Avtomagistrallarda və dəmir yolu keçidlərində hərəkət
Yada salmaq gərəkdir ki, avtomagistrallar yüksək sürətlə təhlükəsiz hərəkət üçün nəzərdə tutulmuş xüsusi yollardır. Onlar 5.1 «Avtomagistral» yol nişanı ilə işarələnirlər. Belə yollarda təhlükəsiz yüksək sürətin təmin edilməsi üçün bir sıra məhdudiyyətlər nəzərdə tutulur. Nəqliyyat vasitələrinin sürücüləri avtomagistrala girdikdə, orada hərəkət edən NV-lərə yol verməlidirlər. Sürətləndirmə və tor- mozlama zolağı olduqda, sürücülər bundan istifadə etməlidirlər.
Avtomagistrallarda bir sıra hərəkətlər qadağan edilir. Bunun sayəsində nəq- liyyat axınlarının hərəkətinə maneçiliklər aradan qaldırılaraq, yüksək sürətlə təh- lükəsiz hərəkət təmin edilir. Bu hərəkətlərin nələrdən ibarət olduqlarına baxaq.
Belə yollarda piyadaların, mal-qaranın, at-araba nəqliyyatının, yük motorol- lerlərinin, atlıların, əlil arabalarının, velosipedlərin, mopedlərin, traktorların, kənd təsərrüfatı maşınlarının və özügedən maşınların, texniki xarakteristikasına və ya vəziyyətinə görə, sürəti 50km/saat-dan az olan digər NV-lərin, avtomagis- tralda xidmət işlərinin görülməsi halları istisna olunmaqla, yol maşınlarının hərə- kəti qadağan edilir.
İcazə verilən maksimum kütləsi 3,5t-dan yüksək olan yük avtomobillərinin avtomagistralda ikinci zolaqdan sonrakı zolaqlarda hərəkəti qadağan edilir. Buna səbəb onların qabarit ölçülərinin böyük olduqlarına görə görməni məhdudlaşdır- maları və onların maksimum sürətlərinin magistrallarda icazə verilən maksimum sürətdən kiçik olmalarıdır.
Ümumi axının hərəkətinə maneçilik törətməmək üçün dayanmalar ancaq 5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydanlarında mümkün- dür. Bu, məcburi dayanmalara şamil edilmir. Sürücü avtomagistralın hərəkət his- səsində məcburi dayandıqda, NV-ni Qanunun tələblərinə müvafiq nişanlamalı və onu bu məqsədlə nəzərdə tutulan zolağa (hərəkət hissəsinin qırağını göstərən
xətdən sağdakı yol hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir.
Avtomagistrallarda geriyə dönmək, ayırıcı zolağın texnoloji kəsiklərinə gir- mək, geriyə hərəkət etmək və sürmə təlimi keçmək də qadağandır.
Yuxarıda qeyd olunan məhdudiyyətlərin hamısı 5.3 «Avtomobillər üçün yol» nişanı ilə işarələnmiş yollara da aiddir.
Dəmir yol keçidləri də yolların təhlükəli və «dar» yerləri hesab olunurlar. Belə yerlərdə baş vermiş YNH ən ağır, nəqliyyat ləngimələri isə ən uzun müd- dətli olur. Mövcud olan standart və təlimatlar dəmir yol keçidlərinə yaxınlaşma haqqında maşinist və sürücüləri xəbərdar etmək üçün kompleks texniki vasitələr nəzərdə tutur. Məsələn, hərəkəti qadağan etmək üçün eninə istiqamətdə yerləş- miş iki qırmızı siqnal və hərəkətə icazə vermək üçün isə bir yaşıl siqnaldan isti- fadə olunur.
Dəmir yol keçidlərində təhlükəsizliyin təmin olunması qadağan siqnalında NV-lərin düzgün yerləşməsi və icazə siqnalında keçidi tez keçməsindən çox ası- lıdır. Keçidin xarakteri haqqında 1.3.1 və 1.3.2 xəbərdarlıq nişanları məlumat ve- rir. Onlar şlaqbaumsuz dəmir yol keçidlərində 1.2 nişanı ilə birlikdə kənardakı relsdən ən azı 20 m məsafədə qoyulur. Keçidlərdə svetoforlar olduqda bu nişan onlarla bir dayaqda yerləşdirilir. Xüsusi təhlükəli keçidlərdə əlavə olaraq 2.5 ni- şanı da tətbiq oluna bilər. Hərəkəti qadağan etmək üçün işıq siqnalları ilə birlikdə səs siqnallarından da istifadə oluna bilər.
NV sürücüləri dəmir yollarından qatara (lokomotivə, drezinaya) yol vermək- lə, yalnız dəmir yol keçidlərindən keçə bilərlər. Bu zaman nəzərə alınmalıdır ki, keçid qatarın gəlməsinə ən azı 30san. qalmış bağlanır.
Sürücü dəmir yol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanla- ma xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməlidir.
Aşağıdakı hallarda dəmir yol keçidinə giriş qadağan edilir:
svetofor siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və ya bağlan- mağa başladıqda;
svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun vəziyyətindən və möv- cudluğundan asılı olmayaraq);
keçid növbətçisi qadağan siqnalı verdikdə (növbətçi əlindəki jezli, qırmızı fənəri və ya bayraqcığı başı üzərində tutaraq və ya qollarını yana açaraq sinəsi, yaxud kürəyi sürücüyə tərəf dayandıqda);
keçiddən o tayda tıxac yarandıqda və bu, sürücünü keçiddə dayanmağa məcbur etdikdə;
keçidə görmə məsafəsi hüdudunda qatar (lokomotiv, drezina) yaxınlaşdıq-
da;
qarşıdan hərəkət zolağına girməklə, keçid qarşısında dayanmış NV-lərin ya-
nından keçib qarşısında dayanmış NV-lərin yanından keçib getmək.
Bu göstərilən hallardan başqa şlaqbaumu özbaşına açmaq, qeyri-nəqliyyat vəziyyətində olan (hündürlüyü 4,5m-dən, eni 5m-dən, bir qoşqulu avtoqatarın uzunluğu 20m-dən, qoşqularının sayı çox olan avtoqatarların uzunluğu 24m-dən çox olmayaraq) kənd təsərüffatı, yol-inşaat və s. maşınları və mexanizmləri də- mir yol keçidindən keçirmək, dəmir yol stansiyası rəisinin içazəsi olmadan, sürəti
8km/saat-dan aşağı olan NV-lərin, habelə traktora qoşulan yük kirşəsinin hərə- kəti qadağandır.
Şlaqbaumun bağlı vəziyyətində keçiddən keçmənin qadağan olduğu aydın bir məsələdir. Şlaqbaum açıqdırsa və svetoforlarda qırmızı işıq yanıb-sönürsə də ke- çidə giriş qadağan edilir.
Keçid növbətçisinin qadağan siqnalları yol ayrıcında nizamlayıcının qadağan siqnallarına uyğundur. Keçiddən sonra tıxac yarandıqda da sürücünün hərəkətləri yol ayrıclarındakı kimi olacaqdır.
Keçid qarşısında dayanmış NV-ni ancaq qarşı zolağa çıxmaqla önləmək qa- dağandır. Eyni istiqamətdə hərəkət üçün zolaqların sayı çox olduqda isə qonşu boş zolaqlarla onu qabaqlamaq olar. Yadda saxlamaq lazımdır ki, bu məqsədlə çiyinlərdən, səkilərdən və piyada yollarından istifadə edilməsi yolverilməzdir.
Keçiddən hərəkət qadağan olunan hallarda sürücü STOP-xəttin, 2.5 nişanı-
nın və ya svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5m qalmış, şlaqba- um olmadıqda isə birinci relsə azı 10m qalmış dayanmalıdır.
Sürücü keçiddə məcburi dayandıqda, adamları dərhal NV-dən düşürməli və keçidi boşaltmaq üçün tədbirlər görməlidir.
Sürücü yaxınlaşan qatarı saxlamaq üçün maşinistə dayanma siqnalı verməyi imkan daxilində iki adama başa salıb, onları dəmir yol xətti boyunca 1000m mə- safədə hər iki tərəfə (bir nəfər olduqda isə yolun daha pis görünən tərəfinə) gön- dərməli, NV-nin yanında qalmalı, ümumi həyəcan siqnalları verməli və qatar gö- rünən kimi, ona tərəf qaça-qaça dayanma siqnalı verməlidir. Bu siqnal əlin da- irəvi hərəkətindən ibarətdir. Yaxşı görünməni təmin etmək üçün gündüz vaxtı əl- də hər hansı aydın görünən material və ya əşya tutulmalı, gecə vaxtı isə məşəl və ya fənərdən istifadə olunmalıdır. Həyəcan siqnalı kimi bir uzun və iki qısa fit səsi qəbul edilmişdir.
Belə vəziyyətlərdə, yəni, keçiddə məcburi dayanmalar zamanı avtomobili oradan uzaqlaşdırmaq üçün istifadəyə yararlı olan bütün üsullar məqsədəuyğun hesab olunur.
Dostları ilə paylaş: |