Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 6,32 Mb.
səhifə19/40
tarix16.12.2023
ölçüsü6,32 Mb.
#182853
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   ...   40
YHQ və HT - Mühazirə

- “Sürəti azaldın” siqnalı nizamlayıcı əli ilə yu- xarı-aşağı hərəkətlər edərsə, hərəkətə icazə verilən
istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitəsinin sürətinin azaldılmasını tələb edir;

  • Sürəti artırın” siqnalı nizamlayıcı əli ilə üfuqi vəziyyətdə (saat əqrəbi istiqamətində) dairə- vi hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqa- mətlərdə sürücüdən öz nəqliyyat vasitələrinin sü- rətini artırmaq, piyadalardan isə yolu keçməsini tezləşdirməyi tələb edir;

  • Dayanın” siqnalı nizamlayıcı tərəfindən hər hansı nəqliyyat vasitəsinə tərəf yönəldilmiş- dirsə, onun sürücüsündən öz nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında dayandırma- sını tələb edir.

Müstəsna hallarda (yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə təxirə salınmayan tədbirlərin görülməsi üçün zərurət yaranarsa), nizamlayıcı bu maddənin ikinci hissəsində göstərilən siqnalların mənalarından fərqli olaraq yol hərəkəti iştirakçılarına aydın olan digər siqnalları verə bilər.


Bu maddədə nəzərdə tutulmuş siqnalları verərkən, nizamlayıcı fitdən də isti- fadə edə bilər.


Nizamlayıcı elə yerdə dayanmalı və elə təchiz edilməlidir ki, yol hərəkə- ti iştirakçıları onun tərəfindən verilən siqnalları sutkanın işıqlı və qaranlıq vaxtı seçə bilsinlər. Bu məqsədlə sutka- nın qaranlıq vaxtında nizamlayıcı işıq düşən yerdə dayanmalı və ya istifadə edilən jezl işıq saçan və yaxud işıq ve- rən olmalıdır.
Yollarda yaxşı görünməsi üçün ni- zamlayıcı jezldən və ya qırmızı siqnallı diskdən istifadə edə bilər.
Sürücülər və piyadalar svetofor siqnallarına, yol nişanları və ya nişanlama xətlərinin tələblərinə uyğun olmasa belə nizamlayıcı siqnallarının tələblərinə əməl etməlidirlər. O hallarda ki, svetofor siqnalları yol nişanları ilə ziddiyyət təş- kil edir, onda svetofor siqnalları əsas götürülməlidir.

Yol işlərində istifadə olunan işarələr və NV-lərin tanınma nişanları


Avtomobil yollarında yol işlərinin aparıldığı yerlər təhlükəli və «dar» yerlər hesab olunurlar. Yol işləri aparılarkən, habelə yolun zədələnmiş sahələrində təh- lükəsiz və fasiləsiz hərəkəti təmin etmək məqsədilə aşağıdakı xüsusi işarələrdən istifadə olunur:



  • görülməli işlərin sahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar;

  • nizamlayıcı göstərişləri olan sürətli hərəkət lövhələri;

  • iş sahəsini müəyyənləşdirən qırmızı və ya narıncı rəngli sayrışan işıqlar;

  • hərəkətin istiqamətini göstərən maneə;

  • görülən yol işlərindən yan keçməni göstərən maneələr.

Yol işləri görülməsinə, onun xarakteri və davam etmə müddətindən asılı ola- raq, yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan, xüsusi yol nişanlarının və ya işıq siqnallarının qurulmasından sonra başlanıla bilər.
İş aparılacaq sahələri aydın görünən stendlərlə, şlaqbaumlarla, ayrıcı dirəklər- lə və ya digər xüsusi vasitələrlə işarə etmək lazımdır. Bu vasitələr işıqlandırıcı ol- mazsa, axşamlar qırmızı və narıncı rəngli daimi və ya sayrışan işıqlar quraşdırıl- malıdır.
Yolun zədələnmiş hissəsində hərəkəti nizamlamaq üçün xüsusi yol nişanları və işıq siqnalları quraşdırılır, zəruri hallarda isə yaranmış vəziyyətə uyğun olaraq yolun nişanlanması aparılır. Əgər vəziyyət tələb edərsə, yol hərəkəti yol fəhlələri tərəfindən nizamlanmalıdır.
Yol işlərinin aparılması müddətində qurulmuş xüsusi yol nişanları və işıq siq- nalları saxlanılır, işlər qurtardıqda isə ilkin vasitələr bərpa edilir və zəruri olduq- da yeni yol hərəkəti şəraitinə müavfiq olaraq dəyişikliklər edilir.




Görülməli işlərin sahəsini müəyyən- ləşdirən lövhə və səyyari konuslar.
Nizamlayıjı göstərişlər olan sürətli hərəkət lövhələri.























Görülən yol işlərindən yan keçməni göstərən maneələr.
İş sahəsini müəyyənləşdirən qırmızı
və ya narınjı rəngli sayrışan işıqlar.



Hərəkət istiqamətini göstərən maneə.
Yol işləri sahəsinin müəyyən edilməsi üçün bayraqlar.

Yolun hərəkət hissəsində işləyən şəxs narıncı рянэли qolsuz paltar geyməli, gecə isə həmin geyim işıq qaytaran olmalı və yaxud onun üzərində işıqqaytarıcı elementlər nəzərədə tutulmalıdır. Yol işlərinin aparılması ilə əlaqədar hərəkətin bağlanması və ya onun məhdudlaşdırılması, eləcə də işin aparıldığı yerin, yaxud zonanın nişanlanması dövlət standartı ilə müəyyən edilir.
Nəqliyyat vasitələrində aşağıdakı tanınma nişanlarından istifadə olunur: “Avtoqatar”-qoşqulu yük avtomobillərində və təkərli traktorlarda (1,4 t və da-
ha artıq yük götürən), habelə birləşdirilmiş avtobus və trolleybuslarda-kabinənin damında bir-birindən 150-300 mm aralı, üfiqi yerləşdirilmiş narıncı rəngli üç fə- nər şəklində olurlar.
“Tikanlı şinlər”-tikanlı şinlər qoyulmuş mexaniki nəqliyyat vasitələrinin ar- xasında-bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış içərisində qara rəngdə şin təsviri olan üçbucaq şəklində (üçbucağın tərəf-

ləri azı 200mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədərdir) olurlar. “Uşaqların daşınması” – avtobusda dəstə ilə uşaq apararkən, bu, nəqliyyat



vasitələrinin qabağında və arxasında-qırmızı haşiyəyə alınmış və içərisində qara rənglə 1.21 yol nişanının simvolu təsvir edilmiş sarı rəngli kvadrat şəklində (kvadratın tərəfləri azı 200mm, haşiyənin eni kvadratın tərəfinin onda biri qədər) olur.


“Kar sürücü”– lal-kar və ya kar sürücülərin idarə etdiyi mexaniki nəqliyyat vasitələrinin qabağında və arxasında-diametri 160mm olan, içərisində təpəsi aşağı yönəldilmiş bərabərtərəfli xəyali üçbucağın künclərində 40mm diametrli üç qara dairəcik çəkilmiş sarı rəngli dairə şəklində olurlar.
“Əlil” – I və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərə- findən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında – tərəfləri 150mm ölçülü, daxilində
7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində olur.

“Həkim”– sürücü-həkimlərin idarə etdiyi nəqliyyat vasitələrinin qabağında və arxasında–tərəflərinin ölçüsü 140mm olan, içərisinə ağ dairədə (diametri 125 mm) qızıl xaç (ştrixin hündürlüyü 90mm, eni 25mm) təsviri vurulmuş, göy rəngli kvadrat şəklində olur.


“Təlim nəqliyyat vasitəsi ”– sürücülük öyrətmək üçün istifadə olunan mexa- niki nəqliyyat vasitəsinin qabağında və arxasında-bərabərtərəfli, ağ rəngli, təpəsi

yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış (üçbucağın tərəfləri azı 200mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər) və içərisində qara rəngdə “Tə- lim” sözü yazılmış üçbucaq şəklində (minik avtomobilinin damında ikitərəfli ni- şan qoyulmasına yol verilir) olur.


“Nəqliyyat vasitəsinin qabaritindən kənara çıxan yük”- 400400mm ölçüyə, diaqonal boyu 50mm enində, növbəli qırmızı ağ zolaqlar çəkilmiş, işıqqaytarıcı səthə malik lövhəcik şəklində olur.
“Təhlükəli yük”-belə yüklər daşıyan nəqliyyat vasitələrinin qabağında və ar- xasında-690300mm ölçüdə, onun 400300mm ölçüdə sağ hissəsi narıncı, sol hissəsi isə 15mm enində qara haşiyəyə alınmış ağ rəngdə olan düzbucaqlı şəklin- də (nişanda yükün təhlükəli xassələrini xarakterizə edən işarələr çəkilir) olur.

“Uzunölçülü nəqliyyat vasitəsi” – yüklü və ya yüksüz iki və daha çox qoşqusu olan uzunluğu 24m-dən artıq olan avtoqatarların arxasında- 40mm enində qırmızı haşiyəsi olan sarı rəngli, azı 1200200mm ölçülü, işıqqaytarıcı səthə malik düz- bucaqlı şəklində (göstərilən ölçüdə nişanı yerləşdirmək mümkün olmadıqda, azı 600200mm ölçüdə iki eyni nişanı nəqliyyat vasitəsinin oxuna simmetrik yerləş- dirməyə yol verilir) tanınma nişanları quraşdırılır.


“Qəza dayanma nişanı”-yolun hərəkət hissəsində nəqliyyat vasitəsi məcbu- ri dayandığı hallarda quraşdırılır.
“AZ” fərqlənmə nişanı-beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliy- yat vasitələrinin Azərbaycan Respublikasına mənsubiyyətini bildirmək məqsədilə quraşdırılır.
“Təcrübəsiz sürücü”- nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük vər- dişlərinə mükəmməl malik olmadığı barədə yol hərəkətinin başqa iştirakçılarını xəbərdar etmək məqsədilə quraşdırılır.

55


      1. Yüklə 6,32 Mb.

        Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin