Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu


Adamların və yüklərin daşınması. NV-nin texniki vəziyyəti



Yüklə 6,32 Mb.
səhifə30/40
tarix16.12.2023
ölçüsü6,32 Mb.
#182853
növüQaydalar
1   ...   26   27   28   29   30   31   32   33   ...   40
YHQ və HT - Mühazirə

Adamların və yüklərin daşınması. NV-nin texniki vəziyyəti




Yaxşı olar ki, avtomobil nəqliyyatı ilə daşımalar xüsusiləşdirilərək, hər bir daşıma üçün nəzərdə tutulmuş NV-də həyata keçirilsin. Bunun üçün xüsusi olaraq avadanlıqlaşdırılmış yük avtomobillərindən də istifadə etmək olar. Belə NV-lərdə daşımalar həyata keçirmək üçün onların kuzovunda bortun yuxarı hissəsinə qədər ən azı 15sm məsafədə quraşdırılmış oturacjaqlar olmalıdır. Oturacaqların sayı müəyyən edildikdə nəzərə almaq lazımdır ki, hər bir adam üçün 40sm enində sahə olmalıdır. Yan və arxa bort boyunca yerləşdirilmiş oturacjaqlar möhkəm yastıqlarla təchiz olunmalıdırlar.
Sərnişin daşıyan yük avtomobillərinin sürücüləri yuxarıda qeyd olunan şərt- lərə əməl etmişlərsə, 3.4 «Yük avtomobillərinin hərəkəti qadağandır» nişanının tələbləri onlara şamil edilmir.
Sərnişin daşınan yük avtomobillərinin yalnız “C” kateqoriyalı (kabinədəki sərnişinlər də daxil olmaqla 8 nəfərədək adam daşındıqda), habelə “C” və “D” kateqoriyalı sürücjülük vəsiqəsinə malik olan şəxslərin idarə etməsinə icazə verilir.
Yük avtomobilinin bort platformasında gedərkən hərə- kət vaxtı ayaq üstə durmaq, bort və ya yükün üstündə otur- maq, NV - nin qapısını açmaq qadağandır.
Hərbi sürücülərin yük av-
tomobillərində adamların daşınmasına bu Qanunun müddəalarına uyğun təchiz edildikdən sonra icazə verilir.
Yük avtomobilinin banında daşınan sərnişinlərin sayı oturmaq üçün düzəldilən yerlərin sayından artıq olmamalıdır. Yük avtomobilinin sürücüsü hərəkətə başlamazdan əvvəl minmək, düşmək və banda yerləşmək qaydası haqqında sərnişinlərə təlimat verməlidir. Yalnız sərnişinlərin təhlükəsiz daşınması üçün şəraitin təmin edildiyinə əmin olduqdan sonra hərəkətə başlamaq olar.
Sərnişin daşımaq üçün avadanlıq qoyulmamış yük avtomobilinin bort platforması olan banında yalnız yükü müşayət edən və onu almalı olan şəxslər, avtomobil bortun səviyyəsindən aşağıda yerləşən oturacaq yeri ilə təmin edilmiş olduqda, gedə bilərlər.
Avtobusda qrupla uşaq daşındıqda onların yanında bir yaşlı müşayətçi olmalıdır. Bu NV-lərin önündə və arxasında “Uşaqlar” tanınma nişanı olmalıdır.
Sürücü sərnişinləri yalnız NV tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalıdır.
Avtomobilin (bort platfor- ması olan yük avtomobilinin ba- nında və ya ban - furqonunda da- şınmasından başqa), traktorun, digər özügedən maşınların kabi- nəsindən kənarda, yük qoşqusun- da, qoşqu-yaylaqda, yük motosik- leti banında və motosikletin kon- struksiyasında oturmaq üçün nə- zərdə tutulmayan yerlərdə hərəkət qadağandır.
Yol hərəkəti qaydalarının müvafiq maddəsi ilə 12 yaşından kiçik uşaqları hesaba almadan, NV-nin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (NV-nin faktiki kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır), habelə motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları NV-də daşımaq qadağan edilir.
Rusiyanın Qaydalarında göstərilmişdir ki, 12 yaşadək uşaqların avtomobilin arxa oturacağında daşınmasına ancaq o halda icazə verilir ki, onların çəkisi və boyuna uyğun olan xüsusi uşaq tutucu qurğular və təhlükəsizlik kəmərləri tətbiq olunmaqla, digər altlıq və yastıqlardan istifadə olunur.
Yük avtomobillərinin bort platformasında, ban furqonlarında uşaqların qrup halında daşınması da Qaydalarla qadağan edilir.
Qaydalarda sərnişinlərə də müəyyən məhdudiyyətlər nəzərdə tutulur:

  • hərəkət vaxtı ümumi istifadədə olan NV-lərə minmək, düşmək, onun qapılarını açıq saxlamaq və ya güclə açmaq qadağandır;

  • hərəkət vaxtı tramvayların, trolleybusların, avtobusların və ya digər NV- lərin pilləkanlarında dayanmaq və ya yük avtomobilinin banında ayaq üstə dur- maq qadağandır;

  • NV dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmə- dən onun qapılarını açmaq olmaz;

  • hərəkət vaxtı sürücünün diqqətini NV-nin idarə olunmasından yayındırmaq olmaz.

Dayanmış NV-dən ehtiyatla onun qabaq hissəsindən yolun hərəkət hissəsinə çıxmaq olar və lüzumsuz olaraq yolun hərəkət hissəsində ləngimək qadağandır. NV-dən bayıra hər hansı bir şey atmaq qadağan edilir.
Şəhərlərarası, turist avtobusları və ban-furqonlar hərəkətə başlamazdan əvvəl qəza çıxışından istifadə qaydaları haqqında sərnişinlərə təlimatlar verməlidirlər.
Ümumi istifadədə olan NV-lərin, habelə adamlar daşıyan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır.

Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin