissəsi olan yolların kəsişməsi və ya bitişməsi yer- lərində tətbiq olunmuşlarsa, onda onlar bütövlükdə yol ay- rıcında təsir gücünə malik olur- lar.
Kəsişməsindən (bitişməsindən) əvvəl 4.1.1-4.1.6 nişanlarının asıldığı yol ayırıcı zolağa malikdirsə, xüsusən diqqətli olmaq lazımdır. Yadda saxlamaq la- zımdır ki, bu nişanlar ancaq onların qarşısında asıldıqları yol ayrıclarında təsir gücünə malik olurlar. 4.2.1 «Maneəni sağdan keçmə» və 4.2.2 «Maneəni soldan keçmə» nişanları ancaq nişanda göstərilən ox istiqamətində hərəkətə icazə verir- lər.

Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin